20:00 / 10-05-2025
İlham Əliyev Ağdama gedib (Yenilənib) - Fotolar
12:10 / 10-05-2025
Sabahın hava proqnozu açıqlanıb
11:49 / 10-05-2025
Mövqelərimiz atəşə tutulub
11:27 / 10-05-2025
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları
10:08 / 10-05-2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - Fotolar
00:01 / 10-05-2025
Bu gün Heydər Əliyevin doğum günüdür
19:20 / 09-05-2025
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
17:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib) - Fotolar
16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
13:21 / 07-05-2025

12:09 / 06-05-2025

07:50 / 06-05-2025

20:35 / 06-05-2025

17:04 / 07-05-2025

17:35 / 06-05-2025

08:17 / 06-05-2025

16:07 / 06-05-2025

09:13 / 08-05-2025

17:30 / 08-05-2025

11:24 / 08-05-2025

Abdulla xan Əmir Təhmasibi kimdir? - Fotolar
Tarix: 04-05-2020 01:20 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Biz farsdilli qaynaqlara müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, tədqiq edilməmiş şəxsiyyətləri ortalığa çıxarmağı qarşımıza məqsəd qoymuşuq.
Abdulla xan Əmir Təhmasibin İranın hərb tarixində parlaq iz qoyan tarixi şəxsiyyətlərdən biridir. Ordunun formalaşmasında onun böyük rolu olub.
Abdulla xan Əmir Təhmasibinin ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Atası Hacı xan İran Kazak briqadasının zabiti olmuşdu. O, 1881-ci ildə Tehran şəhərində doğulmuşdu. Kazak məktəbində oxumuşdu. (Doktor Baqir Aqili, Şərhi hali ricali siyasi və nizami müasir İran, I cild, s.196)
Abdulla xan Əmir Təhmasibi 1919-cu ildə Əmir tuman rütbəsi daşıyırdı.

Abdulla xan Əmir Təhmasibi Əmir Ləşkər (ordu generalı) rütbəsinə layiq görülmüşdü.
Abdulla xan Əmir Təhmasibi Qacarlar dövləti devriləndən sonra kazak dostu Rza xana xidmət etmişdi. Rza xan hakimiyyətə yiyələnəndən sonra İranda ən varlı adamlardan olan Murtuzaqulu xan Bayatı soymaq qərarına gəldi. Əmir Abdulla xan Təhmasibini onun ardınca göndərib onu həbs etdirdi. (Ənvər Çingizoğlu, Murtuzaqulu xan Bayat, "Soy" dərgisi, 1 (33), Bakı, 2009. s.45.)
A. Təhmasibi prinsip etibarilə ziyalılara Azərbaycanın və Azərbaycan tayfalarının tarixini yazmağı tapşırmışdı və məsələnin bu cəhəti onun əyalətdə böyük nüfuz və hörmət sahibi olması və onun Rza xanla münasibətlərinin xarakteri ilə izah edilə bilər. A. Mostoufi qeyd edir ki, A. Təhmasibi Azərbaycanda olduğu müddət ərzində (1924-1925), adamların elə hörmət və etibarını qazanmışdı ki, ”Azərbaycan dilində söylədiyi nitqləri ilə onları heç bir etiraz etmədən istənilən çətin işə, istənilən fədakarlıq göstərməyə vadar edə bilərdi”. (Abdulla Mustovfi, Şərhi zindəgani mən ba tarix)
Xacə Nuri isə Rza xanın A. Təhmasibiyə qarşı şübhələrinin artdığını qeyd edir.
A. Tahmasibinin Azərbaycan qoşunlarına əyalətdə Qacar sülaləsinin tərəfdarlarının ehtimali çıxışlarının qarşısını almaq üçün komandan təyin edilməsinə baxmayaraq onun özü Rza xanın taxt-taca gedən yolunda ehtimali rəqibinə çevrilmişdi.
Rza xan onu Tehrana - geri çağırmağı qərara aldı, “lakin, azərbaycanlılar çoxlu teleqram göndərərək onun getməsinə mane oldular və hökumət əhalinin tələbi ilə razılaşaraq onu bir müddət orda saxlamağa məcbur oldu. Onu oradan geri çağırmaq çətin olduğu üçün Sərdar sepəh (Rza xan - Ə.Ç.) özü ora getdi və oradan Abdulla xanla Kürdüstana hərəkət edib onu oradan Tehrana apardı.”
Əhalinin A. Təhmasibiyə olan xeyirxah münasibətini bəzi müəlliflər onun şəxsi keyfiyyətləri, köçərilərin özbaşınalığının qarşısını almaq, əyalətdə qayda-qanunun bərqərar edilməsi, burada abadlıq sahəsində gördüyü tədbirlərin təsirliliyi ilə izah edirlər.

A. Əmir Təhmasibinin nüfuzuna, görünür, onun azərbaycanlılar qarşısında həmişə azərbaycanca danışması da təsir göstərirdi. Beləliklə, A. Təhmasibi həm özünün gələcək ehtimali dayağını daha dərindən tanımaq, həm də azərbaycanlılar arasında milli, tarixi şüurun geniş yayılmasına yardım etmək üçün Azərbaycan və Azərbaycan tayfalarının tarixini yazmaq tapşırığı verə bilərdi. Əgər, A. Təhmasibinin tapşırığı ilə Təbrizdə yazılmış əlyazmalarının mövcud olması doğrudursa, onda Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin nisbətən inkişaf etmiş tarixi - milli şüura malik olmaları fikri də doğrudur.
Beləliklə, azərbaycanlılar bütövlükdə Qacar sülaləsinin əsas dayağı hesab edilməsə də, Rza xan və onun ətrafındakılar ilk günlərdən Azərbaycan və azərbaycanlıların yeri və əhəmiyyətini nəzərə almağa çalışırdılar. Həm A. Təhmasibini Azərbaycandan aparmaq, həm də əyalətdə anti-Qacar çıxışları təşkil etmək məqsədi ilə Rza xan 1925-ci ildə Azərbaycana səfər etdi. Rza xanın tərəfdarları oktyabrın 29-da Təbrizdə Təbrizin Tehranla əlaqəsini kəsdiyini bildirən fitnəkar elamiyyə çap etdilər. Şəhərdə “paytaxta yürüş üçün könüllülər dəstələri təşkil etməyə” başladılar.
Abdulla xan Tehrana gedəndən sonra yerinə Məhəmmədhüseyn xan Ayrım qaldı.
Abdulla xan Əmir Təhmasibi Məhəmmədəli Füruğinin baş nazirliyi dönəmində (1 noyabr 1925 – 13 iyun 1926) Pəhləvilər dövlətinin hərbi naziri olmuşdu.
Abdulla xan Əmir Təhmasibi Mehdiqulu xan Hidayətin baş nazirliyi dövründə (2 iyun 1927 – 18 sentyabr 1933) ticarət naziri vəzifəsində çalışmışdı.
Abdulla xan Əmir Təhmasibi 4 aprel 1928-ci ildə Borucerd şəhərində vəfat etdi.
Abdulla xan Əmir Təhmasibi şahzadə Tələtəssəltənə xanım Darai ilə ailə qurmuşdu. Bir neçə övladı vardı.
Gələcək nəsillər üçün nümunə ola biləcək belə şəxslərin həyat və fəaliyyətinin tədqiqi və öyrənilməsi davam etdirilməlidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır