10:35 / 20-10-2025
Sabiq idarə rəisi azadlığa buraxılıb
10:35 / 20-10-2025
Qızılın qiyməti yenidən artacaq
10:26 / 20-10-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
10:22 / 20-10-2025
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
10:15 / 20-10-2025
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
09:40 / 20-10-2025
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
09:21 / 20-10-2025
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
09:20 / 20-10-2025
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
09:08 / 20-10-2025
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
08:59 / 20-10-2025
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
08:25 / 20-10-2025
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
08:18 / 20-10-2025
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
08:11 / 20-10-2025
Prezident seçkilərində “autsayder” qalib gəlib
08:05 / 20-10-2025
Atəşkəsdən sonra Qəzzada 51 nəfər öldürülüb
07:59 / 20-10-2025
Tramp Dehliyə Rusiya nefti ilə bağlı xəbərdarlıq edib
07:16 / 20-10-2025
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
07:06 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub
00:07 / 20-10-2025
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
00:01 / 20-10-2025
Zəngilanın azad edilməsindən 5 il ötür
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

12:43 / 15-10-2025

Yədulla xan Bəydili: bütün ziddiyyətləri ilə - Fotolar
Tarix: 13-05-2020 00:23 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan xalqının öz mədəni irsi, etnik ənənələri və bənzərsiz tarixi köklərə əsaslanan dəyərləri mövcuddur.
Əcdadlarımız bizim özümüzü bir tam kimi hiss etməyimiz üçün hər şeyi etmişlər. Bu, bizim tarixi və müasir reallığımızdır. Məhz əcdadlarımızın və indiki vətəndaş nəslinin birgə qurucu fəaliyyəti Azərbaycan dövlətinin yaradılması, möhkəmlənməsi və inkişafı üçün baza olmuşdur.
Qeyd etmək yerinə düşər ki, milli tariximiz dəfələrlə təftişlərə məruz qalmış, dövrlərin üstündən xətt çəkilmiş, şəxsiyyətlərə yenidən qiymət verilmiş, dəyərlər yenidən mənalandırılmışdır. Lakin bir sıra səbəblər üzündən keçmişdə çata bilmədiyimiz yeni pillənin keyfiyyətindən danışmalı olsaq, bu gün bizim şansımız var və biz ondan istifadə etməyə borcluyuq.

Ölkəmizin daxilində və onun ətrafında cərəyan edən tarixi proseslər əsrlər boyu millətimizin formalaşmasına tamamilə müxtəlif formada təsir göstərmişdir.
Tariximizdə ziddiyyətli simaların mövcud olmasını tarixi gerçəklik və labüd fakt kimi qəbul etmək lazımdır. Belə simalardan biri:
Yədulla xan Şamlı elinin Bəydili oymağının Ocaqlı tayfasındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan 1883-cü ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində dünyaya gəlmişdi. Babi-Hümayunda hərb məktəbində oxumuşdu.

Qaradağda Mirpənc Əyyub xana qarşı vuruşmuşdu. Bir güllə ilə Əyyub xanı atından yıxmışdı. Burda göstərdiyi qəhrəmanlığa görə, Rza xan Sipəhin xoşuna gəlmişdi. Onlar öz aralarında qardaşlıq peymanı bağlamışdılar.
1825-ci ildən sonra Rza şah Pəhləviyə xidmət etmişdi. Şah onu silah anbarına rəis təyin etmişdi. Bu vəzifədən sonra Əsləhədarbaşı kimi tanınırdı.
Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya öz xatirələrində yazır: "Ruznamələr onu da qeyd etmişdilər ki, müxbirlərlə söhbət etdiyim zaman telefon zəng çalır, dəstəyi götürürəm, Kərəc tərəfdən Əsləhəbaşı, Həsən Cahanbəxşi və Məhəmməd Hüseyn xanın atlılarının bizim fədai postumuza basqın etmələri barədə məlumat verilir və mən göstəriş verirəm ki, fədailərimiz müqavimət göstərsinlər və işin gedişi haqda vaxtaşırı məlumat versinlər.

Onlardan qüvvələrinin nə yerdə olmasını soruşuram, cavab verirlər qüvvəmiz çatar, tutulmuş əsirin ifadəsindən aydın olur ki, onlar çapqun vurmağa gəlmişlər, əgər gücləri çatmasa yenidən qayıdıb, sərhəddən o taya keçəcəklər.
Məndən sərhədi keçməsinə, düşməni axıra qədər darmadağın etməsinə icazə istəyirlər. Mən göstəriş verirəm ki, sərhədi keçmək olmaz.
Sərhəddin toxunulmazlığı haqda bizim müqaviləmiz var. Biz onu poza bilmərik. Mən özüm də gələ bilməsəm, mətanətinizi əldən verməyin. Düşmən öz əhdini pozub, sərhədi keçibsə də, hər halda biz əhdimizi poza bilmərik. Bizim söhbətimizi qonaqlarımız da eşidirlər". (Qulam Yəhya, Xatirələrim).
Yədulla xan Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu. Bir neçə də medalla ödüllənmişdi.

Yədulla xan Bəydili 1960-cı ildə vəfat edib.
Yədulla xan Fərxundə xanım Qaragözlü, Zinət xanım Avşar, İsmətülmülk xanım Mirzani, Zəhra xanım Təbrizi, Zəhra xanım Xədarheymi, Məryəm xanım Qaragözlü və Həmidə xanım Kazımi ilə dünya evinə girmişdi. Bu nigahlardan xeyli övladı vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır