11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

Mahmud Cəm: Pəhləvilər sülaləsinin baş naziri olmuş azərbaycanlı - Fotolar
Tarix: 28-04-2020 20:16 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarixən hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Azərbaycan xalqı da, bu baxımdan, bir çox tarixi şəxsiyyət yetişdirib. Bunlardan biri də Mahmud Cəmdir.
Mahmud Məhəmmədsadıq oğlu 1885-ci (hicri şəmsi 1264-cü) ildə Təbriz şəhərində anadan olmuş, ilk təhsilini də burada almışdır. Sonra doktor, fransalı əczaçı təbib Kupenin yanında tərcüməçi işləmişdir. Doktor Kupen vəliəhd Müzəffərəddin mirzənin şəxsi həkimi idi. Mahmud vəliəhdlə bu zaman tanış olmuş, onun yanına gedib-gəlmişdir. Bir müddət tərcüməçiliklə məşğul olmuş, sonra doktor Kupenin əczaxanasında işləməyə başlamışdı.

Mahmud 1909-cu (hicri şəmsi 1288-ci) ildə Təbrizdən Tehrana gəlir, burada Gömrük idarəsində tərcüməçi vəzifəsinə qəbul olunur. Bir qədər işlədikdən sonra maaşın azlığından buradan çıxaraq, Fransa səfirliyində çalışır və 8 il səfirlikdə işləyir. Deyilənə görə, bu zamanlar o, Fransa səfirliyinin əməkdaşları ilə Dəmavənd dağının zirvəsinə qalxmışdır.
O, Fransa səfirliyində tərcüməçi işləyərkən ailə qurmuş, İngiltərə səfirliyinin 3-cü katibi Abbasqulu xan Nəvvabın və Xarici işlər vəziri olmuş Hüseynqulu xan Nəvvabın (1864-1906) bacısı ilə evlənmişdir. Bundan sonra onun yüksək vəzifələrə yolu açılmışdı.

Mahmud Cəm 1919-cu ildə (hicri şəmsi 1298-ci) Qacarlar dövlətinin Baş naziri Vüsuqüddövlənin göstərişi ilə Maliyyə Nazirliyinin əməkdaşı kimi dövlət taxıl anbarının rəisi təyin olunur və Tağı Əzimi onun müavini olur. Bir müddət keçdikdən sonra dövlət əhəmiyyətli vəzifədə çalışan Mahmud Cəmə Müdirülmülk ləqəbi verilir. Bu zamandan etibarən o, Tehranın maliyyə işlərini idarə edən, xəzinədar kimi fəaliyyət göstərir.
Mahmud Cəm daha sonra aşağıdakı vəzifələrdə olmuşdur:
1920-ci (hicri şəmsi 1299-cu ) ildə Xarici İşlər Nazirliyinin əməkdaşı
1921-ci (hicri şəmsi 1300-cü) ildə Maliyyə Nazirliyinin əməkdaşı
1921-ci (hicri şəmsi 1300-cü) ildə Baş nazir Həsən Pirniyanın Kabinəsində Maliyyə naziri
Baş nazir Əhməd Qəvamüssəltənənin kabinəsində xəzinədar, taxıl anbarının rəisi
1922-1923-cü illərdə Baş nazir Rza xan Sipəhin kabinəsində (hicri şəmsi 1302-1303-cü illərdə) Maliyyə naziri
1925-ci ildə (hicri şəmsi 1304-cü ildə) Baş nazir Məhəmmədəli Firuğinin kabinəsində Baş nazirin müavini
1926-cı ildə (hicri şəmsi 1305-ci ildə) Kirman əyalətinin ostandarı
1927-ci ildə (hicri şəmsi 1306-cı ildə) Baş nazir Müxbirüssəltənə Mehdiqulu xan Hidayətin kabinəsində nazir
1929-cu ildə (hicri şəmsi 1308-ci ildə) Xorasan əyalətinin ostandarı
1933-cü ildə (hicri şəmsi 1312-ci ildə) Xorasandan çağrılaraq Daxili İşlər naziri
1935-ci ildə (hicri şəmsi 1314-cü ildə) Məhəmmədəli Füruğinin əvəzinə Baş nazir
1939-cu ildə (hicri şəmsi (1318-ci ildə) saray vəziri olur.
Mahmud Cəm 1941-ci ilədək (hicri şəmsi 1320-ci ilədək), yəni Rza şah Pəhləvi istefa verənədək saray vəziri olmuşdur. O, 1941-ci ildən İran dövlətinin Misirdə Böyük elçisi (Səfiri-Kəbiri) təyin olunur.

1947-ci ildə (hicri şəmsi 1326-cı ildə) Baş nazir Əhməd Qəvamın kabinəsi yenidən bərpa olunduqda o, Hərbi nazir təyin edilir. Kabinə süqut etdikdə isə Cəm yenidən saray vəziri işini davam etdirir.
1948-ci ildə (hicri şəmsi 1327-ci ildə) Roma səfiri edilir.
1956-cı ildə (hicri şəmsi 1335-ci ildə) Senat Məclisinin 3-cü və 4-cü darisəində Kirman senatoru seçilir və ömrünün sonuna qədər senator vəzifəsində çalışır.
Mahmud Cəm 10 avqust 1969-cu ildə (hicri şəmsi 1348-ci ildə) 85 yaşında Tehran şəhərində vəfat edib.
Mahmud Cəmin Firudin və Pərvin adlı övladları var.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır