21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Məhəmməd Moin: müəzzəm sənətkarın mükəmməlliyi
Tarix: 28-03-2022 08:52 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Məhəmməd Moin İran elminə, mədəniyyətinə, ədəbiyyatşünaslığına və nizamişünaslığa sanballı töhfələr vermiş müəzzəm simalardan biri kimi tanınır.
Məhəmməd Moin 30 aprel 1918-ci il tarixində Qacarlar dövlətinə bağlı Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin Zərcub məhəlləsində doğulub. Bir çox alim yetişdirən bir ailəyə mənsubdur. Atası Şeyx Əbülqasim üləma idi.
Kiçik yaşda ana və atasını itirdiyindən babası Şeyx Məhəmmədtağı Moinülüləmanın himayəsində böyüyüb. İlk və orta təhsilini Rəştdə tamamlayıb. Bu arada babasından və Seyyid Mehdi Rəştabadidən ərəb dili ilə dini və ədəbi elmləri öyrənib. Ardından Tehrana gedərək darülfünunda oxuyub. 1931-ci ildə daxil olduğu Tehran Universitetinin ədəbiyyat fakültəsinin məzunu olduqdan sonra Əhvazda litsey müdiri təyin edilib (1935). Beş il qaldığı bu şəhərdə digər vəzifələrdə də çalışıb. Bir yandan da təhsil fənləri, psixologiya və fəlsəfə ilə məşğul olub.

1939-cu ildə Tehrana dönən Məhəmməd Moin Mədəniyyət nazirliyindəki vəzifəsi sırasında fars dili və ədəbiyyatı sahəsindəki dissertasiyası ilə doktor elmi ünvanı alıb(1942). Ardından elmi yolu seçərək çalışmalarını universitetdə davam etdirib. 1945-ci ildən etibarən şərqşünas Henri Eugenie Korben (1903-1978) ilə birlikdə fars və ərəb dillərində fəlsəfi-təsəvvüfi mətnlər üzərində apardığı çalışmalar nəticəsində bir sıra kitab nəşr olunub. O, təsəvvüfün humanizmə, əxlaq saflığına və elmi-maarifə meyl etməsini, yalan və harama isə nifrət aşılamasını göstərib.
Məhəmməd Moin 1946-cı ildə Əliəkbər Dehxudanın “Lüğətnamə”sinin nəşr olunması üçün qurulan çap-nəşriyyat komitəsinə seçilib və müəllifin vəsiyyətinə görə onun vəfat etdiyi 1955-ci ildən həyatının sonuna qədər bu komitənin sədri olub; ancaq 1966-1971-ci illərdə xəstəliyi səbəbilə onu Seyyid Cəfər Şəhidi əvəz edib. 1952-1954-cü illər arasında Şura-ye Ali-ye Fərhəngin üzvü olub. 1954-cü ilin yayında, sənət və mədəniyyət təşkilatlarında araşdırma aparmaq məqsədilə Harvard Universitetinin dəvəti ilə Amerikaya gedib. Dönüşdə Henri E. Korben ilə birlikdə Nasır Xosrovun “Camiʿul-ḥikmətəyn”ini nəşr etdirib. Bu çalışması ilə Fransanın Academice des Inscriptions et Belles-Letters tərəfindən Tamhour mükafatına layiq görülüb.
1957-ci ildə Münhen Şərqşünaslar Konqresində İran Kitabələri Kolleksiyası Komitəsi və Pəhləvi Lüğəti Redaksiya təşkilatı üzvülüklərinə seçilən Məhəmməd Moin Almanyada və İsveçrədə incələmələrdə iştirak etdikdən sonra Moskva, Leninqrad (indiki Sankt-Peterburq) və Bakı universitetlərinin dəvəti ilə Sovet İttifaqına yollanıb. 1958-ci ilin baharında Parisdə Fransız Elmi Araşdırmalar Mərkəzində “Mövlanə Cəlaləddin Rumi və İranda təsəvvüf” mövzusunda bir sıra konfranslarda iştirak edib; Societe Asiatique ilə Ernest Renan Fəlsəfə təşkilatının üzvülüklərinə seçilib. Ayrıca İranda Nazirlər Şurasının qərarı ilə Fərhəngistanın (İran Elmlər Akademiyası) üzvü olub. Ertəsi il modern İran şeirinin öncüsü Nima Yuşicin vəsiyyətinə görə onun əsərlərini nəşr etmək üçün çalışmağa başlayıb. 1961-ci ildə Fransa sənət və ədəbiyyat ali ordenini alıb. 1963-cü ildə Princeton Universitetinin dəvətilə Amerikaya yollanıb. Son xarici ezamiyyətini 1966-cı ildə Bölgəsəl İşbirliyi Toplantısına qatılmaq üçün Türkiyəyə edib. Eyni il beyin iflici keçirən Məhəmməd Moin müalicə üçün Kanadaya aparılıb. Ancaq müalicədən müsbət nəticə alınmadığı üçün ölkəsinə gətirilib və 3 iyul 1971-ci ildə Tehranda vəfat edib. Gilan əyalətinin Astane Əşrəfiyyə gorgahında dəfn olunub.

Məhəmməd Moin ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq edib, elmi yeniliyi və əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya və tezislər irəli şürüb.
Həyatını elmin inkişafına həsr edən alimin İran və Şərq klassik ədəbi irsi, ədəbiyyat tarixləri, ali məktəblər üçün dərs vəsaiti və mühazirə mətnləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Zəngin ənənələrə malik ağsaçlı İran ədəbiyyatının, həmçinin mədəniyyətinin tanınmış nümayəndələrini tədqiq edən M. Moin qələmə aldığı “Sitarə-e Nahid ya dastan-i Xordad ü Umurdad” (Tehran, 1316 hş./1937); “Hafıẓ Şirinsöxən” (Tehran, 1319 hş./1940); “Yuşt fəryan ü Mərzibannamə” (Tehran, 1322 hş./1943); “Yek qitə şeir dər parsi-i bastan” (Tehran, 1322 hş./1943); Şahan-i Kəyani ü Haxamənişi dər asarül-baqıyə (Tehran, 1324 hş./1945); ʿƏllamə Məhəmməd Qəzvini (Tehran, 1324 hş./1945); Ərdavirafnamə (Tehran, 1325 hş./1946); Purdavud, Tərcümə-i əḥval ü asar (1325 hş./1946); Ruzşümari dər İran-e bastan ü asar-e an dər ədəbiyyat-e parsi (Tehran, 1325 hş./1947); Məzdəyəsna vü təsir-e an dər ədəbiyyat-e parsi (Tehran, 1326 hş./1947, doktorluq dissertasiyasıdır); Şümare-i həft ü Həft peykər-i Niẓami (Tehran, 1327/1948) kimi əsərlərlə tanınıb. Ḥikmət-i işraq u fərhəng-i İran (Tehran, 1329 hş./1950); Qaidəha-ye cəmʿ dər zəban-i farsi (Tehran 1331 hş./1952; əsər daha sonra “Müfrəd ü Cəmʿ, Maʿrifə və nəqrə” adı ilə və bəzi əlavələrlə birlikdə təkrar nəşr olunub, Tehran, 1337 hş./1958); Əmir Xosrov Dəhləvi (Tehran, 1331 hş./1952); Ayinə-i Sikəndər (Tehran, 1333 hş./1953); İsm-i mədər, Haṣıl-e məsdər (Tehran, 1332 hş./1953; 1341 hş./1962); İzafə (I-II. Tehran, 1332-1339/1953-1960); Lüğət-e farsi-i İbn Sina (Tehran, 1333 hş./1954); Nəsirəddin Tusi (Tehran, 1335 hş./1956); Təḥlil-i Həft peykər-i Niẓami (Tehran 1338 hş.); İsm-i cins ü Marifə və nəqirə (Tehran, 1341 hş./1962); Fərhəng-i farsi (I-VI, Tehran, 1342-1347 hş./1963-1968 və bu kimi tədqiqat əsərləri İran ədəbiyyatşünaslığına bəxş etdiyi xüsusi töhfələrdir. (Dehxudanın “Lüğətnamə”sindən sonra fars dilindən fars dilinə izahlı lüğətlərin ən zəngini olub. Son iki cildi xüsusi adlar lüğətidir).
Məhəmməd Moin zəngin təcrübə və tədqiqatçı məharəti ilə tam olaraq elmin zirvəsini fəth edib.

Məhəmməd Moin İranın elmi-mədəni, ictimai-siyasi həyatında fəal iştirak edib, onun bu sahədəki xidmətləri, xüsusilə mətnşünaslıq nəşrləri rəğbətə səbəb olub. İran ədəbiyyatının Orta əsrlərinə aid naməlum və ya az tədqiq edilmiş söz ustadlarını araşdıraraq elmi ictimaiyyətə təqdim edən Məhəmməd Moin bir çox nəşrlərin müəllifidir. Bunlardan: Məhəmməd Hüseyn Xələf Təbrizinin “Burhan-ı Qaṭe” (I-IV, Tehran, 1330 hş./1951; I-V, Tehran 1342); İbn Sinanın “Risalə-i mənṭiq: Danişnamə-e ʿƏlaʾi” (Tehran, 1331 hş./1952, 1975, Seyyid Məhəmməd Mişkət ilə birlikdə); Nasır Xosrovun “Camiʿul-ḥikməteyn” (Tehran, 1332/1953, Henri E. Korben ilə birlikdə); Nizami Aruzinin “Çahar məqalə” (Tehran, 1333 hş./1954); Mirzə Əliəkbər Dehxudanın “Məcmuʿa-i əşʿar-i Dehxuda ba müqəddimə-i məşruḥ dər tərcümə-i əḥval ü asar-ivey” (Tehran, 1334 hş./1955); Şərḥ-i Ḳaṣidə-i Əbül-Həys̱əm (Tehran, 1334/1955, Henri E. Korben ilə birlikdə; Xacə Əbülheysəm Əhməd bin Həsən Cürcaninin qəsidəsinə Məhəmməd bin Surx Nisapurinin yazdığı şərhin nəşridir); Avfinin “Cəvamiʿul-hekayat” (TehranŞ 1335 hş./1956); Ruzbehan Baklinin “Əbhərül-ʿaşıqin” (Tehran-Paris, 1337/1958, Henri E. Korben ilə birlikdə) kimi əsərləri göstərmək olar.

Məhəmməd Moin təkcə klassik ədəbiyyatın nümayəndələrini tədqiq etməyib, həmçinin İran ədəbiyyatı və tarixi haqqında xarici müəlliflərin əsərlərini də tərcümə edib. Onun tərcümələrindən bəzilərini nişan verək. “Rəvanşinasi-i tərbiyəti” (Əli əl-Carim – Mustafa Əminin “Elmün-nəfs və as̱aruhu fit-tərbiyə vət-təʿlim” adlı əsərinin tərcüməsidir, Əhvaz, 1316 hş./1937); “Kətibəha-yi Pəhləvi” (V. B. Henningin İngilis dilindən yazılmış əsərindən edilmiş tərcümədir, Tehran, 1329 hş./1950); “Iran əz ağaz ta İslam” (R. Chirshmanın “Iran des origines à Islam” adlı əsərinin tərcüməsidir, Tehran 1336 hş.).
Məhəmməd Moinin ədəbiyyat, dinlər tarixi, İslam öncəsi və İslam dövrü İranı, ədəbiyyat tarixi, qədim əsərlər, təhsil fənnləri, fəlsəfə və folklorla bağlı 200-dən çox məqaləsi müxtəlif dərgilərdə dərc edilib. Bu məqalələr Mahduxt Moin tərəfindən iki cild halında nəşr edilib (Məcmuʿa-i Maḳalat, Tehran 1364-1367 hş./1985-1988).
Sadaladığımız əsərlərə baxdıqca bir qənaətə gəlirik. Müəllifi оlduğu əsərlər təkcə prоblemlərinə, istiqamətinə görə deyil, həm də üslubuna, fоrma xüsusiyyətlərinə, strukturuna görə də yalnız və yalnız Məhəmməd Moinə məxsusdur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır