18:58 / 22-11-2024
"Apple" "iPhone 16 Pro"-nu kosmosa göndərib - Fotolar
18:23 / 22-11-2024
Ölmüş şəxsin gözü oğurlanıb
18:13 / 22-11-2024
Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib - Fotolar
18:00 / 22-11-2024
Avropada nüvə təhlükəsi artır
17:39 / 22-11-2024
Türkiyə ordusu İraqda uğurlu əməliyyat keçirib
17:17 / 22-11-2024
Füzuli Hüseynov: "Dedim, özünüzü yormayın, filmlərə dəvət edilirəm, amma çəkilmirəm"
17:09 / 22-11-2024
COP29 Sədrliyi bəyanat yayıb
17:03 / 22-11-2024
Türkiyədə baş məşqçi öldürülüb
16:50 / 22-11-2024
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
16:25 / 22-11-2024
Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıqlar aparıb
16:14 / 22-11-2024
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
16:09 / 22-11-2024
Fərid Əhmədova ali xüsusi rütbə verilib - Sərəncam
16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
Əmir Cahanşah xan: yaşam salnaməsi ilə - Fotolar
Tarix: 25-05-2020 14:13 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Əmir Cahanşah xan Avşar elinin İmanlı oymağının Qasımlı tayfasındandır. Hərbçi bir soya bağlıdır. Atası Hüseynəli xan da, babası Cahanşah xan da Qacarlar ordusunun generalları olmuşdular.
Məhəmmədhəsən xan Hüseynəli xan oğlu 1838-ci ildə Zəncan əyalətinin Kərsəf kəndində anadan olmuşdu. Babasının şərəfinə ailədə "Cahanşah" çağrılırdı. O, mükəmməl ailə təlim-tərbiyəsi almışdı. Sonra hərbçi peşəsinə yiyələnmişdi.
Əmir Cahanşah xan 1864-cü ildə atasının vəfatından sonra, Avşar elinin İmanlı oymağının Qasımlı tayfasının Cahanşahlı tirəsinin başçısı olmuşdu. O, öncə Ağa İbrahim Zal bəy oğlu Əminüssultanın, sonra isə onun oğlu, Qacarlar dövlətinin baş vəziri Mirzə Ələsgər xan Əminüssultanın himayəsi ilə qüdrətə yetişmişdi. Orduda Əmir tuman (general-mayor) rütbəsinədək yüksəlmişdi. (Baqir Aqili, Xanədani hökumətgəri dər İran, II cild, Tehran, Namək, 1386/2007, səh. 247.)
Əmir Cahanşah xan Xəmsə, yaxud şahsevən avşarlarının atlı dəstələrinin komandanı olmuşdu. O, 1300 və 1305-ci (1882 və 1887) illərdə Xorasan ordusunun qüvvətləndirilməsi məqsədi ilə həmin hüdudda xidmət etmişdi.
Əmir Cahanşah xan Zəncanın (Xəmsə) varlı, torpaq sahiblərindən biri idi. Ləmbtonun İranın Maliyə Nazirliyinin arxivindən istifadə etdiyi 1878/79 (1296 hicri)-cu ilə aid sənəddə Zəncanda tiyul verilmiş xalisə kəndlərin torpaq mülkiyyəti növləri içərisində az-çox əhəmiyyətli yer tutduğu qeyd olunur. (Ləmbton, səh.155.)
Cahanşah xan Əmir Avşar Zəncanın iri və nüfuzlu fеodalı idi, onun mülkləri Хəmsə-Həmədan-Gərus vilalyətləri boyunca uzanmışdı. (Müctəhidi M. Ricali Azərbaycan dər əsri Məşrutiyyət, Tehran, 1327, səh.186.)
H.q. 1309-cu (1891-ci) ildə onunla Zəncan hakimi şahzadə Əbdüləli mirzə Ehtişammüddövlə arasında mübahisə yaranır. Əmir Cahanşah xan hakimi tutdurub döydürür və öz tövləsində həbs edir. Bu əhvalatın baş verməsi səbəbini İran tarixşünaslığında hərə bir cür yozmuşdur. Bu mövzuda müxtəlif sayiələr yaranıb. Müəllifin fikrinə görə, dövrün hadisələrini müasiri, məmləkətin işlərini bilən Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəm daha düzgün yazmışdır. Etimadüssəltənə öz gündəliyində belə yazır:
“Təzə eşitdiyim xəbər bundan ibarətdir ki, Xəmsədə əyləşən və Avşar elindən olan mirpənc (general-leytenant) Cahanşah xan bir ay bundan əvvəl Tehranda olarkən ona yazmışdılar ki, Xəmsədə zövcələrinin bəzisi ədəbsiz davranmışdır. O, dərhal Tehrandan yola düşərək Xəmsə kəndlərindən birinə, özünün yaşayış yerinə gəlmiş, ev xanımını iki kənizlə birlikdə öldürmüşdür. Bu xəbər Zəncan hakiminə (Əbdüləli mirzə Ehtişamüddövləyə) çatdıqda o, hökm elədi ki, hərbçilər dərhal gedib Cahanşah xanı həbs etsinlər. Onlar da əmri yerinə yetirmək istədikdə Cahanşah xan onu tutmaq istəyən əsgərlərin qarşısına Avşar elini yığmış və hər iki tərəf arasında qalanın xaricində ölümlə nəticələnən vuruşma başlamışdır. Deyirlər ki, hər iki tərəfdən yüz nəfər qətlə yetirilmişdi. Güllə Ehtişamüddövlənin də böyrünə dəymiş, yaralı hakim Cahanşah xanın əmri ilə tutularaq kötəklənmişdi. Sonra onu əsir edib, qalaya aparmışdılar. Cahanşah xan özü isə hakimə zərər yetirdiyi üçün və bu işin onun başını ağrıdacağını düşünərək naməlum yerə çıxıb getmişdir”.
Etimadüssəltənə daha sonra yazır: “22 səfər 1310-cu (1892-ci) ildə məşhur Cahanşah xan Təbrizə gedib, Təbrizin müctəhidinin evində (Hacı Mirzə Cavad ağa-Ə.Ç) bəstə əyləşmişdi". (Etimadüssəltənə Məhəmmədhəsən xan, Mürətülbüldan-Nasiri, III cild, Tehran, 1297/1880, səh.377+55.)
Əmir Cahanşah xan Mirzə Ələsgər xanın vasitəsilə Nasirəddin şah Qacardan üzr diləmiş, bağışlanıb vəzifəsinə qaytarılmışdı.
Əmir Cahanşah xan 1882-ci ildən 1893-cü ilədək Xəmsə əyalətinə başçılıq edən Əbdüləli mirzə Fərhad mirzə oğlu Qovanlı-Qacar ilə ixtilafı vardı. Bu ixtilaf 1888-ci ildə başlamışdı. Nəticəsində şahzadə Zəncanı tərk etmişdi.
Cahanşah xan 1913-cü ildə Şücaüddövlə ilə çarpışmışdı. Savaşı qazanıb bölgədə hökumət təşkil elədi. (Mehdi Müctəhidi, Ricali Azərbaycan dər əsri Məşrutiyyət, 1327/1948, səh. 123.)
Zəncanı özünə tabе еtmək üçün Şücaüddövlə Hacı Səməd xan Müqəddəm bu əyalətə hərbi yürüş də təşkil еtmişdi. “Şücaüddövlə Ərdəbil, Тəbriz, Marağa tayfalarından 30 minə qədər qоşun cəm еtdi. Əmir Avşar ilə Şücaüddövlə arasında döyüşlər baş vеrdi: sоn nəticədə mərkəzi һökumətin işə qarışması nəticəsində Əmir Avşar qalib gəldi və Şücaüddövləni həmin bölgəyə еkspansiyasının qarşısını aldı.” (Hacı Seyid İbrahim Musəvi Zəncani, Tarixi-Zəncan, Tehran, 1333/1954, səh.157.)
1914-cü ilin dekabr ayında Osmanlı ordusu Cənubi Azərbaycana daxil oldu.
1915-ci ilin 18 avqustunda Bicarı boşaltmaq məcburiyyətində qalan quslar 6.000-ə yaxın piyada və süvari qüvvəsi olan Avşar əmiri Cahanşah xanın arazisinə sığındılar. (Askəri Tarih və Stratejik Etüt, daha sonra ATASE, K: 4278, D: 58/581-A, F: 3-1, 3-4.) Bicarın əldə tutulması Həmədanın güvənliyi baxımından son dərəcə önəmliydi. Mülazimi Əvvəl Yusif əfəndi Bicar komandanlığına gətirildi. Yusif əfəndi Sinə Müfrəzəsi komandanı Hacı Arif bəyə bağlı olaraq çalışırdı. (ATASE, K: 4287, D: 58/581-A, F: 3-11, 3-9.) Ruslara qarşı təsirli ola bilmək üçün bu bölgədə gerçəkdən önəmli bir güc olan avşarları yanımıza çəkə bilməmiz lazım gəlirdi. Bunun üçün isə diqqətli bir siyasət izləmək gərəkirdi. Zira, Sinə civarındakı Kürd əşirətləri ilə araları açıq olan avşarlar kürdlər Osmanlı dövlətinə tərəfdar olduqları üçün Rusiya tərəfdarı kimi görünürdülər, kürd əşirətləri də avşarları pisləmək amacıyla onları Rusiya tərəfdarı kimi göstərirdilər. (ATASE, K: 4278, D: 58/581-A, F: 3-2.)
Əsil amacları mal və mülklərini qorumaq olan avşarların öncəliklə zamanın icablarına görə hərəkət etdikləri görünürdü. Kolordunun Həmədanı işğal etməsi və Bicara qədər gəlməsinə görə Avşar əmiri Cahanşah xan Kolordu komandanına itaət və bağlılıq ərz edərək cihadda iştirak etmək istədiyini bildirmişdi. Avşar əmiri 8.000 atlı və piyada ilə müharibədə iştirak edə biləcəyi təəhhüdündə olduğu kimi Kolordu ilə rabitəyə keçmək üzərə adamlarından Əliəkbəri Sinəyə göndərdi. Buna görə Əli İhsan bəy də cihad üçün gərəkli hazırlıqlara girişməsini Cahanşah xana əmr etdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 3-2, K: 4278, D: 58/581, F: 2-13.)
Əli İhsan bəy 20 avqust 1916-cı il tarixində Cahanşah xana göndərdiyi telqrafında Həmədana bir etimadlı adamını və bir neçə atlı göndərməsini istəyərək bu təlimatı vermişdir. "Rusları o tərəfə qətiyyən buraxmayın və inşaallah yaxın vaxtda Qəzvini fəth üçün yürürkən siz də Sultaniyə və Zəncan, Məncil tərəflərini zəbt və istirdad edin. İndilik Sultaniyə və Zəncan tərəflərə sıx-sıx adam göndərərək o tərəflərdə və Qəzvin və Rəşt tərəflərdə rusların nə etdiklərinə dair mənə tez-tez xəbər göndərin".(ATASE, K: 4278, D: 58/581-A, F: 3-20.)
Əli İhsan bəyin yanına mütəmadi olaraq Seyyid Sultanı və bərabərində də bir neçə atlını Gorus yoluyla Həmədana göndərən Cahanşah xan rusların avşarlara və ərazilərinə zərər verməsini əngəlləyə bilmək üçün bir miqdar nizamiyə əsgəri ilə 4-5 topun onun yanına göndərilməsini istədi. Bu istəklərinin gerçəkləşməsi durumunda Xəmsə məntəqəsini ruslardan təmizləyə biləcəyini vəd etdi. Avşar əmiri təcili hərəkət edilməzsə bütün Zəncan ahalisinin ruslar tərəfindən qətli-ama uğrayacağı və mallarının yağma ediləcəyi əndişəsini daşıyırdı.(ATASE, K: 4278, D: 58/581-A, F: 3-16.)
Digər tərəfdən də Cahanşah xan Türk qüvvələrini dərhal Qəzvin istiqamətində hücuma keçməyə təşviq edərək bu durumda rusların Qəzvində dayana bilməyərək məğlubiyyətə uğrayacaqları xəbərini verirdi. Bələ bir hərəkət başladılacaq olursa avşarlar da Sultaniyə xetdindən hücuma keçməyi öhdələrinə götürürdülər. (ATASE, K: 4278, D: 58/581, F: 1-8.) Elə anlaşılır ki, avşarlar bir an öncə bölgələrinin çatışma və yağma meydanı olmaqdan çıxarılmasını və Osmanlı hökmranlığına keçməsini arzulayırdılar.
Rusların süvari ordusuna general Nikolay Nikolayeviç Baratov başçılıq edirdi. (Корсун Н. Г. Первая мировая война на Кавказском фронте. — М.: Воениздат НКО СССР, 1946. — 100 с., стр.33) Rus nümayəndəsi Konstantin Nikolayeviç Smirnov Zəncan hakimi Əmir Avşara və Həmədan hakimi Əmir Əfxəmə məktub yazaraq onlara qarşı çıxmamalarını xahiş edirdi. (Архив Национального центра рукописей Грузии, АНЦРГ, ф.39, д.70, л.51.)
Amma həmin günlərdə Cahanşah xan ilə Osmanlı komandanı Əli İhsan bəyin arası qayət gözəl idi. Avşar əmiri tez-tez güvən təzələyir, malının ruslar tərəfindən yağmalanmasına əhəmmiyət vermədiyini Osmanlı dövləti və İttihad-i İslama sarsılmaz bir bağ ilə bağlı olduğunu ifadə edirdi. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-87.)
Buna rəğmən avşarlardan tam olaraq əmin olunmadı. Zira, Bicardakı Türk məsulları Cahanşah xana güvənmirdilar. Tərəddüd içərisində idilər. (ATASE, K: 4278, D: 58/581-A, F: 3-4.) Əldə edilən kəşfiyyat məlumatları da bu istiqamətdə idilər. Türk məlumatlarına görə Cahanşah xanın adamları rusların Zəncandan Bicara hücum edəcəkləri haqqında köksüz-əslsiz xəbərlər uydurmuşlar və özləri qaçdıqları kimi şəhər əhalisi ilə Sərdar Müqtədir (Ələkbər xan Səncabi-Ə.Ç.) qüvvələri və Mündəmi əşirətinin də qaçmasına səbəb olmuşdular. (ATASE, K: 4275, D: 504/51, F: 8-13.) Oysa avşarların çatdırdıqları bilgilər doğruydu. Rus hücumları qarşısında Yusif əfəndi qüvvələrinin də duruş gətirməməsi üzərinə Bicar itirildi. Ruslar 29 avqustda 1 alay süvari və 1 batareya topdan ibarət qüvvələriylə Bicara yerləşdilər. (ATASE, K: 200, D: 479/839, F: 19-1; K: 4278, D: 58/581-A, F: 2-8, 3-6, 36.) Burada avşarların verdikləri məlumat deyil, bəlkə ciddi bir şəkildə savaşmamaları tənqidə tabe tutula bilər.
Əli İhsan bəy Cahanşah xandan da Avşar ərazisinə rusları buraxmamasını, Həmədan-Zəncan yolu üzərindəki Təpədibi və Qalacıq tərəflərə bir neçə yüz atlı göndərərək Rus kazaklarının Həmədan-Zəncan və Həmədan-Bicar yoluna təcavüz etmələrinə əngəl olmasını istəmişdir. Kolordu komandanı avşarların rus qafilələrini vurub yağma etmələri gərəkdiyinə işarə edərək ələ keçirilən malların "fi-səbil-illah cihad" edildiyi üçün qənimət mahiyyətində olduğuna bir kəz daha diqqəti çəkmişdir.
El-əşirətləri özünə bağlaya bilmək üçün Osmanlı qüvvələrinə olan güvəni gücləndirmək istəyən Əli İhsan bəy Kolordunun gerçək gücü ilə bağdaşmayan, ancaq, avşarları motivə etmə amacına yönəlik təşviq və təəhhüdlərdən də geri qalmadı. Bu mövzuda örnək olmaq üzrə Avşar əmirinə göndərdiyi bir telqrafından bu cümlələri vermək istəyirik:
"Əhval-i hərbiyə bir çox şəraitə tabe olduğundan Qəzvin, Tehran, Zəncan, Məncil istiqamətlərinə necə və nə zaman yürüyəcəyimi bu şəraitə görə mən təyin edirəm. Sizə bunu söyləyim ki, bu zaman çox qəribədir və mən yürüdüyüm zaman heç bir Rus qüvvəsi önümdə dayana bilməz. Bu dəfə elə hazırlanıram ki, ta Rəştdə dincimi alaraq ruslara gəmiyə minməyə vaxt verməyəcəyəm. Digər tərəfdən Tehran üçün ayrı bir ordu və Azərbaycan üçün ayrı bir ordu hazırlayıram. Onlar bir tərəfdən Tehranı və digər tərəfdən Azərbaycanı və Təbrizi zəbt edəcəkdilər". (ATASE, K: 4278, D: 58/581-A, F: 14-1.)
Bir yandan Avşar komandanı 8 sentyabrda Bicara gəlmiş və parlaq bir məclislə qarşılanmışdır. Yolçuluq sırasında Sinə-Süleymaniyə yolu üzərində olan Avramanilər və Mərdanilərdən bir qism atlılar da Muxtar bəyə qatılmışdılar. (ATASE, K: 4278, D: 58/581-A, F: 2-18; K: 4275, D: 504/51, F: 17.)
Bu arada avşarların mərkəzi Gorusa gələn rusların geri atılmaları və qəsəbənin təkrar ələ keçirilməsi sırasında yararı toxunan Avşar əmirinə hərb medalı verildi. (ATASE, K: 4277D: 56/504-A, F: 7.)
Sinə dəstəsindən Bicara gəlmiş olan əşair qüvvələri Sinəyə dönüncə Avşar komandanı Muxtar bəy Bicarın boş qalmaması üçün Əmir Avşarın 2-3 yüz atlı göndərməsini əmr etdi. Ayrıca Zəncan ilə Bicar arasındakı Yasıkənddə Bahadırüssultan (Əbülqasim xan Əngurani-Ə. Ç.) adındakı birisinin 60 qədər atlısını göndərdi. Burası rusların daimi poçtu olan Yenikənd kəndi və körpüsünə 6 saat məsafədə idi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-6.)
Ancaq Əmir Avşar ona sadəcə bir komandan göndərilməsindən məmnun deyildi. O, bir neçə top və bir miqdar nizamiyə qüvvəsinin də göndərilməsində israr edirdi. Bu sayədə civar el-əşirətlərin toplanmasının və öz qüvvələrinin də canlanmasının mümkün ola biləcəyini ifadə edirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-6.) Cahanşah xanın məqsədinin öncəliklə Avşar torpaqlarına girərək əhaliyə şiddət göstərən və mallarını yağmalayan ruslara əngəl olmaq olduğu anlaşılırdı. (ATASE, K: 4276, D: 53/584, F: 46.)
Fəqət, Kolordu komandanı bu istəyə mənfi cavab verdi. Əmirin Zəncandakı 400 kazakdan çəkinməsini doğru bilmədiyinə işarə edən Əli İhsan bəy 7-8 min Avşar atlısının cüzi saydakı bu Kazak qüvvəsini tüpürcək ilə dəxi boğa biləcəyinə diqqət çəkdi. Əli İhsan bəy Avşar komandanı Muxtar bəydən Bicardakı el-əşirətlərdən və avşarlardan da yararlanmaq surətiylə Yenikənd kəndindəki rus poçtuna və Zəncandakı qüvvələrinə basqın etməsini istədi.
"Əşirətlər özlərinin mühafizəsi üçün bizdən əsgər istəyəcəklərinə biləks özləri Əskər-i İslama yardım etməklə, heç olmazsa, öz məmləkətlərinə düşmən buraxmamaqla İslam ordusuna müavinət (yardım-Ə.Ç.) etməlidirlər." - deyən Kolordu komandanı avşarların əndişələnmələrini gərəkdirəcək heç bir durumun mövcud olmadığı görüşünü onlara sirayət etməyə çalışdı. Ona görə rusların Məncilə və Zəncan ətrafına qüvvə sövq etmələri osmanlıların Zəncan üzərindən kəsdirmə yoldan Məncilə irəliləyəcəkləri əndişəsindən qaynaqlanmaqdadır. (ATASE, K: 4278, D: 58/581-A, F: 12-1.)
Bir yandan Cahanşah xan ailəsini 13 sentyabr günü böyük bir qafilə ilə Kirmanşah istiqamətində yola çıxarmağı qərarlaşdırdı. Güvənlik gərəkcəsiylə bu yola baş vuran Avşar əmiri 250 atlı və 100 piyadadan ibarət qafiləyə 600 də heyvan əlavə etmişdi.
Əli İhsan bəy Kirmanşah Mənzil Xətti Komandanlığına, Hanikin, Xorasan və Kazımiyə qayməqamlıqlarına və VI Ordu komandanlığına Bağdada gedəcək olan Əmir Avşarın ailəsinə gərəkli yardımın göstərilməsi üçün göstəriş verdi. (ATASE, K: 4279, D: 497/61, F: 15, -15-4.) Bu əsnada Bicar komandanı da qafiləyə 10 nəfərə qədər mühafizəçi ayırmış və əllərinə vəsiqə verərək 2 oktyabrda Bicardan göndərrmişdir. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-17, 14-20, 14-12.)
Bir yandan sentyabrın ortalarında Bicarda siyasi durum Osmanlılar əleyhinə dəyişməyə başladı. Bicarın əyan-əşrəfi Əmir Müqtədiri hakim etdilər. Toplanan məlumatlara görə Əmir Müqtədir Cahanşah xanın Əli İhsan bəyə yazdığı telqrafı telqrafxanadan oğurlayaraq Baratova göndərmişdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 9-6.) Kolordu komandanı Bicardakı təmsilçimiz Yusif əfəndiyə hökumət işlərinə müdaxilə etməməsini əmr etdiyi üçün Yusif əfəndi passiv qalmış və Bicarda bu gəlişmələr olmuşdu. (ATASE, K: 4278, D: 58/581-A, F: 16.)
Türkiyə qaynağında yazılır: "Bicarda əleyhimizə dönməyə başlayan siyasi gəlişmələr (ATASE, K: 4278, D: 58/581-A, F: 16.) və Əmir Avşarın tələblərinin Kolordu tərəfindən qarşılanmaması kimi səbəblər üzündən Cahanşah xan bizimlə olan münasibətlərində daha da ölçülü davranma ehtiyacını duydu. Avşar əmiri digər tərəfdən da ruslardan aldığı nişanın xatırı və onların qalib gəlmə ehtimalı düşüncəsiylə ruslara məktublar göndərərək qətiyyən bitərəf qalacağı təəhhüdündə bulundu. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-20.) Cahanşah xan bu təəhhüdünün gərəyi olaraq Bicardan Kurvəyə qədər olan telqraf tellərini kəsdirdi. (ATASE, K: 4279, D: 479/61-A, F: 20-1.)
23 sentyabrda İran cəbhəsində hər tərəfli hücuma keçən ruslar Bicar cəbhəsini özləri üçün uyğun bir durumda yaxaladılar. Ruslar 1 süvari alayı və 2 topdan ibarət bir qüvvəylə Bicarda Hacı Arif bəyin komandasındakı əşirətlərə hücum edərək şəhəri zəbt etdilər. Şəhərin müdafiəsində nə Əmir Müqtədir, nə Bahadır Sultan və nə də Əmir Avşardan heç bir fayda olmadı.
Bu çatışmalarda 2-3 min Avşar atlısının Hacı Arif bəyi yalnız buraxmaları Kolordu komandanını çox qəzəbləndirdi. O, Nizamüssəltənəyə (Rzaqulu xan Mafiyə-Ə. Ç.) göndərdiyi bir şikayət yazısında Cahanşah xan üçün "iki üzlü və sözünə etimad edilən bir adam olmadığını ərz eyləyəlim" - deyirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-19, 14-20.) Digər məsullar da Avşar əmirinə güvənmirlər və ilk fürsətdə ruslarla "təşriq-i məsai" içərisinə girəcəyi qənaətini daşıyırdılar. (ATASE, K: 4279, D: 497/61, F: 23.) Əmirin kürəkəni Kərinüssəltənənin rus tərəfdarı olduğu da bilinirdi. Bu şəxs rus irəli hərəkatı sırasında Baratovla bərabər Qəsr-i Şirinə qədər gəlmişdi. (ATASE, K: 4279, D: 63, F: 2-24, 9-24.)
Digər tərəfdən rusların Əmirə göndərmiş olduqları bir başqa telqraf da Cahanşah xanın ruslarla işbirliyi içərisində olduğu şübhəsini artırdı. Ruslar 24 sentyabr tarixli telqraflarında Cahanşah xanın xətri üçün atlılarını Zəncan-Bicar yoluna göndərəcəklərini bildirərək ondan osmanlılarla münasibətini kəsməsini istədilər. (ATASE, K: 4278, D: 58/581-A, F: 16-1, 3-35.)
Bir yandan Bicarın əldə tutulmasına böyük önəm verən Əli İhsan bəy zaman itirmədən yeni bir hücum hərəkatı başlatdı. Hanikin Hüdud Taboru, 14-cü və 15-ci İstehkam Taborları ilə 2 adi cəbəl (dağ-Ə.Ç.) topunu Hacı Arif bəyin komandasına verərək Bicar üzərinə sövq etdi. Bu birlik 1 oktyabr tarixində Bicarı qurtarmağa müvəffəq oldu. ( ATASE, K: 4278, D: 58/581-A, F: 3-41, 1-4; K: 4278, D: 60/488, F14, 84; Əli İhsan Sabis, Harp Hatıralarım Birinci Dünya Harbi, C. III, İstanbul-1991, s. 320; Mehmət Kənan, Böyük Harptə İran Cəphəsi, C. II, İstanbul-1928, s. 202; Mehmət Nihat, İrak Səfəri Muharəbatından XIII. Kolordunun İran Səfəri, İstanbul-1926, s. 645. (15-16 Nolu Askəri Məcmua Lahikasıdır.).) Bu çatışmalarda ruslara 30 nəfərə qədər ölü verdirilmiş olub bir qism silahlar ilə 14 sandıq sursat və çox sayda at qənimət olaraq əldə edilmişdir. (ATASE, K: 4278, D: 58/581-A, F: 3-45.)
Cahanşah xanın hər iki tərəfi də oyalayıcı, aldadıcı bir siyasət güddüyü anlaşılır. O, bir tərəfdən ruslara bitərəf qalacağını vəd edir, digər tərəfdən də türklərə rusları aldatdığına görə belə söylədiğini ifadə edirdi. Həmədana gələrək Kolorduya qatılmak istəmir, indidən Həmədana gələrsə rusların bunu bəhanə edərək el-oymağını yağma və təxrib edəcəyi fikrini önə sürürdü. Avşar əmiri oğlunun Avşar içinə gedib orada gözləyəciyini və Türk ordusu irəli hərəkatı başlatdığı zaman veriləcək təlimata görə rusların üstlərinə hücum edəcəyini bildirirdi. Əli İhsan bəy isə Avşar əmirinin oğlunu və Avşar rəislərini dərhal Həmədana göndərməsini tələb etdi. (ATASE, K: 4279, D: 63, F: 2-7.)
Kolordu komandanlığı Əmirin oğlunun Bicarda toplanan Gərus atlılarıyla bərabər ruslara hücum etməsini istədi. Əksi təqdirdə nizami birliklərlə bərabər əşairin Avşar arazisi içindən keçərək ruslara hücum edəcəkləri və bu əsnada Avşar oba və kəndlərinə bir zərər gəlirsə məsuliyət qəbul edilməyəcəyi xəbərdarlığında bulundu. (ATASE, K: 4279, D: 63, F: 2-11.) Təbii ki, bu xəbərdarlıq avşarları hərəkətə keçirə bilməyə yönəlik bir taktikası özəlliyi daşıyırdı.
Həm ruslar, həm də türklər tərəfindən sıxışdırılan Əmir Avşar sonunda Kirmanşaha ailəsinin yanına getməyə qərar verdi. Əli İhsan bəy bu qərarı öyrəndiyində Muxtar bəydən əmiri əngəlləməsini istədi. Avşar əmirinin yolçuluğunu əngəlləməyə yönəlik bir qism vədlər də verildi. Kolordu komandanı telqrafında bunları yazırdı:
"Ordunun duruşu müvəqqətidir. Rəvandiz cəhətindən Azərbaycana irəliləyəcək VII Ordumuzla təvhid-i hərəkət üçün bundan başqa yaxında başlayacaq irəli hərəkətdə dincimizi Rəştdə almaq istədiyimiz üçün əsaslı hazırlıqlar görürük. Bir neçə günə qədər 50.000 nəfərlik bir qüvvə daha sizə birləşəcəkdir. Moskvalılar tel hörgülü təhkimat etdiyi üçün onları bir neçə dəqiqədə pərişan edəcək ağır toplar və haubitsalar gəlir." (ATASE, K: 4278, D: 58/581-A, F: 14-4.)
Bu xəbərdarlığa əlavə olaraq Cahanşah xanı qərarından vaz keçirə bilmək üçün ayrıca yeni bir hərb medalı verilməsi yoluna da gedildi. Ancaq, verilən medal da Avşar əmirini qərarından döndürə bilmədi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-13, 14-14.) Muxtar bəyin çaba-çalışmaları da bir fayda vermədi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-20.)
Cahanşah xanın qərarından vaz keçməməsi Əli İhsan bəy tərəfindən sərt şəkildə uyarılmasına səbəb oldu. Avşar əmiri bu sərt xəbərdarlığa görə "Ailəmi İraq-i Ərəbə göndərdim. Əgər münafiq və İrana dost olmasaydım sairləri kimi edərdim"- deyərək sitəm etmə yolunu tutdu. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-50.)
Cahanşah xanı durdura bilməyəcəyini anlayan Əli İhsan bəy Əmir Avşarın Salabada gələrək onunla görüşməsini istəmişsə də, Cahanşah xan bu əmri də dinləmədi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-18.) Həmədan ordusu irəliləmədikcə Avşar qüvvələrinin də irəliləməyəcəyini söyləyən Cahanşah xan (ATASE, K: 4278, D: 58/581-A, F: 14-15.) Muxtar bəyə "işi uzatdınız artıq indidən sonra rusların tərəfını iltizam edə bilməyəcəyimdən bizzarurə övlad-i əyalımın yanına hərəkət edəcəyəm." (ATASE, K: 4278, D: 58/581-A, F: 16.) deyərək Kurvəyə uğramadan Kirmanşaha hərəkət etdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-15.)
Cahanşah xan iki ayağını bir başmağa dirəyib, osmanlılar hücuma keçməyəcəksə o da qımıldanmayacaq. Sonda onun atlılarından onsuz istifadə edilməsinə qərar verildi. Türkiyə qaynağında yazılır: "Buna görə Kirmanşahdakı hərbi attaşeye başvurularaq Əmir Avşarın atlılarını toplayıb Bicardakı ordumuza iltihaq etməsinin təmini istənildi. Bu qədər böyük bir əşirətin İranın təxlisi müharibəsində heç bir hissə-i iftixarı olmaması ciddən şayan-i təəssüf olacaq." (ATASE, K: 4278, D: 58/581-A, F: 14-21.) sözləriylə avşarlar üzərində psixoloji basqı yaradılmağa çalışıldı. Bu arada Əmir Avşardan heç bir nəticə əldə edilməzsə oğullarından birisinin Əli İhsan bəyin məiyətinə alınaraq təltif edilmək surətiylə avşarların qazanılması da düşünüldü. (ATASE, K: 4278, D: 58/581-A, F: 3-45.)
Ancaq yenə də Əli İhsan bəy 8 oktyabr Kirmanşahdakı hərbi attaşeye bir dəfə daha baş vuraraq Əmir Avşar Kirmanşaha gələrsə razı salıb, dərhal onun yanına göndərməsini istədi. "Əgər iştirak etməzlərsə bilcümlə əşair onu küfür ilə itiham edəcəkdir. Ərazi və əmlakına vaqe olacaq hücumları dəf edə bilmərik." xəbərdarlığında bulundu. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-22.)
Əmir Avşar Kirmanşahda çox qalmadı. Bir müddət sonra da rahatsızlığını bəyan edərək isti bir yerə getmək üzrə Qəsr-i Şirinə hərəkət etdi. (ATASE, K: 4279, D: 63, F: 2-27.) Əmir 2 noyabrda Sərpola gəlmiş və 3 noyabrda da 150 atlısıyla Luristan valisi Hüseynqulu xanın oğlunun yanına getmişdir. (ATASE, K: 4279, D: 63, F: 7-6, -7-9.) Cahanşah xanın mümkün olduğu qədər Əli İhsan bəyin təsirindən uzaq qalmaq istədiyi anlaşılır. Fəqət, yenə də avşar kimi güclü bir elin önəmi və bu elin qazanılmasının şimal tayfalar üzərində oyandıracağı müsbət təsirlər göz önünə alınaraq diqqətli davranıldı.
Ömər Fevzi bəyin 8 oktyabr tarixli telqrafı Əmir Avşarın və digər elxanların davranışlarını açıqlaya biləcək mahiyətdədir. Ömər Fevzi bəy bunları yazır:
"İran zənginləri dövlətin istiqbalından qət-i ümid edib yalnız kəndlərinin məhsulunu mühafizə dərdinə düşmüşdülər. Bunlar mənafe-i şəxsiyətlərini istiqamət ilə deyil, intriqa ilə təminə məcbur qaldıqlarından bu adətdən asanca ayrılmazlar. Bu müşkil əhval taxtında yeganə düstur bitərifidir. Ruslara bitərəfliyi muzd ilə satarlar, bizə müsəlmanlıq xətiri üçün ikram etmiş olurlar. Əmir bizim müvəffəq olduğumuzu və öz hissiyatımızı meydana çıxarmağı istər. Fəqət bir daha rusların haqq ilə yeksan və özünün Bağdada köçməyə məcbur olacağını bilir və qorxa-qorxa hey bunu düşünür. Bu başçıların siyasətidir." (ATASE, K: 4278, D: 58/581-A, F: 14-28.)
Bu arada Kirmanşah hökumət-i müvəqqəsı rəisi Nizamüssəltənə də Əli İhsan bəy ilə Cahanşah xanı uzlaşdırmağa çalışdı. Bu çaba-çalışmalar nəticəsində Avşar əmirinin kürəkəni Kərinüssəltənə Kolordudan təlimat almaq üzrə Həmədana gəldi. Əli İhsan bəy Kərinüssəltənəni 2-3 gün müddət ilə Həmədanda tutaraq ona bir təlimat vermiş və avşarlardan gözlədiklərini dilə gətirmişdir. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-25; K: 4283, D: 76/X-A, F: 1-10, 1-11, 1-19; K: 4279, D: 63, F: 9-24, 9-8, 5-10.)
Cahanşah xan bütün bu bazarlıqlar nəticəsində oğlunun komandasında böyük bir qüvvənin Xəmsə məntəqəsində durmasına razı olmuşdu. Onun gerçək məqsədinin sadəcə Avşar ərazisini və mülkünü qoruya bilmək olduğu ortada idi. Avşar əmiri bu amacını Xəmsə məntəqəsinin Bicar, Saqqız və Sinənin müdafiəsi baxımından strateji önəmə sahib olduğu qənaəti ilə də dəstəkləyə bilirdi. Ancaq Əli İhsan bəyin basqıları davam etdiyindən Cahanşah xan Nizamüssəltənə Mafi ilə anlaşaraq Kolorduya bir təklif daha təqdim etdi. Buna görə oğlu Sərdar Fatehi Həmədana göndərəcəkdir. Fəqət, O, gərəkdiyində önəmli məsələlərdə Bağdaddan Cahanşah xandan razılıq alacaqdır. Əli İhsan bəy isə Əmirin oğlunun tam olaraq səlahiyyətləndirilməsi halında bu təklifi qəbul edə biləcəyini bildirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-25; K: 4283, D: 76/X-A, F: 1-19;; K: 4279, D: 63, F: 924, 9-8.)
Bazarlığın son etapında Cahanşah xan oğlunun əmrinə bir miqdar nizami qüvvə və bir neçə top verilməsini və onun Ümum Avşar komandanı ünvanını almasını istədi. Nəticədə əmirin arzusuna görə Sərdar Fateh Ümum Avşar eli komandanlığına təyin edildi. Sərdar Fatehin istədiyi top və silahları Bicardakı qüvvələrdən təmin edə biləcəyi Cahanşah xana yazıldı. Sərdar Fatehin toplayacağı qüvvələrlə dərhal Bicar komandanının yanına getməsi əmr edildi.
Bu günə qədər sözdə qalan vədlərin artıq uyğulamağa qoyulmasını istəyən Kolordu komandanı rusların səhnədə Avşar ərazisinə və əmlakına etdikləri təxrib və zərərləri xatırladaraq avşarların ruslardan qurtulmaq üçün son bir fürsət yaxaladıqlarına işarə etmişdir. (ATASE, K: 4283, D: 76/X-AF: 1-10, 1-11.)
Əli İhsan bəy Sərdar Fatehə göndərdiyi təlimatnamədə isə bunları yazırdı:
"Sizi Avşar Mücahidin-i İslamiyə komandanlığına təyin etdim. Dərhal Bicara gedib oradakı komandana müraciət və onun verəcəyi əmirlərə itaət ilə fi-səbil-illah cihad edin. Avşar mücahidlərindən toplanacaq bir neçə min piyada və süvari ilə bərabər məmləkətinizə girib qarət eyləyən düşmən-i din-i vətənı tərd və pərişan eyləyin. Ruslardan alacağınız hər növ əsləha, qənaim, sursat cihad-i əkbər və müqəddəs yolunda halal olsun. İndiyə qədər əqval (sözlər-Ə. Ç.) ilə və müxabirə (xəbərlər-Ə. Ç.) ilə vaxt keçdi. Bundan sonra meydan-i cəng-i runümada mücahidat ilə sözünüzün əri olduğunuzu isbat eyləmənizi arzu edirəm." (ATASE, K: 4283, D: 76/X-AF: 1-12.)
Avşarlar isə yeni bir oyalama, başqatma taktikasını daha səhnəyə qoyma səyi içərisində idilər. Əmir Avşar 24 oktyabrın sabahı oğlunu Sinəyə göndərib qüvvə toplatdıracağını və Kolordu komandanının əmri ilə hərəkət edəcəyini bildirdi. (ATASE, K: 4279, D: 63, F: 2-24, 9-24.)
Bir yandan ruslar 21 oktyabr sabahı 2, 5 piyadə taboru, 2 alay süvari, 2 pulemyot, 2 topdan ibarət bir dəstə ilə Bicardakı Türk qüvvələrinə hücum etdilər. (ATASE, K: 201, D: 254/842, F: 32.) Bicar türk dəstəsini təqviyə məqsədiylə hərəkət etdirilən Sinə dəstəsi gecikdiyindən savaşa iştirak edə bilmədi.(ATASE, K: 201, D: 254/842, F: 32-6, 36.) Mücahidinin və elin dağılmasına və düşmənin çox üstün olmasına rəğmən Bicar dəstəsi axşama qədər müdafiəyəyə davam etdi. Dəstə cəbhədən, yanlardan və arxadan mühasirə edilmiş olduğu halda rusların süvari xəttini yarmağı bacarmış və 21 oktyabr günü axşam saat 17.30-da Sinə istiqamətinə geri çəkilə bilmişdir. Bu savaş sonunda ruslar 300-ə yaxın əsir aldılar. Bunlardan 10 nəfərı zabit idi. (ATASE, K: 201, D: 254/842, F: 90-2.) İki adi cəbəl topu da rusların əlinə keçdi.( Əli İhsan Sabis, Harp Hatıralarım, III, s. 322; Mehmet Kənan, İran Cəphəsi, II. s. 203.) Ancaq Həmədanın güvənliyi üçün Bicarı mütləq geri almaq lazım gəlirdi. Bunun üçün dərhal hazırlıqlara başlandı. Bir dəstə 27 oktyabr axşamı Bicarın 10 km cənub-qərbindəki Miqan civarına gəldi. Sol cinah dəstəsi də Bicarın 15 km cənubundakı Bəkrabadın cənub sırtlarını işğal etdi. Digər tərəfdən 27 oktyabr günü Həmədan, Dövlətabad və Sultanabad cəbhələrində də ruslara təsir edəcək hücumlar gerçəkləşdirildi. (ATASE, K: 201, D: 254/842, F: 44-2; K: 4280, D: 65/536, F: 39.) Miqan civarına gəlmiş olan dəstə ilə Bicar dəstəsi 28 oktyabr 1916-cı ilin sabahı Bicarda olan 2,5 Piyada taboruyla 2 süvari alayı və 2 topdan ibarət rus qüvvələrinə qarşı hücuma keçdilər. Nəhayətində qus qüvvələrinin Biyanlı istiqamətində çəkilməsi nəticəsində Bicar ələ keçirildi. (ATASE, K: 287, D: 212/1172, F: 1-206; K: 201, D: 254/842, F: 43, 45, 36, 36-1.)
Ruslar İraqdakı ingilis qüvvələri ilə əlaqədar olaraq 21 dekabrda yeni bir hücum başlatdılar. Bərabərində topçu olan 1 Rus süvari ordusu Həmədan ilə Bicar arasına girərək Bicara və Həmədanın 50 km şimal-qərbindəki Subaşında olan Osmanlı dəstəsinə hücum etdi. Bicarın 30 km cənub-qərbindəki Noroza qədər soxulan 1 Rus süvari bölüyü də Sinə-Bicar telqraf xəttini xarab edərək geri çəkildi. (ATASE, K: 550, D: 564/2137, F: 9.) 27 Dekabrda Bicara ön xətt qaravullarından bir neçə süvari bölüyüylə basqın edən ruslar bu dəfə də geri püskürdüldülər. (M. Kənan, İran Cəphəsi, II, s. 214-215.)
Kolordu tərəfindən Hacı Arif bəyin əmrinə verilən Sərdar Fatehin Gərusa gedərək Avşar ərazisindən atlı toplaması və Biyanlını mərkəz edərək Hacı Arif bəyin komandasında ruslarla mübarizə etməsi gözlənirdi. (ATASE, K: 4280, D: 67/536-A, F: 19-2; K: 4279, D: 63, F: 9-8.) Ancaq noyabrın 19-u olmasına rəğmən hələ Sərdar Fateh yola çıxmamışdı. Bu durum Əli İhsan bəyi çox qəzəbləndirdi. O, Nizamüssəltənəyə göndərdiyi telqrafında dörd aydan bəri başaldatma siyasətinə tabe tutulduğunu bildirərək bunları yazırdı:
"Bicara gedib iş görəcəklərsə görsünlər. Görməyəcəklərsə atasının yanına gedib otursun və ruslara verdikləri bitərəflık vədini kəmal-i müvəffəqiyətlə ifa etsinlər. Yalan və hiylə məni çox qəzəbləndirən şeylərdir və mənim ordum onun top atəşi qarşısında qaçaçaq 200 atlısına möhtac deyildir. Cihad-i əkbərə adəm-i iştirakla iftixar eyləsinlər və ta İstanbuldan İranı qurtarmaq üçün gəlib qan tökən Türk dindaşlarının bu fədakarlığı qarşısında şəxsən İranın içində yaşayanlar vicdanlarını önlərinə alıb düşünsünlər." (ATASE, K: 4279, D: 63, F: 9-24.)
Digər tərəfdən çətinliklə Kolordu xidmətinə alına bilən bir qism Avşar atlılarının maaş istəkləri də vardı. Dənisara göndərilən Avşar atlılarının rəisi Seyfünnizam yalnız iaşə ilə xidmət etməyəcəklərini, ancaq, maaşlı olaraq iş görəcəklərini ifadə etdi. Əli İhsan bəy buna gərə Əsadabad hakiminə göndərdiyi telqrafında "Biz pul vermərik. Rədd olub getsinlər. Maaş mənə raci deyildir. Mən maaş vermərəm. Bir iş görmədilər. Məmləkətlərinə getsinlər" - deyirdi. (ATASE, K: 4283, D: 76/X-A, F: 15-1.)
Əli İhsan bəyin siyasəti el əhlinə maaş verməmək, iaşələrinin də İran xalqı tərəfindən təmin edilməsinə şərait yaratmaqdı. O, el-oymaq qüvvələri üçün hökumət-i məhəlli tərəfindən ianə komissiyaları yaradılmasına şərait yaratdı. (ATASE, K: 4283, D: 76/X-A, F: 1, 4.) Əyan-əşrəflərin bu komissiyalara yardım etmələrinə təşviq etdi . (ATASE, K: 4278, D: 58/581-A, F: 1-26.)
Kolordu komandanı el əsgərlərinin məsrəfləri bu komissiyalar tərəfindən də qarşılanamazsa yükü Nizamüssəltənətə hökumətinə yıxmağa səy edirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 10-12.) Bunu edə bilməyəcəksə elin göndərildiyi yerdəki komandanlıq tərəfindən minikləri də daxil əsgər kimi iaşə edilmələrinin təmininə çalışırdı. (ATASE, K: 4278, D: 58/581-A, F: 10-12; K: 4283, D: 76/X-A, F: 4-3, 5-4, 5-10.)
Nizamüssəltənə eli toplaya bilmək üçün ayda 11 tümən maaş verməyi qəbul etmişdi. Buna rəğmən el Kirmanşah hökumət-i müvəqqətisindən aldığı maaş xaricində Kolordu komandanlığından da bir şeylər qoparmağa çalışırdılarsa da, Əli İhsan bəy onlara üz vermirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 54.) Ancaq zaman-zaman Kolordu komandanlığı ilə Nizamüssəltənə hökuməti arasındakı təşkilatçılıq əksikliyindən dolayı olsa gərək elin iaşə, maaş və şəxsi ehtiyaclarının qarşılanması xüsusunda problemlər çıxmaqsa idi. Bu durumlarda da Əli İhsan bəy ehtiyacların Nizamüssəltənə tərəfından təminində israr edərək bu cür problemləri Kirmanşah hökumətinə həvalə edirdi. O, İrana girəli uzun zaman olmasına rəğmən Nizamüssəltənənin bu işləri hələ nizama qoyamamış olmasından şikayətçi idi. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-59, 1-63-70, 1-77.) Bununla birlikdə el də özlərinə qaçma fürsəti hazırlaya bilmək üçün zaman-zaman iaşə edilmədikləri yalanını bəhanə olaraq işlədirdilər. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-77.)
Digər tərəfdən Kolordu komandanı elin rus basqınları nəticəsində uğradığı zərərləri gündəmə gətirməsindən də rahatsızdı. O, ellərə Türk qüvvələrinin də yardımıyla zəfərlər qazanmalarını və bu sayədə əldə edəcəkləri qənimətlər ilə zərərlərini qarşılamalarını tövsiyə etməkdə idi. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-77; K: 4283, D: 76/X-A, F: 1-66;)
El qüvvələri arasında qış gəldikdən sonra cəbhəni tərk etmə faizi artdı. Onlar daha rahat yerlərə çəkilmək istəyirdilər. Əli İhsan bəy vətənlərinə yetərincə sahib çıxmamaqla suçladığı iranlılara sıx-sıx Osmanlı ordusunun buraya İranın salamat və əminliyi üçün gəldiyi ismarışını verməyə səy edir və ordudan qaçmaları önləməyə çalışırdı. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-66; K: 4283, D: 76/X-A, F: 1-59.) Ancaq İraqü Cəbhəsində fəlakətlər bir-birini təqib edirdi. 25 fevralda Şamran dərəsi qərbində Beyt-i Naqil mövqeyində dayanmaq istəyən VI Ordu böyük bir məğlubiyyətə uğrayaraq Əziziyəyə doğru çəkilməyə başladı. 25 fevralda Kuttülamarə də ingilislərin əlinə keçdi. Bu məğlubiyyət İran səfərinin də sonu oldu. (Əli İhsan Sabis, Harp Hatıralarım Birinci Dünya Harbi, C. IV, İstanbul-1991, s. 22; Sabis, III, s. 346; Mehmet Kənan İran Cəphəsi, II, s. 349.)
Əmir Cahanşah xan 1916-cı ildə Bağdaddan Zəncana döndü.
Cahanşah xan Əmir Avşarın Molla Qurbanəliyə mükəmməl inamı vardı. Məhəmmədəli şah suqut edəndən sonra mollanı öz himayəsi altında saxlayıb, qorudu. Ara sakitləşəndən sonra onu İraqa göndərdi.
1299-cu (1921-ci) il inqilabından sonra Seyid Ziyaəddin Təbatəbayi (baş nazirliyi dövrü: 21 vevral 1921 – 4 iyun 1921) onun təsirinin azaltmağına çalışdı. Bu məqsədə ilə Salar Mənsur Qəzvinini Zəncana hakim təyin etdi. Salar Mənsur bir müzəhhəz qoşunla Zəncan getdi. Baş verən döyüşdə Cahanşah xan məğlub oldu, İrağa getdi. 90 yaşında orda öldü. (Aqili Baqir, Xanədanhayi hökumətgəri dər İran, II cild, Tehran, Nəşri Namək, 1386/2008.)
Əmir Cahanşah xan Avşar 1928-ci ildə vəfat edib. Nəcəf şəhərində dəfn edilib.
Cahanşah xanın Məhəmmədəli xan, Ələsgər xan adlı oğlanları vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır