14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:41 / 23-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:34 / 23-10-2025
Deputat: "2026-cı ildən media əməkdaşları da gəlir vergisinə cəlb olunacaq"
12:22 / 23-10-2025
Yarım milyonluq ofis qalmaqalı -“AMAY” rəhbərliyi məhkəmədə uduzub
12:13 / 23-10-2025
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
12:09 / 23-10-2025
Bolton: Tramp Putinə görə Ukraynanın tərəfini tutmayacaq
12:09 / 23-10-2025
Şirvanda 87 min manatlıq dələduzluq: Günalp Abdullayev saxlanılıb
11:43 / 23-10-2025
Almaniyada polislə əsgərlər arasında silahlı qarşıdurma olub
11:37 / 23-10-2025
Bakıda tibb bacısı mənzili qarət edib
11:32 / 23-10-2025
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
11:17 / 23-10-2025
İlham Əliyev Viktor Orbana məktub göndərib
11:14 / 23-10-2025
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
11:05 / 23-10-2025
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
10:54 / 23-10-2025
Neft emalı zavodu və aerodrom vurulub
10:39 / 23-10-2025
Sosial yardım nə qədər artacaq? - Deputatdan açıqlama
10:32 / 23-10-2025
ARDNF-in aktivləri 70 milyard dolları keçib
10:20 / 23-10-2025
Bu gün Avropa Liqasının oyunlarına start veriləcək
10:00 / 23-10-2025
Mikayıl Cabbarov lisenziya ilə bağlı qərar imzalayıb
09:30 / 23-10-2025
Bakıda avtomobildə partlayış olub, yaralı var
09:29 / 23-10-2025
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
09:15 / 23-10-2025
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
08:56 / 23-10-2025
Rusiya üzərində 139 PUA vurulub
08:25 / 23-10-2025
Trampın Rusiya planı dəyişir
08:20 / 23-10-2025
Rusiya Alla Puqaçovaya pensiya vermir
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Qara çadır his tutmaz.. - Ənvər Çingizoğlu yazır
Tarix: 23-08-2021 14:20 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Dədə dünyanın papağını yan qoyan vaxtından türklər köçəbə olublar. Mal-davar ardınca yaylaq-qışlaq binəgüzarlığı ediblər. Yaylaqlarda müxtəlif tipli olacaqlar qurublar. Elat əhlinə məxsus müvəqqəti evlər bunlardır: alaçıq, dəyə, coma, koma, qarakeçə, muxuruçadır, qara çadır və sairə. Bu yazımızda biz qara çadırdan bəhs edəcəyik.
Qara çadır müvəqqəti olacaqların sadəsi və möhkəmidir. Hazırda əsasən İran köçəriləri arasında rast gəlinir. Qaradağlılar, şahsevənlər, qaşqaylar, avşarlar və digərləri istifadə edirlər.
Qara çadırın üst hissәsi keçi qәzilindәn sıx toxunmuş keçәdәn, çıq, ya çit adlandırılan yan hissәlәri isә qamış vә keçi qәzilindәn hazırlanır. Keçi qәzili yuna nisbәtәn gec çürüyür vә yağış yağanda tüklәr şişәrәk su buraxmır.

Köçəbələr qara çadırları qəzildən toxunan təxminən 1 metr enində, 10-15 metr uzunluğunda beş-altı qanadın yan-yana tikilməsiylə meydana gəlir. Yerə səriləndə böyük bir kvadrat təşkil edən çadır, tam ortasından qanadları enləməsinə və dik olaraq keçən qalın bir örkənlə ikiyə ayrılır; örkənin davam edən iki ucu ön və arxa bağları meydana gətirəcək şəkildə hörmə ipə dönüb. Örkən üzərində, eyni boydakı üç və ya çadırın tip və böyüklüyünə görə daha çox sayda çadır dirəyinin gələcəyi yerlərə, dirək uclarının sürüşməsini aradan götürmək üçün yuvalar yerləşdirilir. Çadırın əzilməsini önləyən bu yuvalara şəkil bənzərliyi səbəbiylə “çanaq” və ya bəzi ellərdə “balta” deyilir. Dirəklər üzərinə qaldırılan çadırın arxa ipləri alçaq bir payaya və ya üzərinə ağır bir daş qoyulmuş bir kola, ön ip tüstü çıxmasına şərait yaradacaq bir açıqlık əldə edə bilmək üçün yüksəkcə bir payaya və ya əsasən ön tərəfdə olan bir ağaca, yan qanadların birləşmə yerlərini sağlamlaşdırmaq məqsədiylə tikilən qısa örkənlərin hörmə ip halına gətirilmiş ucları isə yetərli uzaqlığa çaxılmış qısa pazlara, yaxud yenə üzərinə ağır daşlar qoyulmuş kollara bağlanır. İplərin gərilməsi nəticəsində yanlarda meydana gələn boşluq “sitil” deyilən parçaların enləməsinə əlavəsiylə qapadılır; isti havalarda bunlar yuxarı qaldırılaraq hava axımı yaradılır.
Çadırın ətrafında yağış sularının içəri dolmasını önləyəcək bir arx qazılır, ayrıca keçi və toyuq kimi heyvan və quşların üzərinə çıxmasını və yanlardan içinə girməsini əngəlləmək üçün də ətrafına koldan bir çit-çəpər çevrilir.

Bugün köçəbələr əsasən sabit olan yurdlarına köçüb yerləşdiklərində, “çağ” deyilən uzun bir sırığı ucları çatal şəklində sabit iki dirək arasına uzadarak çadırı bunun üzərinə qaldırmaq surətiylə də qururlar; bu durumda ortada olan dirəklərə ehtiyac qalmır və iç məkan genişlənir. Çadırın ön tərəfinə ocağa sipər qurmaq məqsədiylə daş bir divar hörülür və bu divarın sağ və ya soluna bəsit bir qapı taxılır. İlıq havalarda istifadə etmək üçün ayrıca bayırda da “U” şəklində daşdan hörülmüş sadə bir soba olur.
Qara çadırın içi geniş bir otağı andırır. Arxada yerdən bir az yüksəldilmiş olan yüklük qismi yer alır. Qapı ön divarın solunda isə qarşısına gələn yerə, yüklük qismində işlənilməyən, amma “yük” deyilən yerə yığılmiş yataq dəstləri, onun yanına da içərisinə camaşır, çehizlik əşya və digər şeylər qoyulan məfrəşlərlə xurcunlar yerləşdirilir və üzərləri özəl olaraq toxunmuş bir örtmə ilə örtülür. Qapıya görə sağ arxa tərəfdə un, düyü, dən və duz çuvalları, onların önündə də ələk, xəmır taxtası, sini, kirkirə kimi mətbəx əşyasıyla qab-qacaq yığılır; sağ tərəfə isə daha çox tuluq, çəllək kimi lazimi avadanlıqlar düzülür. Qapı sağda olduğunda bu durum tərsinədir. Bəzi köçəbələr qapıya qahalqa deyirlər.
Qara çadırın ən sayqın yerinə dör deyilirdi. Qonaqlar dördə ağırlanırdı.
Köçəbə çadırlarında ərəblərdəki kimi çadırı ikiyə ayıran pərdə yoxdur; qadın kişi bərabər əyləşir.
Qara çadırın bir çox özəlliyi vardı. Söyləndiyi kimi qara çadır yağışı, qarı və eləcə də günəşi keçirmirdi. El arasında “qıl çadır”, “çul çadır” kimi də adlanan bu çadırlar daha çox kasıb təbəqə arasında yayğın idi. Elxanlar, elbəyilər, yüzbaşılar və tavanalı hacılar muxuruçadırdan istifadə edirdilər.

Qara çadır folklorumuza da hopub.Dördguşə bayatılarda deyilir.
Qara çadır his tutmaz,
Aran yerin sis tutmaz.
Xançoban ölməyinən,
Xanın qızı yas tutmaz.
Qara çadır xaraldan,
Boyun seçdim maraldan.
Nə dərdim var, nə balam,
Sənsən məni saraldan.
Qara çadır düzdədir,
Telini yığ, üzdədir.
Dünya gözələ dönsə,
Mənim könlüm sizdədir.
Əski türklər toy-düyün və müxtəlif şülənlərdə çadırlar qurardılar. Bəzən bu çadırlar rənginə görə seçilərdi.

"Kitabi-Dədə Qorqud" eposunun birinci dastanı olan "Dirsə xan oğlu Buğac" boyunda təsvir olunur ki, xanlar xanı Bayındır ildə bir dəfə toy məclisi keçirib, Oğuz bəylərini qonaq edərdi. Bu toy mərasimində ağ, qırmızı və qara rəngdə üç otaq - çadır qurulardı. Gələn qonaqlardan oğlu olanı - ağ çadıra, qızı olanı - qırmızı çadıra, oğlu-qızı olmayanı - qara çadıra yerləşdirərdilər.
Çadırla bağlı anlayışların bu qədər çoxluğu köçəbələrdə çadır mədəniyyətinin nə qədər yüksək olduğunu açıq-aydın göstərir.
Bölməyə aid digər xəbərlər

(Etnoqrafik etüdlər)

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır