22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
12:39 / 17-09-2025
Deputat: “Güzəşt müddəti uzadılsın”
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Ədəb və əxlaqı öyrənin - Ənvər Çingizoğlu yazır
Tarix: 10-05-2022 12:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran ədəbiyyatşünaslığında özünəməxsus yer tutan alimlərdən biri də Məhəmmədcəfər Məhcubdur. Məhsuldar və yorulmaz fəaliyyəti ilə ədəbiyyatşünaslıq elminin dinamik inkişafına qayğısını əsirgəməyən bu alimi Azərbaycan oxucuları tanımır.
23 avqust 1924-cü ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində dünyaya gələn Məhəmmədcəfər Məhcubun əsl adı Əmir olub. Atası Əliəkbər 1871-ci ildə Tehranda doğulmasına baxmayaraq, uluları Bəxtiyari tərəfdən gəliblər.
Məhəmmədcəfər Məhcub ibtidai təhsilini məhəllə mollaxanasında aldıqdan sonra orta məktəbdə oxuyub.
Məhəmmədcəfər Məhcub 1944-cü ildə İran Milli Məclisində stenoqrafçı işləyib.
Məhəmmədcəfər Məhcub sonra Tehran Universitetinin siyasi elmlər fakültəsinə daxil olub. 1948-ci ildə universiteti bitirib. Ədəbiyyata bağlı olduğundan magistr pilləsini bu fənn üzrə oxuyub. 1954-cü ildə bu pillədə bitirib.
Məhəmmədcəfər Məhcub 1957-ci ildə İran Fəlsəfə və Sosiologiya cəmiyyətinin üzvü olub.
Məhəmmədcəfər Məhcub 1963-cü ildə “Fars şeirində Xorasani üslubu”nu tədqiq edib, elmlər doktoru adına layiq görülüb. Sonra Ali Müəllimlər Universitetində (Daneşqah-e Tərbiyete Müəllimanda) dərs deyib. Daha sonra da Tehran Universitetinin müəllimi olub.

Məhəmmədcəfər Məhcub 1971-ci ildən 1972-ci ilədək Oksford Universitetində professor ünvanı qazanıb.
Məhəmmədcəfər Məhcub 1973-cü ildən Strasburq Universitetində fars ədəbiyyatını tədris edib.
Görkəmli mütəxəssis və şəxsiyyət, böyük ədəbiyyatçı-alim və pedaqoq Məhəmmədcəfər Məhcub 1975-ci ildə Pakistanda İran mədəniyyətinin təmsilçisi olub.
Məhəmmədcəfər Məhcub 1979-cu ilədək İran Elmlər Akademiyasının Ədəbiyyat və dil bölümünə başçılıq edib.
Məhəmmədcəfər Məhcub 1982-ci ildən 1984-cü ilədək Strasburq Universitetində fars ədəbiyyatından dərs deyib.
Məhəmmədcəfər Məhcub 1984-cü ildən vəfatınadək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində Fars ədəbiyyatını tədris edib.
Məhəmmədcəfər Məhcub 17 fefral 1996-cı ildə ABŞ-ın Los-Anceles şəhərində dünyasını dəyişib.
M. Məhcub Tudə partiyasının üzvü idi.
O, eyni zamanda təcrübəli mətnşünas kimi bir çox kitabları çapa hazırlayıb. Bunların arasında Fəxrəddin Əsəd Gürganinin “Vis o Ramin” (Tehran, 1959), Qaani Şirazinin “Divan-e Qaani-e Şirazi: ba müqəddəma-ye enteqadi o şərḥ” (Tehran, 1957), Süruş İsfahaninin “Divan-e Soruş-e Eṣfahani” (Tehran, 1960), Əbülqasim Firdovsinin “Afarin-e Firdovsi” (Tehran, 1992), Übeyd Zakaninin “Külliyat-e ʿObayd-e Zakani” (Nyu-York, 1999) əsərləri var.
M. Məhcub “Vis və Ramin” əsəri haqqında yazır ki, “Fəxrəddin Gurganinin “Vis və Ramin” poeması üçün seçdiyi vəzn çox bəyənilmişdir. Belə ki, aşiqanə məsnəvi yazan şairlərin ən şöhrətlisi, “Xosrov və Şirin”in müəllifi Nizami Gəncəvi də onun vəznini və bəzi tərkib hissələrini təqlid etmişdir. (Fəxrəddin Gurgani, Vis və Ramin. Məhəmmədcəfər Məhcubun səyi ilə, Tehran, 1959, s. 92)
M. Məhcub çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan universal şəxsiyyətdir. Bu böyük yaradıcı şəxsiyyət ilk növbədə folklorşünaslığın elm kimi əsas yaradıcılarından olmaqla bərabər, həm də tanınmış mətnşünas və tərcüməçi kimi də ad-san qazanıb. Bir çox dastanlarının toplanması, tərtibi və nəşri istiqamətində Məhcubun fəaliyyəti danılmazdır. Nəşr etdirdiyi əsərlərdən “Dər bəra-ye Kəlilə və Dimnə: Tarixça, tərcüməha, və do bab-e tərcüma naşoda əz Kəlilə və Dimnə” (Tehran, 1957), “Əmir Arsalan: ba müqəddima-i dər əḥval-e müəllif və müarrefi-e ketab” (Tehran, 1961), “Sindbadnamə-ye mənẓum, soruda-ye ʿAzod-e Yəzdi”, (Tehran, 2002) və digər kitabları göstərmək olar.
Epos mədəniyyətinin dərin bilicisi olan görkəmli alimin «Əmir Ərsalan» dastanının elmi dövriyyəyə qaytarılmasında da xidmətləri böyükdür.

Onu da qeyd etməliyik ki, alimin elmi fəaliyyəti, əsasən, epik folklorun tədqiqi ilə bağlıdır. M. Məhcub həmçinin öz tədqiqatında nağıllara toxunub, bu mövzuda fundamental araşdırmalar aparıb, bu janra yüksək qiymət verərək onu digər folklor janrları ilə müqayisə edib.
M. Məhcubun sanballı elmi-tədqiqat əsərləri müasir dövrdə ədəbiyyatşünaslıq üçün etibarlı istinad mənbəyi və mötəbər bələdçidir. Bu əsərlərdən “Fənn-e neqareş ya rahnema-ye enşa” (Tehran, 1954), “Fərhəng-e lüḡət-e ʿamiyana” (Tehran, 1962), “Səbk-e Xoraṣani dər şeir-e farsi” (Tehran, 1966), “Taraeq al-ḥəqaeq” (Tehran, 1966), “Fotovvat-nama-ye solṭani” (Tehran, 1971) və digərlərini nişan vermək mümkündür.
M. Məhcub imzası elmi və ədəbi orqanlarda ciddi və sanballı məqalələrin, ədəbi-publisist əsərlərin müəllifi kimi tanınıb. Bir çox tədqiqatçıların əlyazma mətnlərinin sistemləşirilməsi və elmi redaktəsi işində də Məhcunun bilik və bacarığından faydalanıblar.
İran filoloji fikrində folklorşünaslığın ayrıca elmi istiqamət kimi formalaşmasında, bu sahənin sistemli elmi-nəzəri təhlillər kontekstinə çevrilməsində də M. Məhcubun xidmətləri təkrarsız və unudulmazdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır