15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Hiyləgərliyi ilə ad çıxarmış siyasətçi... - Fotolar
Tarix: 19-05-2021 18:58 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar və pəhləvilər dönəmində Baş nazir işləmiş siyasətçilərdən biri də Əhməd xan Qəvamüssəltənədir. O, hiyləgərliyi ilə İranda ad çıxarıb.
Əhməd xan 2 yanvar 1876-cı ildə Tehran şəhərində anadan olub. Əhməd xanın atası Mötəmədüssəltənə Mirzə İbrahim xan Qəvamüddövlə Məhəmməd xanın oğludur. Mirzə Məhəmmədtağı Qəvamüddövlənin nəticəsi, Mirzə Haşımın kötücəsi, Mirzə Möhsünün isə törəməsidir. Aştiyani ailəsinə mənsubdur. Anası Tavus xanım Mirzə Məhəmməd xan Məcdülmülk qızı Əmini soyuna bağlı olub. O, Mirzə Həsən xan Vüsuqüddövlənin kiçik qardaşıdır.
Əhməd xan ibtidai təhsilini Mərvi mədrəsəsində alıb. Sonra xüsusi müəllimlərin nəzarəti altında bir çox dillərə və dünyəvi elmlərə vaqif olub. 18 yaşından Nasirəddin şaha xidmət etməyə başlayıb. 20 yaşında olarkən dayısı və Azərbaycan valisi olan Mirzə Əli xan Əminüddövlənin yanında münşi kimi çalışıb.
Əhməd xan 29 yaşında Müzəffərəddin şahın 3-cü Avropa səfərinə qatılıb. Bu səfərdən sonra şahdan Qəvamüssəltənə ləqəbini alıb. Şah onu saraya dəbire-hüzur vəzifəsinə dəvət edib. Şahın özəl katibi olub. Məşhur “Məşrutə fərmanı” onun qələmindən çıxıb.
Əhməd xan Qəvamüssəltənə 1907-ci ildə, Müzəffərəddin şahın vəfatından sonra bir çox saray xidmətçiləri ilə birgə dərbardan kənarlaşdırılıb. Məhəmmədəli şah onu idarəçiliyə yaxın buraxmayıb.

Əhməd xan Qəvamüssəltənə Avropaya yollanıb. Universitetə daxil olub, ali hüquq təhsili alıb.
Əhməd xan Qəvamüssəltənə 1909-cu ildə Tehranın fəthi dövründə İrana qayıdıb. Məhəmmədvəli xan Sepəhdarın ilk hökumətində Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Sonra Hərbi nazirin müavini olub. Mustovfilməmalikin hökumətlərində təcrübə qazandıqdan sonra, 25 iyul 1910-cu ildə Hərbi nazir təyin edilib. Bu vəzifədə 12 mart 1911-ci ilə qədər çalışıb.
Əhməd xan Qəvamüssəltənə Məhəmmədvəli xan Sepəhdarın ikinci Baş nazirliyi dönəmində (12 mart 1911-ci il - 26 iyul 1911-ci il) Qacarlar dövlətinin Ədliyyə naziri olub.
Əhməd xan Qəvamüssəltənə Nəcəfqulu xan Səmsamüssəltənənin Baş nazirliyi dövründə (23 dekabr 1912-ci il - 11 yanvar 1913-cü il) Daxili işlər naziri vəzifəsində çalışıb.
Əhməd xan Qəvamüssəltənə yeni qurulan hökumətlərdə bir-birinin ardınca gah Ədliyyə, gah Daxili işlər, gah da Maliyyə naziri olub. Nəhayət onun siyasətindən bezib, Xorasana, Məşhəd şəhərinə vali yollayıblar.
Bu arada Xorasanda dövlət əleyhinə qiyam başlayıb. Belə ki, Kolonel Məhəmmədtağı xan Püsyan Məşhədə gəldikdən sonra Demokrat Firqəsinin üzvləri ilə yaxınlaşır, onlarla iş aparmağa başlayır. O, yerli irticanın vali Əhməd xan Qəvamüssəltənəyə və ingilis konsuluna arxalandığını bildirib. İrticaya qarşı mübarizə aparmaqda isə ona firqənin görkəmli üzvlərindən Haci Məhəmməd ağa Tahbaz, Məhəmmədhaşım mirzə Əfsər, Hacı Hüseyn ağa Malik kimi liberal burjua-mülkədar nümayəndələri, mütərəqqi fikirli ruhanilər, Məşhəddə yaşayan Azərbaycan tacirləri, sənaye sahibləri, əsnaf və qəsbkarlar kömək ediblər. Məşhədin görkəmli sənaye sahiblərindən Əli xan, Məhəmməd xan, Əmioğlu qardaşları Kolonelin maarif, mədəniyyət sahəsində islahat tədbirlərinin həyata geçirilməsindən ötrü maddi yardım etməyi öhdələrinə götürüblər. Əyalətin yeni jandarm rəisi «Milli komitə» adlı təşkilat yaradaraq onun şöbələrini başqa şəhələrə də yayıb və tezliklə təşkilatın 3000-nə yaxın üzvü olub.
M. Püsyan rəisliyə geçən kimi jandarmeriyanın büdcəsini Əhməd xan Qəvamüssəltənənin “cibinə axmaqdan” azad edib, idarənin xərclərinə yönəldib. Bu, Əhməd xan Qəvamüssəltənə ilə onun ilk toqquşması olub. Lakin Məhəmmədtağı xan azadlıq düşməni Əhməd xan Qəvamüssəltənə və ingilis konsulunun nümayişkəranə şəkildə cəzalandırmaq istədikləri siyasi məhbusları da azad edib, irticaya ikinci zərbə vurub.
Üçüncü zərbə daha ağır idi: Məhəmmədtağı xan yüz illər boyu Xorasanda özbaşınalıq edən, indi də vali və ingilis konsulu tərəfindən bir çox məqsədlər üçün istifadə olunan feodal hərbi qüvvələrini dağıdıb.
Məhəmmədtağı xanın ilk gördüyü islərdən biri vali Əhməd xan Qəvamüssəltənəni həbs etmək olub. Məşrutə hərəkatından üzü bəri çirkin əməlləri, azadlıq əleyhinə gördüyü işlərlə özünü ləkələmiş bu siyasi fitnəkar hərbi qaragüruhu sarsıtmaqla yanaşı mütərəqqi qüvvələrə qol-qanad verib. Ə. Qəvamüssəltənə ilə bərabər 40 qatı irticaçı da həbs edilib, əmlakı müsadirə olunub. Xorasan əhalisi bunu sevinclə qarşılayıb. Lakin atasının yaxın dostu, demokrat fikirli Haci Məhəmməd Tahbaz, Gilan Respublikasının Xarici işlər naziri M. C. Pişəvəri ilə görüşlərdən aldığı təəssüratla Məhəmmədtağı xan daha dərin, içtimai-siyasi, iqtisadi islahatlara əl atıb. O, zabit Qulamhüsəyn xan Pedərin başçılığı ilə «Milli xəzinə» adlı fond yaradıb. Soyğunçu, zülmkar feodallardan müsadirə edilənlər bəzi liberal dövlətlilərin, xəyriyyəçilərin verdikləri ianə, həmçinin, Türküstandan mühacirlərin Aşqabaddan göndərdikləri qızıllar bu fondda saxlanılıb.
Şübhəsiz ki, irtica da əlini əli üzərinə qoyub oturmamışdı. Həbs olunub Tehrana göndərilən Əhməd xan Qəvamüssəltənə Seyid Ziyaəddin Təbatəbainin devrilməsindən sonra Baş nazir postunu ələ keçirib, keçmiş cinayət şəriki Məcdülsəltənəni Xorasana vali göndərib. Lakin əyalətdə anti-demokratik əhval-ruhiyyəni qızışdırdığına görə o da həbs edilib, mülki müsadirə edilərək «Milli xəzinə»yə verilib. 1921-ci il 25 aprel tarixli Məşhəd zəhmətkeşlərinin əzəmətli nümayişi sabahısı gün, aprelin 26-da Məhəmmədtağı xanı qəti tələblə Xorasan valiliyinə gətirib.
Yeni vali dərhal daha dərin islahatlara əl atıb. Belə ki, gündüzlər «qoruyub», gecələr quldurluq edən Əhməd xan Qəvamüssəltənə tüfəngçiləri, həmçinin müstəbid məmurları işdən uzaqlaşdırıb əvəzində o dövrün rəsmi sənədlərində «Dəmir dəstə», «Fədayi», «Kolonelin fədayisi» adlandırılan «Xususi qvardiya təşkilatı» yaradıb.
Əhməd xan Qəvamüssəltənə birinci dəfə Baş nazir postuna 4 iyun 1921-ci ildə yiyələnib. Bu vəzifə 21 yanvar 1922-ci ilə qədər davam edib. İlk gördüyü tədbirlərdən biri Məhəmmədtağı xan Püsyanı aradan götürmək olub. Deməli, onun kabinəsində Rza xan Sərdari-Sipəh Hərbi nazir idi. İranda azadlıq hərəkatının birinci düşməni olan Rza xan həm öz intiqamını Məhəmmədtağı xandan almaq, həm də İngiltərə imperializminin göstərişini yerinə yetirmək üçün Xorasana silahlı qüvvə göndərir, oradakı feodal başçılarını da ayağa qaldırır və Xorasan üsyanını qan gölündə boğur.
Əhməd xan Qəvamüssəltənə Hərbi nazir Rza xan Sərdari-Sipəh əli ilə Gilanda Mirzə Kiçik xanın başçılıq etdiyi Cəngəlilər qiyamını da yatırır.
Əhməd xan Qəvamüssəltənə Zəncanda Hacı Baba xan Ərdəbilinin hərəkatını da aramlaşdırır.
Əhməd xan Qəvamüssəltənə ikinci dəfə Baş nazir vəzifəsinə 22 iyun 1922-ci ildə yiyələnir. Hökuməti 15 fevral 1923-cü ilədək davam edir. Bu dövrdə amerikalı müşavirləri, Artur Milisponu İrana dəvət edir.
Əhməd xan Qəvamüssəltənə üçüncü dəfə Baş nazir vəzifəsinə 9 avqust 1942-ci ildə təyin edilir. Bu hökuməti 15 fevral 1943-cü ilədək çəkir.
Əhməd xan Qəvamüssəltənə dördüncü dəfə Baş nazir vəzifəsinə 28 yanvar 1946-cı ildə gəlir. Budəfəki hökuməti 18 dekabr 1947-ci ilədək davam edir.

Professor Cəmil Həsənliyə görə, Əhməd Qəvvam təcrübəli bir siyasətçi sayılıb. İranın ABŞ-la münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi məşhur idi. Əhməd Qəvvamın təşəbbüsü ilə 1946-cı ildə yaradılan Demokrat Partiyası isə daha çox İran cəmiyyətinin siyasi və iqtisadi baxımdan imkanlı qüvvələrini birləşdirmək məqsədi daşıyırdı və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi.
1946-cı ilin əvvəllərində Əhməd Qəvvam Baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut edir, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırır, əmək haqqında qanunun qəbul edilməsinə nail olur, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verir, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirir.
Lakin ölkədə kifayət qədər qüvvələr var idi ki, Qəvvam hökumətinin fəaliyyətindən ciddi şəkildə narazı idilər və onu tənqid edirdilər. Bu qüvvələr bir sıra qrup və təşkilatlarda birləşmişdilər, əsasən qəbilə başçıları, iri torpaq sahibləri və tacirlər, yüksək rütbəli hərbçilər və məmurlar, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlərdən ibarət idi. Onlar ingilispərəst təmayüllü idilər, Məclisdə də kifayət qədər nüfuz və söz sahibi kimi tanınırdılar. Məhz bu qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilməyib. Bu baxımdan liberal-millətçi qüvvələri xüsusilə qeyd etmək lazımdır. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K. Səcabi, M. Bazarqan və s. kimi liderlər var idi.
Əhməd Qəvvam ABŞ-la münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı idi və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını, şah hakimiyyətinin daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində Əhməd Qəvvam Baş nazir olduqdan sonra həqiqətən bir çox prinsiplərin həyata keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst siyasi kurs tərəfdarlarını vəzifələrindən uzaqlaşdırdı, əmək haqqında qanunun qəbul edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişləndirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft mədənləri üzərində İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gündəliyinə gətirdi. Ölkədə bu hökumətin əleyhdarları da çox idi. Bunlar, əsasən, saraya yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlər idilər. Məhz bu ingilispərəst qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar "İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında K. Səcabi, M. Bazarqan və s. kimi liderlər var idi.
Klerikal siyasətçilərdən və dini-siyasi qruplardan ibarət qüvvələr də İranda möhkəmlənməyə başlayırdılar. Bu qüvvələr İranda xarici dövlətlərin nüfuzunun artmasının əleyhinə idilər. Klerikal müxalifətin liderlərindən olan Kaşani - demək lazımdır ki, o, anti-ingilis çıxışlarına görə ölkədə çox məşhur idi - "Mocahidan-e islam" ("İslam mücahidləri") partiyasını yaratmışdı. Partiya əsas diqqətini ona yönəltmişdi ki, İran cəmiyyətində müsəlman ruhanilərin mövqeyi gücləndirilsin. Bu sahədə geniş təbliğat aparılırdı.

İran cəmiyyətində sosial-siyasi fəallıq birdən və qəti şəkildə yüksəlmişdi;
ikincisi, ölkənin daxili və xarici siyasətinin başlıca problemləri ətrafında mübarizə kəskinləşmişdi;
üçüncüsü, İranın gələcək ictimai və dövlət quruluşunun xarakteri haqqında qızğın müzakirələr siyasi həyata xüsusi bir gərginlik gətirmişdi;
dördüncüsü, ölkənin əlverişli, geopolitik mövqeyindən yararlanmaq və İranda öz maraqlarını təmin etmək uğrunda ənənəvi olaraq burada nüfuzları güclü olan Böyük Britaniya və Sovet İttifaqı ilə yanaşı Amerika Birləşmiş Ştatları da mübarizə aparırdı. Əslində bu proseslər 1941-ci ilin avqustunda Sovet İttifaqı və Böyük Britaniyanın, 1942-ci ilin sonlarından ABŞ hərbi qüvvələrinin İrana girməsi ilə başlamışdı. Həmin dövrdə Rza şah Pəhləvi taxtdan salınıb, onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirilmişdi. Bununla da uzun illər İranda mövcud olmuş hərbi diktatura rejiminə son qoyulmuşdu. Məhz bu da ölkədə müxtəlif siyasi və ictimai təşkilatların öz fəaliyyətinin xeyli dərəcədə artırmasına imkan yaratmış, ölkənin idarə edilməsində şahın bilavasitə özünün iştirakını məhdudlaşdırmağa, seçkili orqanların, xüsusilə də parlamentin-məclisin rolunun güclənməsinə gətirib çıxarmışdı. Əslində belə bir şəraitin yaranmasında, - daxili amilləri istisna etmirik və rolunu da azaltmırıq,xarici amillərin rolu xeyli böyük olmuşdur. 1942-ci ildən İranın iqtisadi qaynaqlarını və torpaqlarını, dövlət idarəçiliyini və torpaq bütövlüyünü öz təminatı altına alan Sovet İttifaqı və Böyük Britaniya, eləcə də ABŞ hələ müharibə getdiyi illərdə gələcək İran haqqında düşünürdülər. Təsadüfi deyildir ki, 1943-cü il Tehran konfransında bu dövlətlərin başçıları İranın yenidən qurulmasına yardım etməyi öz öhdələrinə götürməyə söz vermişdilər. Təbiidir ki, bu dövlətlərin də hər biri gələcək İranı öz istədikləri kimi görmək istəyirdi, onu öz yerli tərəfdarlarının əlində görmək istəyirdi və bu istiqamətdə hər üç dövlət ölkədə lazım olan sosial və siyasi dayaqlarını gücləndirirdi. Sovet İttifaqı açıq-aşkar şəkildə İran Kommunist Partiyasının varisi Xalq Partiyasını (Tudə) və onun ətrafında birləşən qüvvələri dəstəkləyirdi. Bu partiya ölkədə demokratik dəyişikliklər aparılması, xalqın həyat və iş şəraitinin yaxşılaşdırılması, İranın milli suverenliyinin möhkəmləndirilməsi və xarici konsessiyaların ləğv edilməsi uğrunda mübarizəni öz başlıca proqramı elan etmişdi. Kifayət qədər cəlbedici olan bu şüarlar az bir zamanda Tudə Partiyasının şöhrətini artırdı və onun üzvlərinin sayını yüz min nəfərə çatdırdı. 1944-cü ildə keçirilən parlament seçkilərində bu partiyanın bir neçə üzvü parlamentə seçilib. Hətta 1946-cı ildə Əhməd Qəvvamın təşkil etdiyi hökumətin tərkibində 3 tudəçi də olub.
1946-cı ilin əvvəlində istefa verən Hakimi hökuməti yeni Baş nazir təyin olunan Qəvvam əs-Səltənənin təşkil etdiyi hökumətlə əvəz olundu. Hakimiyyətə gəldiyi ilk gündən Qəvvam əs-Səltənə öz opponentlərinə, xüsusilə Azərbaycandakı və Kürdüstandakı qüvvələrə qarşı hər hansı şəkildə mübarizənin dayandırılması və Sovet İttifaqı ilə normal münasibətlər tərəfdarı olmasını bəyan etdi. 1946-cı ilin 4 aprelində Tehranda Şimali İrandakı (oxu: Cənubi Azərbaycandakı-müəl.) neft yataqlarının kəşfi və istismarı üzrə birgə Sovet-İran cəmiyyətinin yaradılması haqqında saziş imzalandı. Bunu ardınca 1946-cı ilin 13 iyununda Qəvvam əs-Səltənə hökuməti və Azərbaycan Milli hökuməti arasında saziş bağlandı. Sazişə görə Milli Məclisin Azərbaycan əyalət əncuməni (məclisi) və Azərbaycan hökumətinin inzibati şura adlandırılması şərti ilə Şimali Azərbaycanda keçirilən bütün islahatlar saxlanılmalı idi.
Qəvvam əs-Səltənə hökumətinin atdığı mühüm addımlardan biri də o oldu ki, bütün İran üzrə dövlət torpaqlarının pulsuz olaraq kəndlilər arasında bölüşdürülməsi, məhsul bölgüsündə icarədar kəndlilərin payının 15 faiz artırılması rəsmi şəkildə bəyan edildi. Qəvvam əs-Səltənə bildirdi ki, onun hökuməti demokratik islahatlar keçirilməsində maraqlıdır və anti-sovet xarici siyasətə son qoyacaqdır. Ölkədə ağır həyat şərtlərinə qarşı etirazları səngitmək üçün 1946-cı ilin ortalarında əmək haqqında qanun qəbul edildi. Qanuna görə həftəlik iş günü 48 saatdan artıq ola bilməzdi, artıq iş vaxtı üçün əlavə əmək haqqı ödənilməli idi. İşçilərə hər həftə üçün istirahət günü və hər il üçün isə məzuniyyət verilirdi. Sosial mübarizənin genişlənməsindən yararlanmaq cəhdləri göstərən İran Xalq Partiyasının (Tudənin) 3 nümayəndəsi konyunktur məqsədlərlə hökumətin tərkibinə gətirildi.

Təbiidir ki, Qəvvamüssəltənə hökumətinin bütün bu tədbirləri müvəqqəti zaman üçün edilirdi, millətçi-istiqlalçı və digər siyasi qüvvələri hələlik bir azacıq da olsa zərərsizləşdirmək məqsədi daşıyırdı, onun əsl siyasi xəttinin hazırlanması və həyata keçirilməsinin zəmini qoyulurdu. Elə bunun ilk göstəricisi idi ki, o, 1946-cı ilin iyununda İran Demokrat Partiyasını yaratdı və hakim sinfin içərisindən olan bütün tərəfdarlarını orada topladı. Məhz həmin partiya da güc strukturlarının yaxından iştirakı ilə Qəvvamüsəltənənin siyasi rəqiblərinə qarşı bütün ölkəboyu hücumlara başladı. Bununla yanaşı Sovet İttifaqının ölkənin şimalında - Azərbaycan və Kürdüstanda dəstək verdiyi qüvvələrə adekvat olaraq Böyük Britaniya da ölkənin cənubunda - Xuzistanda öz imkanlarını səfərbər etdi, burada Xuzistan Qəbilələrinin İttifaqı adlı təşkilat yaradıldı. Bu təşkilat Xuzistanın İrandan ayrılması tələbini irəli sürürdü və belə bir bəhanə gətirirdi ki, Azərbaycanda və Kürdüstanda yaranmış hakimiyyətlər İranın parçalanması məqsədi güdür. “İran dövləti bu "seperatçılıq" hərəkətlərinə son qoymur və biz də etiraz olaraq həmin addımı atmaq zorunda qalmışıq”. Tarixi ədəbiyyatda daha çox "Cənub hərəkatı" adı ilə tanınan bu təşkilatda birləşən qüvvələrin əsl məqsədi isə həmin bəhanə ilə mərkəzi hökumətin şimaldakı istiqlalçı qüvvələrə qarşı mübarizəyə başlanmasına əsas vermək idi. Onlar hökumətdə tudəçilərin iştirakına qarşı da çıxırdılar. Böyük Britaniya İranın cənubunda baş verən bu hadisələri nəzarətdə saxlamaq üçün öz hərbi gəmilərini Abadan və Xürrəmşəhr limanlarına gətirdi. Bəsrə rayonunda İran sərhədlərinə yaxın əraziyə bir neçə ingilis diviziyası yerləşdirildi. Bunu bəhanə edərək neft mədənlərinin işçiləri kütləvi nümayişlərə başladı. Bu aksiyanın arxasında isə tudəçilər dayanırdılar. 1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyyət elan olundu və sakitlik yarandı. Bu, Qəvvam əs-Səltənənin ilk uğuru idi və indi o, artıq digər siyasi qüvvələrə, ilk növbədə Azərbaycan və Kürdüstan demokratlarına qarşı qəti mübarizə anının gəldiyini hiss edirdi. Belə bir vaxtda payızda (sentyabr ayında) Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Cənubi İran qəbilə başçıları Azərbaycan və Kürdüstanda "qayda-qanun yaradılması üçün" oraya hökumət qoşunlarının yeridilməsini tələb edirdilər. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərin "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar.
Bütün bunlardan sonra - həm də bu vaxt sovet ordusu da İrandan çıxarılmışdı - Qəvvam əs-Səltənə qəti hücuma başladı, tudəçiləri hökumətdən uzaqlaşdırdı. Artıq 1946-cı ilin sonunda (dekabrın 10-da) isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran ordusu Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu. Sonra İran ordusu Kürdüstana yeridi və kürd demokratlarına da eyni divan tutuldu. Bütün İran üzrə sol təmayüllü qüvvələrə qarşı təqiblər başlandı.

Həmkarlar təşkilatları və Xalq partiyasının qərargahları dağıdılır, qəzet və jurnallar bağlanırdı. Kütləvi həbslər həyat normasına çevrilmişdi. Bu cür ağır və mürəkkəb vəziyyətdə 1947-ci ilin əvvəlində İran məclisinə seçkilər keçirildi. Məclis 1947-ci ilin 22 oktyabrında Qəvəm əs-Səltəninin təklifi ilə irəlidə haqqında danışılan Sovet-İran sazişinin qeyri-qanuniliyi haqqında qərar qəbul etdi. Buna da səbəb o gətirilirdi ki, 1944-cü il 2 dekabr tarixli qanuna əsasən hökumət neft konsessiyası vermək hüququndan məhrum edilmişdi. Təbiidir ki, İran tərəfindən belə bir qərarın qəbul edilməsi çox riskli bir addım idi və bu addımın atılmasında ABŞ-ın mövqeyi böyük rol oynamışdır. Belə ki, hələ məsələ məclisə gətirilməmişdən əvvəl ona qarşı İran ictimaiyyətinin mənfi münasibəti bilinirdi. Odur ki, Sovet İttifaqı İrana təzyiqləri gücləndirirdi. ABŞ vəziyyətdən yararlanmaqda qətiyyətli oldu və məsələ ilə bağlı öz mövqeyini açıqladı. 1947-ci ilin 22 sentyabrında ABŞ hökuməti bildirdi ki, neft sazişinin rədd edilməsi səbəbindən İran gözlənilməyən nəticələrlə qarşılaşarsa ABŞ bu ölkənin torpaq bütünlüyünü qoruyacağına təminat verir. ABŞ-ın bu sərt mövqeyi Sovet İttifaqını onunla üz-üzə gəlməkdən çəkindirdi və Sovet İttifaqı baş vermiş faktla razılaşmaq zorunda qaldı. Qəvvamüssəltənə hökuməti də ABŞ ilə yaxınlığa yönəlik kurs götürdü. Lakin bu kurs Qəvvamüssəltənənin hakimiyyətini möhkəmləndirə bilmədi. Artıq 1947-ci ilin sonlarında o, parlamentdəki tərəfdarlarının çoxunu itirmişdi. Elə bu da Qəvvamüssəltənə hökumətinin yıxılmasına gətirdi.
1949-cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. Xuzistanda hərbi vəziyyət elan olundu və sakitlik yarandı. Bu Qəvvamüssəltənənin ilk uğuru idi. 1949-cu ilin sentyabrda Qəvvamüssəltənəni dəstəkləyən Cənubi İran qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə gəldi və Kazerun, Buşir və digər şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri başladı. Qəvvam əs-Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərini "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar. Bu vaxtdan etibarən, sovet ordusu İrandan çıxarıldı, Qəvvamüssəltənə tudəçiləri hökumətdən uzaqlaşdırdı. 1946-cı ilin dekabrın 10-da isə "məclisə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə İran ordusu Azərbaycana yeridildi, Təbriz və digər şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı zərbələr vuruldu. Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı və öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu.
Əhməd xan Qəvamüssəltənə beşinci dəfə Baş nazirlik postuna 17 iyul 1952-ci ildə yiyələnir. Sonuncu Baş nazirliyi 22 iyul 1952-ci ilədək çəkir. Tudə Partiyası 1952-ci ildə Əhməd Qəvamın burjua hökumətinə qoşuldu. Bu hökumət neft sənayesinin milliləşdirilməsi yox, əksinə, maraqlı tərəflərin hamısını – ABŞ, Britaniya və hətta SSRİ-ni razı salmaq siyasəti yürüdürdü. Y. Abramyan yazır ki, əvəzində Qəvam hökuməti Sovet İttifaqını azərbaycanlıların və kürdlərin dəstəyindən imtinaya məcbur etdi.
Əhməd xan Qəvamüssəltənə 22 iyul 1955-ci ildə Tehran şəhərində vəfat edib.
Əhməd xan Qəvamüssəltənə birinci dəfə Qacar elinin Dəvəli oymağından Məhəmmədhəsən xan Hacibüddövlənin qızı Əşrəfülmülk xanımla ailə qurmuşdu. Sonra Zəhra xanım Əlizadə, daha sonra Zəhra xanım Dilişadla dünya evinə girmişdi. Hüseyn xan adlı oğlu vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər