15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
15:48 / 29-09-2023
Prezident: "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik"
09:31 / 27-09-2023

16:30 / 25-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

16:17 / 25-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
Tarix: 23-03-2022 18:55 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair, ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas və tərcüməçi Rəşid Yasəmi həmişə özünəməxsus mövqeyi ilə seçilib. Bu yazımızda görkəmli alimin səmərəli elmi fəaliyyətindən, ədəbiyyatşünaslığın inkişafındakı xidmətlərindən söhbət açmaq istəyirik.
4 dekabr 1896-cı ildə Qacarlar dövlətinə bağlı Kirmanşah əyalətinin Gəhvarə qəsəbəsində dünyaya gələn Qulamrza xan Rəşid Yasəmi ədib və intelektual şəxsiyyətlərin yetişdiyi bir ailəyə məxsusdur. Goran əşirətinə aiddir.

Atası Xanixənan ləqəbli Məhəmmədvəli xan Mirpənc xəttat, şair və nəqqaş idi. Nüsrət təxəllüsü ilə şeir yazırdı.
Babası Hüseyn xan Əmirpənc həm tayfa başçısı, həm də hərbçi idi.
Anası Nurtac xanım tərəfindən babası divan sahibi və “Şəms ü Tuġra” adlı tarixi romanın müəllifi, şahzadə Məhəmmədbağır mirzə Xosrovidir. Məhəmmədbağır mirzə Dövlətşahi soyadını daşıyırdı və Məhəmmədəli mirzənin nəvəsi, Fətəli şah Qacarın nəticəsi idi.
İbtidai təhsilini Kirmanşahda alan Rəşid Yasəmi xüsusi müəllimlərdən fars dili və ədəbiyyatını öyrənib, ərəb və fransız dillərini əxz edib. Ardından getdiyi Tehran şəhərində Sen Louis litseyindən məzun olub (1913). Bu məktəbdə Nizam Vəfa adlı fars dili müəlliminin təşviqiylə şeirə yönəlib. Şeirlərində “Rəşid” təxəllüsündən istifadə edib. Təhsilini tamamladıqdan sonra öncə mədəniyyət və maliyyə nazirliklərində, ardından saray dəftərxanası dairəsində çalışmağa başlayıb. O günlərdə, sonraları adı Məliküşşuara Bahar tərəfindən “Əncümən-e Danişkədə” olaraq dəyişdiriləcək “Cərgə-i Danişvəri”ni qurub. Bu məcmuədə Bahar və onun yoldaşlarından olan Səid Nəfisi, Abbas İqbal Aştiyani, Seyyid Rza Hünəri və İbrahim Ülfət kimi ədəbiyyat və fikir adamları ilə çalışıb. “İnqılab-ı ədəbi” başlığı altında fransız dilindən tərcümə etdiyi yazılar “Danişkədə” dərgisində nəşr olunub. Ardından “Əncümən-e ədəbi-i İran” cəmiyyəti qurulub. Burada İbn Yəmin-i Tuğrainin həyatını anlatdığı ilk müəllif yazısını nəşr etdirib. Qısa müddət sonra Əli Dəştinin qurduğu “Şəfəq-e sürx” adlı qəzetdə ədəbi tənqid yazıları qələmə alıb və zamanının yazıçı və şairlərini tənqid edib. Bu yazılar sayəsində ədəbiyyat çevrələrinin diqqətini çəkib. “İran”, “Növbahar”, “Ayəndə”, “Təlim ü Tərbiyət”, “Ərmağan”, “Mehr və Fərhəngistan” kimi qəzet və dərgilərdə məqalə və şeirləri dərc olunub. Bu arada ingiliscəsini inkaşaf etdirib və Ernst Herzfeldin dərslərinə qatılaraq pəhləvi dilini öyrənib. 1933-cü ildə Tehran Universiteti açıldıqda Ədəbiyyat fakültəsinin İslam tarixi kafedrasına müəllim gətirilib. Danişsəra-yi Alidə dərs deyib. Fərhəngistan-e İran (İran Elmlər Akademiyasına) üzvülüyünə seçilib. 1946-cı ildə Fransaya gedib və iki il orada qalıb.
Rəşid Yasəmi 2 mart 1949-cu ildə Ədəbiyyat fakültəsində verdiyi bir konfrans əsnasında qəlb krizi keçirib və müalicə üçün Avropaya yollanıb. Bir müddət sonra döndüyü Tehran şəhərində - 9 May 1951-ci ildə vəfat edib.

Daha çox klassik İran ədəbiyyatı araşdırmaçısı olaraq tanınan Rəşid Yasəmi dəyişik janrlardakı şeirlərində qafiyələrin yerini dəyişdirərək yenilik yaratma tərəfdarlarına, “müqəttaət” adı ilə yeni bir şəkil işlədilməsinə, yeni törəyən sözlərə şeirində yer verməsinə rəğmən qədim ustadların şeir üslubunu izləyən “Danişkədə” məcmuəsinin qoyduğu şərtlərə bağlı qalıb, Xorasan və İraq üslubu arasında bir səbki mənimsəyib, bugünün şeirini dünənin şeirinə bağlayan halqalardan biri olub. Yeni məzmunları qədim şeirin qəlibinə töküb, əxlaq və hikməti şeirinə yerləşdirib.
O, novator şairlərin İranda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onların Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şeirin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan klassik şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarıb.
Görkəmli alimin ədəbiyyat tarixi və nəzəriyyəsi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini sərgiləyir.
Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən alim 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir.
Rəşid Yasəmi dönəminin sosial və mədəni dəyişikliklərini əks etdirdiyi 2000 beyt civarındakı şeirləri öncə “Müntəxabat-e əşar-e Rəşid” (Tehran, 1312), daha sonra “Divan-e Şeir-i Rəşid-i Yasəmi” (Tehran, 1338) adı ilə nəşr etdirib.
Görkəmli alimin klassik ədəbiyyatın tədqiqi sahəsindəki fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Onun tədqiq edib, nəşr etdiyi əsərlər arasında “Əḥval-i İbn Yəmin” (Tehran 1304); “Qanun-i əxlaq” (Tehran, 1307); “Tarix-i miləl ü niḥal” (Tehran, 1315 hş.); “Ain-i nigariş-i tarix” (Tehran, 1316 hş.); Ədəbiyyat-e müasir” (Tehran, 1316 hş.); “Məqalət və risaləha” (nəşr. İrəc Əfşar – Məhəmməd Rəsul Dəryagəşt, Tehran, 1373 hş.) adlı kitablar var.
Klassik sənətkarların həyat və yaradıcılığının öyrənilməsinə xüsusi diqqət və qayğı ilə yanaşan R. Yasəmi onların bədii irsinin toplanmasına və nəşrinə böyük əmək sərf edib. “Divan-e Məḥəmmədbağır-e Xosrovi” (Tehran, 1303 hş.); “Səlaman u əbsal-i Cami” (Tehran, 1305 hş.); “Əndərznamə-i Əsədi-i Ṭusi” (Tehran, 1306 hş.); “Nəṣayix-i Firdovsi” (Tehran, 1306 hş.); “Müqəddimə bər dübeytiha-ye Baba Ṭahir ʿUryan” (Tehran, 1306 hş.); “Divan-e Hatif-i İṣfahani” (Tehran, 1307 hş.); “Müntəxabat-e əşar-e Fərruxi-ye Sistani” (Tehran, 1311); “Divan-e Məsud-i Səd-i Səlman” (Tehran 1318 hş.); Əşʿar-e güzidə-i Məsʿud-i Səʿd-i Səlman (Tehran 1319 hş.) görkəmli alimin yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsidir.
Elmi fəaliyyətə ədəbiyyat tarixçisi kimi başlamış Rəşid Yasəminin tərcümələri də maraq doğurur. Onun çevirdiyi əsərlər aşağıdakılardır:
Pəhləvicədən: Əndərz-i Uşnər Danak (Tehran, 1313 hş.); Əndərz-i Azərpad Mar Sipəndan (Tehran, ts.); Ərdavir ʿAfnamə (Tehran 1314 hş.).
Fransız dilindən: Nəṣayix-i Epiktutos hakim (Tehran, ts.); Tarix-i ʿumumi-i qərn-ı hicdəhum (Albert Maletdən, Tehran, 1310); Tarixçe-i Nadir şah (Minorskidən, Tehran, 1313 hş.); Assar-e İran (Andre Godarddan, Tehran, 1314 hş.); İran dər zaman-i Sasaniyan (Arthur Christensendən, Tehran, 1317 hş.); Əz Qəṣr-ı Şirin bə Ṭus (Tehran, ts.).
İngilis dilindən: Ain-i Dustyabi (Dale Carnagiedən, Tehran, 1320 hş.); Tarix-i Çingiz xan (Harold Lampdan, Tehran, 1313 hş.); Tarix-i ədəbiyyat-e İran -əz aġaz-ı Səfəviyyə ta ʿəṣr-e hazır- (Edward Brovnedən, Tehran, 1316 hş.); Məqam-e İran dər tarix-e İslam (David Margoliouthdən, Tehran, 1321 hş.).
Görkəmli alimin fundamental tədqiqatlarının nəticəsi olan əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır və dəyərli mənbə kimi gənc tədqiqatçıların köməyinə çatır.
Böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi Rəşid Yasəminin oxucular arasında maraq doğuran əsərlərindən biri də “Tətöbbə və intiqadi və əhvali və asari Səlman Səvaci”dir. Mətnşünas alim “Külliyyat-e Xacə Cəmaləddin Səlman Savəci” kitabını da çapa hazırlayıb. (Tehran, ts.).

Qeyd edək ki, görkəmli alimin azun illərdən bəri əldə etdiyi elmi araşdırma təcrübəsi, universal tədqiqatçılıq keyfiyyəti “Səlman Savəcinin həyatı və əsərlərinin tənqidi araşdırılması” monoqrafiyasında əyaniləşib. R. Yasəminin bu əsərində şair Salman Savəcinin həyatı və yaradıcılığına dair axtarışlar edilməyə təşəbbüs göstərilib. Müəllif əksər hallarda Salman haqqında orta əsrlər təzkirə müəlliflərinin söylədiklərini təkrar edərək şairin həyatına dair yazılarında ən çox onunla dövrünün hökmdarları arasındakı münasibətlərdən, səfərlərindən, şəxsi əmlakından, məzhəbindən və s. bəhs etməyə daha çox yer verib. Son dörd fəsil kitabın diqqəti cəlb edən yerlərindəndir. Bu fəsillərdə S. Savəcinin sələfləri Firdovsi, Nizami, Mənuçehri, Sənai, Ənvəri, Xəyyam, Zəhir Fariyabi, Kəmaləddin İsmayılın yaradıcılıq yolundan istifadə etməsi, onların Salman ədəbi irsinə təsirinə dair qeydlər verilir (78, 97-106).
Kitabın 13-cü fəslində Salman ilə onun müasiri Hafiz Şirazi qəzəllərinin qarşılıqlı müqayisəsindən bəhs edilir (Tətöbbə və intiqadi və əhvali və asari Səlman Səvaci, s. 112-121).
R. Yasəmi S. Savəcinin tarixi məlum olan və olmayan «Külliyyat»larının 10-a qədər əlyazmasından istifadə edib, tarixi bəlli olmayan bəzi əlyazmalarının Salmanın ömrünün son vaxtlarında qələmə alındığını ehtimal edib.
R. Yasəmi Savəcinin diqqəti cəlb edən əlyazmalarından 1429-30-cu illərdə və 1469-70-ci illərdə üzü köçürülmüş əlyazma nüsxələrinin adlarını çəkib (Tətöbbə və intiqadi və əhvali və asari Səlman Səvaci, s. 112-121), şairin ona məlum olan 5 min beyt qəsidəsinin, 450 beyt qitəsinin, iki tərkibbəndi, 1100 beyt qəzəli, «Fərağnamə» (1000 beyt) və «Cəmşid və Xurşid» (3200 beyt) məsnəviləri, 32 rübaisinin olmasından bəhs edib (Tətöbbə və intiqadi və əhvali və asari Səlman Səvaci, s. 112-121).
Rəşid Yasəmi Salman Savəcinin məsnəvi janrında qüdrətli bir sənətkar olduğunu söyləyərək yazırdı ki, Salman Savəcinin «Fərağnamə» və «Cəmşid və Xurşid» məsnəviləri Nizaminin məsnəviləri müqabilində sonralar yazılan əsərlər içərisində ən lətif və şirin oxunan məsnəvilərdəndir (Tətöbbə və intiqadi və əhvali və asari Səlman Səvaci, s. 4).
Bu sanballı elmi-tədqiqat əsərində şairin əsərlərinin təhlili yüksək professional səviyyədə yerinə yetirilib.
Rəşid Yasəmi həyatı boyu yorulmadan çalışaraq ədəbiyyatşünaslıq elmini inkişaf etdirib və yeni elmi nəsillərin hazırlanmasına xidmət göstərib.
Bölməyə aid digər xəbərlər

11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır