16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Məhəmməd Şahbəxti: muğamatın sirrini öyrənmək istədi, amma...
Tarix: 05-04-2022 22:38 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
Azərbaycan türkləri İran tаriхinə bir sırа görkəmli hərbi хаdimlər bəхş еdib. İran Şahənşah ordusunun peşəkar və bacarıqlı hərbçilərindən biri də general-leytenant Məhəmməd Şahbəxtidir.
1893-cü ildə Kərəc şəhərində anadan olan Məhəmməd ibtidai təhsilini məhəllə mollaxanasında alıb.
Onun İran Kazak briqadasında xidmət etməyinin qəribə bir tarixçəsi var. Məhəmməd öz şəhərlərində peşə ilə məşğul olurdu. Gözəl də səsi vardı. Pul tapıb, musiqini, muğamatın sirlərini öyrənmək istəyirdi. Ona lağ edən qardaşları ilə mübahisə edib, Tehrana yollanır. İran Kazak briqadasında adi kazak kimi xidmət etməyə başlayır. Həmədan, Qəzvin, İsfahan dəstələrində (otryadlarında) xidmət edir. Əvvəlcə Zəkəriyya soyadı ilə tanınır. 1926-cı ildə Şahbəxti soyadını qəbul edir.
Məhəmməd Şahbəxti İran Kazak briqadasının keçirdiyi bir çox əməliyyatlarda iştirak edib. Mirzə Kiçik xanın başçılıq etdiyi “Cəngəlilər hərəkatı”nın yatırılmasında önəmli rol oynayıb.

Məhəmməd Şahbəxti Rza xan Sərdar Sipəh həyata keçirdiyi hökumət çevrilişinin fəal üzvülərindən biri olub. 1920-ci ildə Tehrana hücum planı hazırlanmışdı. Rza xanla əlbir olan zabitlər: sərtib sevvum Əhməd ağa (Əmir Əhmədi), sərhəng tamam Mürtəza xan (Yəzdanpənah), sərhəng duvvum Məhəmməd xan Zəkəriyya (Şahbəxti), sultan Rzaqulu xan (Əmir Xosrovi) və Bağır xan Bəmbi (Nikandiş). Onlar Mehrabada daxil oldular.
Məhəmməd Şahbəxti 1921-ci ildə hökumət çevrilişindən sonra Rza xan Sərdari Sipəhdən sərtib (briqada generalı) rütbəsi alıb. Uzun illər orduda xidmət edib. Lorestan və Qərbi Azərbaycan hərbi birləşmələrinin komandanı olub. Lorların qiyamanın yatırılmasında fəallıq göstərib.
Məhəmməd Şahbəxti 1922-ci ildən sonra İran ordusunun yaradılmasında yaxından iştirak edib. Onun vəzifələrindən biri yeni yaradılan ordunun müasir silahla təmin edilməsi, ən vacib bölgələrdə yeni tipli ordunun yerləşdirilməsi idi.
Həyatını hərb sənətinə bağlayan Məhəmməd Şahbəxti 1933-cü ildə sərləşkər (general-mayor) rütbəsi alıb. Xidmət etdiyi müddət ərzində öz hərbi bacarığını və peşəkarlığını nümayiş etdirməyi bacarıb. Ona yüksək hərbi vəzifələr həvalə edilib.

Məhəmməd Şahbəxti sovet-ingilis müdaxiləsinin ən ağır dövründə, 1941-ci ildə Əhvaz ətrafında xidmət göstərib. İngilislər 27 avqustda 8-ci Hind diviziyası ilə Karun çayı dövrəbərində səngərə yatmış Şahbəxtinin başçılıq etdiyi orduya hücum ediblər. Hazırlıqlı olan İran ordusu ingilisləri 28 avqustda xeyli geri püskürdüb. İngilislərin “Valentiya” təyyarələri Həftkəl neft yataqlarına bir taqım piyada çıxarıblar. Şahbəxti mərkəzə məktub yazıb, təcili hərbi yardım istəsə də, hökumətdən müharibəni saxlamaq əmri gəlib.
Məhəmməd Şahbəxti sonra sepəhbud (general-leytenant) rütbəsinə layiq görülüb. İran silahlı qüvvələrin formalaşmasında və təkmilləşməsində onun xüsusi xidmətləri olub. Şah ona olduqca xoş münasibət bəsləyib.
Məhəmməd Şahbəxti bir neçə çağırış İran Milli məclisinə nümayəndə seçilib. Senator idi.

Məhəmməd Şahbəxti nöqsansız hərbi xidmətə və Lorestanda qazandığı qələbəyə görə Zülfiqar ordeni ilə təltif olunub. Rza şahdan qılınc hədiyyəsi alıb.
Məhəmməd Şahbəxti ədəbiyyatla ilgilənib, şeir yazıb. O, Əbülqasim Firdovsinin “Şahnamə” əsərini əzbər bilirdi.
Məhəmməd Şahbəxti 1962-ci ildə vəfat edib. Hərbi şərəflə İbn Babuyə gorgahında dəfn edilib.
Məhəmməd Şahbəxtinin iki qızı vardı. Birinin həyat yoldaşı sepəhbud (general-leytenant) Kərim Vərəhram (1907-2003) idi.
ХХ əsr İran tаriхinin tаnınmış şəхsiyyətlərindən оlаn bu böyük hərbçi hаqdа həqiqətləri оlduğu kimi охuculаrа çаtdırmаq tаriхşünаslığın önəmli və vаcib məsələlərindəndir.

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır