13:09 / 25-10-2025
Sabah yağış yağacaq
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
14:56 / 24-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 24-10-2025
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
14:17 / 24-10-2025
“Quş qripi” Almaniyanı təhdid edir
14:05 / 24-10-2025
Ruslar Xarkovu bombalayıb, itki var
14:03 / 24-10-2025
Gəncədə tanınmış vəkil saxlanılıb
14:01 / 24-10-2025
AYB məhkəmədə şairə qalib gəlib
13:57 / 24-10-2025
Orban ABŞ sanksiyaları ilə mübarizəyə başlayıb
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
Tarix: 11-04-2022 21:25 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İranın kitabşünaslıq və mətnşünaslıq sahələrində mühüm xidmətləri olan görkəmli alimlərdən biri də Məhəmmədtağı Danişpejuhdur. Böyük alimin elmi və yaradıcı fəaliyyətinin bütöv bir hissəsi Tehran Universiteti ilə bağlı olub.
Məhəmmədtağı Danişpejuh 1911-ci ildə Qacarlar dövlətinə bağlı Mazandaran əyalətinin Larican vilayətinin Nandel kəndində doğulub. Bir üləma ailəsindən gələn atası Hacı Mirzə Əhməd Dərkai babaları kimi Amul və Laricanın tanınmış müctəhidlərindən idi. İbtidai təhsilinə atasının yanında başlayan Məhəmməd daha sonra yaxınlıqdakı Amul şəhərində bəzi mədrəsələrdə oxuyub. Sonra yenidən atasının yanına qayıdıb, ondan fiqh, fəlsəfə, məntiq və təsəvvüfü geniş şəkildə öyrənib. Digər müəllimləri arasında Şeyx Əbülhəsən Amuli, Mirzə Əbülhəsən Pişnamaz Amuli və Ağa Mirzə Əzizullah Tabərsi kimi alimlər olub. Məhəmmədtağı dönəmin xəttatlarından Mirzə Cəlal İtisamidən xətt sənətini öyrənib.

On səkkiz yaşında ikən atasını itirən Məhəmməd Quma gedərək iki il boyunca Mirzə Əbülfəzl Gülpayiqani, Mirzə Qumi, Axund Molla Əli Həmədani, Ayətullah Mərəşi və digər alimlərdən dərs alıb. Bu sırada qısa müddətlərlə uğradığı Tehranda Mirzə Tahir Tənəkabuni kimi alimlərin elm məclislərinə qatılma fürsəti tapıb. Amuldə Əbülqasım Fərsivi İrani və Ağa Məhəmməd Qarevinin dərslərinə qatılıb.
Məhəmmədtağı Danişpejuh 1937-ci ildə Tehrana gedərək Mərvi mədrəsəsində iki il təhsil alıb, ardından Sipəhsalar-e Qədim mədrəsəsində təhsilini davam etdirib. Fəlsəfə sahəsindəki bilgisini, daha çox bu mədrəsədə Mirzə Mehdi Aştiyanidən İbn Sinanın “əş-Şifa” və Molla Sədranın “əl-Əsfarül-ərbaʿa” adlı əsərlərini oxuyaraq artırıb. Qum və Amulda öyrəndiyi ərəb və fransız dillərini burada inkişaf etdirib, ayrıca ingilis dilini də öyrənib. Daha sonra Tehran Universitetinin ilahiyat fakültəsinə daxi olaraq, bu sırada hüquq fakültəsinin kitabxanasında işləməyə başlayıb.

Məhəmmədtağı Danişpejuh 1941-ci ildə ilahiyyat fakültəsindən məzun olunca paytaxt orta təhsil qurumları katibi, ardından universitet katibi vəzifələrinə təyin edilib. 1951-ci ildə hüquq fakültəsi kitabxanasının müdir müavinliyinə, 1954-cü ildə Tehran Universiteti kitabxanasının əlyazmalar bölümü başçılığına və ertəsi il kitabxananın başına gətirilib. Kitabxanaçılıq və əlyazma əsərlər mövzusunda Seyyid Məhəmməd Mişkatdan faydalanıb. Xarici ölkələr səyahatlərində bilxassə əlyazma nüsxələrin olduğu kitabxanalarda araşdırma aparıb. Onun işgüzarlığı sayəsində kitabxananın fondu daim zənginləşib və beynəlxalq əlaqələri genişlənib.
Məhəmmədtağı Danişpejuh 1969-cu ildə ilahiyat fakültəsində İslam fəlsəfəsi kafedrasında dosentliyə, 1976-cı ildə professorluğa təyin edilib. 1977-ci ildə əməkliyə ayrılınca “Fərhəngistan-i zəban u ədəb-i farsi” cəmiyyətinin üzvlüyinə seçilib. Çox sayda beynəlxalq elmi konfranslara qatılan Məhəmmədtağı, “Fərhəng-i İranzəmin” adlı dərginin qurucuları arasında yer aldığı kimi, Fransanın “Société Asiatiquete” fondunun da üzvü idi.
Məhəmmədtağı Danişpejuh uzun sürən bir xəstəlik sonunda 17 dekabr 1996-cı ildə Tehranda vəfat edib. Behişti-Zəhra gorgahında torpağa tapşırılıb.

Məhəmmədtağı Danişpejuhun müxtəlif səpkidə əsərləri var. O, elmi fəaliyyətində kitab və kitabçılıq işinin öyrənilməsinə böyük əhəmiyyət verib. Görkəmli alim kitab tanıtma mövzusundakı çalışmalarıyla təkcə İranda deyil, Qərbdə də böyük şöhrət qazanıb. Hazırladığı kitab kataloqları İrandakı iyirmi beş və ABŞ, Rusiya, Hindistan, Pakistan, Əfqanıstan, Türkiyə, Fransa, İngiltərə, Hollandiya, Səudiyyə Ərabistandakı qırxdan çox kitabxana ilə on özəl kitabxanada olan təqribən 50.000 əlyazma əsəri əhatə edir. Qırxa yaxın kitab və 400-ə yaxın məqalə yazan Danişpejuhun çalışmalarından bəzilərini sizə təqdim etmək istəyirik.
İranda yazı, yazılı abidələr, əlyazma kitabının yaranması, inkişafı, istehsalı, tərtibatı və yayılması sahəsindəki fəaliyyətini genişləndirən Məhəmmədtağı Danişpejuh qələmindən çıxan əsərlər:
“Fihrist-i nüsxəha-ye xəṭṭi-yi kitabxane-i danişkede-i hüquq və ulum-i siyasi və iqtiṣadi-yi danişgah-ı Tehran” (Tehran, 1340.), “Fihrist-i kitabxane-i mərkəzi-yi danişgah-i Tehran” (VIII-XV, Tehran, 1339-1345.), “Fihristvare-i kitabxane-i Minovi” (Tehran, 1375.), “Fihrist-i mikrofilmha-yi kitabxane-i mərkəzi-yi danişgah-i Tehran” (Tehran, 1348.), “Fihrist-i kitabxane-i ihda-i Ağa-yi Seyyid Mişkat be-kitabxane-i danişgah-e Tehran” (I-VII, Tehran, 1332-1335.), “Fihrist-i nüsxəha-yı xəṭṭi-yi kitabxane-i Məclis-i Şura-ye İslami” (XI-XVI, Tehran, 1345-1348, İrəc Əfşar və Əlinağı Münzəvi ilə birlikdə), “Fihristvare-i fiqh-e həzar u çahar sədsale-i İslami dər zəban-ı farsi” (Tehran, 1367.), Həzar sal təfsir-i Farsi” (Tehran, 1369, Seyyid Həsən Salat Nasıri ilə birlikdə), “Fihrist-i nüsax-i xəṭṭi-yi kitabxane-i Astan-ı Müqəddəse-ye Qum” (Qum, 1355.), “Fihrist-i nüsxəha-ye xəṭṭi-yi danişkede-i ədəbiyyat” (Tehran, 1339.).
Gördüyümüz kimi, Məhəmmədtağı Danişpejuh İran kitab mədəniyyəti və kitabxanalarının fəaliyyətinə dair qiymətli əsərlər yazıb, İran kitabşünaslığını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

Məhəmmədtağı Danişpəjuh görkəmli ədəbiyyatşünas alim, fədakar tərtibçi-mətnşünas və bacarıqlı kitabşünas kimi İran ədəbiyyatşünaslıq elminin inkişafına özünün qiymətli töhfələrini verib. Onun sanballı elmi əsərləri milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmiş əhəmiyyətli tədqiqatlardır. O, ədəbiyyatşünaslıq elminin tarixində qalan, mənbəyə çevrilən sanballı elmi əsərlərin müəllifi idi. Onun nəşirlərini nəzərdən keçirək:
İbn Sinanın “Ən-nicat minəl-Şərq fi bəḥrid-dəlalat” (Tehran, 1364.), Rəşidəddin Fəzlullah Həmədaninin “Sevanixul-əfkar-e Rəşidi” (Tehran, 1358.), “Camiʿut-təvarix” (bəzi bölümlərin tərcümə və nəşri, Tehran, 1338.); Fərabinin “Əl-Məntiqiyyat: ən-Nuṣuṣül-məntiqiyyə” (I-III, Tehran, 1408.), Nəsirəddin Tusinin “Əxlaq-i möhtəşəmi və se risale-i digər” (Tehran 1339.), “Güşayişname” (Tehran, 1341.); Əbubəkir Məhəmməd bin Zəkəriyya ər-Razinin “Kitabül-əsrar və sırrül-əsrar” (Tehran, 1343.); “İbn Mükaffanın “əl-Məntiq” (Tehran, 1357.), Məhəmmədtağı Əstərabadinin “Şərḥu fuṣuṣil-ḥikmə” (Tehran, 1358.), Əbülfəzl Məhəmməd bin Hüseyn əl-Beyhakinin “Tarix-i Beyhaḳi” (I-II, Tehran, 1376.), “Nəcməddin Quminin “Tarixul-vüzəra” (Tehran, 1985), Məhəmməd bin Mahmud əş-Şəhrizurinin “Nüzhətül-ərvaḥ və rövżətül-əfraḥ” (Farsca trc. Maqsudəli Təbrizi, Tehran, 1365.); Abdullah ibn Əli əl-Kaşaninin “Zübdətüt-təvarix” (bəzi bölümləri, Tehran, 1366.), Ömər bin Səhlan əs-Savinin “ət-Təbṣıra” (Tehran, 1337.), İbn Hindunun “Miftaḥuṭ-ṭibb” (Tehran, 1368, Mehdi Mühəqqiq ilə birlikdə), Əli ibn Zeyd əl-Beyhakinin “Meʿaricü nəhcil-bəlağa” (Qum, 1409.), Əbdülqədir ibn Həmzə əl-Əhərinin “əl-Aḳṭabül-ḳuṭbiyye ev əl-Bulġa fil-ḥikmə” (Tehran, 1358 .), Mühəqqiq əl-Hillinin “Tərcümə-i farsi-yi şeraʾiʿil-İslam” (tərcümə Əbülqasım ibn Əhməd Yəzdi, I-IV, Tehran, 1346-1352 hş.).

Mətnşünas alimin nəşr etdirdiyi kitablar sırasında Rəşidəddin Fəzlullah, Nəsrəddin Tusi, Fərabi və Əbdülqədir ibn Həmzə əl-Əhəri kimi söz ustalarının, sənətkarların əsərləri Azərbaycan tədqiqatçıları üçün əhəmiyyətlidir.
Məhəmmədtağı Danişpəjuh tərcümə sahəsində öz sözünü deyib, yerini və mövqeyini müəyyənləşdirib. Onun tərcümələri arasında “Mücməlül-ḥikmə” kimi dünyaca ünlü əsərlər var.
Gördüyümüz kimi, M. Danişpəjuhun elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, bir sıra ümumiləşdirici əsərlərin hazırlanmasında yaxından iştirak edib. Görkəmli alim və təcrübəli pedaqoq tələbələri üçün bir sıra dərs və tədris vəsaitləri hazırlayaraq onların istifadəsinə verib.
M. Danişpejuhun ayrıca müxtəlif dərgilərdə dərc olunmuş çox sayda məqaləsi var.
Alim dünyanın onlarla şəhərində - Məkkə, Bağdad, Nəcəf, Kərbəla, Kazımeyn və başqa şəhərlərdə elmi tədqiqatlar aparıb. O, Almaniya, Fransa, SSRİ, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələrdə keçirilmiş beynəlxalq tədbirlərdə İran elmini layiqincə təmsil edib, maraqlı və əhəmiyyətli elmi məruzələr səsləndirib.
M. Danişpəjuhun tərtib etdiyi kitablar arasında Məhəmmədrəfi Ənsarinin “Dəstur ül-müluk” kitabı da var. Biz bu kitabı Azərbaycan dilinə çevirib, Bakıda, 2015-ci ildə "Mütərcim" nəşriyyatında çap etdirmişik. Əsərin redaktəsi, dəqiqləşdirməsi, giriş və tərtibatı bizə məxsusdur.

Mirzə Rəfia kimi tanınan Məhəmmədrəfi ibn Həsən Ənsarinin (XVII-ХVIII əsrlər) "Dəstur ül-müluk" (“Hökmdarlar üçün nizamnamə”) əsəri Səfəvilər dövlətinin (1502-1732) inzibati və maliyyə-vergi quruculuğunu əks etdirir. “Dəstur ül-müluk” Səfəvilərin hökmranlığının sonunda yazılsa da, o daha əvvəlki dövrlərin qayda və qanunlarını əks etdirir, həmin vaxt Səfəvilər dövlətinin ən yüksək qüdrətinə çatdığı mərhələ və mərkəzi hakimiyyətin daha qüvvətli dövrü idi, yerli feodalları və ruhaniləri özünə tabe etmişdi.
Söz uzaq düşməsin, Məhəmmədtağı Danişpejuh həm İranda, həm də dünyada görkəmli mətnşünas alim kimi tanınır, onun tədqiqatlarının ciddiliyi və mötəbərliyi qəbul edilir. O, tədqiqatları ilə ədəbiyyatşünaslığı zənginləşdirən, bu sahədə öz sözü, öz fikri olan alimlərdəndir.
Bölməyə aid digər xəbərlər

11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki