00:05 / 18-02-2026
Lavrov BRICS ölkələrinin təmsilçiləri ilə müzakirə aparıb
00:02 / 18-02-2026
Avropa İttifaqı Ermənistana yeni missiya rəhbəri təyin edib
23:53 / 17-02-2026
UEFA Çempionlar Liqası: "Yuventus" "Qalatasaray"a məğlub olub
23:24 / 17-02-2026
Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmə olub - Foto
21:27 / 17-02-2026
Azərbaycan Suriyada məktəblərin tikintisinə və təmirinə dəstək göstərəcək - Fotolar
19:08 / 17-02-2026
Milyonlarla insana pulsuz qida verilir
18:58 / 17-02-2026
Dünyada gizlənməyə yer qalmayıb
18:40 / 17-02-2026
İlin ilk Günəş tutulması başa çatıb - Yenilənib
18:35 / 17-02-2026
Tiktoker "Renka" saxlanılıb
18:13 / 17-02-2026
Yeni okean, onun sahilində ayrıca bir qitə yarana bilər
18:05 / 17-02-2026
Sabah 42 kənddə qaz olmayacaq
17:47 / 17-02-2026
Ruben Vardanyana hökm oxunub - 20 il həbs - (Yenilənib)
17:29 / 17-02-2026
Qurban Qurbanov: "Nyukasl"la matça məsuliyyətli yanaşırıq"
17:18 / 17-02-2026
“Quyruqsuz dovşan” səhnəyə çıxır
17:17 / 17-02-2026
Mart ayında 11 gün ardıcıl iş günü olmayacaq
17:16 / 17-02-2026
Magistraturaya qəbulun nəticələri elan edilib
17:05 / 17-02-2026
Çin dağaltı gizli nüvə infrastruktunu gücləndirir - Fotolar
16:40 / 17-02-2026
İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü götürüb
16:22 / 17-02-2026
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
15:49 / 17-02-2026
Salyanda kür çayında bir nəfər boğulub
15:41 / 17-02-2026
Deputatlar daha 10 qanuna dəyşiklik edəcək
15:23 / 17-02-2026
Netanyahuya ən yaxın adamın müəmmalı ölümü...
15:13 / 17-02-2026
NATO Türk Silahlı Qüvvələri ilə bağlı paylaşım edib - Foto
14:44 / 17-02-2026
Bakının mərkəzində yanğın söndürülüb-Yenilənib - Video
14:41 / 17-02-2026
ADY-nin mühəndisi qəza törədib - Fotolar
14:35 / 17-02-2026
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
13:38 / 17-02-2026
Britaniya narahatdır: ABŞ Mastercard və Visa-nı söndürsə, dünya 1950-ci illərə qayıdacaq
13:27 / 17-02-2026
Saxta kredit elanları verən şəxs saxlanılıb
13:14 / 17-02-2026
İtaliyada tarixi teatr binası yanır - Foto
13:11 / 17-02-2026
"Qarabağ" - "Nyukasl" matçına 27 mindən çox bilet satılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
11:47 / 16-02-2026
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
13:17 / 16-02-2026
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
18:41 / 16-02-2026
Sabah Günəş tutulması olacaq
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Tarix və təfəkkürün xidmətində - Ənvər Çingizoğlu yazır
Tarix: 22-03-2022 11:30 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran tarix və ədəbiyyatşünaslıq elminin inkişafında özünəməxsus yer tutan alimlərdən biri də Abbas İqbal Aştiyanidir.
Abbas İqbal 1896-cı ildə Qacarlar dövlətinin tabeliyində olan İraqi-Əcəm bölgəsinə bağlı Aştiyan şəhərində doğulmuşdu. Kasıb bir ailənin övladı olan Abbas İqbal 1909-cu ildə valideynləri ilə Tehrana yerləşdikdən sonra şəhərin zəngin ailələrindən nəcmabadilərin yardımı ilə təhsil həyatına başlayıb. 1919-cu ildə Tehran Darülfünunun məzunu olub və həmin təhsil ocağında kitabxana müdirinin yardımçısı və fars dili müəllimi kimi çalışmağa başlayıb. Daha sonra Tehranda Darülmüəllimin-i Alidə fars dili, Mədrəsə-i Siyasi və Mədrəsə-i Nizamidə tarix və coğrafiya müəllimi kimi fəaliyyət göstərib. Bu illərdə Məliküşşuara Bahar, Rəşid Yasəmi və Səid Nəfisi kimi alim və yazıçılarla tanış olub. Onların dəstəyilə “Danişkədə” adlı bir dərgi nəşr etdirib. Bu dərgidə və daha sonra Məhəmmədəli Füruği, Əbülhəsən Füruği, Qulamhüseyn Rəhnüma və Əbdüləzim Qəriblə birlikdə çıxardığı “Füruġ-i Tərbiyət” dərgisində yazdığı məqalələrlə tanınmağa başlayıb.

Abbas İqbal 1924-cü ildə hərbi bir heyətdə katib kimi Parisə təyin edilib. İranın tanınmış alimlərindən Mirzə Məhəmməd xan Qəzvini ilə bu illərdə tanış olub. Parisdə olduğu sırada Sorbonna Universitetinin ədəbiyyat fakültəsində oxumağa davam edərək buradan məzun olub.
1929-cu ildə İrana dönən Abbas İqbal, yeni qurulan Tehran Universitetinin tarix professoru və İran Dil Akademiyasına (Fərhəngistan-i İran) həqiqi üzv olaraq təyin edilib. Elmə hədsiz həvəsi və bağlılığı onu pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də yorulmadan çalışmağa sövq edib.
O, fars dili, İran tarixi və ədəbiyyatı üzərindəki çalışmalarını yönləndirmək üzrə 1945-ci ildə “Yadigar” adlı elmi bir dərgi nəşr etməyə başlayıb. Ayrıca İran dilləri, ədəbiyyatı, tarixi və mədəniyyətilə ilgili təməl mətnləri nəşr etmək məqsədilə “Əncümən-i nəşr-i asar-i İran” adlı bir təşkilat qurub.
Abbas İqbal Aştiyani 1949-cu ildə İran mədəniyyət ateşesi olaraq Ankaraya göndərilib. Sonra eyni vəzifəni İtaliyada da daşıyıb.
Abbas İqbal Aştiyani 10 fevral 1956-cı ildə İtaliyada vəfat edib. Nəşi İrana gətirilib və Tehranda Şah Əbdüləzim gorgahında toprağa verilib.
Abbas İqbal Aştiyani tarixə, ədəbiyyat tarixinə və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Bunlardan: Qabus Vuşmgir-i Ziyari (Berlin, 1342/1923); Şərḥ-i hal-i Abdullah bin Muḳaffaʿ (Berlin, 1306 hş./1927); Xanədan-i Nevbəxti (Tehran, 1311 hş./1932), Tarix-i müfəssəl-i İran əz istila-ye moġol ta elan-i məşruṭiyyət I: Əz həmle-yi Çingiz ta təşkil-i dövlət-i Teymuri (Tehran, 1312 hş./1933); Müṭalaʿat-ı dər bəra-ye Bəḥreyn və Cəzayir və səvaḥil-i Xəlic-i Fars (Tehran, 1328 hş./1949); Vizarət dər əhd-i səlaṭin-i Büzürg-i Səlcuqi (nşr. M. Taki Danişpejuh – Yəhya Züka, Tehran, 1338 hş.) əsərlərini göstərmək olar.

Abbas İqbal Aştiyaninin yaradıcılıq dairəsi geniş və çoxşaxəli idi. Tanınmış tarixçi və ədəbiyyatşünas alim mənalı həyatının böyük bir hissəsini qədim yazılı abidələrin tədqiqi və nəşri işinə həsr edib. Bunlardan İbn Mutəzin “Ṭəbəqətüş-şuʿara”sını (London, 1929); Rəşidəddin Vatvatın “Hədaʾiqus-siḥr fi deḳaʾiḳiş-şiʿr”ini (Tehran, 1309 hş./1930); Əbülməali Məhəmməd əl-Hüseyninin “Beyanül-ədyan”ını (Tehran, 1312 hş./1933); İbn Şehraşubun “Məalimül-ʿülema”sını (Tehran, 1313 hş./1934); Mürtəza bin Dai ər-Razinin “Təbṣıratül-ʿavam fi məʿrifəti məqalətil-ənam”ını (Tehran, 1313 hş./1934); Hinduşah ibn Səncər Naxçıvaninin “Təcaribüs-sələf”ini (Tehran, 1313 hş./1934); Əbu Mənṣur Ṯəalibinin “Tatemma əl-yatima”sını (Tehran, /1934), Firdovsinin “Şahnamə”sini (II-VI. Cildlər, Tehran, 1314 hş./1935); Əmir Müəzzinin “Divan”ını (Tehran, 1319 ş./1940), İbn İsfəndiyarın “Tarix-i Ṭəbəristan”ını (Tehran, 1330 hş./1941); Ubeyd Zakaninin “Külliyat”ını (Tehran, 1321 hş./1942); Mirzə Məḥəmməd Kələntarin “Ruz-namə-ye Mirzə Məhəmməd Kələntar-e Fars”ını (Tehran, 1325 ş./1946), Şərəfəddin Raminin “Ənis əl-ʿüşşaq”ını (Tehran, 1325 ş./1946) Cahangir mirzə Qacarın “Tarix-e nov”ünü (Tehran, 1327 ş./1948), Nasirəddin Kermaninin “Səmṭ əl-ʿola le’l-həzra əl-olya”sını (Tehran, 1328 ş./1949), Mirzə Məhəmmədxəlil Maraşininin “Məcmə ül-təvarix”ini (Tehran, 1328 ş./1949), Cüneyd Şirazinin “Şəddül-izar fi xəṭṭil-əvzar ʿan züvvaril-məzar”ını (Tehran, 1328 hş./1949) və başqa əsərləri örnək göstərə bilərik. Hazırlayıb nəşriyyatlara təqdim etdiyi kitablardan bəziləri onun vəfatından sonra nəşr edilib. Bu sırada Mirzə Tağı xan Əmir Kabir, təshih. İ. Əfşar, Tehran, 1340 ş./1961 və Tarix-e cəvahir dər İran, in FIZ 9, 1340 ş./1961 nəşrlərini sadalamaq olar.
Mətnşünas alimin yüksək elmi səviyyəsi ilə seçilən və böyük nəzəri-praktik əhəmiyyət daşıyan bir çox araşdırması dünya şərqşünasları, iranşünasları tərəfindən yüksək dəyərləndirilib və müəllifinə böyük şöhrət qazandırıb.

Bu fədakar elm adamı Fərhəngistani-İranda çalışdığı müddətdə qədim əlyazmaların mətnşünaslıq və dilçilik baxımından tədqiqi sahəsində yüksək ixtisaslı alim kimi tanınıb. O, həm də mahir bir tərcüməçi idi. Onun tərcümələri arasında Reginald Stuart Poolenin “The Coins of the Shahs of Persia” (London 1887, Ṭəbaqət-i səlaṭin-i İslam adıyla, Tehran, 1312 hş./1933); Məhəmməd bin Zəkəriyya ər-Razinin “əs-Siretül-fəlsəfiyyə” (Siret-i fəlsəfə-i Razi adıyla, Tehran, 1315 hş./1936), Jean-Baptiste Feuvrierin “Trois ans à la cour de Pers” (Se sal dər dərbar-e İran adıyla, Tehran, 1326 hş./1947) adlı əsərlərini nişan vermək olar.
Abbas İqbal Aştiyaninin bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları İran ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır. Onun elmi araşdırmaları dərslik və dərs vəsaitləri kimi nəşr olunub, tələbə və müəllimlərin etibarlı istinad yerinə çevrilib. Bir çox görkəmli alim özünü onun elmi məktəbinin yetirməsi hesab edib.
O, ədəbiyyatşünas alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirib, yaradıcılığının bir sahəsini digəri ilə mükəmməl şəkildə uzlaşdıra bilib.
İran ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan dəyərli alimin bir çox əsərləri yarımçıq qalıb. Məhəmməd Dəbirsiyaqi Abbas İqbal Aştiyaninin “Danişkədə”, “Nevbahar”, “Füruġ-i Tərbiyət”, “Usul-i təlim”, “Ḳavə” və “İranşəhr” kimi dərgilərdə dərc olunan məqalələri “Məcmuʿə-i məqalət-i Abbas İqbal Aştiyani” adıyla nəşr edilib. (Tehran 1350 hş./1971).
Abbas İqbal Aştiyani İranın hüdudlarından kənarda da dəyərli alim kimi tanınır. Zəngin elmi və mətnşünaslıq irsi yaradan alimin əsərləri araşdırıcıların istinad yeridir.

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək