00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Ziddiyyətlər məngənəsində… - Ənvər Çingizoğlu yazır
Tarix: 25-04-2022 10:10 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Ədəbiyyatşünaslıq və tarix elmində gördüyü işin mahiyyəti, əhatə və təsir dairəsi, elmi fəaliyyətinin gerçək nəticələri artıq zamanın sınağından çıxmış, qədim Şərq tarixini yazıb-yaratdığı qədər özü də tarixiləşmiş müstəsna adlar sırasında Məhəmmədcavad Məşkurun da adı var. O, görkəmli İran tarixçisi, şərqşünas, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimçi, urartuşünas, nadir ixtisaslı alimlərdən biridir.
1918-ci ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərinin Səngiləc məhəlləsinin Dabbaqlar küçəsində dünyaya göz açan Məhəmmədcavad Məşkurun anası Xanımağa ləqəbli Məsumə xanımdır. Atası Əlaəddin Fərhad Məşkur Tehrani Kübraviyyə təriqətinin qütblərindən idi. Babası Hacı Şeyx Məhəmmədhəsən ünlü ruhani, xeyli müridə sahib olub. Ulu babası Hacı Şeyx Əli Urməvi Urmiya vilayətinin müctəhidlərindən sayılıb. Onun atası İrəvandan gəlib və Qacarlar dövlətinin vəliəhdi Abbas mirzə tərəfindən Urmiyada yerləşdirilib. Bəzi sənədlərə görə, əslən Bakılıdır. Amma bu versiya ağlabatan deyil. Abbas mirzə Qacar Bakıdan İrana mühacirət edənləri Ərdəbildə yerləşdirirdi. İranlı müəlliflər Şimali Azərbaycandan gələnləri adətən Bakılı adlandırırlar.
Məhəmmədcavad Məşkur ibtidai təhsilini məhəllə mollaxanasında alıb. Sonra “Sərvət” mədrəsəsində oxuyub. Daha sonra Tehran Darülfünununa daxil olub. Oranı bitirəndən sonra təhsilini Danişsəraye alidə (Müəllimlər institutunda) davam etdirib. Lap sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsinə qəbul olub. Bu təhsil ocağını da tamamlayandan sonra, magistraturada oxuyub, ərəb və fars ədəbiyyatlarını tamam-kamal öyrənib.
Məhəmmədcavad Məşkur 1939-cu ildə magistraturanı bitirəndən sonra Vergilər nazirliyində çalışmağa başlayıb. Orta məktəbdə də müəllim kimi fəaliyyət göstərib.
Məhəmmədcavad Məşkur oxumaqdan və öyrənməkdən qalmırdı. Boş vaxt tapan kimi dayısı, ünlü ruhani, müctəhid Mirzə Məhəmmədhəsən Şəriət Səngiləcinin (1891-1944) yanına qaçıb, ondan fiqhi, ərəb ədəbiyyatını, məntiqi də öyrənib. Dayısının ətrafı dolu olanda Mirzə Məhəmmədmehdi Səngiləciyə müraciət edib.
Məhəmmədcavad Məşkur qədim dillərə də maraq göstərib. Dəftər-kitab, bilici-bilgin araçılığı ilə bir çox ölü dillərə (latın, pəhləvi) də vaqif olub. O, türk, fars, ərəb, fransız və ingilis dillərini bilib.
Məhəmmədcavad Məşkur 1948-ci ildən 1953-cü ilədək Təbriz Universitetində Qədim İran tarixini və orta fars (pəhləvi) dilini tədris edib.
Məhəmmədcavad Məşkur 1953-cü ildə Parisə yollanıb, doktorluğunu Sarbonna Universitetində müdafiə edib və 1959-cu ildə Tehrana dönüb.
Məhəmmədcavad Məşkur 3 il sərasər (1963-1966) ərəb dilində çıxan “Əl-Aha” jurnalının baş redaktoru olub.
Məhəmmədcavad Məşkur 1966-cı ildən Ali Müəllimlər İnstitutunun vəqfində çalışıb. Sonra Tehran Universitetində professor kimi tarix, ədəbiyyat və dil tədris edib.
Məhəmmədcavad Məşkur 1975-ci ildə İranın Suriya səfirliyində mədəniyyət müşaviri kimi xidmət göstərib. Orda, Hələb və Dəməşq universitetlərində fars dili və ədəbiyyatından dərs deyib. Dəməşq Elmlər Akademiyasının üzvü olub.
Məhəmmədcavad Məşkur Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin “Babülbərid”dəki naməlum türbəsini elmi ictimaiyyətə nişan verib.
Məhəmmədcavad Məşkur 1979-cu ildə İrana dönüb.
Məhəmmədcavad Məşkur 1980-ci ildə təqaüdə çıxıb.
Məhəmmədcavad Məşkur 1995-ci ildə vəfat edib. Qumda, Behişti-Zəhra gorgahında dəfn olunub.
Alimin elmi axtarışlarının əsas istiqamətlərindən biri qədim tarixlə bağlıdır. Onun bu mövzuda onlarla əsərləri var.
Məhəmmədcavad Məşkur 1946-cı ildə “Pəhləvilərin tarixi, ədəbiyyatı və dini” adlı kitabını nəşr etdirib. Alim bu kitabında İranın qədim xalqları haqqında yanlışlıqlar irəli sürüb. Doktor Məhəmmədtağı Zehtabi "İran türklərinin əski tarixi" kitabının "Cənubi Azərbaycan tarix elminə bir baxış" bölməsində yazır:
"Müxtəlif elm sahələrində olduğu kimi, tarix sahəsində də fars şovinizminin tərəfdarı olan alimlər meydana gəldi. Bu İran alimləri Avropa alimlərinin qədim Şərq tarixi barədəki fikirləri və yazılarını fars şovinizmi nöqteyi-nəzərindən araşdırıb yazmağa və kitablar nəşr etməyə başladılar. Bu tarix kitablarının ən əhəmiyyətlisi Həsən Pirniyanın (Müşirüddövlə) 3 cildlik "İran-e bastan" əsəridir. Bu əsərdə Avropa tarixçilərinin əksinə və fars şovinizminin istəyinə əsasən, heç bir sənəd və dəlil olmadan belə bir iddia irəli sürülüb ki, bugünkü İranın xalqları qədim dövrlərdə arilər irqi olub, o cümlədən bugunkü azərilər, qaşqaylar, həmədanlılar, türkmənlər yaşayan ərazinin sakinləri türkdilli deyil, hind və Avropa dilləri qrupuna aid olublar. Bu dəlilsiz iddiaya görə, bugünkü türkdilli Azərbaycan əhalisi guya qədim zaman və arilər irqi, kök etibarilə fars və ümumiyyətlə, hind və avropadilli olublar, sonralar türklər Şərqdən axaraq bu yerlərdə yurd salıb və bu yerlərin fars əhalisini türkləşdiriblər. "Sərvan Kaviyanpur "Tarix-e ümumi-ye Azərbaycan" əsərində, Seyid İsmayıl Vəkili "Azərbaycan piş əz tarix və pəs əz an" əsərində, professor Mehrin "Tarix-e Ərmənestan" əsərində, Artur Kristin "İran dər zaman-e Sasaniyan" əsərində, Doktor Natel Xanları "Tarix-e zəban-e farsi" və başqa əsərlərində, fransalı alim Krişmən "İran əz ağaz-e ta İslam" əsərində, Doktor Məhəmməd Cavad Məşkur "Partiha ya Pəhləviyan-e qədim" Madlar və Partların ari irqi olmasını həqiqət kimi göstəriblər. Halbuki gerçəklik bunun tamamilə əksinə olub. Çünki Orta Asiyadan gəlmə ellər, xalqlar və tayfalar 3 min il ariyalardan qabaq regionumuz, o cümlədən Azərbaycanda əsas xalqlar, yaşayanlar olub və ariyaların gəlməsinə qədər özləri müxtəlif dövlətlər qurub hakimiyyət ediblər”. My Webpage
Məhəmmədcavad Məşkur “Uratu tarixi. Azərbaycanda Urartu dövrünə aid kitabələr” kitabını qələmə alıb. Bu kitab onun dərin tədqiqatları nəticəsində işıq üzü görüb. Alim axtarışlar apararaq Qaradağdakı məşhur Səkindil kitabəsini tapıb. Kitabədəki mixi yazıları oxuyub, kitabənin Urartu dövrünə aid olduğunu isbat edib.
Məhəmmədcavad Məşkurun “Karname-ye Ərdəşir Babəkan” kitabı (Tehran, Çapxane-ye Açina, 1369/1990) Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah I Ərdəşirə həsr olunub. Müəllif Təbəridən bilgi gətirir ki, Ərdəşir 180-ci ildə İstəxrin Tiruda kəndində anadan olub, gənc yaşlarında atası Fars hakimi Gozihrdən icazə alaraq onu Darab qalasına göndərib, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlib. Get-gedə Ərdəşirin gücü artıb, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri deviriblər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlayıb. Bu kitab Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 1997-ci ildə Bakıda işıq üzü görüb.
Məhəmmədcavad Məşkur “Qədim İranın ictimai tarixi” (Tehran, Danişsəra-ye Ali, 1347/1968) kitabında İranın qədim dövrünü işıqlandırıb.
Məhəmmədcavad Məşkur “Hicri IX əsrin sonuna qədər Təbriz tarixi” kitabı bir çox ziddiyyətli fikirlərlə doludur. Bir çox Azərbaycan alimləri onun qənaətləri ilə razılaşmırlar.
Məhəmmədcavad Məşkur “Azərbaycan tarixinə baxış: Qədim abidələr və oranın əhalisi” kitabını Tehranda hicri-şəmsi 1349-cu ildə çap etdirib. Müəllif bu əsərinin 4-cü səhifəsində Azərbaycanın adının tarixi ad olmadığını, siyasi və yeni bir istilah olduğunu iddia edib.
Azərbaycanlıların etnik mənşəyi haqqında həqiqi elmin qəbul etmədiyi müddəalar var. Bu sahə xüsusi, ətraflı tədqiqat tələb edən, dərin axtarış istəyən bir mövzudur. Müəllif tədqiq etdiyi dövrün ilkin qaynaqlarına, mötəbər və obyektiv, elmi mövqedə olan araşdırıcıların konsepsiyalarına fikir vermədən, millətçi, paniranist alimlərin müddəalarına əsaslanaraq qərəzli mövqe sərgiləyib.
Məhəmmədcavad Məşkur Şah İsmayıl Səfəvidən danışarkən onun türk olmadığını, ancaq hansı səbəblərdənsə türkcə danışdığını və şeirlər yazdığını, Azərbaycan tatarlarının türkcə danışdıqlarına baxmayaraq, təmiz iranlıların türkman və tatar irqləri ilə qarşığı olduğunu iddia edir.
Azərbaycan tayfalarının ana dili – türk dili nəinki Səfəvilər sarayında, eləcə də bütün İranda geniş yayılmış və ümümişlək dilə çevrilmişdi. Bunu hətta türklərə mənfi münasibətini gizlətməyən Məhəmmədcavad Məşkur da etiraf etməli olub. O, qeyd edirdi ki, Səfəvilər dövründə türk dili fars dili üzərində üstünlük qazanıb, Qızılbaş tayfalarının təsiri və qüdrəti altında olan Azərbaycanda, hər yerdə türk dili işlənib.
Məhəmmədcavad Məşkur Azərbaycan musiqişünası Əbdülqadir Marağainin Azərbaycan türkcəsində yazdığı şeirləri görməzdən gəldiyi halda, “azəri” dilində yazdığı iki beyt şeirini nümunə gətirərək Əbdülqadirin və onun həmvətənlərinin danışıq dilinin azəri dili olduğunu iddia edir. 2 səhifə sonra qeyd edir ki, Əbdülqadir Marağai bəstələdiyi mahnılara Azərbaycan dilində çoxlu şeirlər, o cümlədən “Bizi unutma” rədifli şeir yazıb.
Məhəmmədcavad Məşkurun “Tarix-i İranzəmin əz ağaz ta əsr-i Qacariyyə” (Kitabfüruşi İşraqi nəşr., Tehran, 1378/1999) kitabı tanınmış alimin vəfatından sonra işıq üzü görüb. Məşkurun tarix sahəsindəki önəmli çalışmalarından biri olan bu əsər, İran tarixi haqqında başlanğıcdan Qacarların çöküşünə qədər olan dönəmi əhatə edir. Əsərə, “İran” coğrafiyası haqqında bilgi verərək başlayan müəllif, bölgənin etnik ünsürləri, ictimai mühiti və dini haqqında bilgilər verir, eyni zamanda Qədim İran padşahları, əhəmənilər, əşkanilər, sasanilər, Xilafət və İslam, İslamın bölgədə yayılması, farsların İslamı qəbulundan bəhs edir. Bölgədəki qurulan dövlətlərdən; Tahirilərdən, Buveyhilərdən, Qəznəvilərdən, Monqolların gəlişindən, Elxanilərdən, Teymurlulardan, Səfəvilərdən, Avşarlardan və ən sonda Qacarların hakimiyyətə gəlməsi və çöküşündən geniş bəhs edir. Əsərin bəzi bölümlərində məzhəblər tarixi ilə ilgili Təbəristan Ələvi seyyidləri, İsmailiyye və Həsən Səbbah, Teymurlular dönəmindəki şiə hərəkatlar və Səfəvi dönəmi dini hərəkatlar haqqında bilgi verir. Əsər, 256 səhifədən ibarətdir.
Məhəmmədcavad Məşkurun “İran qədim zamanlarda” (İran dər əhd-i bastan ya Tarix-i müfəssəl-i İran-i qədim, Əşrəfi nəşr., Tehran, 1357/1978) kitabı İranın qədim zamanlarına güzgü tutub.
Məhəmmədcavad Məşkurun “Seyri əndişəhaye dini İran” (Mərkəz-i Mütaliət və Həmahəngiha-ye fərhəng-i, I. çap, Tehran, 1329/1950) kitabında İrandakı qədim dinlər və onların ortaya çıxdığı tarix, yayıldığı coğrafiya və inanc sistemləri haqqında bilgilər verilir.
Məhəmmədcavad Məşkurun “Əşkanilərin siyasi tarixində parfiyalılar” (Partha ya pəhləviyan-e qədim-moştəməl bər tarix-i siyasi-i əşkaniyan, Tehran, 1350/1971) kitabı qədim parfiyalıların siyasi tarixindən bəhs edir.
Onun elmi axtarışlarının mühüm istiqamətlərindən biri dilin formalaşması və inkişafı məsələsidir.
Məhəmmədcavad Məşkur “Fars dili qrammatikasının nizamı” (Dəsturname – dər sərf və nəhv zəban-i Parsi) kitabında fars dilinin qrammatikasından bəhs edir.
Məhəmmədcavad Məşkur “Fərhənge tətbiqi ərəbi ba zəbanhaye sami və İrani” kitabı Tehranda nəşr olunub. Əsər əhatə dairəsinə, faktların zənginliyinə görə dil tarixinin öyrənilməsinə sanballı töhfə hesab oluna bilər.
Tədqiq edilən problemlərin mahiyyətinə dərindən nüfuz etmək, çoxsaylı mənbələrin və arxiv materiallarının tədqiqata cəlb edilməsi, elmi nəticələrin dəqiqliyi və ciddiliyi, elmi həqiqətin müdafiəsində prinsipiallıq və ardıcıllıq Məhəmmədcavad Məşkurun elmi işləri üçün səciyyəvi cəhətlərdir.
Onun yaradıcılığının bir bölümü dini məsələlərin tədqiqinə həsr olunub.
Məhəmmədcavad Məşkur “Şiəliyin tarixi və əvvəldən hicri IV əsrə qədər İranda dini firqələr” (Târix-i şiə və firqəha-ye İslam- əz ağaz ta qərn-i çaharrom, ilk dəfə 1368/1987-ci ildə nəşr olunub) kitabı şiə tarixindən bəhs edən ən müfəssəl ədəbiyyatlardan biridir. Əsərdə İslam şəriətinin qaynaqları; Quran, sünnət, icma, qiyas, əql və ictihad mövzlarına açıqlıq gətirilir.
Məhəmmədcavad Məşkurun “Fərhənge firəqe İslami” (Məşhəd, 1989) kitabı ən önəmli əsərlərdəndir. Əsər İslam məzhəbləri, firqələri, təriqətləri haqqında ensiklopedik bilgilərlə zəngindir.
Məhəmmədcavad Məşkurun “Dinlərin tarixi” (İntişarat-i Şərq, I çap, Tehran, 1372/1993) kitabı adından göründüyü kimi din tarixindən bəhs edir.
Məhəmmədcavad Məşkur nəşrə hazırladığı Əttar Nişapurinin “Məntiqətteyr” əsəri 1998-ci ildə Tehranın “Elham” nəşriyyatında nəşr edilib. Qədim və zəngin tarixə malik olan İran ədəbiyyatı tarix boyu qonşu xalqların ədəbi mühitinə müəyyən təsir göstərib, həmçinin qarşılıqlı şəkildə onlardan bəhrələnibdir. Bu yöndə qarşılıqlı təsir və bəhrələnmə prosesi bütövlükdə ayrı-ayrı müsəlman Şərqi xalqlarının bədii ədəbiyyatının təkamülünə və zənginləşməsinə səbəb olub. Bu baxımdan görkəmli İran şairi Fəridəddin Əttarın (1155–1229) ədəbi irsinin tədqiqi gərəkli və aktual idi.
Məhəmmədcavad Məşkurun “Təshih-e Gülüstan-e Sədi” (Be inzimam və lüğət və fəharis-i mutaaddid və şərh-i muşkilat-i an, İqbal nəşr., Tehran, 1342/1963) kitabı mətnşünaslıq baxımından mükəmməl bir əsərdir.
Məhəmmədcavad Məşkur “Əxbari Səlaciqiyyə Rum” əsərini 1969-cu ildə Tehran şəhərində çapa hazırlayıb. Əsərin orjinalı ərəb dilində olub, müəllifi İbn Bibi idi. Rum Səlcuqlu dövlətinin təqribən bir əsrlik dönəmi üçün ən önəmli qaynaqlardan biri olan "əl-Əvamirül-Əlaiyyə fil-umuril-Əlaiyyə"nin adında yer alan Əlaiyyə sözlərindən birincisi elxanlıların ünlü dəvlət adamı və tarixçisi Əlaəddin Ata Məlik Cüveyniyə, ikincisi Rum Səlcuqlu sultanı I Əlaəddin Keyqubada nisbətlə işlənib (İbn Bibi, əl-Əvamirül-Əlaiyyə (faksimile), s. 11). Əlaəddin Ata Məlik Cüveyni ilə qardaşı Şəmsəddin Məhəmməd Cüveyninin xidmətinə daxil olan və onların yaxın dostu İbn Bibi, Əlaəddin Ata Məlik Cüveynidən Bilad-i Rumun (Anadolu) fəthindən başlamaq üzrə bir Rum Səlcuqlu tarixi yazmasını istəyini söyləyir (İbn Bibi, əl-Əvamirül-Alaiyyə (faksimile), s. 472). İbn Bibi əsərin müqəddiməsində Cüveyninin İraq, Xorasan, Fars və Kirman əyalətlərindəki xeyirli işlərini zikr edib, daha sonra onun tarix kitabları yazmağa başladığını və əsərinin sonuna tam bir Rum Səlcuqlu tarixi əlavə etmək istədiyini və bu işi ona həvalə etdiyini, "Səlcuqnamə"ni Əlaəddin Cüveyninin bu istəyinə görə qələmə aldığını və Sultan Əlaəddin Keyqubadın “məqamət və əzəmət”ini tam olaraq ehtiva etdiyi üçün əsəri "əl-Əvamirül-Əlaiyyə fil-umuril-Əlaiyyə" deyə adlandırdığını söyləyir (İbn Bibi, əl-Əvamirül-Alaiyyə (faksimile), s. 11).
İbn Bibi əsərini şəxsən şahid olduğu hadisələrə, görüb eşitdiyi xəbərlərə və bölgələrə dayanaraq qələmə alıb (İbn Bibi, əl-Əvamirül-Alaiyyə (faksimile), s. 11) və hər hansı bir yazılı qaynaqdan istifadə etməyib. Bu durum, öz yaşadığı dövrün xaricindəki hadisələr haqqında verdiyi bilgilərin dəyərini azaldır. Ancaq bəzi bölümlərdə Qəni Tusinin mənzum "Səlcuqnamə"sindən istifadə etdiyi anlaşılır (Səfa, III/1, s. 494-503). Hadisələr anladılarkən xronologiyaya diqqət edilməyib və bir-birləriylə əlaqələndirilməyib.
İbn Bibi bu əsərinin əlyazmalarında biri Paris Milli kitabxanasında “Müxtəsər” adı ilə saxlanırdı. Məhəmmədcavad Məşkur bu “Müxtəsər”i müqəddimə və Səlcuqlu tarixinə dair bəzi əlavələr edərək “Əxbari Səlaciqiyyə Rum” adı ilə çap etdirib.
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin (838-923) «Tarix-i Təbəri» əsəri Məhəmmədcavad Məşkur tərəfindən 1958-ci ildə Tehranda çap edilib.
Onun dövri mətbuatda İranın etnik, ədəbiyyat, tarix, din, sosial-iqtisadi və mədəni inkişafı məsələlərinə həsr edilmiş 225 elmi məqaləsi nəşr olunub.
Məhəmmədcavad Məşkur Şərqin və İranın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirib, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazaraq çap etdirib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır