20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

08:12 / 19-10-2025

00:03 / 18-10-2025

Nasir Zərabadi: mən musiqini seçirəm
Tarix: 29-09-2021 17:45 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
İran mədəniyyəti türklərin, etnik azərbaycanlıların çiynində bərqərardır. Bir çox mədəniyyət sahələrini onlar yaradıblar. Bu sahələrə öz tövhəsini vermiş şəxslərdən biri də Nasir Zərabadidir.
Nasir Zərabadinin atası Paşa xan İran Kazak briqadasının sərhəngi (polkovniki) olub. Əsli Qafqazdan gəlmədir.
1894-1903-cü illərdə briqadanın komandiri olmuş polkovnik Vladimir Kosoqovski öz xatirələrində yazır ki, kapitan Paşa ağa rus dilində sərbəst danışa bilir. Paşa ağa Müzəffərəddin şah Qacardan xan ünvanı alıb.
Nasir xan 1919-cu ildə Tehran şəhərinin Səngiləc məhəlləsində anadan olmuşdu. Evləri Şah darvazasına yaxın idi. O, ibtidai təhsilini məhəllə mollaxanasında, sonra Hidayət mədrəsəsində alıb. Bir gün xidmətdən evə qayıdan Paşa xan oğlunu fikirli görür:
- Yenə məhəllədə dava salmısan? Yenə uşaqlar sənə urus deyiblər?
Balaca Nasir başını bulayır. Atası yenə onu sorğu-suala tutur. Bəs nədən fikirlisən, niyə qəm dəryasına batmısan? Acsan, susuzsan? Nə olub, oğlum?
- Ata mən kazak zabiti deyil, musiqiçi olmaq istəyirəm. Şah sarayından gələn musiqi səsi məni yerimdən oynadır.

Paşa xan qəzəblənir:
- Xeyr! Bu iş olmayacaq. Bir mütrübüm kəmdir! Sən bilirsən ki, kimlərin törəməsisən?! Sənin babaların...
Nasir ağlayıb, digər mənzilə qaçır. Bir müddət keçir. Axır ki, Paşa xanı yola gətirirlər. Nasiri musiqi məktəbinə qoyurlar. Nasir Zərabadi 1930-cu ilədək bu məktəbdə oxuyub. Sonra atasının dostu və sərhəng Mahmud xan İrəvaninin yanına qoyurlar. Mahmud xan skripkada onunla məşğul olmağa başlayır. Sonra trubada da ifa etməyi öyrənir. İki il sərasər Mahmud xandan dərs alır. Sonra atasının digər dostu, polkovnik, skripkaçı Hüseyn xan Həngafərinin (1870-1951) yanında məşğul olmağa başlayır.
Nasir Zərabadi 1939-cu ildə hərbi xidmətə çağrılır. Leytenant rütbəsində İran ordusunun musiqiçilər dəstəsində xidmət etməyə başlayır.
Nasir Zərabadi sonra İranın görkəmli musiqiçilərindən olan Əbülhəsən Səbadan (1902-1957) dərs alır. Daha sonra ustad Nəsrulla Çənginin (1906-1981) yanında kamançanın sirlərini öyrənir.
Nasir Zərabadi violino ixtisası üzrə uzun illər təhsil alıb. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olub və İranda məşhurlaşıb.
Nasir Zərabadi 1943-cü ildə İran radiosunda həmkarları ilə birlikdə konsert verir. Dünyaca şöhrətli Qəmərülmülk Vəzirini (1905-1959) müşaiyyət edir. Qəmərülmülk xanım onu öz orkestrinə dəvət edir. Burda Əbülhəsən Səba, Həbib Samani (1905-1947), Nəsrulla Zərrinpəncə (1906-1982), Hüseyn Tehrani (1911-1982) kimi azman musiqiçilərlə çiyin-çiyinə çalışır. Onu dinləyən görkəmli musiqiçilər Zərabadinin gələcəyinə inanırdılar. Ona musiqidə ilk xeyir-duanı verən Mahmud xan İrəvani Zərabadinin ömrüboyu unutmadığı şəxslərdən idi. O, bir neçə müsahibəsində bu görkəmli musiqiçini rəhmətlə xatırlayır.
Nasir Zərabadi İran bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçılarından olub.
Onun təşəbbüsü ilə Tehranda “Muğam gecəsi” (Şəbe-məqam) adlı muğam konserti təşkil olunub.
Nasir Zərabadi dəfələrlə xeyriyyə konsertlərinə qatılıb. Onun iştirak etdiyi xeyriyyə konsertlərindən biri İranın xəstəliklərə tutulmuş uşaqlarına yardım məqsədilə təşkil edilib. Konsertdən əldə edilən vəsait uşaqların müalicəsi üçün lazım olan cihazların, tibb ləvazimatının və dava-dərmanın, habelə xarici ölkələrdə müalicəsinə sərf olunub.
Nasir Zərabadi və həmkarlarının ifa etdikləri bir-birindən gözəl və rəngarəng mahnılar, musiqi nömrələri böyük maraqla dinlənilib, alqışlarla qarşılanıb.
Nasir Zərabadinin repertuarına İran, Azərbaycan, ərəb və Avropa bəstəkarlarının əsərləri də daxil idi. Nazir Zərabadi Paqanini, Çaykovski və s. dahilərin mürəkkəb texnikalı əsərlərini ifa edən az-az iranlılardan olub.
Nasir Zərabadi yaradıcılığının ilk dövrlərindən bu günə qədər həm ifaçı, həm də bəstəkar kimi müxtəlif festivallarda iştirak edib.
Nasir Zərabadi yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir.

Nasir Zərabadi həm də gözəl bəstəkar idi. Onun bəstələri: “Mehmanın olum”, “Şam, gül və pərvanə”, “Get, ta get”, “Qoxun gözəl idi”, “Yadıma düşürsən”, “Nilufər”, “Məryəm” hələ də məşhur ifaçıların repertuarındadır. Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, milli musiqini çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub.
Nasir Zərabadinin İran musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. Orden və medallarla təltif edilib.
Nasir Zərabadi 2018-ci ildə Tehran şəhərində vəfat edib. Behişti-Zəhra gorgahında dəfn olunub.
Nasir Zərabadi öz istedadı və zəhməti sayəsində sənət zirvəsini fəth edib. Onun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır