12:57 / 27-06-2025
Prokurorluq Bakıdakı partlayış hadisəsini araşdırır
11:32 / 27-06-2025
Nazirlik və dövlət komitəsi vətəndaşlara müraciət edib
09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
00:25 / 27-06-2025
"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb - (Yenilənib)
00:02 / 27-06-2025
Emil Mehtiyev idarə rəisi təyin olunub
18:04 / 26-06-2025
Narkotik satan ata və oğlu tutulub
16:30 / 26-06-2025
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
16:17 / 26-06-2025
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
13:15 / 26-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 26-06-2025
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
11:02 / 26-06-2025
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
10:29 / 26-06-2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
09:25 / 26-06-2025
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
08:51 / 26-06-2025
Cənubi Qafqazın ən güclüsü...
00:00 / 26-06-2025
Bu gün Silahlı Qüvvələri Günüdür
22:36 / 25-06-2025
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
21:49 / 25-06-2025
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
19:56 / 25-06-2025
Ceyhun Bayramov İranın yeni səfirini qəbul edib
18:04 / 25-06-2025
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
18:00 / 25-06-2025
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
17:49 / 25-06-2025
Ter-Petrosyan II Qareginlə siyasi vəziyyəti müzakirə edib
17:44 / 25-06-2025
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
17:27 / 25-06-2025
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
17:02 / 25-06-2025
Trampla Zelenski Niderlandda görüşüblər
16:56 / 25-06-2025
Qırğızıstanda parno saytlara giriş bloklanıb
16:45 / 25-06-2025
Bakıda əməliyyat: saxlanılanlar var - Video
16:39 / 25-06-2025
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
16:20 / 25-06-2025
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
15:59 / 25-06-2025
Kansler: Rusiya Avropanın sülh və siyasi nizamını təhdid edir
15:40 / 25-06-2025
“Pasportlar haqqında” qanun dəyişib
14:57 / 22-06-2025

19:12 / 23-06-2025

09:25 / 26-06-2025

10:14 / 24-06-2025

14:55 / 25-06-2025

07:09 / 24-06-2025

00:39 / 25-06-2025

08:27 / 25-06-2025

19:40 / 24-06-2025

23:45 / 23-06-2025

Şapşal kimliyinin bilinməyən tərəfi - Fotolar
Tarix: 20-06-2020 14:03 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarix boyu hər bir sahədə böyük nailiyyətlər qazanan, kəşflər edib əsərlər yazan, yaxud siyasi sahədə şöhrət qazanan şəxsiyyətlər çox olub. Amma bir neçə sahədə öz sözünü deyə bilən, hərtərəfli istedada, qabiliyyətə malik şəxsiyyətlər tək-tək olur. Türklərin tarixində belə fenomenal insanlar az olmayıb və onlar mədəniyyətin, ədəbiyyatın inkişafına böyük töhfələr veriblər. Bunlardan biri də Seraye Şapşal idi.
Sizə Karaim əsilli filoloq, şərqşünas, filologiya elmləri doktoru, professor Seraye Mordexayeviç Şapşal haqqında bilgi vermək istəyirik. Yəhudilər arasında Xaxam Seraye, xristianlar arasında Sergey Markoviç, müsəlmanlar arasında Hacı Sürayə xan kimi tanınan Şapşalın bir çox ziddiyyətli tərəfləri var. Azərbaycanın siyasi həyatında önəmli rol oynayıb. Məşrutə hərəkatının adı çox hallanan əcnəbi şəxsiyyətlərdəndir. Daha yaxından tanış olaq:

Seraye Mordexayeviç Şapşal 1873-ci ilin may ayının 20-də Baxçasaray şəhərində Karaim ailəsində doğulmuşdu. Peterburqdakı özəl litseydən məzun olduqdan sonra, 1894-cü ildə Peterburq Universitetinin Şərq elmləri fakültəsində Ərəb-fars-türk dilləri şöbəsinə daxil oldu. Buradan 1899-cu ildə məzun olub V. D. Smirnovun Türk-Tatar folkloru kafedrasında qaldı. 1900-cü illərdə S.M. Şapşal Qacarlar dövlətinin Rusiyadakı səfiri Mirzə Rza xan Ərfəüddövlənin (1853-1937) təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin təqdimatı və çar II Nikolayın (1868-1918) şəxsi razılığı ilə Qacar hökmdarı Müzəfərəddin şah Qacarın (1853-1907) böyük oğlu, Qacarlar dövlətinin vəliəhd şahzadəsi Məhəmmədəli mirzənin (1872-1925) təhsil gördüyü İranın Təbriz şəhərindəki Loğmaniyyə mədrəsəsinə göndərildi.
O, bununla bağlı 1901-1908-ci illərdə İranda yaşayıb işləmişdir. Onunla yaxın yaradıcılıq əlaqələri saxlamış rus türkoloqu Nikolay Baskakovun (1905-1995) yazdığına görə, S. Şapşal həmin illərdə bir müddət Təbrizdəki Loğmaniyyə məktəbində müəllimlik də etmişdir.
S. Şapşal Təbrizə gəldikdən bir zaman sonra yerli adət-ənənələrə yaxşı bələd olması, dərin biliyi, diplomatik istedadı, yüksək əxlaqi və peşə keyfiyyətləri sayəsində həm Qacarlar sarayında, həm də vəliəhdin yanında böyük nüfuz və etibar qazana bilmişdi. Vəliəhd Məhəmmədəli mirzə atasının ölümündən sonra 1907-ci ilin yanvarında şah taxtına əyləşərək S. Şapşalı özünün müşaviri və general-adyutantı (Saray naziri) təyin etmişdi. S. Şapşal həmçinin şahın fərmanı ilə İranın bir sıra orden və medalları ilə təltif olunmuşdu. O, Məhəmmədəli şahı tamamilə öz təsiri altına ala bilmişdi və onunla o qədər yaxınlaşmışdı ki, sözün gerçək mənasında Şahın ailə üzvünə çevrilmişdi. Şah hətta bəzi idarəetmə məsələlərini S. Şapşala etibar etmişdi.

S. Şapşal geniş anlamda Rusiya monarxının təmsilçisi olmaqla yanaşı, həm də əqidəsinə görə monarxist idi ki, bu da onu İran monarxı ilə siyasi və mənəvi cəhətdən daha da yaxınlaşdıran cəhətlərdən biri idi. Beləliklə o, İranda gedən hadisələrə təsir edə bilmək üçün olduqca sərfəli imkan qazanmışdı və S. Şapşal belə vəziyyətdən, Rusiya Xarici İşlər Nazirliyi Asiya Departamentinin xətti ilə İrana ezam edilmiş dövlət məmuru (rezidenti) olaraq, öncə Rusiya imperiyasının İrandakı siyasi və iqtisadi maraqlarını uğurla təmin etmək, o cümlədən, o zaman yarımmüstəmləkə halında olan İranın daxili və xarici siyasətinə Rusiya təsirini daha da artırmaq üçün istifadə edirdi.
Sovet şərqşünası və tarixçi professor Vladimir Aleksandroviç Qurko-Kryajin (1887-1931) S. Şapşalın Təbrizdəki elmi və pedaqoji fəaliyyətini görünür ki, tarixşünaslığın marksizm-leninizm təliminə əsasən,”faydalı şərtlərlə iqtisadi müqavilələr hazırlamaq üçün çar Rusiyası hökuməti tərəfindən Məhəmməd Əli şahın yanına qoyulmuş konsessiyalar ovçusu və şübhəli işbaz” kimi səciyyələndirib təqdim etmişdir (“İranın qısa tarixi”. Moskva, “Prometey” nəşriyyatı, 1925).
Pavloviç təxəllüslü rus şərqşünası və publisisti Mixail Lazareviç Veltman (1871-1927) isə “1905-ci il inqilabı və Şərq” adlı elmi-tarixi oçerkində S. Şapşalın fəaliyyətini belə analitik prizmadan işıqlandırmışdır:
“İran inqilabi hərəkatı sıx surətdə Rusiya fəhlə hərəkatı ilə bağlı idi, İran əks-inqilabı isə əksinə, öz qüvvəsini Çar taxt-tacının pyedestalından alırdı. Olduqca maraqlı haldır ki, İran Sosial-Demokrat partiyasının (İctimaiyyun-Amiyyun) əsasını mərhum yoldaş Nəriman Nərimanov qoymuşdu, İran əks-inqilabının başlıca təhrikçisi isə İranda özünə qarşı ümumi nifrət oyatmış rus təbəəsi S. M. Şapşal idi” (“İstorik-marksist” jurnalı, Moskva, 1926, № 1).

S. Şapşalın Məşrutə hərəkatına qarşı yürütdüyü siyasətin səbəbləri onun İrandan qayıtdıqdan sonra verdiyi bir müsahibəsində olduqca aydın şəkildə göstərilmişdir. “Birjevıye vedomosti” qəzetinin 7 avqust 1908-ci il tarixli sayında çap edilmiş “General-adyutant Şapşal Moskvada” adlı məqalədə bu barədə belə açıqlamalar verilmişdir:
“Tanınmış İran xadimi, general Şapşal dünən yolüstü Moskvada dayanmışdı. Şapşal jurnalistlərə verdiyi müsahibədə bildirmişdir ki, qovulmuş İran parlamenti ölkənin həqiqətən də ehtiyac duyduğu məsələlərin mahiyyət etibarilə ifadəçisi deyildi. O, bu fikrini müfəssəl surətdə əsaslandırdı və ümidvar olduğunu bildirdi ki, yeni Parlament İranın bütün fikir və rəylərini ehtiva edən gerçək tribuna olacaqdır və hüquq normalarını həyata keçirə biləcəkdir. Şapşal belə baxışlarını düzənləyən zaman, bizə təsdiq etdi ki, onun özü Konstitusionalizmin gerçək tərəfdarıdır. Lakin onun zənnincə, İran hələlik o səviyyəyə gəlib çatmayıbdır. Buna baxmayaraq, geriyə qayıtmaq mümkünsüzdür, - deyib Şapşal sözünü bitirdi”.
1909-cu ildə, İrandan Peterburqa gəlir və Peterburq Universitetinin Şərq elmləri fakültəsində Türk Dili kafedrasında müdir olaraq və eyni zamanda Xarici İşlər nazirliyinin təhsil bölümünə Şərq dilləri müəllimi olaraq seçilir. Onun şagirdləri arasında o zaman S. E. Malov, F. İ. Filonenko və sonradan ünlü olan başqa türkoloqlar vardı.

1911-ci ildə şöbələri də olan Yaxın və Uzaq Şərqdə Rus şərqşünaslar dərnəyi Peterburqda quruldu. Bu dərnəyin “Şərq külliyatı” adlı nəşr orqanı vardı.
S. M. Şapşal, illər boyunca sədr müavini, sonra Yaxın Şərq bölümünün sədr və eyni zamanda “Şərq külliyyat”ın ilgili bölümündə redaktor oldu. Sonradan S. M. Şapşal Şərq elmləri dərnəyi, Coğrafiya Cəmiyyəti, Arxeologiya Cəmiyyəti, Şərq elmləri bölümü və Elmi Arxiv Komisiyasına əsl üzv olaraq seçildi.
S. M. Şapşal, Karaimlərin toplumsal həyatında təsirli bir şəkildə rol oynadı. 1915-ci ildə Kırımda Karaim camaatının sədri olaraq seçildiyində, o Yevpatoriyada Karaim Tarixi-Etnoqrafik Muzeyini və 400 civarında özünün topladığı Karaimlərin tarixi, etnoqrafik və filolojisi kitablarından təşkil olan "Karay Birikliyi" adlı Karaim Kitabxanasını açdı. (Bu kitabxanadakı kitabların yarısı indi Rusiya EA Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində qərar tutur.)
1928-ci ildə S. M. Şapşal Polşaya daşınır. Burada Şərqi Avropa Araşdırma İnstitutunun Türk Dili professorluğu vəzifəsinə, sonra da Vilen Universitetinin professorluğu vəzifəsinə təyin edilir.
Polşada olduğu zamanlarda S. M. Şapşal Polşa Şərqşünaslar Dərnəyinin sədr yardımçısı, Lvov Universitetinin fəlsəfə doktoru və Krakov Elmlər Akademiyası
əsl üzvü olaraq seçilir. S. M. Şapşal, Polşa Şərqşünaslar Dərnəyi çalışmaları üzərində redaktorluq edir və Karaimsk Düşüncəsi adlı dərgini nəşr etdirir.
Alim Vilnusdə Karaim Tarixi, Dili və Ədəbiyatı həvəskarları dərnəyini qurdu və Karaim Etnoqrafiya muzeyini təşkil etdi. Bu muzeyin idarəsini Litvada Sovet hökuməti qurulduqdan sonra Sovet dövlətinə keçirdi.

II Dünya savaşı dönəmində, faşizm işgalının ən çətin zamanlarında, S. M. Şapşal muzeyin bütün qiymətli əşyalarını və bu arada V. İ. Leninin portretini və Karaim rəssamı olan Bari Eqizanın çalışmalarını saxlaya bildi. Bu bilgi "Qızıl Ordu gerçəyi" adlı cəbhə qəzetinin 1944-cü il oktyabr ayındakı nömrəsində işıqlanıb.
Vilnüsü Hitler işgalçılarından boşaltdıqdan sonra alim, Karaim muzeyinin çalışmalarını yönətməyə davam etdi və muzey fondlarını Litva SSR Elmlər Akademiyasının Tarix və Hüquq İnstitutunun elmi məmuru oldu. Alimə V. V. Bartold, V. V. Struve, İ. İ. Kraçkovski, V. A. Qordlevski, İ. İ. Tolstoy və başqa qocaman professorların təklifləriylə “honor is causa” fəxri filoloji doktoru elmi adı verildi.
S. M. Şapşal 18 noyabr1961-ci ildə Vilnüs şəhərində vəfat etdi.
Seraye Şapşal tarixdə təkcə dövlət xadimi, alim kimi deyil, həm də dəyərli şəxsiyyət, gözəl insan kimi də qalmaqdadır. Ona görə də bu sirli şəxsiyyətin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmaq qərarına gəldik. Bacardıqsa, türklər demişkən, nə mutlu bizə...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır