19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

12:00 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

Tam siyasət ustası - Ənvər Çingizoğlu yazır
Tarix: 03-07-2020 16:34 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İranın XX əsr siyasi tarixində Əsədulla mirzə Şəhabüddövlə adı qırmızı xətlə keçir. Ölkəsinin tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi və fəlsəfi fikri ilə bağlı hərtərəfli bilgilərə malik olması, dərin fəlsəfi təfəkkür və yüksək əxlaq sahibi olması onu müasirlərindən fərqləndirib. Siyasi şəxsiyyətləri, aparıcı məqam sahiblərini səciyyələndirən əsas cəhətlərdən biri də hadisələrə miqyaslı baxış, onları əlaqəli şəkildə kompleks görmək bacarığıdır. Bütün bunlar Əsədulla mirzə Şəhabüddövlədə vardı.
Babası Fətəli şahın üçüncü оğlu olan Məhəmmədqulu mirzə Qovanlı-Qacardır. O, İran ədəbiyyatına həm təzkirəçi, həm də istedadlı şair kimi daxil olub.
Məhəmmədqulu mirzənin törəmələri öncə Mülkara, sоnra Arəstə sоyadını daşıyıblar. Bəziləri isə Bədi familiyası ilə tanınırlar. Bəzi nəvələri isə Şəms soyadı daşıyırlar.
Məhəmmədqulu mirzə Fatimə Sultan bəyim Şahrux mirzə qızı Qırxlı-Avşarla və Gülpəri Sara Mələk xanım Murtuzaqulu xan qızı Qоvanlı-Qacarla ailə qurub. Bədiəzzəman mirzə, Sam mirzə, Əbdülhüseyn mirzə, Nurəddin mirzə adlı оğlanları, Mələkzadə xanım adlı qızı vardı.

Atası Əbdülhüseyn mirzə şair idi. Şəmsüşşüəra ləqəbini daşıyırdı.
Əbdülhüseyn mirzə Cahansultan xanımla ailəli qurub. Yəhya mirzə, Əsədulla mirzə adlı oğlanları, İran xanım adlı qızı vardı.
Əbdülhüseyn mirzənin ikinci oğlu Əsədulla mirzə Tehran şəhərində anadan olub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Tehran Universitetində oxuyub, sonra İngiltərəyə yollanıb. Orda teleqraf üzrə təhsil alıb. Təhsilini tamamladıqdan sonra vətənə dönüb, teleqrafxanada çalışıb.
Əsədulla mirzə Mülkara Şəhabüddövlə ləqəbini daşıyırdı.
Əsədulla mirzə Şəhabüddövlə Tehrandan I və II çağırış İran Milli Məclisinə vəkil seçilib.
Əsədulla mirzə Şəhabüddövlə Mirzə Həsən xan Mustovfi əl-Məmalikin Baş nazirliyi dönəmində (1910-1911) Qacarlar dövlətinin Poçt-Teleqraf naziri olub.
Əsədulla mirzə Şəhabüddövlə bir müddət Yəzdin hakimi vəzifəsini icra edib.
Əsədulla mirzə Şəhabüddövlə Əbdülhüseyn mirzə Fərmanfərmanın Baş nazirliyi dövründə (1915-1916) Qacarlar dövlətinin elm naziri olub. O, alimlərin, müəllimlərin, toplantılarına qatılır, onlarla canlı ünsiyyət yaradır, problemləri ilə maraqlanır və dərhal həll edirdi. Şəhabüddövlə sanki dövlətin siyasətini həyata keçirmək üçun deyil, xalqın tarixi, mədəni və mənəvi irsini inkişaf etdirmək, klassiklərin, alimlərin irsini qorumaq, təbliğ etmək, xatirələrini əbədiləşdirmək, yaradıcı adamlara hami olmaq, onların problemlərini həll etmək, o vaxtadək görmədikləri əlverişli səraiti yaratmaq missiyasını yerinə yetirmək, milli hissləri gücləndirmək üçün gəlmişdi.
Onun bu fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilirdi:

Yazıçıların məclislərində iştirak edir, onlarla canlı ünsiyyət qurur, əsərlərini oxuyur, əlaqə saxlayaraq yaradıcılıqları haqqında öz mülahizələrini söyləyir, xalqın tarixi keçmişi və bu günü barədə əsərlər yazmağı tövsiyə edir, xalqla canlı ünsiyyətləri, yaradıcılıqları üçün şərait yaradır, xüsusi olaraq nəşriyyat, yaradıcılıq evi açır, yubileylərini keçirir, dövlətin yüksək orden və medalları ilə təltif olunmalarına əzmlə nail olur, maaş və məvaciblə təmin edirdi.
Xarakterinə görə yaradıcı, qurucu və birləşdirici şəxsiyyət olan Ə. Şəhabüddövlə milli incəsənətin inkişaf etdirilməsindən ötrü sənətkarlar arasında normal yaradıcılıq mühitinin formalaşmasına çalışırdı.
Əsədulla mirzə Şəhabüddövlə sonra Kürdüstanın valisi vəzifəsini də icra etmişdi.
Əsədulla mirzə Şəhabüddövlə 1919-cu ildə Əhməd şah Qacarın təşrifat rəisi təyin olunub.
Əsədulla mirzə Şəhabüddövlə Seyid Ziya Təbatəbainin sürgünündən sonra tutularaq Qəsri-Qacar zindanına salınıb.
Əsədulla mirzə Şəhabüddövlə Rza şah Pəhləvinin dövründə Kirmanşahın valisi olub. Sonra Kürdüstana təyin edilib, ordan da Fars əyalətinə göndərilib.
Əsədulla mirzə Şəhabüddövlə valiliyi dönəmində daim xalqının içərisinə gedir, həyatı, düşüncələri ilə yaxından tanış olur, problemlərini həll edirdi. O, yalnız bununla kifayətlənmirdi. Daim ziyalıları xalqın içinə getməyə qətiyyətlə çağırır, yönəldir və bu məsələdə onlara bilavasitə rəhbərlik edirdi. Şəhabüddövlə öz nitqlərində məmurları xalq içərisinə getməyə, onun həyatına yaxından bələd olmağa və xalqın qayğısına qalmağı tapşırır, bundan ötrü zəruri olan bütün şəraiti yaradırdı.
Əsədulla mirzə Şəhabüddövlə mərkəzi hakimiyyətlə kürd xalqı arasında mədəni əlaqələrin gücləndiriliməsinə təşəbbüs edir, tərəfdar olur və bu sahədə mərkəzin icazəsi ilə konkret fəaliyyət göstərirdi.
Əsədulla mirzə Şəhabüddövlə ömrünün son illərində senator ünvanı ilə milli məclisdə təmsil olunub. O, xalqın problemlərini dərindən bildiyindən məclisdə işlərkən də dövlət və hökumət rəhbərliyinə dəyərli tövsiyələrini verirdi. Xalqa xüsusi diqqət yetirməyin, aşağı təbəqə ilə dostluq münasibətləri qurmağın vacibliyinə yuxarıları inandırmağa çalışır və çox vaxt da buna nail olurdu.

Əsədulla mirzə Şəhabüddövlə 1959-cu ildə vəfat edib.
Əsədulla mirzə Şəhabüddövlə Ziyadövlə xanım Cahangir mirzə qızı ilə ailəli olub.
Nəticə olaraq bunu bildirməliyik ki, Əsədulla mirzə Şəhabüddövlə istedadlı siyasətçi olmaqla bərabər məharətli natiq idi. Gur səsi və maraqlı nitqi ilə dərhal auditoriyanın diqqətini cəlb edir, siyasət, iqtisadiyyat, mədəniyyət və s. mövzularda təkrar və fasiləyə yol vermədən saatlarla danışa bilirdi, qeyri-adi yaddaşı vardı, intellekti kimi yaddaşının da hüdudları bilinmirdi. Amma öyrəndiklərini, eşitdiklərini, gördüklərini yalnız yadında saxlamaqla kifayətlənmirdi, onun böyüklüyü onda idi ki, yaddaşındakıları məqamında yadına salıb yerində auditoriyaya çatdıra bilirdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır