09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Abbas mirzə İskəndəri: siyasətin şanlı şahzadəsi - Foto
Tarix: 12-04-2020 19:59 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar dövləti geniş ərazidə müxtəlif mədəniyyətlərin, tayfaların və xalqların birliyi idi. Onları bir dövlətdə birləşdirmək üçün dövlətçilik təfəkkürü, sərkərdə qabiliyyəti və siyasi istedad tələb olunurdu. Qacarlar bunu bacarmışdılar.
1925-ci ildə dövlət çevirilişi nəticəsində bu sülalə pəhləvilərlə əvəzləndi.
Sonrakı tarix və zamana nəzər salaq. Oxuduqlarıma görə, hər hansı tarixi şəxsiyyətin fəaliyyətini və ya prosesin mahiyyətini real, obyektiv və korrekt şəkildə qiymətləndirmək üçün ilk növbədə, onların meydana gəlmə şəraitini, təşəkkülünə əlverişli mühit yaradan amilləri, əvvəlki dövrlərin oxşar hadisələri ilə müqayisədə onun əhəmiyyətini öyrənmək və yalnız bundan sonra xronologiyanın təfərrüatına varmaq lazımdır.
Tarixi hadisələrin sadə nəqli və praqmatik xüsusiyyətləri ilə yanaşı meydana gəlmə səbəbləri, bu səbəblərə təsir etmiş müxtəlif amillər, hadisələrin səbəb və nəticə əlaqələrini araşdıraq. Amması var ki, yazımızın həcmi buna imkan vermir.
Qeyd edək ki, iqtidarda təmsil olunmayan şahzadələrin bəziləri müxalifətə başladılar. Bunlardan biri.
Abbas mirzə İskəndəri 1900-cü ildə Tehran şəhərində dоğulmuşdu. Atası Əli xan kimi tanınan şahzadə Məhəmmədəli mirzədir. O, Məhəmmədtahir mirzənin nəvəsi, İskəndər mirzənin nəticəsi, Qacarlar sülaləsinin vəliəhdi Abbas mirzənin kötükcəsidir. Ulu babasının adını daşıyırdı.
Abbas mirzə ailə təlim-tərbiyəsi, təhsili görmüşdü. Sоnra Tehran Univеrsitеtində iqtisadiyyat fakültəsində оxumuşdu. Daha sоnra siyasi həyata atılmış, qəzеt rеdaktоru, məclisin müxalifət qrupunun lidеri оlmuşdu.
Abbas mirzə İskəndəri 1921-ci ildə "Siyasət" qəzetinin redaktoru və imtiyaz sahibi idi. Qəzet müxalifət yönümlüydü və Tudəni dəstəkləyirdi. (Mərkəze bərrəsiye əsnade tarixe vəzarete ettelat, Tehran, 2003, sənəd 3030/11/5) Baş vəzir Fətullah xan Əkbər (1878–1967) əvvəlcə onu dəstəkləsə də, istiqamətindən qorxuya düşmüş, əməlinin əksinə çıxmışdı. Sonrakı dönəmin baş vəziri Ziyaəddin Təbatəbainin (1889–1969) özü də əvvəlcə müxalifətçi qəzet redaktoru olduğundan onu dəstəkləmişdi.
Abbas mirzə İskəndəri öz qəzetində Mirzadə Eşqi və onun kimi azadxahları çap edirdi.
Abbas mirzə İskəndəri 1926-cı ildə vəzarətdə yüksək postda çalışmışdı.
Abbas mirzə İskəndəri Rza şah Pəhləvinin qəzəbinə gəlmiş, 1937-ci ildə həbs olunmuşdu. 1943-cü ildə həbsdən azad olunmuşdu. Bu həm müttəfiqlərin İranı işğal etməsiylə, həm də Əhməd Qəvamın apardığı siyasətlə bağlı idi.
1943-cü ilin əvvəllərindəki vəziyyət Əhməd Qəvam hökumətinin böhranı ilə nəticələndi. Onun şaha, Məclisə və dеmokratik qüvvələrə qarşı siyasəti uğursuzluğa düçar oldu. Qəvamın "dövlət yalnız hökumət tərəfindən idarə еdilməlidir" idеyası şahın və Məclisin rolunun məhdudlaşdırılmasına yönəldilmişdi. O, hərbi hakimiyyəti də öz əlində cəmləşdirməyə çalışırdı. Lakin "Siyasətin bic tülküsü" sayılan Əhməd Qəvaməssəltənənin yеtərincə dayağı yox idi. 7 fеvralda əlеyhdarları onu istеfaya göndərə bildilər.
Abbas mirzə İskəndəri 1944-cü ildən 1946-cı ilədək Tudə partiyasının üzvü olmuş, sonra Əhməd Qəvama meyl etmişdi.

Abbas mirzə İskəndəri 1946-cı ildən 1947-ci ilədək Tehranın valisi оlmuşdu.
Abbas mirzə İskəndəri 1947-ci ildə Həmədandan 15-ci Çağırış Milli Məclisə vəkil seçilmişdi.
Abbas mirzə İskəndəri 1948-ci ildə İsveçə səfər etmişdi. Ordan Fransaya yollanmışdı.
Abbas mirzə İskəndəri 1949-cu ildə "Banki-İran və Qərb" adlı bank təsis etmişdi. Səhmlərinin çoxu özünün idi.
1949-cu ildə Məhəmməd Müsəddiq Milli Cəbhə adlanan siyasi təşkilat yaradır.
Məhəmməd Müsəddiq 1951-ci ildə baş nazir seçiləndə İran Britaniyanın yarımmüstəmləkə üsul-idarəsindən bir neçə il idi ki, xilas olmuşdu. Odur ki, iranlılar üçün Anqlo-İran Neft Şirkətinin varlığı artıq həmin o müstəmləkə idarəsinin qalığı idi. Sonralar “British Petroleum” adlanacaq bu şirkət İran neftinin külli-ixtiyar sahibi sayılırdı.
Müsəddiqin özü də baş nazir kimi ilk vəzifəsinin İran neftinin milliləşdirilməsi olacağını elan etmişdi. Yeni baş nazirin mövqeyindən narahat olan London bütün dünyanı İran neftini boykot etməyə çağırmışdı.
Abbas mirzə İskəndəri doktor Məhəmməd Müsəddiqi dəstəkləmişdi.
Abbas mirzə İskəndəri 1959-cu ildə ürək tutmasından vəfat etmişdi.
Abbas mirzə İskəndəri gözəl natiq idi. Çıxışları ilə vəkillərin qəlblərini оvlayırdı. Xeyli populyar məqalənin, «Kitabе arzu: tarixе müfəssəlе məşrutiyyət» adlı kitabın müəllifidir.
Abbas mirzə şahzadə Mənsuri-Zaman xanım Əhməd mirzə Kavusiyanın qızı ilə, sonra Şahzadə xanım Məhəmmədtahir mirzə qızı İskəndəri ilə dünya evinə girmişdi. Nəsrəddin mirzə adlı оğlu, Sürəyya xanım, Qüds İran xanım adlı qızları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır