09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Mirzə Məhəmməd xan Sipəhsalar: Qorqanın qurdu... - Fotolar
Tarix: 29-05-2020 15:14 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Görkəmli dövlət xadimi və sərkərdə Mirzə Məhəmməd Sipəhsalar Qacar elinin Dəvəli oymağının Qaraxanlı tayfasındandır. Bu soya bağlı şəxslər Səfəvilər dövründən bəri orduda sərkərdə vəzifəsini daşımışdılar. Atası Əmir xan (1776-1826) Qacarlar ordusunun yüksək dərəcəli sərkərdələrindən idi və Abbas mirzə ilə bərabər ruslara qarşı vuruşmuşdu. Babası Fətəli xanın Qara xan oğlunun Qacarlar dövlətinin qurulmasında önəmli rolu vardı. Mənsub olduğu Dəvəli oymağı nümayəndələrinin əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Əmir xanın və əmilərinin tanınmış hərbçi sərkərdələr kimi şöhrət qazanmaları, onun bu sahəyə marağını artırmışdı. Beləliklə Mirzə Məhəmməd Sipəhsaların həyatı və hərbi xidmətləri haqqında məlumatlarla tanış olun.
Əmir xanın ikinci oğlu Məhəmməd xan Astrabad (Gürgan-Qorqan) yörəsində dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qacar оrdusunun sərkərdələrindən idi. Fətəli şah Qacar 1834-cu ildə vəfat etdikdən sonra 37 il Farsın hakimi olmuş oğlu Hüseynəli mirzə özünü şah elan edərək Hüseynəli şah adı ilə taxta əyləşdi. Adına xütbə oxutdu və sikkə kəsdirdi.

Qacarlar taxtına əyləşmiş Məhəmməd şah baş nazir Mirzə Əbülqasim Qaimməqamla məsləhətləşərək kiçik qardaşı Firuz mirzəni Mənücöhr xan Mötəmədüddövlə və bir neçə ingilis zabiti ilə iki qardaşı, Hüseynəli və Həsənəli mirzəni, əmilərini zərərsizləşdirmək üçün Şiraza yola saldı. Onlarla yola düşən zabit və ordu sərkərdələrindən biri də Mirzə Məhəmməd xan Dəvəli idi. Qalibiyyətdən sonra Mirzə Məhəmməd xanın hörməti şahın yanında artdı.
Mirzə Məhəmməd xan Qacar Nasirəddin şaha da sədaqətlə xidmət etmişdi. Təşkilatçılıq bacarığına görə sərkərdələrdən seçilən Mirzə Məhəmməd xan şahın təhlükəsizlik xidmətinə gətirilmişdi. O, 1852-ci ildə Baş Keşikçibaşı vəzifəsinə təyin olunmuş, Simnan və Damğan hökumətləri də ona tapşırılmışdı.
Qohumu Allahyar xan və onun övladları ilə düşmən münasibətdə idi. Bu birinci növbədə ondan irəli gəlirdi ki, Qacarlar dövlətinin əsas siyasi qüvvəsini təşkil edən dəvəlilər əsasən baş vəzarətə və baş sərkərdəliyə can atırdılar. Bu tayfanın əyanları feodal istismarı məqsədilə əhalinin əlində olan münbit və məhsuldar torpaqlar, hərbi qənimətlər əldə etmək uğrunda mübarizə aparırdılar. Lakin əsas mübarizə böyük iqtisadi və strateji əhəmiyyətə malik olan Xorasan uğrunda gedirdi. Allahyar xan Hacibəddövlə 1834-cü ildən 1846-cı ilədək Xorasanın valisi olmuşdu. Sonra oğlu Məhəmmədhəsən xan Saları yerinə təyin etmişdi. O, da bir müddət sonra Xorasanda qiyam qaldırmışdı.
1856-cı ildə Böyük Britaniya hərbi dəniz qüvvələri Qacarlar dövlətinin cənub hissəsinə soxulmuşdular. Nasirəddin şah Şücaülmülk Mehrəli xan Nurinin əvəzinə Mirzə Məhəmmədi cənub qüvvələrinin komandanı təyin edərək ingilislərin üzrinə göndərdi.
Nasirəddin şah Qacar 1858-ci ildə dövlət işlərində bir sıra islahatlar apardı və 6 nazirlik yaratdı. Bu nazirliklər daxili işlər, xarici işlər, maliyyə, qoşun, ədliyyə, övqaf və təqaüd məsələlərinə baxırdı. Bu vaxta qədər dövlət Baş nazir tərəfindən idarə olunurdu. Baş nazir Ağa xan Nuri vəzifəsindən azad edildikdən sonra altı nazirlik və Məclisi-vüzəra yaradıldı. Altı nazirdən biri Mirzə Məhəmməd xan Keşikçibaşı oldu və həmin ildən etibarən, Sipəhsalar titulunun aldı, hərbi nazir vəzifəsi ona tapşırıldı. O, eyni zamandsa Dövlət şurasının üzvü seçildi. 1864-cü ildə Gürganda türkmənlərin hücumunun qarşısı alındıqdan sonra bu əməliyyatda uğurlar qazanmış Mirzə Məhəmməd xan Dəvəli-Qacar, şah tərəfindən Sipəhsaları-əzəm tituluna layiq görüldü. O, ilk Sipəhsalari-əzəm və Hərbi nazirdir ki, hərbi geyimdə islahat işləri aparmışdır. Əvvəlki rəsmi geyimlər olan papaq, şal və cübbəni qızıl və ya gümüş tellə işlənmiş qısa libas və paqonlarla əvəz etmişdir.
Mirzə Məhəmməd xan Qacar təşəbbüskar və tərəqqipərvər sərkərdə idi. Yeni ordu quruculuğu prosesinin bütünlüklə çağırışçılar üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticəsiydi.
Ağaməhəmməd şah Qacardan da əvvəl Qacariyyə mərkəzi elan edilmiş Damğan şəhəri həm də Fətəli şahın doğulduğu şəhərdir. Ona görə də bu şəhərə Məmləkəti-Qacariyyədə xüsusi hörmət vardı. Mirzə Məhəmməd xanın ata-babası da Damğan hakimi olmuşdular. Sipəhsalar da öz növbəsində Damğana himayədarlıq edirdi. O, bu vilayətdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra humanist addımlar atmışdı.
Mirzə Məhəmməd xan Qacar öz vəsaiti ilə Damğandakı Abbasilər dövründən qalmış məscidi təmir etdirmişdi.

1864-cu ildə Məclisi-vüzəranın rəhbəri Mirzə Seyid Cəfər xan Müşirüddövlə vəfat etdikdən sonra Nasirəddin şahın təklifi ilə Mirzə Məhəmməd xan onun yerinə Sədr-əzəm (baş nazir) seçildi. Onun sarayda olan rəqibləri bu xəbərdən narahat idilər və ona müxalif oldular. Sonda Mirzə Məhəmməd xanı Nasirəddin şahın həmsöhbəti (xəlvət) olduğu şəxslər sırasından uzaqlaşdırmağa, Məclisi-vüzəra sədrliyindən öz ərizəsi ilə əl çəkməyə nail oldular. Lakin bir müddət keçdikdən sonra o, şah tərəfindən əlavə vəzifələr aldı. Sipəhsalari-əzəm, hərbi nazir vəzifəsindən başqa Xorasan, Sistan, Astrabad-Şahrud, Bistam, Damavənd, Firuzkuh və bir sıra şəhərlər ona tapşırıldı.
H. 1284-cü (1867/68) ildə Nasirəddin şah Məşhədə gəlmiş, orda Sipəhsalarla görüşmüşdü. Onun iki oğlu, Məhəmməd Mehdi xan və Hüseyn xan Nasirəddin şahın kürəkənləri idilər. O, şahın Məşhədə gəlişindən üç gün sonra vəfat etmişdir, onun zəhərləndiyi barədə şayiələr yayılmışdı. Güman edilir ki, onun bədxahları bu görüşdən sui-istifadə etmişdilər. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş.,)
Mirzə Məhəmməd xan Sipəhsalar 1867-ci ildə vəfat edib.
Mirzə Məhəmməd xanın Əmir Məhəmməd Mеhdi xan, Məhəmməd Nasir xan, Məhəmməd Hüseyn xan adlı оğulları vardı.
Mirzə Məhəmməd xan Sipəhsalar sadəcə, görkəmli sərkərdə olmayıb. O, həm də uzaqgörən siyasərçi olub. Həyat və hərbi xidmət yolu öyrənməyə dəyər. İranda fars tədqiqatçıları türk sərkərdə və dövlət xadimlərinin həyat və siyasi fəaliyyətləri araşdımırlar. Azərbaycan tədqiqatçıları isə tarixi Azərbaycanın hüdudları içərisində doğulmamış şəxslərdən yan keçirlər. Onları öyrənmək bizə qalır...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır