22:31 / 16-09-2025
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
21:03 / 16-09-2025
Sumqayıtda yaşayış binasında yanğın olub
19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

13:31 / 16-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Qulamrza xan Minbaşian - İran klassik musiqisinin atası
Tarix: 11-08-2021 18:51 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

“İran Kazak briqadası” monoqrafiyamın materialları üçün dəfələrlə arxivlərə, kitabxanalara və tarixçi alimlərə baş çəkmişəm. Bu briqadanın musiqiçiləri ilə maraqlanarkən Qulamrza xanın yaradıcılığı ilə tanış oldum. Soy-sopu haqqında yazılmayıb, Qafqazdan mühacirət etdiyindən, indiki Cəbrayıl bölgəsindən gəldiyi bilinir.
İran milli musiqi sənətində silinməz iz qoymuş Qulamrza xan Minbaşian həm də peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərib. O, İran bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub. Qulamrza xan bir bəstəkar, pianoçu, dirijor, musiqiçi, ictimai xadim kimi İran musiqi tarixində böyük nüfuz qazanıb.
Qulamrza xan 1861-ci ildə Tehran şəhərində anadan olub. Atası Nəsrullah xan elektrik mühəndisi idi. Anası Qəmərzaman xanım isə İranın ilk pianoçu xanımlarından olub, bu sənəti oğluna da öyrədib.
Qulamrza xan ibtidai təhsilini məhəllə mollaxanasında, orta təhsilini mədrəsədə alıb. Sonra Tehran Darülfünunun musiqi şöbəsində təhsilini davam etdirib. Burda Alfred Jan Baptist Lemairin (1842-1907) tələbəsi olub. Daha sonra Sankt-Peterburq konservatoriyasında oxuyub. Nikolay Rimski-Korsakovun (1844-1908) sinifində təhsil alıb. Konservatoriyanı tamamladıqdan sonra İrana dönüb. İran Kazak briqadasında xidmət etməyə başlayıb. Briqadada orkestr yaradıb.

Qulamrza xan Məşrutə hərəkatı dövründə kazakların əhali ilə rəftarından ikrah edib, briqadadan tərxis olunub və Fransaya yollanıb. 1912-ci ildə Fransadan İrana dönəndən sonra sərtib (briqada generalı) rütbəsində Qacarlar ordusunun musiqi dəstəsinə başçılıq edib. Şahdan Salar Müəzzəz ləqəbini alıb. Görkəmli musiqiçinin əməyi yüksək qiymətləndirilib və o, “Şire-Xurşid” ordeninə layiq görülüb. Üstəlik, medal və digər dövlət nişanları ilə təltif edilib. Sultan Əhməd şah Qacara fortepiano çalmaq öyrədib.
Qulamrza xan Salar Müəzzəz 1921-ci ildə orduda tam orkestr yaradıb. Şahdan icazə alıb, Tehran Darülfünunun musiqi şöbəsində də dərs deməyə başlayıb. Sonra bu şöbənin rəhbəri olub. (Ali Taghipour: A History of the Music Conservatory of Tehrab 1918-2018) Daha sonra oğlu Nəsrullah xanı da bu şöbəyə dəvət edib. Nəsrullah xan da onunla bərabər 1928-ci ilədək şöbədə çalışıb. O, görkəmli müəllimlərindən öyrәndiklәrini illәr sonra mәhz elә bu musiqi ocağında yeni nәslә aşılayıb.
Qulamrza xan Salar Müəzzəz 1924-cü ildən sonra Minbaşian soyadını daşıyıb. Ünlü bəstəkar ilk dəfə İran musiqisinə not tətbiq edib.
Qulamrza xan Minbaşian fəal konsert yaradıcılığı ilə məşğul olub.
İranda musiqi təhsilinin inkişafında böyük əməyi olan Qulamrza xan Minbaşian Pəhləvilər dövlətinin himnini yazıb. Oğlu Nəsrullah xan bu işdə ən yaxın yardımçısı olub. Firdovsinin və Sədinin yaradıcılığından seçmələr edib, himnə mətn hazırlayıblar.
Böyük yaradıcılıq qabiliyyətinə və diapazonuna malik olan musiqişünas, bəstəkar Qulamrza xan Minbaşian 1931-ci ildə təqaüdə çıxıb.
Qulamrza xan Minbaşian 1935-ci ildə Tehran şəhərində vəfat edib, Qum şəhərində torpağa tapşırılıb.

Qulamrza xan Minbaşianın yeddi övladı olub. Onlardan Nəsrullah xan (1885-1938) və Qulamhüseyn xan (1907-1978) musiqiçi idilər. Qulaməli xan hərbçi sənətinə yiyələnmişdi.
Qulamrza xan Minbaşian Teymur xan Ayrımın qızını oğluna almışdı. Oğlu Rza şah Pəhləvi ilə bacanaq idi.
Bəstəkar Qulamrza xan Minbaşianın yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində İran milli musiqi ənənələrini Avropa musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi özünəməxsusluqla boy göstərir.
Qulamrza xan Minbaşianın dillər əzbəri olmuş, müxtəlif səpkili mahnıları İran incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır