19:19 / 17-01-2026
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
18:24 / 17-01-2026
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
18:18 / 17-01-2026
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
13:16 / 17-01-2026
Sabah Bakıya sulu qar, dağlıq rayonlara qar yağacaq - Proqnoz
12:24 / 17-01-2026
Bakı metrosunun platformasında sərnişin ölüb
12:10 / 17-01-2026
Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib
11:46 / 17-01-2026
Bakıda Qlobal Forum keçiriləcək
11:20 / 17-01-2026
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
00:13 / 17-01-2026
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
22:54 / 16-01-2026
Ramzan Kadırovun oğlu qəzaya düşüb
22:28 / 16-01-2026
Tramp İran rəhbərliyinə təşəkkür edib - Yenilənib
19:26 / 16-01-2026
Çin zavodlarına 16 gəmi sifariş veriblər
18:01 / 16-01-2026
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
17:49 / 16-01-2026
Onlayn qumar oyunları: iki nəfər saxlanılıb
17:38 / 16-01-2026
Vilayət Eyvazov Belarusun Daxili işlər naziri ilə görüşüb
17:30 / 16-01-2026
Əmək Məcəlləsinə dəyişikliklər təsdiqlənib
17:23 / 16-01-2026
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:04 / 16-01-2026
Kosmik missiyanın üzvləri tibbi müayinəyə cəlb olunublar
16:50 / 16-01-2026
Magistraturalara sınaq imtahanı keçiriləcək
16:46 / 16-01-2026
Millimiz yoxlama oyununda qalib gəlib
16:27 / 16-01-2026
Daha bir kollecə direktor təyin olunub
16:16 / 16-01-2026
"Atena” qanunvericiliyi pozub
15:54 / 16-01-2026
Balıq ovu üçün kvota bölgüsü təqsdiqlənib
15:53 / 16-01-2026
Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq
15:24 / 16-01-2026
Sabiq icra başçısının oğlu tanışını güllələyib
15:20 / 16-01-2026
Səfir postuna namizəd olan şəxs islandiyalıları qəzəbləndirib
15:17 / 16-01-2026
Qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin artırılması təklif olunub
14:57 / 16-01-2026
Simonyan: "Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq"
14:24 / 14-01-2026
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
11:04 / 16-01-2026
SOCAR-a yeni müşavir təyin edilib
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
17:08 / 16-01-2026
Prezident QSC-yə sədr təyin edib - Fotolar
17:37 / 13-01-2026
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
11:04 / 15-01-2026
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
14:52 / 16-01-2026
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
11:36 / 14-01-2026
İrana hansı ssenari tətbiq olunacaq?
10:50 / 16-01-2026
ABŞ Mars yarışında Çinə uduza bilər
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
13:01 / 13-01-2026
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
12:02 / 13-01-2026
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
Müctəba Minovi: həqiqət acı olsa da...
Tarix: 17-04-2022 23:01 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış alimlərdən biri də Müctəba Minovidir. O, orta əsr yazılı abidələri üzərində yorulmadan apardığı araşdırmalar sayəsində, qələmini müxtəlif elm sahələrində sınayıb və ağır-azman bir irs yaradıb.
9 fevral 1903-cü ildə Qacarlar dövlətinin paytaxtı Tehranda dünyaya göz açan Müctəba Minovinin atası məşhur fəqih Şeyx İsa Şəriətmədari, babası ruhani Şeyx Məhəmmədhəsən Şəriətmədari, ulu babası isə Molla Məhəmmədcəfər Şəriətmədaridir. Əsilləri Əstərabad vilayətindəndir.

Müctəba ibtidai təhsilini Kərbəla şəhərində yaşayan atasından alıb. Onlar 1911-ci ildə ailəlikcə Tehrana köçüblər. Müctəba burda fəaliyyət göstərən ünlü təhsil ocaqlarından olan Əmanət və İftixariyyə mədrəsələrində oxuyub. Sonra Tehran Darülfünununa qəbul olub. Sadiq Hidayətlə kurs yoldaşı idi. 1919-cu ildə atasının Rəşt şəhərinə qazı təyin olunması ilə bağlı Gilana köçüblər. 1920-ci ildə Müəllimlər İnstitutuna daxil olub. 1923-cü ildə atası İran Milli məclisinə nümayəndə seçildiyi üçün yenidən Tehrana dönüblər.
Müctəba Minovi Tehranda orta fars dili pəhləvicəni öyrənib. Sonrakı dönəmdə Məhəmmədəli Füruği və Seyid Həsən Tağızadə ilə dostlaşıb.
Müctəba Minovi 1928-ci ildə İranın Fransadakı səfarətxanasında ofis rəisinin müavini, sonra rəisi vəzifələrində çalışıb. Əllamə Məhəmməd Qəzvini ilə tanış olduqdan sonra onun təsiri ilə araşdırmalara başlayıb.
Müctəba Minovi 1929-cu ildə İranın Böyük Britaniyadakı səfarətxanasında çalışmağa başlayıb. O, bu vəzifələrdə fransız və ingilis dilləri bilgisini təkmilləşdirib. Avropada çalışdığı dönəmlərdə bir çox şərqşünasla tanış olub.

Müctəba Minovi 1930-cu ildə yoldaşları Bozorg Ələvi, Məsud Fərzad və Sadiq Hidayət ilə birlikdə “Dördlər” qrupunu yaradıb.
Müctəba Minovi 1933-cü ildə İrana dönüb və Əbülqasim Firdovsinin “Şahnamə” əsərini çapa hazırlayıb. Məhəmmədəli Füruği ilə bərabər bu məşhur əsərin üzərində işləyib. 1934-cü ildə Tehranda keçirilən Beynəlxalq Firdovsi konfransının iştirakçısı olub. Konfransa qatılan avropalı şərqşünaslara yoldaşlıq edib. Onların dəvəti ilə Böyük Britaniyaya yollanıb, 15 il Londonda yaşayıb. Londonda Vladimir Minorski, Edvard Denisan Ros, Harold Volter Beili, Valter Bruno Heninq kimi şərqşünaslarla əməkdaşlıq edib.
Müctəba Minovi 1940-cı ildə Bibisi Fars kanalının yaranmasının iştirakçısı olub və bir müddət bu radio ilə əməkdaşlıq edib.
Müctəba Minovi 1949-cu ildə Tehran Universitetinin dəvəti ilə İrana dönüb.
Müctəba Minovi 1950-ci ildə İstanbul şəhərindəki İran məktəblərindən birinin direktoru olub. 4 ay burda çalışandan sonra İrana dönüb. Tehran Universitetinin Ədəbiyyat və hümanitar elmlər, eləcə də İlahiyyat fakültəsində müəllim kimi çalışmağa başlayıb. Tağızadə və başqaları onun universitetdə dərs deməsi üçün canfəşanlıq göstəriblər. Bədiəzzəman Firuzanfər onun ali dərəcəli professor olması üçün çox çalışıb.

Müctəba Minovi 1951-ci ildə ikinci dəfə İstanbul şəhərinə gəlib. Bu dəfə şərqşünasların beynəlxalq konfransında iştirakı üçün təşrif buyurub. Kitabxanalara baş çəkən Minovi heyrətlənib. Çünki İstanbul kitabxanalarında İran ədəbiyyatına dair külli miqdarda əlyazma saxlanırdı. O, Tehrana dönəndən sonra məmurları inandırıb ki, yenidən onu İstanbula ezam etsinlər, həmin əlyazmaların mikrofilmini və surətini əldə edə bilsin. Türkiyədə işləyərkən o, dövləti inandırıb ki, bir ezamiyyət müddətinə bu əlyazmaları əldə edə bilməyəcək. Bundan sonra onu İstanbulda İranın mədəyyət attaşesi təyin ediblər. O, burda işlədiyi dönəmdə (1951-1958) bütün Türkiyə əlyazmalar kolleksiyasını, cüngləri nəzərdən keçirib. Təxminən 15 min əlyazmanı təftiş edib və Tehran Universitetinin kitabxanası üçün 1500 ədəd mikrofilm seçib.
Müctəba Minovi İstanbuldan Tehrana dönəndən sonra yenidən müəllimlik fəaliyyətinə davam edib. 1969-cu ildə universitetdən əməkliyə ayrılıb.
Müctəba Minovini 1971-ci ildə elmi-tədqiqat institutu olan Bünyade Şahname-ye Firdovsiyə direktor təyin ediblər.
Müctəba Minovi 1973-cü ildə İran Elmlər Akademiyasının (Fərhəngistanın) həqiqi üzvü seçilib. Ömrünün sonunadək elmi tədqiqatla məşğul olub.

Müctəba Minovi 26 yanvar 1977-ci ildə Tehran şəhərində vəfat edib. Behişti-Zəhra gorgahında tarpağa tapşırılıb.
Müctəba Minovi əvvəlcə Ellen Badhamla ailə qurub və bu nikahdan Ramin və Makan adlı oğlanları var. İkinci dəfə Şəhribanu Pərtövi adlı bir xanımla dünya evinə girib. İkinci nikahdan Nilufər adlı bir qızı var.
Müctəba Minovi Nizaminin anadan olduğunu 535-ci il (hicri), müəyyənləşdirib.
Müctəba Minovi əllamə Mirzə Məhəmməd xan Qəzvini ilə tanış olduğu vaxtdan İran klassik ədəbiyyatını tədqiq etməyə başlayıb. Avropadakı fəaliyyəti zamanı tədqiqatını püxtələşdirib. Nasir Xosrovun divanını çapa hazırlayarkən yazdığı essedə bu tipli fəaliyyətini işıqlandırıb.
Müctəba Minovi 1931-ci ildə Nizamülmülkün “Siyasətnamə”sini nəşrə hazırlayıb. Bu nəşr zamanına görə kamil əsərlərdən sayılır.

Müctəba Minovi 1932-ci ildə ilk redaktə, təshih təcrübəsini “Name-ye Tansar” (Tansarın məktubu) üzərində aparıb. Orta fars dilində yazılan bu əsəri çapa hazırlayıb. Bu əsər əvvəlcə Ceyms Darmesteter tərəfindən (Paris, 1894) nəşr edilmişdi.
Müctəba Minovi 1934-cü ildə “Şahnaməni” çapa hazırlayıb. Ardınca, 1935-ci ildə “Vis və Ramin” əsərini nəşriyyata təqdim edib. İranın Mədəniyyət nazirliyi bu nəşrə görə ona 4 min tümən mükafat verib. 4 min tümən o zaman böyük məbləğ sayılırdı.
Müctəba Minovi Bünyade Şahname-ye Firdovsidə işlədiyi dövrdən bir çox klassik ədəbiyyatın nümunələrini çapa hazırlaıyıb. Onun rəhbərliyi altında Firdovsinin “Şahnamə” əsərindən 4 dastan nəşr edilib. Bunlar “Rüstəm və Söhrab” dastanı (1973), “Fürud” dastanı (1975), “Bijən və Mənicə” dastanı və “Siyəvuş” dastanıdır.

Tehran Universitetinin kitabxanası Müctəba Minovinin sayəsində dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevrilib, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Onun başçılığı ilə kitabxanada mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilib. O, linqvistik mənbəşünaslıq sahəsinin əsasını qoyub, sonralar bu görkəmli alimin rəhbərliyi altında bu sahə daha da inkişaf etdirilib.
Dünyanın müxtəlif kitabxana və muzeylərində saxlanılan yazılı abidələr arasında öz tədqiqatçısını gözləyən və indiyədək öyrənilməyən bir sıra elm və ədəbiyyat xadimləri və onların əsərləri məhz Müctəba Minovinin axtarışları və tədqiqatları sayəsində ilk dəfə elm aləminə təqdim olunub.
Tərcümə sahəsində böyük xidmətlər göstərən Müctəba Minovi fars dilinə bir çox əsərlər qazandırıb. İranşünas Ernst Herzfeldin bir neçə kitabını fars dilinə çevirib, nəşrini həyata keçirib.

O, 1927-ci ildə Artur Kristensenin “Sasani imperiyası: Xalq, dövlət, məhkəmə” kitabını tərcümə edib. Kitab böyük tirajla çap olunub. Pəhləvilər dövlətinin bədrəng kardinalı Məhəmmədəli Füruği bu kitabda irançılığa aid “qələtlər” tapıb, kitab satışdan yığıdırılıb. Minovi xatirəsində qeyd edir ki, kitabın yığılması siyasi səbəbdən baş verib. Alim Rəşid Yasəmi də həmin müəllifin bir kitabını tərcümə edib. Görünür yuxarılara caydırıcı bilgilər verilib. Yasəmi sonralar bildirib ki, mənim bu tərcümənin taleyində rolum olmayıb. Artur Kristensen İran Mədəniyyət nazirliyinə kitabın tərcüməsi haqqında sorğu göndərib, ona rəsmi cavabda bildiriblər ki, kitabda xeyli yanlışlıq və qeyri-dəqiqlik var.
İrəc Əfşara görə Minovinin Avropa mədəniyyətinə baxışı Qəzvinin və Tağızadənin baxışlarından fərqlənir. (Əfşar İ. 1977б, s. 16).
Müctəba Minovinin İran ədəbiyyatşünaslığında ilk dəfə olaraq, ərəbdilli və farsdilli yazılı abidələr üzərində ardıcıl şəkildə apardığı məhsuldar tədqiqatlar sayəsində mətnşünaslığın tarixi inkişaf mərhələləri və nəzəri əsasları hazırlanıb. O, indiyədək elmi ictimaiyyətə məlum olmayan İran ədəbiyyatı nümunələrinin aşkar edilərək, öyrənilməsi sahəsində xeyli iş görüb. Onun uzun illər xarici ölkələrdə apardığı axtarışlar sayəsində Şərq, eləcə də İran mədəniyyəti tarixini öyrənmək baxımından çox dəyərli olan yüzlərlə orta əsr yazılı abidələri toplanaraq, Tehran Universitetinin kitabxanasına gətirilib. Bu əlyazmalar arasından onun üzə çıxararaq, tədqiq və nəşr etdiyi bir sıra kitablar elm aləmində böyük maraqla qarşılanıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır