23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Məhəmmədsadıq mirzə Müəzzi - Çevik siyasətin memarı - Foto
Tarix: 03-04-2020 19:50 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Məhəmmədsadıq mirzənin babası Abbas mirzədir. Qacarlar dövlətinin hökmüranı Fətəli şahın vəliəhdi olub. Onun haqqında tarixi kitablarda və internet resurslarında kifayət qədər məlumat olduğundan əlavə bilgi verməyi lüzumlu saymırıq.
Məhəmmədsadıq mirzənin atası Bəhram mirzə Abbas mirzə оğlu 1806-cı ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı.
Bəhram mirzə 1834-cü ildə Kirmanşah, Lurеstan və Xuzistan əyalətlərinin hakimi təyin еdilmişdi.
Bəhram mirzə 1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə еdən zaman оna naiblik еtmişdi.
Bəhram mirzə Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu.
Bəhram mirzə 1882-ci ildə vəfat еdib.
Bəhram mirzənin törəməsi Müəzzi sоyadını daşıyır.
Bəhram mirzə Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın qızı ilə ailə qurmuşdu. İsmayıl mirzə, Məhəmmədsadıq mirzə adlı оğlanları vardı.
Bəhram mirzənin ikinci оğlu Məhəmmədsadıq mirzə 1866-cı ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı.
Məhəmmədsadıq mirzə Müəzzəddövlə Qacarlar dövlətinin ictimai-siyasi həyatında fəal iştirak etmiş görkəmli dövlət xadimi idi. Dövlətin idarə aparətında ən məsul vəzifələr tutmuş və həmin vəzifələrin öhdəsindən şərəflə gəlmişdir. Onun fəaliyyəti çox çətin dövrə təsadüf edirdi.
Birinci Dünya Müharibəsi başlandıqdan sonra Osmanlı dövlətinin cəhdlərinə baxmayaraq, Qacar hökuməti Azərbaycandan rusları çıxara bilmədi. 1914-cü il oktiyabrın 2-də Xarici İşlər vəzirliyi Rusiya səfirliyinə məktubla müraciət edərək, bitərəf olduğunu bildirdi və buna görə də rus qoşunlarının çıxmasını tələb etdi. Lakin Rusiya səfirliyi 4 gün sonra məktuba cavab verərək, bu tələbi qəbul etmədiyini bildirdi. Osmanlı dövləti isə qonşuluğunda rus hərbi qüvvələrinin yerləşməsinə sakit baxa bilmədiyi üçün ordusunu Azərbaycanla sərhədə gətirdi.

Məhəmmədsadıq mirzə Müəzzəddövlə həmin dövrdə Urmiyanın hakimi idi. Onun hakimiyyəti dönəmində Urmiyada Osmanlı və Rusiya imperiyalarının qoşunları toqquşmuşdu.
Urmiya 1914-cü il dekabrın axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək, hərb və zorakılıq meydanına çevrildi. Əldə olan məlumata görə, sosial, iqtisadi və maddi çətinliklər qarşısında qalan yerli əhalinin 15 faizi həlak olmuşdu.
Osmanlılar 1915-ci ilin yanvarından 24 may tarixinə qədər Salmas və Urmiyanı nəzarət altında saxladılar. Salmas osmanlıların əlində idi, Xoy isə rusların. 1915-ci il yazın əvvəllərindən etibarən Osmanlılar bütün qüvvələrini Xoy şəhərini tutmaq və rusları Azərbaycandan geri oturtmağa yönəltdilər. Bu məqsədlə 1915-ci il 9 və 15 yanvarda Osmanlı qüvvələri Xoyda rus mövqelərinə hücum etdilər. Yanvarın 12-də isə Təbriz ətrafından Mərəndə hücum edərək, Xoyu təzyiq altında saxladılar. Lakin Mərənd döyüşündə Osmanlılar məğlubiyyətə uğradılar. Onların 8 ağır topu rusların əlinə keçdi. Təbriz şəhəri yanvarın 14-də Osmanlıların əlinə keçmişdi, yanvarın 30-da isə 1500-3000 nəfərlik qüvvə ilə ruslar tərəfindən tutuldu. İngilislər onların sayının 600 nəfər olduğunu göstərmişlər.
1915-ci ildə vəliəhd Məhəmmədhəsən mirzə Azərbaycana vali göndərilmişdi. Müəzzəddövlə onun saray və təşrifat naziri təyin olunmuşdu. Onun əvəzinə Urmiyaya Nasirəddin şahın oğlu Yəminəddövlə vali göndərildi.
Müəzzəddövlənin dəvəti ilə osmanlılar Təbrizdə olduqları iki həftə müddətində yerli əhali ilə yaxşı rəftar etmişdilər. Osmanlı komandanının şəhərə daxil olduğu ilk günlərdə fars və türkcə bəyanatlar verməsi ictimai fikrə böyük təsir etmişdi. Osmanlılar bəyan etmişdilər ki, onlar Təbrizi qarət etmək üçün yox, müsəlman diyarı olan Azərbaycanı erməni və ruslardan qurtarmaq üçün gəlmişlər. 1915-ci il fevral ayının əvvəllərində sayca 520 nəfərdən çox olan Osmanlı əsgərləri Savucbulaqda toplaşmışdılar. Urmiya gölünün şərqi rusların, cənubu isə osmanlıların əlində idi.
Məhəmmədsadıq mirzə 1948-ci ildə vəfat edib.
Məhəmmədsadıq mirzə Müəzzəddövlənin həyat və fəaliyyəti indiyə qədər təhlil və şərh edilməmişdir. O, iti zəkasını, tükənməz enerjisini, yüksək iş qabiliyyətini və erudisiyasını Qacarlar dövlətçiliyinin möhkəmlənməsinə həsr etmişdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır