09:50 / 24-10-2025
Bakı sakini şikayətlənir: "Haradadır o həkimlər, çıxsınlar ortaya" - Video
09:48 / 24-10-2025
Tramp ona gəlir gətirən məşhur iş adamını əfv edib
09:41 / 24-10-2025
Çin Rusiya neftindən imtina etməyə məcburdur
09:33 / 24-10-2025
Aparat rəhbəri vəfat edib
09:00 / 24-10-2025
“İsrailə qarşı sanksiyalar gündəmdə qalmalıdır!” - Deputat
08:51 / 24-10-2025
“Dyuna”nın ulduzu “Damokl qılıncının altında” yaşayır
08:43 / 24-10-2025
Putin: Dialoq müharibəni davam etdirməkdən yaxşıdır
08:37 / 24-10-2025
Zalujnıy: Münaqişə “qlobal müharibəyə” çevrilib
08:31 / 24-10-2025
Makron Rusiyaya təzyiqləri artırmağa çağırıb
08:25 / 24-10-2025
Zelenskinin əraziləri geri qaytarmaq istəyi boş ümiddir
23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
22:26 / 23-10-2025
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
21:55 / 23-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
Deputat: “Böyük Vətən müharibəsinə başlamalıyıq” - Müsahibə
Tarix: 06-04-2019 12:38 | Bölmə: Müsahibə / Slayd

Qüdrət Həsənquliyev: “Cənubi Azərbaycan, Türkiyə və Pakistandan olan ehtiyata buraxılmış döyüş təcrübəsinə malik generalları, zabitləri cəlb etməklə müqəddəs savaş elan etməliyik”
Vyana görüşündən sonra Ermənistan rəhbərliyi yenidən danışıqların pozulmasına cəhdlər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gəlməsi ilə bağlı anlaşma əldə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə Qarabağ məsələsi ilə bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışıq aparmaq təklifini irəli sürür.
Reyting.az Q. Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Azərbaycan və Ermənistan liderləri arasında Vyanada ilk rəsmi danışıqlar baş tutdu. Amma bu danışıqlardan sonra Ermənistan rəhbərliyi təxribatlara əl atdı. İrəvanın bu davranışlarını necə qiymətləndirirsiniz?
- Mən həmişə demişəm ki, Ermənistanın güc strukturları və xüsusi xidmət orqanları Rusiyaya ciddi şəkildə bağlıdır. Köçəryan da, Sərksiyan da hərbi səhra komandirləri kimi Rusiyanın hərbi sənaye kompleksinin müəyyən dairələri tərəfindən idarə olunur. Ona görə də Ermənistanda nə hərbçilər, nə də artıq “böyük Ermənistan” xəstəliyinə yoluxdurulan erməni xalqı heç bir liderə imkan verməz ki, indiki şəraitdə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan bir mövqe sərgiləsin və Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxartsın.
Hazırda biz nə müşahidə edirik? İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonlar da ermənilər tərəfindən məskunlaşdırılır, oraya investisiya qoyulur. Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda məskunlaşma prosesi sürətlə davam etdirilir. Erməni diasporu da bu işdə yaxından iştirak edir. Ermənistana verilən təminat və onların həyasızlığı imkan verir ki, bu şəkildə məskunlaşma siyasətini həyata keçirsinlər. Dəfələrlə söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Yəni biz ən azı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan bir neçəsini azad etməliyik ki, Ermənistan xalqı bu probleminin sülh yolu ilə həllinə razılıq versin. Desin ki, yaxşı, erməniləri Dağlıq Qarabağdan qovub çıxartmayın, onlara orda status verin və biz də sülh bağlayaq. Hazırda bunun başqa alternativi yoxdur. Nəzəri baxımdan əlbəttə, alternativ var ki, beynəlxalq birlik, Minsk qrupunun həmsədrləri ciddi şəkildə Ermənistana təzyiq etsinlər və Ermənistan geri çəkilsin. Amma bu, heç vaxt olmayacaq. Həm Minsk qrupu həmsədrlərinin öz arasındakı ziddiyyətlər, maraqların toqquşması, həm Ermənistanın bir xristian ölkəsi kimi Türkiyə və Azərbaycan arasına girməsi faktı var. Son 100 ildə də Ermənistan öz ərazilərini Azərbaycan torpaqlarının hesabına az qala üç dəfədən çox artırıb. Əgər Dağlıq Qarabağ və ətraf əraziləri də öz nəzarəti altında saxlaya bilsə, artıq öz ərazilərini Azərbaycanın hesabına daha 2 dəfə artırmış olacaq.
Dünyada baş verən proseslər də erməniləri ümidləndirir. Zaman Azərbaycanın əleyhinə işləyir. Əgər 25 il ərzində aparılan danışıqlar siyasəti özünü doğrultmursa, o zaman bu siyasət dəyişməlidir.
- Yəni danışıqlar vaxt itkisi deməkdir?
- Bəli, danışıqlar mənasız bir işdir. Ona görə də gedib işğalçılarla üz-üzə oturub vaxt itirməyə dəyməz.
- Paşinyan ilk dəfə idi rəsmi danışıqlarda iştirak edirdi. Bu mənada bir gözlənti var idi ki, onun əlləri qana batmayıb, fərqli simadır...
- Yox. Mən hələ danışıqlardan öncə mətbuata müsahibəmdə demişdim ki, biz erməni xalqını işğal olunmuş ərazilərdə məğlub etməsək, Paşinyan olmur, kim olur-olsun, nə qədər sülhpərvər insan gəlir-gəlsin, ürəyində düşünər, bəli, biz qonşu dövlətin torpaqlarını işğal etmişik, onu azad etməliyik, ancaq ona heç kim imkan verməz. Ya onu fiziki baxımdan terror edib aradan götürəcəklər, ya da həmin şəxsi dərhal hakimiyyətdən devirəcəklər. Bizim də işimiz o olacaq ki, daha bir il gözləyək yeni seçkilər olsun, yeni lider seçilsin, hökumətini formalaşdırsın, sonra onu danışıqlar masası arxasına gətirək və danışıqlara başlayaq. Bundan sonra növbəti hakimiyyət dəyişikliyi olacaq. Yəni bu, sadəcə, zaman itkisindən başqa bir şey deyil.
- Siz konkret olaraq Qarabağ məsələsinin həlli üçün nə təklif edirsiniz?
- Qarabağ məsələsinin həlli ilə bağlı iki variant seçilməlidir... Hazırda Azərbaycanda ciddi islahatlara başlanılıb. Çalışmalıyıq ki, sosial-iqtisadi islahatlar, məhkəmə-hüquq islahatları və siyasi islahatlarla dövlətimizi daha da gücləndirək, onun beynəlxalq nüfuzunu yüksəldək. Bu islahatlar əksər ictimai-siyasi qüvvələri bu prosesə cəlb etməklə, geniş xalq kütlələrinin ictimai dəstəyini qazanmaq yolu ilə davam etdirilməlidir. Paralel olaraq Qarabağın işğaldan azad olunması üçün danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Ermənistanda Rusiya tərəfdarları Paşinyanın Qərbyönümlü komandasını yaxın vaxtlarda hakimiyyətdən qovacaq. Biz torpaqlarımızı azad etməklə bu işdə onlara kömək edə bilərik. Necə ki, 2016-cı ilin aprel döyüşlərində biz torpaqlarımızın bir hissəsini azad etdik, Rusiya da nüfuzunu itirmiş və Qərbə meyllənmiş Sərkisyandan canını qurtardı, asanlıqla iflasa uğratmaq üçün Qərbyönümlü, naşı Paşinyanın hakimiyyətə yolunu açdı. Vaxtilə Mütəllibovu aparıb AXC-yə yol açdıqları kimi. İndi də çalışmalıyıq Rusiya ilə anlaşaq ki, hərbi əməliyyatlara müdaxilə etməsin, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların ya hamısını, ya bir qismini azad etsin. Bundan sonra ermənilər sülhə gələcək.
Azərbaycan islahatlar apara-apara beynəlxalq güclərlə də intensiv işləməlidir. Heç vaxt Azərbaycana deməyəcəklər ki, get, müharibə elə, torpaqlarını azad et! Amma Azərbaycan çalışmalıdır ki, müharibəyə başlayanda beynəlxalq təşkilatların və böyük güclərin ölkəmizə qarşı verəcəkləri bəyanatlar, atacaqları addımlar sərt olmasın. Yəni müharibəni pisləsələr də, Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanısınlar. Biz xarici tərəfdarlarımızı, həmsədrləri, böyük gücləri, region dövlətlərini inandırmalıyıq ki, onlar bizə mane olmasın.
- Rusiya Paşinyanın devrilməsi müqabilində bizimlə anlaşacaqmı?
- Biz Paşinyanın devrilməsinə kömək etməklə yanaşı, Rusiyanın bu münaqişədə ədalətli mövqe tutması üçün müəyyən addımlar da ata bilərik. Rusiyanı inandırmağa çalışmalıyıq ki, Rusiya regionu öz nəzarətində saxlamaq üçün bu münaqişədən istifadə etməsin. Yəni biz Rusiyaya elə bir imkanlar tanımalıyıq ki, Rusiya konfliktsiz də regionda özünü rahat hiss eləsin, regionda maraqlarının qorunub-saxlanmasına əmin olsun, təminatlar alsın və münaqişənin həllinə imkan versin. Bu olmayacağı təqdirdə, sözün doğrusu, mən münaqişənin indiki formada danışıqlar yolu ilə həllini görmürəm. Zaman da göstərir ki, danışıqların bu şəkildə davam etdirilməsinin perspektivi yoxdur və heç zaman da olmayacaq. Münaqişənin həlli üçün hazırda dediyim istiqamətlərdə işlər aparılmalıdır: bir tərəfdən islahatların davam etdirilməsi, digər tərəfdən isə beynəlxalq birliklə işlərin ciddi şəkildə gücləndirilməsi.
Digər variant isə Rusiya heç bir halda torpaqlarımızın işğaldan azad olunmasına imkan verməsə, bu barədə xalqımızla açıq danışılmalı, Ermənistana torpaqlarımızdan çıxmaları üçün bir il vaxt verilməlidir. Bu müddət ərzində Neft Fondunun vəsaitləri hesabına daha 4-5 milyard dollarlıq müasir silahlar alınmalı və ordumuz müqavilə ilə istefada olan, döyüş təcrübəsinə malik Cənubi Azərbaycan, Türkiyə, Pakistan generalları və zabitləri hesabına gücləndirilməli, torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə başlamalıyıq. Ermənilər inanmalıdırlar ki, onları kimin müdafiə etməsindən asılı olmayaraq, müharibə başlasa, Ermənistanda daş-daş üstə qalmayacaq və bir dövlət kimi məhv olacaq. Çinlilərin gözəl bir sözü var, deyirlər ki, müharibəyə başlamazdan öncə onun sənə nəyin bahasına başa gələcəyini hesabla. Biz erməniləri bu barədə düşünməyə vadar etməliyik. Böyük risklərsiz və qurbanlarsız böyük uğurlardan və qələbələrdən danışmağa dəyməz.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Dünən, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
Dünən, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Dünən, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki