17:04 / 30-09-2023
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
09:31 / 27-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

13:40 / 28-09-2023

18:51 / 26-09-2023

12:22 / 26-09-2023

Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
Tarix: 12-03-2022 22:31 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Biz bu yazımızda XX əsrin görkəmli İran ziyalılarından biri, tarix və ədəbiyyatın inkişafında böyük rolu və parlaq dəst-xətti olan, bu gün də yüksək ehtiram və hörmətlə xatırlanan Səid Nəfisidən söhbət açacağıq. O, çoxcəhətli, ardıcıl, səmərəli və fədakar elmi fəaliyyəti, böyük zəhmətinin nəticəsi olan sanballı əsərləri ilə İran ədəbiyyatşünaslıq və tarixşünaslıq elminə nadir töhfələr verib.
Səid Nəfisi 8 iyun 1895-ci ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində dünyaya gəlmişdi. Dönəmin tanınmış həkimlərindən olan Nazımüttıbba Mirzə Əliəkbər Nəfisinin oğludur. Həkim Bürhanəddin Nəfis bin Əvəz Kirmaninin nəvəsidir. Soy-kökü Səmərqənd sahibmənsəblərinə çatır.
Səid Nəfisi ilk təhsilini atasının qurduğu “Mədrəsə-i Şərəf”də, daha sonra “Mədrəsə-i Elmiyyə”də alıb. Orta təhsilini 1909-cu ildə qardaşı Həsən ilə birlikdə getdiyi İsveçirənin Nevşatel şəhərindəki College Latında tamamlayıb. Ailəsi ənənəyə uyğun olaraq onun tibb fakültəsində oxumasını istəyir. O da bu təhsilə yönəlik olaraq yunanca və latınca öyrənməyə başlayıb; bir il sonra da qardaşıyla birlikdə Parisə yollanaraq təhsilinə orada davam etdirib. Fransada qaldığı müddətdə fransız dili və ədəbiyyatına böyük maraq göstərib.

Səid Nəfisi 1918-ci ildə İrana dönəndə öncə “Mədrəsə-i Əqdəsiyyə”də, ardından Saint Louis Katolik məktəbində (Tehran filalında) fransız dili müəllimi olub; eyni zamanda həftədə bir neçə gün evində yeniyetmələrə dərs keçib. Onun kimi özəl dərs verən böyük qardaşı Əliəsgər Müəddəbin evinə gələnlər arasında olan Məliküşşuara Mirzə Məhəmmədtağı Bahar ilə tanış olub. Ayrıca atasının ədəbiyyata olan düşkünlüyü sayəsində Tehrandakı ədəbi çevrələrlə yaxın münasibət qurub. Baharın dəstəyi ilə Taxıl, Ticarət və Əhali Rifahı nazirliyi tərəfindən çıxarılan “Məcəllə-i Fəlaḥat u Ticarət” adlı dərginin redaktoru olur və iki il bu vəzifədə çalışır. Bundan sonra eyni nazirliyin müxtəlif təşkilatlarında işləyir.
Səid Nəfisi 1924-cü ildə “Məcəllə-i Şərq” dərgisini çıxarıb. 1928-ci ildə “Mədrəsə-i Ali-i Ticarət” məktəbinin müdiri təyin edilib. 1935-ci ildə Tehran universiteti açıldıqda öncə Hüquq, daha sonra Ədəbiyyat fakültəsində dərs deyib. 1936-cı ildə Ədəbiyyat fakültəsinin İran İslam Tarixi kafedrasının professoru olub və eyni vaxtda Elmlər Akademiyası timsalındakı “Fərhəngistan-i İran”ın daimi üzviliyinə seçilib.
Səid Nəfisi kadrların tərbiyəsi və yetirilməsi sahəsində də çox böyük işlər görüb. O, 1939-cu ildə ilk elmi nişan alıb. 1946-cı ildə “Məcəllə-i Pəyam-i Nev” adlı dərgini yaradan və radioda elmi çevrələrini tanıtıcı proqramlar aparan Nəfisi bundan sonra elmi toplantılara qatılmaq üçün Rusiya, Hindistan, Əfqanıstan, İtaliya, Misir, İngiltərə, Hollandiya, Macarıstan və Pakistan kimi ölkələrə gedib. Bir çox beynəlxalq elmi konfranslarda iştirak edib. Görkəmli alim hər zaman beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ölkələrin alim və mütəxəssisləri ilə faydalı elmi əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verib və bu istiqamətdə əməli addımlar atıb.
Səid Nəfisi 1949-cu ildə universitetdə əməkli olsa da, 1959-cu ildə geri dönüb və bir müddət yenidən orada çalışıb. Həyatının sonuna doğru Parisə köçüb.
Səid Nəfisi I Beynəlxalq İranşünaslar Konqresi üçün getdiyi Tehran şəhərində 13 noyabr 1966-cı il tarixində vəfat edib.
Məhsuldar və yorulmaz fəaliyyəti ilə ədəbiyyat və tarix sahəsində ad çıxaran Səid Nəfisi bir çox ünlü əsərlərə imza atıb. Onun qələminin məhsulları mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.
Səid Nəfisi yazıçı kimi bir çox tarixi romanların müəllifidir. Onun əsərlərindən Firəngizi (Tehran, 1310 hş./1932), Sitarəgan-i Siyahı (Qara ulduzlar) (Tehran, 1317 hş./1937), Mah-i Nəxşəbi (Nəxşəb ayı) (Tehran 1328 hş./1955), Nimə-i rah-ı behişti (Cənnət yolunun yarısı) (Tehran, 1332 hş.) göstərmək olar.

Çap olunmuş əsərlərinə göz ataq:
Məsiḥiyyət dər İran (İranda xristianlıq) (Tehran, 1312 hş.), Tarix-i bimarsitanha-yı İran (İran xəstəxanalarının tarixi) (Tehran, 1329 hş.), Şahkarha-yı nəs̱r-i müaṣır-i farisi (Fars dilinin müasir nəşrlərinin şah əsərləri) (I-II, Tehran 1332 hş.), İbn Sina dər Arupa (İbn Sina Avropada) (Tehran, 1333 hş.), Tarix-i nəẓm u nəsr dər İran (İranda nəzm və nəsrin tarixi) (I-II, Tehran 1334 hş.), Xanədan-i Ṭahiriyan (Tahirilər sülaləsi) (Tehran, 1335 hş.), Atəşha-yı nühfətəh, hesabha-yı dürüst dər nəyaməd (Tehran 1339 hş.), Sər-çəşmə-i təṣəvvüf dər İran (İranda təsəvvüfün qaynağı) (Tehran, 1345 hş.), Tarix-i ictimai-yi İran əz inḳiraż-ı Sasaniyan ta inḳıraż-ı Əməviyan (Sasanilərin süqutundan əməvilərin sonuna qədər İran ictimai tarixi) (Tehran, 1342 hş.).
Səid Nəfisinin 1955-ci ildə “Bəhreyn tarixi” adlı kitabı nəşr olunub. Bir il sonra isə “Müasir İranın ictimai və siyasi tarixi” kitabı çapdan çıxır. İki cilddən ibarət olun bu əsərin birinci cildi Avşarlar, ikinci cildi Qacarlar dönəminə həsr olunub.
Görkəmli alim ədəbiyyatşünaslıq elmi ilə yanaşı mətnşünaslıq, kitabşünaslıq, lüğətçilik işi istiqamətlərinin hər biri ilə yüksək peşəkarlıqla məşğul olub, mühüm elmi nəticələr əldə edib.
Səid Nəfisi bir çox ədib və tarixçilərin həyat və yaradıcılığına həsr olunan monoqrafiya və kitablar, elmi məqalələr çap etdirib. Onun nəşirlərini nəzərdən keçirək: Rubaiyyat-i Həkim ʿÖmər Xəyyam (Tehran, 1311 hş.), Tarix-i Giti Guşa (Tehran, 1317 hş.), Divan-i Qiṭaət və rübaiyyat-i İbn Yəmin (Tehran, 1318 hş.), Tarix-i Məsudi (I-III, Tehran, 1319-1332 hş.), Lübabül-əlbab (Tehran 1330 hş.), Divan-ı Əzraqi-yi Herəvi (Tehran, 1336 hş.), Divan-i Ənvəri (Tehran, 1337 hş.), Külliyyat-ı Əvḥadi-yi İṣfahani (Tehran, 1340 hş.), Söxənan-i Mənzüm-i Əbu Saʿid-i Əbülxeyr (Tehran, 1349 hş.), Divan-i Kamil-i Əmir Xosrav-i Dəhləvi (Tehran, 1343 hş.). Qeyd edək ki, görkəmli tədqiqatçı bu nəşrlərin hər birinə müqəddimə və şərhlər yazıb.
Səid Nəfisi bu əsərlərində də üzə çıxardığı çoxsaylı arxiv sənədlərini və dövrü mətbuat materiallarını sadəcə elmi ictimaiyyətə və oxuculara çatdırmaq üçün təqdim etməyib, onların mahiyyətini açaraq, elmi əhəmiyyətini aydınlaşdırmaqla nəzəri cəhətdən şərh edib. Görkəmli alimin ədəbiyyat tarixçiliyi ilə nəzəri təfəkkürünün ortaq nəticəsi kimi formalaşdırılan elmi əsərləri tədqiqatlarının özünəməxsusluğunu meydana çıxarıb.

Görkəmli mütərcim ərəb dilinə dərindən bələd olduğu, orta əsrlər tərcümə sənətinin incəliklərini, Şərq tərcümə sənətinin zəngin elmi-nəzəri prinsiplərini bildiyi üçün bir çox əsəri orijinalı ilə eyni şəkildə tərcümə edərək izahlı şəkildə ərsəyə gətirib. O, latın, yunan və fransız dillərini mükəmməl bildiyi üçün bu dillərdən də bir çox əsərləri fars dilinə çevirib. Onun tərcümə etdiyi əsərləri bunlardır: Zülqərneyn ya Ḳuruş-i Kəbir (Tehran, ts., Mövlanə Əbülkəlam Azaddan); Tarix-i Türkiyyə (Tehran, 1316 hş., Leon Lamouchedan); Eşq çənin zayil mişəvəd və çənd dastan-i digər (Tehran, 1331 hş., Lev Tolstoydan); Sərgüzəşt-i İbn Sina (Tehran, 1332 hş., Əbdülvahid əl-Cüzcanidən); İliada (Tehran, 1334 hş., Homerdən); Paul ü Virjini (Tehran, 1335 hş., Bernarden de Sen-Pyerdən); Odissey (Tehran, 1337 hş., Homerdən); Arzuha-yi bərbad rəftə (Tehran, 1337 hş., Anri de Balzakdan); İbn Xaldun və Teymur Ləng (Tehran, 1339 hş., Josef Valter Fischeldən).
Öz yaşının çərçivəsinə sığışmayan, olduqca dəyərli elmi və pedaqoji nailiyyətləri olan Səid Nəfisi xeyli fundamental monoqrafiyadan başqa onlarla elmi məqalənin müəllifidir. Onun elmi məqalələri bir sıra nüfuzlu beynəlxalq elmi jurnallarda və məcmuələrdə dərc olunub və bu elmi məqalələrə dünya alimləri tərəfindən 100-dən artıq istinad var.
Səid Nəfisi 3 dəfə Bakıda olub, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak edib. O, "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşlərindən məhəbbətlə söhbət açıb. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazıb: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır. Üzeyir Hacıbəyovun Firdovsiyə ithaf edilmiş notları, musiqisi diqqətəlayiqdir".
Səid Nəfisi “Azərbaycan qəhrəmanı Babək Xürrəmdin” adlı əsər qələmə alıb. Bu əsər 1990-cı ildə Bakıda nəşr olunub. Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir. Bu ərazilər, onun gəldiyi nəticəyə görə, “biryandan Ərdəbil və Mərəndə, digər tərəfdən Şamaxı və Şirvana, başqa bir tərəfdən isə Ordubad və Culfaya qədər gedib çıxan, bu günkü qərbi və mərkəzi Azərbaycanın bir hissəsini və qədim Arranın cənub-qərb tərəfini əhatə edən əraziləri idi” .

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır