23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
22:26 / 23-10-2025
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
21:55 / 23-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Mehman Əliyev: “Yeni parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin şahidi olacağıq” - Müsahibə
Tarix: 12-02-2020 18:02 | Bölmə: Müsahibə / Slayd

Politoloq proporsional seçki sisteminin tətbiqini qaçılmaz sayır: “Gözləyirəm ki, seçki qanunvericiliyinə dəyişikliklər olacaq, proporsional seçki sisteminə keçəcəyik”
Azərbaycandakı kadr dəyişiklikləri və struktur islahatları ilə yanaşı ölkə parlamenti də yenidən formalaşır. Artıq Milli Məclisə növbədənkənar seçkilər başa çatıb və tezliklə parlamentin yeni tərkibi fəaliyyətə başlayacaq.
“Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev “Reytinq” (onlayn) qəzetinə müsahibəsində ilk olaraq Milli Məclisə seçkilər məsələsinə toxunub və yeni parlamenti ölkədəki islahatlar kursunun davamı hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb:
- Mən çoxlarının gözlədiyi kimi fövqəladə fərqli bir seçki gözləmirdim və bununla bağlı yazı da yazmışdım.
Əslində parlamentin yenilənməsi baş verdi. Məncə, əsas məsələ parlament tərkibinin yenidən təsdiq olunmasıdır. Bu da müəyyən siyasi proseslər çərçivəsində baş verir. Yəni icra hakimiyyəti sisteminə - daha çox kadr siyasətində - yeni gələn komandanın yükü çoxalıb. Hesab edirəm ki, onların seçkilərə təsiri böyük olub.
Əslində, bu seçkilərlə parlament də icra hakimiyyəti sisteminə uyğunlaşdırıldı. Başqa sözlə, bu parlamentin yeni formalaşan icra sistemi ilə iş birliyi yaradılır. Əsas məsələ budur. Yəni bunu vahid siyasi sistem kimi görmək istəyirlər.
Prezident Əliyev dörd televiziya kanalına verdiyi müsahibəsində vurğulamışdı ki, seçkilər yeni yaranan icra hakimiyyəti sisteminin qanunverici orqana uyğunlaşdırılmasıdır. Görünür, qarşıda hansısa islahatların, işlərin görülməsi planları da ola bilər.
- Parlament seçkiləri ilə hakimiyyətin apardığı islahatlar finiş xəttinə çatır, yoxsa proses davam edəcək?
- Yox, proses davam edəcək. İndi daha çox yeni proqramların təsdiqi, yeni qanunların hazırlanması, dəyişdirilməsi, müasir çağırışlara uyğunlaşdırılması kimi proseslər müşahidə oluna bilər. Çünki hakimiyyətin qarşısında çox ciddi çağırışlar durur. Bu da sosial-iqtisadi durumun yaxşılaşdırılması, ölkədə ictimai sabitlik, getdikcə artan narazılığın qarşısını almaqdır. Bu narazılığın qarşısını polis gücü ilə deyil, cəmiyyətin istəyi və onları maraqlandıran dəyişiklikləri etməklə almaq istəyirlər. Yəni əvvəlki qaydada, bəzən qorxu ilə məsələləri həll etmək mümkün deyil.
- Sizcə, yeni parlament iş prinsipi baxımından əvvəlki parlamentdən fərqlənə biləcəkmi?
- Hesab edirəm ki, parlamentin vəzifəsi ictimaiyyəti, seçicini maraqlandıran qanunları qəbul etməkdir. Bunu, yeni parlamentin necə fəaliyyət göstərəcəyini izlədikcə biləcəyik.
- Son aylar ərzində hakimiyyətin yuxarı dairələrində ciddi kadr dəyişikliyi aparılıb. Bəzi ekspertlər isə icra hakimiyyətlərində və hüquq-mühafizə orqanlarında da islahatların aparılmasını zəruri sayırlar. Sizcə, bundan sonrakı dəyişikliklər hansı sahələri əhatə edə bilər?
- Hesab edirəm ki, bir sıra sahələr üzrə islahatlar gözlənilir. Məsələn, ölkədə iqtisadi vəziyyəti canlandırmaq, investisiyalar cəlb etmək, arzulanan mühit yaratmaq üçün hüquq-mühafizə orqanları real vəziyyətə uyğunlaşdırılmalıdır. Yəni müdaxilələr aradan qaldırılmalı, bu orqanların qanunun aliliyində iştirakçılığı artırılmalıdır.
Sonuncu fikrim daha çox məhkəmə instansiyasına aiddir. Bu, bizim böyük problemlərimizdəndir. Əslində bütün bunlar bizim beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir.
Yeri gəlmişkən, mən sizə misal çəkə bilərəm. Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT, AŞPA, Avropa Parlamentinin nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyinə reaksiyasına baxa bilərik. Azərbaycan Xarici İşlər Nazirliyi həmin rəylə bağlı açıqlamasında qeyd edir ki, biz danışıqlara, dialoqa, irəli sürülən fikirlərin yerinə yetirilməsinə, qüsurların aradan qaldırılmasına hazırıq və s. İlk dəfədir ki, Xarici İşlər Nazirliyi belə bir bəyanat yayır. Bu, vacib bir haldır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin də müvafiq seçki bəyanatı oldu.
Bir sözlə, hamı öhdəliklərin yerinə yetirilməsini gözləyir və Azərbaycan hökuməti də Xarici İşlər Nazirliyinin dili ilə bildirir ki, buz buna hazırıq.
- Konstitusiyaya dəyişiklik təklifləri də səslənir. Məsələn, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev təklif edir ki, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalı, parlamentli respublika modelinə keçilməlidir. Belə dəyişikliklərə ehtiyac görürsünüzmü?
- Hesab edirəm ki, proporsional seçki sisteminin tətbiqi qaçılmazdır. Düşünürəm, məhz buna görə də, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin şahidi olacağıq. Gözləyirəm ki, seçki qanunvericiliyinə dəyişikliklər olacaq, biz proporsional seçki sisteminə keçəcəyik, parlamentin rolu real olaraq daha da gücləndiriləcək. Yəni partiyaların rəqabəti çərçivəsində parlamentdə işlər başlanacaq. O cümlədən də icra qurumlarında. Biz buna doğru gedirik, hesab edirəm ki, bunlar qaçılmazdır.
Yeri gəlmişkən, düşünmürəm ki, bu, 5 ildən sonra olacaq, əksinə, yaxın zamanlarda baş verəcək. Çünki zaman keçdikcə bu tələbat artacaq.
- QHT və mətbuat sahəsini də qaneedici saymaq olmaz. Bu sahədə də hansısa dəyişikliklər, işə keyfiyyət qatacaq yeniliklər gözləyirsinizmi?
- Əslində bu barədə danışıqlar gedir. Vaxtaşırı hakimiyyət nümayəndələri ilə fikir mübadiləsi olur. Onlar da başa düşürlər ki, vəziyyəti dəyişmək, nəsə etmək lazımdır. Bu reallığı anlasalar da, hələ ki, tərəddüd edir və qərar verə bilmirlər. Amma anlayırlar ki, nələrisə dəyişmək lazımdır və bu zamanın tələbidir.
O cümlədən QHT sektoruna müəyyən yeniliklərin gətirilməsi, fəaliyyətin genişləndirilməsi, xarici donorların ölkəyə dəvət edilməsi, habelə onlara münasib şəraitin yaradılması zamanın tələbidir. Hesab edirəm ki, bu istiqamətlər üzrə də getdikcə dəyişikliklər olacaq.
Ancaq bunu istəməsələr də, anlayırlar ki, başqa yol da yoxdur. Bu mənada söhbət etdiyimiz istiqamətlər üzrə yeniliklərin baş verməsi gözləniləndir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Bu gün, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
Bu gün, 16:10
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
Bu gün, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Bu gün, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
Bu gün, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
Dünən, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
Dünən, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki