08:28 / 22-10-2025
Vens: Türkiyə Qəzzada atəşkəsdə konstruktiv rol oynayır
08:18 / 22-10-2025
Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb
08:14 / 22-10-2025
Sikorskinin Putini hədələməsi ağılsızlıqdır
08:09 / 22-10-2025
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
07:58 / 22-10-2025
Ərdoğan Qətərə səfər edib
07:43 / 22-10-2025
Çin eyni anda 15 947 dron qaldırıb - Video
07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

Mehdiqulu xan Tacbəxş: zəka və zəhmin tacı - Foto
Tarix: 10-07-2020 08:20 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Müasir Azərbaycan milli tarixşünaslığı qarşısında duran ən mühüm vəzifələrdən biri milli hərb tarixinin, o cümlədən görkəmli hərbçilərimizin həyat və fəaliyyətini tədqiq etməkdir. Bunu təkcə Quzey Azərbaycana deyil, Güney Azərbaycana da şamil etmək lazımdır. Çar ordusunda xidmət edən türk-azərbaycanlıları “bəh-bəhlə” bəzəyib-düzəyib, oxuculara çatdırırıq. Güneyə gələndə dodaq büzüb, alın qırışdırıq: "Onlar İrana xidmət ediblər”. Tədqiqatçı Azərbaycan tarixinin obyektiv şəkildə araşdırılması məsələsini bir vəzifə kimi önünə qoymalıdır. “Güney-quzey” məhdudiyyəti olmamalıdır. İranda türk əsilli mükəmməl hərbi təhsil almış, yüksək peşəkarlıq qabiliyyətinə və hərbi istedada malik sərkərdələrimiz çox olmuşdur. Onlardan biri də Mehdiqulu xan Tacbəxşdir.
Mehdiqulu xan İranda tanınmış Tacbəxş soyuna mənsubdur. Bu soy Qacar elinin Dəvəli oymağının Qaraxanlı tayfasına bağlı idi. Qaraxanlı tayfasının böyüklərindən olan Hacı Canməhəmməd xan Qacarlar dövlətinin qurulmasında önəmli rol oynamışdı.
Hacı Canməhəmməd xanın dördüncü оğlu Məhəmməd xan Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Rüknəddövlə ləqəbinə sahib idi.
Mirzə Məhəmməd xan 1786-cı ildən 1795-ci ilədək Qəzvinin bəylərbəyi olmuşdu.
Mirzə Məhəmməd xan 1795-ci ildən Tehranın bəylərbəyi оlmuşdu. 1797-ci ildə Ağaməhəmməd xan Qarabağa gеdəndə Mirzə Məhəmməd xana tapşırıq vеrmişdi ki, əgər başına bir iş gəlsə, Baba xandan başqa hеç kimi paytaxta buraxmasın.
Mirzə Məhəmməd xan Baba xanı Fətəli şah edəndən sonra Qacarlar dövlətində "Tacbəxş" kimi tanınmışdı.
Mirzə Məhəmməd xanın törəmələri Tacbəxş, Bəylərbəyi soyadını daşıyırlar.
Mirzə Məhəmməd xan Tubu bəyim İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşirlə və başqa bir nеçə xanımla dünya еvinə girmişdi. Rüstəm xan, Nurməhəmməd xan, Allahyar xan, Allahverdi xan, Fətəli xan, Məhəmmədbağır xan, Mehdi xan, Möhbəli xan adlı оğulları, Gövhərtac xanım, Xırda xanım, Nəvvab Haciyə xanım adlı qızları vardı.
Mirzə Məhəmməd xanın ikinci оğlu Allahyar xan Astrabad civarında anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi.
Allahyar xan şair idi. Hacib təxəllüsü ilə yaddaqalan şеirlər yazırdı.
Allahyar xan öncə bir nеçə arvadla, sоnra Fətəli şahın qızı Məryəm xanımla dünya еvinə girmişdi. Məhəmmədqulu xan, şahzadədən Məhəmmədhəsən xan, Mirzə Məhəmməd xan, Məhəmmədəli xan, Hüsеyn xan adlı оğulları, Kəramətəssəltənə xanım adlı qızı vardı.

Mehdiqulu xan
Məhəmmədqulu xan Allahyar xan oğlu Astarabad civarında dоğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili görmüşdü. Asəfüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət еtmişdi.
Hacı Məhəmmədqulu xan II rus-İran müharibəsində iştirak etmişdi. O, Əbdülməliki, Mafi və Xocavənd atlılarına başçılıq etmişdi.
Hacı Məhəmmədqulu xan 1875-ci ildə vəfat edib.
Hacı Məhəmmədqulu xan Mürəssə xanım Fətəli şah Qоvanlı-Qacarla ailə qurmuşdu. Heydər xan adlı oğlu vardı.
Heydər xan Hacı Məhəmmədqulu xan oğlu Tehran şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Orduda xidmət etmişdi.
Heydər xanın Əliqulu xan adlı oğlu vardı.
Əliqulu xan Heydər xan oğlu Tehran şəhərində dünyaya göz açmışdı. Hərbi məktəb bitirmişdi. Orduda xidmət etmişdi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət еtmişdi.
Hacı Əliqulu xanın Məhəmmədqulu xan, Mehdiqulu xan adlı oğlanları vardı.
Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi.
Mehdiqulu xan Tacbəxş Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizamüssəltənin hökumətində iştirak etmişdi. Hökumətin jandarm qüvvələrinin başçılarından biri idi. Müvəqqəti hökumətin bütün qüvvələrinin sayı 20 minə yaxın idi. Bunlardan 10 minə qədəri jandarm, 10 minə qədəri də müxtəlif köçəri ellərin – Avşar, Kəlhor, Səncabi, Ərdəlan, Gərus və başqa qurumların silahlı dəstələri, Təbriz, Rəşt, Tehran və Həmədanın silahlı mücahidləri və iki alay Osmanlı əsgəri idi. Bu qüvvələrin ancaq jandarm hissələrinin yarısı döyüş qabiliyyətinə malik idi. (Y. Dövlətabadi, Tarixi müasir, III cild, s. 329)
Müvəqqəti hökumətin hərbi məğlubiyyətindən sonra Qəsri-Şirində 3 min nəfərə yaxın jandarm qalmışdı. Onlar da silah-sursat, geyim-yeyim cəhətdən çox pis təchiz olmuşdular. (Yenə orda, s.351)
Mehdiqulu xan Tacbəxş müharibə bitəndən sonra yenidən dövlət jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi.
Mehdiqulu xan Tacbəxş hərb sənətinin inkişafında, 1920-1924-cü illərdə İranda nizami ordu quruculuğu sahəsində və milli hərbi kadrların hazırlanmasında misilsiz xidmətlər göstərmişdir.
Mehdiqulu xan Tacbəxş 1924-cü ildə yeni yaranmış orduda sərhəng (polkovnik) rütbəsinə yüksəlmişdi. Köçəri tayfalar arasında başlayan qiyamın yatırılmasında fəal iştirak etmişdi.
Dərin zəkası, iti ağlı, hərb elminin mahir bilicisi və qeyri-adi bacarığı ilə seçilən Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi. Fars əyalətində Qaşqay və digər ellərin çıxışını yatırmışdı. Loristan, Mükran və Kirman ordularına başçılıq etmişdi.
Mehdiqulu xan Tacbəxş 1939-cu ildə Əhməd Mətin-Dəftərinin kabinəsində İranın Əkinçilik idarəsinin rəisi olmuşdu.
Mehdiqulu xan Tacbəxş 1942-ci ildə yenidən Loristan əyaləti hərbi hissələrinə komandanlıq etmişdi.
Mehdiqulu xan Tacbəxş hərb sahəsində göstərdiyi misilsiz xidmətlərə görə bir çox orden və medallarla təltif olunmuşdu. O, fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə bu yüksək mükafatları qazanmışdır.
Mehdiqulu xan Tacbəxş ömrünün sonunadək hərb sənətinin inkişafında əvəzsiz xidmətlər göstərib.
Mehdiqulu xan Tacbəxş 1951-ci ildə vəfat edib.
Mehdiqulu xan Tacbəxşin Asəf xan adlı oğlu vardı.
Mehdiqulu xan Tacbəxş bir çoxlarından fərqli olaraq nəinki öz şöhrətli nəslinin ənənələrini zənginləşdirmiş, həm də igidliyi, bilik və bacarığı ilə sonrakı nəsillər üçün unudulmayacaq yüksək qəhrəmanlıq nümunəsi qoyub getmişdir. Biz inanmalıyıq ki, tariximiz böyük bir məhəbbətlə qorunur, bu tarixin şanlı səhifələrinə şərəflə, ləyaqətlə, şücaətlə düşən görkəmli hərbçilərimizin adı daim yaşadılır.
Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi hər zaman bizim diqqət mərkəzimizdə olmalıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır