18:29 / 30-10-2025
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır
18:20 / 30-10-2025
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
17:50 / 30-10-2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
17:46 / 30-10-2025
Səsdən sürətli yeni təyyarənin sınağı uğurlu olub
17:16 / 30-10-2025
Hindistan Rusiya neftini əldə etməyin yolunu tapıb
17:06 / 30-10-2025
Millimiz Moldova ilə heç-heçə edib
16:57 / 30-10-2025
ABŞ-nın nüvə sınaqlarına Rusiyanın münasibəti necədir?
16:56 / 30-10-2025
Bakıda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
16:52 / 30-10-2025
Yeni parça gündəlik həyatı asanlaşdıracaq - Foto
16:42 / 30-10-2025
“Rosneft”-in törəmə şirkətini ələ keçirmək istəyirlər
16:34 / 30-10-2025
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
16:17 / 30-10-2025
General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik
16:12 / 30-10-2025
Ukraynada daha bir azərbaycanlı həlak olub
15:54 / 30-10-2025
Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək
15:41 / 30-10-2025
Rusiyanın Vinnitsaya hücumunda 7 yaşlı qız həyatını itirib
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
15:07 / 30-10-2025
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
14:49 / 30-10-2025
Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verilib
14:41 / 30-10-2025
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq
14:33 / 30-10-2025
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Fotolar
14:16 / 30-10-2025
Eldar Əzizov məmurlara xəbərdarlıq edib - Müşavirə
13:58 / 30-10-2025
Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:53 / 30-10-2025
Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır
13:46 / 30-10-2025
Azərbaycanlı milyarder “Lukoyl”dakı xarici aktivlərini satır
13:39 / 30-10-2025
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
12:38 / 30-10-2025
Baş redaktor saxlanılıb - Əməliyyat
12:18 / 30-10-2025
Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Mehdi Bəyani: İran Milli kitabxanasının qurucusu
Tarix: 04-05-2022 11:30 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Görkəmli xəttat, mətnşünas-alim Mehdi Bəyaninin İran ədəbiyyatında özünəməxsus yeri var. O, bir çox fundamental tədqiqat əsərlərinə imza atıb.
1906-cı ildə Qacarlar dövlətinə bağlı Həmədan şəhərində doğulan Mehdi Bəyaninin atası Mirzə Məhəmməd xan Fərahani idi. Bəyani ləqəbini də Nasırülmülk Əbülqasım xan Qaragözlünün zamanında mustovfilik vəzifəsində olan babası Mirzə Səlman Bəyanüssəltənədən alıb.
Mehdi Bəyani Tehrandakı orta təhsilinin ardından ali təhsilini Darülmüəllimin-i Alidə (Danişsəra-yi Ali) ədəbiyyat və fəlsəfə sahəsi üzrə davam etdirib. 1933-cü ildə bir yandan buranın kitabxanasında çalışırkən, bir yandan da Tehran Universitetinin ədəbiyyat fakültəsində fars dili və ədəbiyyatı dərsləri verməyə başlayıb. Ertəsi il Maarif Vəkaləti Ümumi Kitabxanası baş müdürlüyünə təyin edilib. 1937-ci ildə İran Milli Kitabxanasını qurub və ilk müdiri olaraq Maarif Vəkaləti Kitabxanasındakı kitabları buraya köçürərək ilk kataloqunu hazırlayıb.

Mehdi Bəyani 1940-cı ildə bir il müddətlə İsfahan əyalətinin təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. 1945-ci ildə “Təhqiq dər əhval ü asar-i İbn Şihab-ı Yəzdi” adlı dissertasiyası ilə Tehran Universitetində ədəbiyyat üzrə doktorluğunu tamamlayıb. 1956-cı ildə, Qacarlar dönəmində Nasirəddin şah tərəfindən qurulan Səltənət Kitabxanasının müdiri vəzifəsinə gətirilib. Vəfatına qədər başçılıq etdiyi bu zəngin kitabxana onun çalışmaları üçün önəmli qaynaqlara sahib idi. 1963-cü ildə Tehran Universiteti ədəbiyyat fakültəsində, ona İslami xəttatlıq sənəti və inkişafı ilə əlyazmaları mövzusunda dərs verdiyi bir kafedra ayrılıb. Mustovfilik edən ailəsindən bəzi yaxınlarının xəttatlıqla uğraşması onun da ilgiləndirib. Əsasən şikəstə və nəstəliq xətlərində məharət qazanıb. Xətt mövzusunda önəmli bir xidmət olaraq “Əncümən-i himayət-i xətt ü xəttatan”ı qurub. Ayrıca öz dönəminə qədər bir çox xəttatın həyatı və əsərləri haqqında bilgilər verən “Əḥval ü as̱ar-i xoşnevisan” adlı bir əsər qələmə alıb. Bu əsəri tamamlamaq üçün Hindistan, Əfqanıstan, Türkiyə, Almaniya, Polşa və Danimarka kimi ölkələrə səyahət edib. Bu araşdırmaları sırasında bəzi xətt sənəti əsərləri və dəyərli əlyazmalarını ehtiva edən xüsusi bir kolleksiyaya da sahib olub. Bu əsərlərin bir qismi vəfatından sonra Süsləmə Sənətləri Muzeyi və İslami Şura Məclisi Kitabxanasına verilib.
Nehdi Bəyani, 6 fevral 1968 tarixində Almanyanın Aaxen şəhərində cərrahi əməliyyat olmaq üçün yatdığı xəstaxanada vəfat edib. Cənazəsi Tehrana gətirilərək İbn Babeveyh gorghında torpağa tapşırılıb.
Apardığı gərgin elmi-tədqiqat işlərinin nəticəsi olaraq Mehdi Bəyani bir çox çap edilmiş əsərlərin müəllifidir. Bunlardan: “Nümunə-i Söxən-i farsi” (Tehran, 1317 hş.), “Rəhnüma-yi gəncinə-i Qurʾan dər Muze-i İran bastan” (Tehran, 1328 hş.), “Fihrist-e nümayişgah-i xuṭuṭ-i xoş-i kitabxanə-i milli” (Tehran, 1328 hş.), “Fihrist-i nümunə-i xüṭuṭ-i xoş-i Kitabḫanə-i Şahənşahi” (Tehran, 1329 hş.), “Əḥval ü assar-i Mir İmad” (Tehran, 1331 hş.), “Nümunə-i çənd əz xuṭuṭ-i xoşnevisan” (Tehran, 1332 hş.), “Karnamə-i büzürgan-i İran” (Tehran, 1340 hş.), “Fihrist-i natamam-i taʿdadi əz kütüb-i kitabxanə-i səlṭənəti” (Tehran, 1346 hş.), “Pənṣəd sal-i tarix-i cəvahirat-i səlṭənəti-yi İran” (Tehran, 1348 hş.), “Kitabşinasi-ye kitabha-ye xəṭṭi” (Tehran, 1353 hş.), “Təḥqiq dər əḥval ü as̱ar-ı İbn Şihab-ı Yəzdi” (nşr. Nadir Mutallibi Kaşani, Qum, 1393 hş.) adlı əsərləri göstərmək olar.

Görkəmli alim mətnşünaslığa dair də səmərəli tədqiqatlar aparıb. Onun klassik İran ədəbiyyatının, xüsusilə də, orta çağ ədəbi irsinin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Görkəmli alim həm də bir sıra əlyazmaları toplayaraq çap etdirib. Bu nəşrlərdən “Dü risalə-i farsi” (Tehran, 1318 hş., Şəhabəddin əs-Sührəvərdinin “Risalə fi ḥalətiṭ-tufuliyyə və risalə-i ruzi ba cəmaʿat-i sufiyan” adlı əsərlərinin nəşridir) əsəri alimin ciddi araşdırması nəticəsində işıq üzü görüb. Eləcə də Sührəvərdinin “Risalə-i farsi ʿəql-i surx” (İsfahan, 1319 hş.); Əhməd əl-Qəzzalinin “Risalə-i farsi səvaniḥ fil-ʿeşq” (Tehran, 1322 hş.); Əbu Hamid Əfzaləddin Kirmaninin “Bədayiʿul-əzman fi vəqayiʿi Kirman” (Tarix-i Əfzal; Tehran, 1326 hş.); İbn Sinanın “Meracnamə” (Tehran, 1331 hş.); “Çənd rubaʿi əz həkim ʿÖmər Xəyyam” (Tehran, 1331 hş.); Sührəvərdinin “Risalə-i farsi avaz-ı pərr-i Cəbraʾil” (Pəyam-i Nəv, sy. 13, Tehran, 1325 hş., s. 36-45) adlı əsərlərini nişan verə bilərik.
Mehdi Bəyani Yahya Məhdəvi ilə birlikdə Əbu Bəkir Atiq Nişapurinin təfsirindən qissələri iki cild olaraq fars dilinə tərcümə edib (Tərcəmə-i qiṣṣaha-yi Qurʾan əz ruy-i nüsxə-i mevḳufə bər tərbət Şeyx Cam Mübtəni bər Təfsir-i Əbu Bəkir ʿAtiq Nişapuri, Tehran, 1338 hş.).
Mehdi Bəyaninin elmi yaradıcılığı çoxcəhətlidir. Ancaq xəttatlığın tədqiqi onun fəaliyyətində əsas yer tutur. Bu mövzuda çap etdirdiyi ən məşhur əsəri “Əḥval ü as̱ar-e xoşnevisan” (I-IV, Tehran 1345-1358 hş., 1363 hş.) adlanır.
Doktor Mehdi Bəyani 1966-cı ildən başlayaraq çap etdirdiyi “Əhval və asare-xoşnevisan” adlı qiymətli əsərində Kişvərini nəstəliq xəttinin ustad xəttatları sırasına daxil edib. Lakin burada o, nədənsə Kişvəri haqqında Əlişir Nəvainin deyil, yalnız Sam mirzənin yazdıqlarını qeyd edib. Mövzu ilə əlaqədar “Məcalisün-nəfais”in bir əlyazma və bir farscaya tərcümə edilmiş çap nüsxəsini nəzərdən keçirdik. Bunların heç birində Kişvəriyə aid söz-söhbətə rast gəlmədik. Ehtimal etmək olar ki, doktor Bəyani Kişvəri divanının xəttindən danışarkən səhvən Sam mirzənin “Töhfeyi-Sami”si əvəzinə Ə. Nəvainin “Məcalisün-nəfais”inin adını çəkib. Müəllif “Əhval və asare-xoşnevisan” əsərini yazarkən Kişvərinin öz xətti ilə yazdığı divanını gördüyünü də unudub. O yazır: “Kişvəri “Töhfeyi-Sami”də yazılmışdır ki, Qəzvinin Rudbarındandır. Nəstəliq xəttini yaxşı yazardı. Onun xətti ilə yazı məndə vardır. Sədi “Bustan”ının bir neçə nüsxəsini mütəvəssit (orta) qələmlə, Sultan Əli Məşhədi üslubunda bu tarixdə köçürmüşdür. Kətəbə əlzəif Kişvari 896”.

Mehdi Bəyani «Məcmue-ye Mehdəvi»də («Mehdi almanaxı») Abdulla Seyrəfinin qələmindən çıxmış digər Quran nüsxəsini də öz gözləri ilə gördüyü barədə məlumat verib. O, hər iki nüsxənin yüksək səviyyədə işləndiyini bildirib. M. Bəyaninin verdiyi məlumata görə, Abdulla Seyrəfinin qızıl əllərinin məhsulu olan, süls, nəsx və rüqə xətləri ilə yazılmış bir səhifəlik mətn (qitə) bir mürəqqənin (albom) tərkibində İstanbul Universitetində, təkcə süls xətti ilə yazdığı bir səhifəlik əlyazması yenə də bir mürəqqənin tərkibində İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı bir səhifə başqa bir mürəqqənin daxilində yenə də İstanbul Universitetində, nəsx və rüqə xətləri ilə yazdığı bir səhifəlik mətn bir mürəqqənin daxilində Ketabxaneyi-səltənətidə (İran), süls və nəsx xətləri ilə yazdığı qitə bir mürəqqənin daxilində Türkiyənin Topqapı sarayının fondunda, süls, nəsx və rüqə xətləri ilə yazdığı bir qitə isə başqa bir mürəqqənin tərkibində yenə də Topqapı sarayında qorunub saxlanılır.
Mehdi Bəyani görkəmli tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran müəllim idi. O, Bakı Dövlət Universitetində və bir sıra digər auditoriyalarda iqtisadiyyat və coğrafiya fənlərindən mühazirələr oxuyub, ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında müəllif kimi iştirak edib və bəzilərinin elmi redaktoru olub.
Onun xəttatlığa aid 40-dan çox elmi məqaləsi çap olunub və çox sayda İran və Beynəlxalq simpozium və konfranslarda elmi-metodik məruzələrlə çıxış edib. Bu məqalələrin bir qismini Hüseyn Məhbubi Ərdəkani bir araya gətirərək “Məcmuʿa-i Duktur Mehdi Bəyani” adıyla nəşr etdirib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək