08:42 / 17-10-2025
İsrail Livana 10-dan çox hava zərbəsi endirib
08:36 / 17-10-2025
ABŞ ordusu gəmiyə hücum edib
08:24 / 17-10-2025
Trampla Putinin telefon söhbətinin təfərrüatı açıqlanıb
08:18 / 17-10-2025
Farac Rusiya təyyarələrini vuracağına söz verib
08:12 / 17-10-2025
Tramp: “Tomagavk”lara özümüzün ehtiyacımız var
08:05 / 17-10-2025
3D-bioprinter tibb aləmində yenilik olacaq
07:53 / 17-10-2025
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
00:02 / 17-10-2025
Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə görüşəcəklər
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

12:32 / 13-10-2025

08:06 / 13-10-2025

13:21 / 15-10-2025

Mirzə Məhəmməd xan Cavanşir: sərkərdə və diplomat kimi
Tarix: 30-04-2020 15:46 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən sərkərdələr yetişib. Bu şəxsiyyətlərdən biri də Mirzə Məhəmməd xan Cavanşirdir.
Əvvəlcə Mirzə Məhəmməd xan Cavanşirin soykötüyü haqqında məlumat verək. İbrahimxəlil xanın oğlu, Qacarlar ordusunun komandanı (əmirəlümərası) Əbülfət xanın nəvəsidir. Atası general-mayor Məhəmmədəli xan da Qacarlar ordusunda xidmət etmişdi.
Məhəmməd xan Məhəmmədəli xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Sonra hərbi məktəbdə oxumuşdu. Qacarlar ordusunda xidmət etmişdi. Əvvəlcə atasının rəhbərliyi altında süvari döyüş taktikasına yiyələnmiş, hərbi tarixi öyrənmişdi. O, gənc yaşında sərkərdəlik bacarığına yiyələnmişdir. O, ordunu arxasınca aparmaq qabiliyyətinə malik bir sərkərdə olmuşdur.
Mirzə Məhəmməd xan Cavanşir atasından sonra da hərbi qulluğunu ləyaqətlə davam etdirmişdir. Cənubi Azərbaycanda ilk milli diviziyanın, bir çox sınaq və təlim poliqonlarının yaradılması məhz onun adı ilə bağlıdır. O, ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Rusiyadan mütəxəssislər də çağırmışdı. Orduda xidmət etdiyi ilk gündən bütün səy və bacarığını hərbi qüvvələrin davamlı inkişafına, iqtisadi və döyüş qüdrətinin artmasına, silah və sursat cəhətdən tərəqqisinə sərf etmişdi.
Mirzə Məhəmməd xan Cavanşir təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq tanınmışdı.
Mirzə Məhəmməd xan Cavanşir fars, rus və fransız dillərini bilirdi.
Mirzə Məhəmməd xan Cavanşir bir çox diplomatik vəzifələrdə çalışmışdı. Onun milli maraqlara söykənən xarici siyasəti nəticəsində Qacarlar dövləti müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, həm də beynəlxalq nüfuzu getdikcə yüksəlmişdi.

Mirzə Məhəmməd xan Cavanşirin Xarici İşlər vəzarətində çalışanların hamısı ilə münasibətləri yaxşı olsa da, Rusiya məsələləri ilə məşğul olan müşavir və sonra vəzir Mirzə Abbas xan Təfrişi ilə münasibətləri yaxşı deyildi. Mirzə Abbas xan Təfrişi ona işdə maneçilik törədirdi. Onun vəzifəsi əvvəlkinə nisbətən az prestijli olan Tiflisdə səfirlikdə baş münşi vəzifəsi ilə əvəz olunmuşdu.
Mirzə Məhəmməd xan Cavanşirin əleyhinə müxtəlif dairələrdə törədilən maneə, həmçinin Avropanın hərbi-siyasi güc sahiblərinin aşkar və gizli maneələri onun islahatları qarşısında ciddi problemlər yaratmış, məqsədlərinə çatması yolunda keçilməz sipər çəkmişdir. Onu ruspərəstlikdə ittiham edirdilər.
Mirzə Məhəmməd xan Cavanşir 7 oktyabr 1897-ci ildə Tiflis konsulluğunda baş münşi işləyərkən yaşına görə təqaüdə çıxmışdı.
Onun iti ağlı, dünyagörüşü, danışıqlar aparmaq bacarığı, yumor hissi, zamanın tələbini duymaq, psixoloq məharəti barədə dövrünün bioqrafları qeyd edirlər.
Mirzə Məhəmməd xanın törəmələri Rusiyada Məmmədbəyov soyadını daşıyırdılar. İranda isə Pənahpur soyadını qəbul etdilər.
Mirzə Məhəmməd xanın Yusif xan, Davud xan adlı oğulları vardı. Görkəmli hərbi xadim övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn olub. Heç kəsə sirr deyildir ki, övladlarda mərdlik, qəhrəmanlıq, kişilik, iradə, dözümlülük, cəsarətlilik kimi bir sıra əxlaqi keyfiyyətlərin formalaşmasında atanın rolu əvəzsizdir.
Bütün qüvvə və bacarığını Vətənin, xalqın gələcəyinə sərf etmiş görkəmli sərkərdə, ictimai xadim Mirzə Məhəmməd xan Cavanşirin həyat yolu indi də hər bir insan üçün yaxşı nümunə və örnək, gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Ona görə onun zəngin irsi dərindən öyrənməli və geniş təbliğ olunmalıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır