21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - (Yenilənib)
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:55 / 11-07-2025
Putin uzunmüddətli müharibəyə hazırlaşır
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

11:01 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

00:11 / 11-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Yusif bəy Sultanov: Mədrəsə nahiyəsinin müdafiəçisi...
Tarix: 08-05-2021 00:56 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Bunlardan biri də Yusif bəy Sultanovdur.
Yusif bəy Qarabağda tanınan sultanovlar soyuna məxsusdur. Sultanovlar soyu Püsyan elinin Babalı oymağından çıxıb. Bu oymağın əhalisi Qarabağ xanlığının Püsyan mahalında məskunlaşmışdı. Mahalı sultanlar idarə edirdilər və mərkəzi məntəqə sayılan Bəxtiyarlı kəndində əyləşirdilər.
Sultanovlar soyunun ulu babası Məhəmməd bəy Püsyandır. Məhəmməd bəy XVII yüzilin sonlarında yaşayıb. Elin Babalı oymağının başçısı olub. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət edib, şahdan sultan ünvanı alıb. Oymaq içində Hacı Sultan kimi tanınıb.
Hacı Məhəmməd sultanın törəmələri bəylərbəyilik və xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi dövründə Sultanov soyadını daşıyıblar.
Hacı Məhəmməd sultanın İbrahim bəy adlı oğlu olub.
İbrahim bəy Hacı Məhəmməd sultan oğlu Püsyan elinin Babalı oymağında doğulub. Molla yanında təhsil alıb. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq edib.
İbrahim sultanın Pənah bəy adlı oğlu var idi.

Pənah bəy İbrahim sultan oğlu 1700-cü ildə Püsyan elinin Babalı oymağında doğulub. Molla yanında oxuyub. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq edib.
Pənah sultanın Xanəmir bəy, Cavanmərd bəy, Əlihümbət bəy adlı oğlanları olub.
Xanəmir bəy Pənah sultan oğlu 1720-ci ildə Püsyan elinin Babalı oymağında dünyaya gəlib. Molla yanında təhsil alıb. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq edib.
Xanəmir sultanın İbrahim bəy adlı oğlu var idi.
II İbrahim bəy Xanəmir sultan oğlu 1740-cı ildə Püsyan elinin Babalı oymağında dünyaya göz açıb. Molla yanında oxuyub. Atasından sonra sultan ünvanı ilə oymaqlarını idarə edib.
II İbrahim sultanın Həsən bəy, Əlihüseyn bəy, Rüstəm bəy, Məhəmmədhüseyn bəy, Hüseyn bəy, Şahgəldi bəy, Əli bəy adlı oğlanları olub.
II İbrahim sultanın üçüncü oğlu Hüseyn bəy Püsyan elinin Babalı oymağında doğulub. Molla yanında oxuyub. Mülkədar olub. Bir çox oba və kəndlərə yiyəlik edib.
Hüseyn bəyin Abbasəli bəy, Sadıq bəy, Məmmədyar bəy, Əliqulu bəy, Allahverdi bəy, Hüseyn bəy adlı oğlanları var idi.
Abbasəli bəy Hüseyn bəy oğlu Püsyan mahalının Babalı oymağında doğulub. Molla yanında təhsil alıb. Ata mülkünü idarə etməklə güzəran keçirib.
Abbasəli bəyin Nəzərəli bəy, Əli bəy, Məmməd bəy adlı oğlanları olub.
Abbasəli bəyin üçüncü oğlu Məmməd bəy 1820-ci ildə Püsyan mahalının Bəxtiyarlı kəndində dünyaya göz açıb. Molla yanında təhsil alıb. Sonra rus dilini öyrənib. Rus ordusunda xidmət edib. Kornet rütbəsi daşıyıb.
Məmməd bəy Sultanov mülkədar olub. Göyərcik, Dəymədağıl mülklərini idarə edib.
Məmməd bəy Fatmanisə xanım Rəhim bəy qızı ilə ailəli olub. Süleyman bəy, Səməd bəy, Yusif bəy adlı oğlanları, Məsumə xanım adlı qızı var idi.
Məmməd bəyin üçüncü oğlu Yusif bəy 15 noyabr 1860-cı ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Püsyan nahiyəsinin Bəxtiyarlı kəndində anadan doğulub. Məktəb təhsili alıb. Rus-yapon müharibəsində iştirak edib. Göyçay, Şamaxı qəzalarında polis pristavı işləyib.

Yusif bəy Sultanov 1918-1920-ci illərdə Şamaxı qəzasının Mədrəsə sahəsinin pristavı olub. (İ.M. Əliyarlı, T. P. Behbudov, Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918-1920-ci illər), Bakı, 1998, səh. 33)
Yusif bəy Sultanov zəhmi, zabitəsi sayəsində türk-müsəlman qırğının qarşısını alıb. Çar hakimiyyəti orqanlarının yerli komandası Şamaxıdan getdikdə ermənilər gizli surətdə silah anbarını ələ keçirib, bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verilməyib. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib, oraya müsəlmanları buraxmayıblar. Müsəlmanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmən münasibəti bəsləyib, onları təhqir edib və incidiblər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah-sürsat gətirib, sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətiriblər. Ermənilərin bu hərəkətləri azərbaycanlıları vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürlər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Sürətlə silahlanan ermənilər üzdə özlərini elə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sürsat, top və pulemyotlarla silahlanmış üç minədək Bakıdakı bolşevik hakimiyyəti adından erməni qoşunu gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozluçayda (Xilmili) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, onların başlıca məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur.
Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bunu eşidən Kürdəmir kəndi sakinləri müsəlmanları incitməməyi ermənilərdən xahiş etmək üçün Şamaxıya gəlib, erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab alıblar:
«Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək».
1918-ci ildə Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalır. Martın 18-də sübh çağı Şamaxı şəhərinin 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Müdafiəsiz kəndə soxulan düşmən Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Əngəxarana soxulan düşmən ermənilər və malakanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini əsir alır. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə aparılıb orada saxlanılır. 88 kişini isə malakan kəndi Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər azərbaycanlı gəlib çıxır. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr Mədrəsəyə aparılmış qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldikdə, onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyitlərinin eybəcər hala salındığının görürlər. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox meyitlərin döşlərində yanıq izləri aşkarlanıb. Bu da sübut edirdi ki, hələ onlar sağ ikən ermənilər onların sinələri üzərində od qalayıblar. Bundan başqa, dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olublar. Komissiyanın məruzəsində göstərilirdi ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalıb.
1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəza rəisinin Fövqəladə təhqiqat komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbristan, Mədrəsə və Qoşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilib. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Qoşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilib. (ARDTA, F.1061, op.1, iş.99, l.12)
Yusif bəy Sultanovun məruzəsinə görə Mədrəsə sahəsi üzrə: Quizi, Çaylı, Mirikənd, Muğanlı, Murtalı, Talım-Məlik, Umut, Şaradil kəndləri erməni vəhşiləri tərəfindən dağıdılıb, qətl-qarət edilib.
Yusif bəy Sultanov 1 yanvar 1899-cu ildə kollec qeydiyyatçısı, titulyar müşavir çinlərinə layiq görülmüşdü. O, III Aleksandr, IV dərəcəli Şire-Xurşid ordenləri ilə təltif olunmuşdu. 1905-ci il (rus-yapon) müharibəsində medal almışdı.
Yusif bəy Qafur ağa Səmədovun qızı, Fətəli xanın nəvəsi ilə ailəli olub. Bahadur bəy adlı oğlu, Gövhər xanım, Şeyda xanım, Rübabə xanım adlı qızları var idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır