19:37 / 22-11-2024
Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
18:58 / 22-11-2024
"Apple" "iPhone 16 Pro"-nu kosmosa göndərib - Fotolar
18:23 / 22-11-2024
Ölmüş şəxsin gözü oğurlanıb
18:13 / 22-11-2024
Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib - Fotolar
18:00 / 22-11-2024
Avropada nüvə təhlükəsi artır
17:39 / 22-11-2024
Türkiyə ordusu İraqda uğurlu əməliyyat keçirib
17:17 / 22-11-2024
Füzuli Hüseynov: "Dedim, özünüzü yormayın, filmlərə dəvət edilirəm, amma çəkilmirəm"
17:09 / 22-11-2024
COP29 Sədrliyi bəyanat yayıb
17:03 / 22-11-2024
Türkiyədə baş məşqçi öldürülüb
16:50 / 22-11-2024
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
16:25 / 22-11-2024
Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıqlar aparıb
16:14 / 22-11-2024
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
16:09 / 22-11-2024
Fərid Əhmədova ali xüsusi rütbə verilib - Sərəncam
16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
Sultan Əbdülməcid mirzə Eynüddövlə - Ənvər Çingizoğlu yazır
Tarix: 05-06-2020 18:35 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Tədqiqatçı hər hansı amilin, eləcə də rəğbət və nifrətin təsiri altında xalqın tarixinin bu və ya digər dövrünü, səhifəsini, anını, şəxsiyyətini sevməyə, bəyənməyə bilər. Bu, onun şəxsi işidir. Lakin xalqın tarixinə qayğı ilə yanaşmağa və hörmət etməyə borcludur. Çünki bu, onun öz tarixidir və ən azı bilməlidir ki, əvvəlcə xalq yaranır, sonra müxtəlif istiqamətli ideoloji-siyasi cərəyanlar. Xalqın tarixini təhrif etmək yolverilməzdir. Müəyyən ideoloji cərəyanı qabardaraq hadisə və proseslərə subyektiv yanaşıb xalqın tarixinin digər səhifəsinin üstündən xətt çəkmək hansı baxımdan olursa-olsun zərərlidir və elmi deyil. Buna görə də ziddiyətli bir dövlət xadimi olmuş Sultan Əbdülməcid mirzə Eynüddövləni sizə necə varsa, təqdim edirik. Tanış olun.
Sultan Əbdülməcid mirzə Qacar elinin Qovanlı oymağına mənsubdur. Qacarlar sülaləsinin 2-ci hökmdarı Fətəli şahın nəvəsidir.
Sultan Əbdülməcid mirzə Sultan Əhməd mirzə oğlu 1845-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Tehran Darülfünunu bitirmişdi. Еynüddövlə ləqəbi daşıyırdı.
Sultan Əbdülməcid mirzə Təbriz şəhərində vəliəhd Müzəffərəddin mirzənin əmiraxuru оlmuşdu. Əmir Nizam Gərrusi vasitəsi ilə Ərvənəq, Ənzab, Həştirud, Miyandab şəhərlərinə hakim təyin еdilmişdi. 1891-ci ildə Əmir Nizam Gərrusi Kürdüstana vali göndəriləndə оnun Azərbaycandakı vəzifəsi оna tapşırıldı.
Sultan Əbdülməcid mirzə 1901-ci ildə Asəfüddövlənin yеrinə Tehrana vali təyin еdilmişdi.
Eynüddövlə 1904-cü ilin yanvarında Mirzə Ələsgər xan Əminüssultanın yerinə baş vəzir, sədr əzəm оldu. O, iş başına gəlməzdən əvvəl Əminüssultanın çar hökumətindən aldığı borclara qarşı etiraz edənlərə təmayül göstərirdi. Əbdülməcid mirzə iş başına gələrkən xarici dövlətlərlə siyasətdə ölkənin mənafeyini müdafiə edəcəyi haqqında şayiələr yayırdı. Baş nazir olduğu ilk vaxtlarda Eynüddövlə bir sıra xırda tədbirlərlə ictimaiyyətin rəğbətini cəlb etməyə çalışırdı. O, “Həblülmətin” qəzetinin və xaricdə fars dilində nəşr olan digər qəzetlərin İrana gətirilməsinə və yayılmasına icazə verdi. Gizli qrupun görkəmli üzvlərindən, 1901-ci ildən Ərdəbil zindanında saxlanılan Şeyx Yəhya Kaşanini azad etdirərək Tehrana qaytardı. Еynüddövlənin bir sıra bu kimi işləri onun mülayim siyasət aparacağına əhali arasında ümid yaradırdı. Mətbuatda, xüsusilə “Həblülmətin” səhifələrində onun işləri təriflənirdi. Lakin ölkədə kəskinləşməkdə olan ziddiyyətlər mütləqiyyətin bu yeni nümayəndəsinin də siyasətinin mahiyyətini tezliklə açıb göstərdi. 1903-cü ilin oktyabr ayından başlayaraq, Tehranda iki böyük ruhani dəstəsi arasında, sonra isə ruhanilərlə hökumət arasında ziddiyyət kəskinləşdi. Tehranda Məhəmmədiyyə mədrəsəsinin böyük miqdar vəqf əmlakına yiyələnmək istəyən Sədr mədrəsəsinin tələbələri arasında toqquşma baş verdi. (Kəsrəvi Seyid Əhməd, Tarixe Məşrutə, IV çapı, s.33)
Eynüddövlənin hökumətə gəlişi Kazak briqadasına hücumların artmasına səbəb oldu. 1904-cü ilin aprel ayının önlərində Kazak briqadası məsələsi ilə bağlı Eynüddövlə Çernozubova birbaşa bəyanat verdi ki, briqadanın büdcəsini 50 min tümənə qədər ixtisar etmək gərəkdir. Aydın oldu ki, Eynüddövlə briqadanın mövqeyini zəiflətmək istəyir. Onun hərtərəfli dəstəyi vardı. İran Baş nazirinin eyhamını başa düşən Çernozubov buna etiraz etdi. Əlavə olaraq da istefa edəcəyini bildirdi. Eynüddövlə geri çəkildi və briqadanın büdcəsini ixtisar etməkdən vaz keçdi. Rusiya ilə gərəksiz qarşıdurmadan çəkinərək şaha olaylar haqqında məruzə etdi. Şah bu insidentdən bir ay sonra Çernozubova bildirdi ki, briqadanın büdcəsi tam olaraq veriləcəkdir. (РГВИА, ф. 400, оп. 4, д. 279, л. 209 об.–210.)
Eynüddövlə 1905-ci ilin mayında, Müzəffərəddin şahın məiyyətində Avropaya gеtmişdi.
1905-ci ildə xaricdən gətirilən malların, xüsusilə qəndin qiyməti bahalanmışdı. Eynüddövlə ona qarşı çıxış edən tacir və ruhanilərdən qisas almaq üçün, ümumiyyətlə mübariz qüvvələri qorxutmaq, onları hərəkatdan uzaqlaşdırmaq məqsədilə qənd məsələsini bəhanə edərək, 1905-ci il dekabrın 12-də 17 nəfər taciri həbs etdirir ki, onların sırasında seyidlərdən də var idi. Baş nazirin əmrilə həbs edilmiş tacirlər möhkəm döyülürlər. (Kəsrəvi, Tarixe-Məşrutə, IV çapı, s.58) Bu hadisə tacirlərin və ruhanilərin həyəcanına səbəb olduğundan, bütün bazar tətil edir. Milli burjua təbəqələri, xırda burjuaziya, sənətkarlar silkinə mənsub olan minlərlə əhali böyük müctəhidlərin evlərinə toplaşaraq, hökumətə qarşı etiraz yığıncaqları tərtib etdilər. (Məlikzadə M. Tarixe-inqilab, II cild, s.50)
Eynüddövlə 1906-cı ildə Atabəyi-Əzəm ləqəbini aldı.
Müxbirüssəltənədən sonra Azərbaycana hakim şahzadə Eynüddövlə Əbdülməcid mirzə Qovanlı-Qacar təyin olundu. Eyniddövlə də Sərdari Nüsrət Hacı Rəhim xana söykənib məşrutəçilərlə vuruşdu. O da bir nəticə hasil etmədi...
4 fevral 1909-cu ildə Tehrandan Sablin Rusiya Xarici İşlər nazirliyinə vurduğu teleqramdan:
“Poxitonov teleqram vurur ki, Eynüddövlə keçən həftə bahalı paqonlarla bəzənmiş şah xələtini alıb, süstlüyünü davam etdirir. Təbrizin günahsız əhalisi çörəkdən və kömürdən məhrum edilib. İnqilabçıların və şahzadənin arasında qalıb çabalıyırlar. Rəhim xanın qaradağlıları şəhərin xariclə həyati əlaqəsini kəsiblər. Culfa yolunu kəsib gəlib-gedəni sorğu-sualsız talayırlar”. (Новая История Ирана, хрестоматия, Москва, «Наука», 1988, стр.235.)
Fevralın 4-də Səməd xan Marağadan gətirdiyi 4 topdan başqa Eynüddövlədən aldığı əlavə toplar və qüvvələrlə Xətib istiqamətində şəhərə hücum etdi. Lakin Qafqaz mücahidlərinin köməyi ilə bu hücum da dəf olundu.
Xətib ətrafındakı döyüşdə məğlub olan Səməd xanın irtica qüvvələri yəqin etdilər ki, qüvvətli müdafiə obyektləri yaradılmış Təbrizin müdafiəçilərinə qarşı hücum əməliyyatı çətin və ümidsiz işdir. Ona görə də onlar yenidən Təbrizə gələn yolları bağlamaq, şəhərdə aclıq yaratmaq, mücahidələrə silahla, canlı qüvvə ilə xaricdən göstərilən köməyin qarşısını almaq, onları zəiflətmət və bundan sonra yeni hücum təşkil etməklə təbrizlilərin müqavimətini qırmağı qərara aldılar. Bu məqsədlə də Eynüddövlə Rəhim xanı Vasmincdən Əlvara göndərdi ki, Culfa-Təbriz yolunu tutsun. Rəhim xan yol boyu şəhərin 18 kilometrliyində olan kəndləri tutdu və Təbrizə gedən yeganə yolu - Culfa-Təbriz yolunu bağladı. (İsmayıl Əmirxizi, Qiyame-Azərbaycan və Səttar xan, Təbriz-Tehran, 1339, səh. 274.)
14 fevral 1909-cu ildə Tehrandan Sablin Rusiya Xarici İşlər nazirliyinə vurduğu teleqramdan:
“Poxitonov teleqram vurur ki, ayın 12-dən Eynüddövlənin qoşunları Təbrizə hücum etməyə başladılar. Kazakların öncül hissələri Sahibdivanın yanına şəhər xəttinə yaxınlaşdılar. Basmincdən şəhərə başlanan yola çatdılar. Eyni zamanda Şücaüddövlənin atlıları Sərderuddan tərpəndilər. Sərdar Rəhim xanın süvariləri bizim şosse ilə əməliyyata başlayıblar. Ayın 10-da Sofiyanı, dünən isə Mərəndi tutdular. Onun süvariləri Sofiyandakı yol stansiyasını qarət etdilər. Orda gürcü inqilabçıları məskunlaşmışdılar. Onlarla bərabər İran təəbəsi, yol gözətçisi olan aysoru da öldürüblər. Acıçaydan Mərəndə qədər olan yol qaradağlı süvarilərin əlindədir. Bu gün günortadan Sahibdivan tərəfdən güclü atışma səsi gəlir”. (Новая История Ирана, хрестоматия, Москва, «Наука», 1988, стр.236.)
Fevralın 25-də Eynüddövlənin qoşunları Basmincdən, Səməd xanın hissələri isə Sərderuddan hücumu davam etdirərək şəhərə yaxınlaşdılar. Rəhim xanın Qaradağ suvariləri Culfa-Təbriz yolu üzərində yerləşən çox mühüm əhəmiyyətli Sofiyanı və Mərəndi tutub, əhalini qarət etdilər. Bu döyüşdə göstərdiyi yeni qəhrəmanlığa və beynəlmiləlçilərə qayğıya və insanpərvərliyə görə Səttar xanın hörməti daha da artdı. (Фонд, Персидский стол, 1909, iş 359, v. 27.)
Fevralın 26-da irtica qüvvələri yenidən hücuma keçdilər. Eynüddövlənin başçılığı ilə dövlət süvariləri Basminc tərəfdən, Səməd xanın hissələri Sərderud tərəfdən hücum edirdilər. Eynüddövlə Basminc tərəfdən şəhərə yaxınlaşdı. Səməd xan isə Xətibə çatdı. Baş komandan Ərşədüddövlə isə Tehrandan gətirdiyi yeni toplar və kazak hissələri ilə Xiyaban tərəfdən hücum edirdi. Rəhim xan Culfa-Təbriz yolu istiqamətində əməliyyat aparırdı. Səməd xan Xətibdə mücahidləri sıxışdıraraq Səttar xanın yerləşdiyi qərargah üçün qorxu yaratdı. Öz evini hərbi qərargaha çevrilmiş Səttar xan bu vaxt damdan döyüşün gedişini izləyir və komanda verirdi. Xətibdə mücahidlərin çətin vəziyyətə düşdüyünü görən kimi öz dəstəsi ilə köməyə getdi. Səttar xan başda olmaqla fədailərin və qafqazlı mücahidlərin əl qumbaraları və başqa silahlarla hücumu Səməd xanın qüvvələrinin qarşısını aldı. (Həsən Müasir, Tarixi-istiqrari-məşrutiyyət dər İran, Tehran, 1345, səh.1071-1072.)
Fevralın 27-də Ərşədüddövlənin əmri ilə topla şəhərin atəşə tutulması davam etdirilirdi. Mücahidlər də Xiyabandan, Əmirəxizdən və başqa yerlərdən düşmən mövqelərinə cavab top atəşi açdılar. Hökumət suvarilərinin və sərbazların əhalini soyub qarət etmələrindən bacarıqla istifadə edən Səttar xan əhalinin köməyi ilə düşmənə zərbə endirdi. Fevralın 28-də gedən döyüşlərdə irtica qüvvələri məğlub edilərək çoxlu itki ilə geri oturduldu. Bundan sonra irtica başçıları, Eynüddövlə başda olmaqla yeni hücum planı hazırladılar. Səmədxan öz qoşunları ilə Qaraməlik istiqamətində hücum edərək, qaraməliklilərin köməyi ilə Şamqazanı tutmalı idi. Səməd xan bu plana uyğun olaraq hücum edib martın 1-də Qaraməliki tutdu. (Rusiya MDTA, Миссия Персии, ф. 908, 1908-1909. iş 28, v. 23-27, Əbdülhüseyn Nahid, Do mübariz cünbiş Məşrute, Təbriz, 1347, s. 93-94.)
Martın 5-də irtica qüvvələrinin şəhərə hücumu başlandı. Səməd xan öz qoşunları ilə Qaraməlikdən Şamqazan, Eynüddövlə və Ərşədüdövlə Basminc və Barenc, Rəhim xanın hissələri Acı körpü istiqamətində hücum edirdilər. İnqilabi qoşunun sərkərdələri Səməd xanın yeni istiqamətdə hücumunun qarşısını almaq üçün Hökmabad və Axundda möhkəm müdafiə obyektləri yaratdılar. Eyni zamanda Əhrabda səngərlər quruldu. (Həsən Müasir, Tarixi-istiqrari-məşrutiyyət dər İran, Tehran, 1345, s.1975.)
Təbrizin müdafiəçiləri hücumu dayandırsalar da, Eynüddövlə yolların açılması və 6 günlük atəşkəs verilməsi barədə şahdan heç bir göstəriş almadığını bildirərək, yolların açılmasına icazə vermədi. (ЦГИАЛ, Фонд 560, Министерство финансов, Общая канцелярия, оп.28, дело 377, л. 35, 81.) Bu, bir daha göstərdi ki, şah başda olmaqla şahpərəst qüvvələr Səməd xanın qoşunlarının darmadağın edilməsinə və Təbrizin müdafiəsinin yarılmasına imkan verməmək üçün taktiki manevr etmişdilər.
Eynüddövlə 1915-ci il iyul ayında Baş nazirliyə yenidən namizəd verildikdə heyyəti elmiyyə fraksiyaları və onlara mənsub olan mətbuat orqanları onun hökumətini müdafiə edirdilər. Demokratlara bağlı qəzetlər isə Eynüddövlənin imperialistlər qarşısında itaətkar və təslimçi hərəkətlərini ifşa edərək, onu “Çörçilin dostu və həmkarı adlandırırdılar”. (Sepehr, İran və Birinci Dünya müharibəsi, s. 186)
Eynüddövlə üçüncü dəfə 28 dekabr 1917-ci ildən 20 may 1918-ci ilə qədər Baş nazir olmuşdu.
Eynüddövlə 1920-ci ildə Vüsuqüddövlənin göstərişi ilə Təbrizin valisi təyin edilmişdi. Onun valiliyi dönəmində Şeyx Məhəmməd Xiyabani üsyan qaldırıb Azərbaycanı Azadıstan adlı müstəqil dövlət elan etmişdi. İranın Əsas Qanununa uyğun Əyalət əncümənin yaradılması haqqında Tehrana müraciətinə cavab almayan üsyan rəhbərliyi, yerlərdə hakimiyyətin demokratların əlinə keçməsinə istinadən iyunun 24-də konstitusiyadakından daha yüksək müxbir huquqlara və silahlı qüvvələrə malik Milli Hökumət yaratdı. Xiyabaninin sədr seçildiyi “MH” iyunun 24-də “Təcəddüd” qəzeti redaksiyası binasından, üsyandan əvvəl mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü. Milli Hökumətin tələbiylə vəliəhdin hərəmxanası və xidmətçiləri, eləcə də üsyan zamanı Təbrizə göndərilmiş vali Eynüddövlə Təbrizi tərk etdilər.
Eynüddövlə Sultan Əbdülməcid mirzə 15 aprel 1927-ci ildə vəfat edib. Qumda dəfn olunub.
Sultan Əbdülməcid mirzə Ənisəddövlə Əşrəfülmülk Fəxrüssəltənə xanımla ailə qurmuşdu. Sultan Əbdülhəmid mirzə adlı оğlu vardı.
Əlbəttə, hec bir tarixçinin, o cümlədən, bizim də işlərimiz qüsur, nöqsan və çatışmazlıqlardan xali deyil. Düzəlişləriniz üçün bəri başdan təşəkkür edirik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır