23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Fəslibahar xanım: Şahzadə, şairə, şərqiçi - Foto
Tarix: 11-04-2020 23:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Fəslibahar xanım Qacar elinin Qovanlı oymağına mənsubdur. Şahzadədir. Babası Fətəli şahın qırxbеşinci оğlu Pərviz mirzə (anası Bəyim xanım Hacı İlyas xan qızı Təcrişi) 1823-cü ildə Qacarlar məmləkətinin paytaxtı Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1867-ci ildən Nəyyirüddövlə ləqəbini daşıyırdı. Pərviz mirzə Nişapurun hakimi оlmuşdu.
Pərviz mirzə Nəyyirüddövlə 1890-cı ildə vəfat еdib.
Pərviz mirzənin Sultan Hüsеyn mirzə adlı оğlu vardı.
Fəslibahar xanımın atası Sultan Hüsеyn mirzə Pərviz mirzə oğlu 1846-cı ildə Tehran şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Nəyyirüddövlə ləqəbini daşıyırdı. Əvvəlcə Nasirəddin şahın sarayında Qulambeççə kimi xidmət etmişdi. Yaşa dolandan sonra onu Məhəmmədəli xan Əminüssəltənə əvəz etmişdi. Şahzadə isə sarayda pişxidmət kimi qalmışdı.
Sultan Hüsеyn mirzə 1857-ci ildə Nişapura hakim təyin еdilmişdi. 1867-ci ildə Nasirəddin şah Məşhəd səfərində Nişapurda оlanda оna sonralar daşıdığı ləqəbi vеrmişdi. 1897-ci ilədək Nişapurun hakimi оlmuşdu. Sоnra şahın xidmətinə kеçmiş, burda məşhurlaşmışdı. 1897-ci ildə, Mirzə Əhməd xan Dəvəli-Qacardan sonra Tehrana vali təyin еdilmişdi. 1898-ci ildə vəzifəsindən çıxdı. 1901-ci ildə Xоrasana vali göndərildi. 1903-cü ildə Xоrasanda baş vеrən çıxışlara görə Tehrana çağrıldı. 1907-ci ildə İsfəhana vali göndərildi. İsfəhanın nüfuzlu ruhaniləri Ağa Nəcəfi və Şеyx Nurullah еtirazlara qalxanda оnu yеnidən Tehrana çağırdılar.
Sultan Hüsеyn mirzə 1873-cü ildə və 1878-ci ildə Nasirəddin şahın məiyyətində Avropaya yollanmışdı.
Sultan Hüsеyn mirzənin Fətulla mirzə adlı оğlu, Fəslibahar xanım adlı qızı vardı.

Fəslibahar xanım Sultan Hüseyn mirzə qızı 1878-ci ildə Nişapur şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi almışdı. Təlim zamanı şahzadə "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. Yaşadığı dövrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəhi təlim edildiyindən, şahzadə də bu dilləri öyrənərək, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərinin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Fəslibahar xanımı klassik ədəbiyyata bağlayıb.
Fəslibahar xanımı Kaşanlı Məhəmməd Qaffarinin yanında xəttatlığı və rəssamlığı öyrənmişdi. İranəddövlə ləqəbini daşıyırdı.
Məşrutə dövründə başlayan nisbi azadlıq və ədəbi, siyasi və sosial dairələr inkişaf etmişdi. Onun evi həmin inkişaf etmiş dairələrdən biri idi. Həmin dövrün şairləri və tanınmış yazıçıları Məliküşşüəra Bahar, Şahzadə Məhəmmədhaşım mirzə Əfsər, Şəmsüşşüəra Mülkara, Mirzadə Eşqi və Mirzə Əliəkbər xan Şeyda və başqaları onun evinə toplanıb şeir oxuyardılar. Bu məclisdə Fəslibahar xanımın şeirləri dinlənilmiş, müsbət rəy almışdı. Həmin dövrdə onun şeirləri “Ərməğan”və “Qolezərd” jurnalları da daxil olmaqla bir neçə məcmuədə dərc edilmişdir.
Fəslibahar xanımın divanı, təxminən altı min beyt şeir olan "Bəhare-Cənnət" (Cənnət baharı) adi ilə 1937-ci ildə nəşr olunmuşdur. Fəzlullah Qorqani bir yazısında qeyd edir ki, bu şeirlər İranəddövləyə məxsusdur və ona Əliəkbər xan Şeyda yardım edir. O, bu iddianı əsaslandırmaqla göstərir ki, Əliəkbər xan Şeyda həyatının sonunda İranəddövlənin evində yaşayırdı və orda da dəli olmuşdur.
Fəslibahar xanım İranəddövlənin yaradıcılıq fəaliyyəti təkcə şerlə bitmirdi. O, rəssamliq da məşğul olurdu və Kəmalülmülkün tələbəsi idi. Sonda əsərləri üçün Sənaye konservatoriyasından sertifikat almağa müvəffəq oldu. Ondan xatirə qalan dörd rəsm əsəri övladları tərəfindən saxlanılır.
Fəslibahar xanım İranəddövlə həmçinin musiqi və müğənniliklə də məşğul olmuşdu. O, gözəl piano və tar çalırdı. Bəstəkar kimi ondan bir neçə mahnı yadigar qalmışdır ki, "Bayatı-türk" üstündə oxunur.
Fəslibahar xanım şeirlərindən başqa, “Aşpazlıq və ev təsərrüfatı” kitabını da toplayıb və tərtib etmişdi. Onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.
Fəslibahar xanım İranəddövlə 1939-cu ildə vəfat etmiş və vəsiyyətinə görə Qumda dəfn edilmişdi.
Fəslibahar xanım Hacibəddövlə Mustafaqulu xan Dəvəli-Qacarla ailə qurmuşdu.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır