16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
13:09 / 22-11-2024
Putin nüvə silahından istifadə edə bilər - Xəbərdarlıq
13:02 / 22-11-2024
Keçmiş mərkəz direktoru vəzifəyə təyin olunub
12:53 / 22-11-2024
ABŞ rus ordusunu məğlub edə biləcək silah hazırlayıb
12:47 / 22-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:35 / 22-11-2024
Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir - Foto
12:23 / 22-11-2024
Dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılıb - Siyahı
12:06 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:00 / 22-11-2024
FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb
11:54 / 22-11-2024
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
11:45 / 22-11-2024
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
11:09 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva sərgiləri ziyarət ediblər - Fotolar
11:05 / 22-11-2024
20 təyyarə və 6 döyüş gəmisi Tayvan sahillərinə yaxınlaşıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
Rzaqulu xan Mafi: müvəqqəti hökumətin başçısı - Fotolar
Tarix: 21-06-2020 18:01 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Qacarlar dövlətində siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması, mütərəqqi, demokratik ideyaların intişarı milli özünüdərkin bərqərar olmasına və inkişafına, azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. Birinci Dünya müharibəsi dönəmində siyasi təbəddülatlar meydana gəldi. Tarixdə yeni mərhələnin - tərəqqi və demokratiya əsrinin başlanmasına təkan verdi. Bir çox siyasətçilər bu şansdan istifadə etdilər. Bu siyasətçilərindən biri də Rzaqulu xan Mafi idi.
Rzaqulu xan Heydərqulu xan oğlu 1867-cı ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. 1905-ci ildə Xuzistan və Luristan əyalətlərinin valisi olmuşdu. 1911-ci ildə Kirmanşaha başçılıq etmişdi. 1913-cü ildə Borucerd və Luristana hakim göndərilmişdi. Əvvəlcə Salari Müəzzəm ləqəbini daşıyırdı. Hüseynqulu xan Mafi vəfat edəndən sonra onun Nizamüssəltənə ləqəbinə sahib oldu.
Rzaqulu xan Kirmanşahda təşkil olunan Milli hökumətin rəisi olmuşdu. Onun ordusu ruslara qarşı vuruşmuşdu.
Almaniya məmurlarından qraf Konits Rzaqulu xan Mafiyə silahlı dəstə yaratmaq, Kirmanşahda müvəqqəti hökumətin təşkilində iştirak və ona başçılıq etmək kimi məsələlər tapşırmışdı. 1916-cı ilin yanvar ayının ilk günlərində Rzaqulu xan Mafi Luristanın Biranəvənd, Səkvənd, Həsənvənd tayfalarından topladığı 3 min nəfərlik silahlı dəstə ilə Birucerddən Kirmanşaha tərəf yola düşdü. (Y. Dövlətabadi, Tarixi müasir, III cild, s. 313, 316)
1916-cı ilin yanvar ayında Nizamüssəltənənin və Milli Müdafiə komitəsinin Kirmanşaha köçürülməsi, Həmədanın və bəzi digər bölgələrin mübariz qüvvələrinin və siyasi qrupların oraya toplanması Kirmanşahı qərb vilayətlərinin siyasi və hərbi mərkəzinə çevirdi.
1916-cı ilin fevralın 3-də Milli Müdafiə komitəsi Qum, İsfahan, Sultanabad, Məlayir və s. şəhərlərdəki şöbələrinin üzvlərinin mühüm hissəsi, İran Milli məclisinin hərəkata qoşulmuş 40 nəfərə qədər nümayəndəsi və digər vətənpərvər qüvvələrin başçıları Kirmanşahda toplaşaraq, Məşrutə inqilabı rəhbərlərindən Seyid Məhəmməd Təbatəbainin başçılığı ilə geniş yığıncaq təşkil etdilər və onu “Məşvərət məclisi” adlandırdılar. Məşvərət məclisi ətraflı müzakirədən sonra ölkənin qərb vilayətlərini əhatə edən müvəqqəti milli hökumət yaradılmasını zəruri hesab edərək, hərəkat başçılarından nazirlər kabinəsi təşkil etməyi qərara aldı və qərarın həyata keçirilməsini qərb vilayətlərində silahlı qüvvələrin başçısı sayılan Nizamüssəltənəyə tapşırdı. Nizamüssəltənə Məşvərət məclisinin qərarı və göstərişi əsasında fevralın 7-də Kirmanşah şəhərində nazirlər kabinəsi təşkil etdi. Kabinənin tərkibinə Nizamüssəltənə Mafi Baş və hərbi nazir, Salar Müəzzəm Mafi Xarici işlər naziri, Məhəmmədəli Fərzin Maliyyə naziri, Süleyman mirzə İskəndəri Daxili işlər naziri, Hacı İsmayıl Rəşti Maarif naziri, Ədibüssəltənə Poçt və teleqraf naziri, Seyid Əbdülmehdi Ədliyyə naziri kimi daxil oldular. (Y. Dövlətabadi, Tarixi müasir, III cild, s. 333)
Müvəqqəti milli hökumət yarandıqdan sonra Nizamüssəltənə teleqraf vasitəsilə Almaniyanın başçısı II Vilhelmə, Osmanlı dövlətinin Hərbi naziri Ənvər paşaya göndərdiyi müraciətdə qərb hökumətinin yaranmasını onlara bildirərək, hərbi və maddi yardım istədi. Almaniya hökuməti özünün Xarici işlər naziri Yakodenin, Osmanlı dövləti Ənvər paşanın imzası ilə Nizamüssəltənəyə müvafiq cavab verdilər. (Sepehr, İran və Birinci müharibə, s. 309)
Müvəqqəti hökumətin bütün qüvvələrinin sayı 20 minə yaxın idi. Bunlardan 10 minə qədəri jandarm, 10 minə qədəri də müxtəlif köçəri ellərin – Avşar, Kəlhor, Səncabi, Ərdəlan, Gərus və başqa qurumların silahlı dəstələri, Təbriz, Rəşt, Tehran və Həmədanın silahlı mücahidləri və iki alay Osmanlı əsgəri idi. Bu qüvvələrin ancaq jandarm hissələrinin yarısı döyüş qabiliyyətinə malik idi. (Y. Dövlətabadi, Tarixi müasir, III cild, s. 329)
1916-cı ildə rus qoşunları İraqdakı ingilis qüvvələri ilə əlaqədar olaraq 21 dekabrda yeni bir hücum başlatdılar. Bərabərində topçu olan bir rus süvari ordusu Həmədan ilə Bicar arasına girərək Bicara və Həmədanın 50 km şimal-qərbindəki Subaşında olan Osmanlı dəstəsinə hücum etdi. Bicarın 30 km cənub-qərbindəki Noroza qədər soxulan bir rus süvari bölüyü də Sinə-Bicar telqraf xəttini xarab edərək geri çəkildi. (Askəri Tarih və Stratejik Etüt, daha sonra ATASE, K: 550, D: 564/2137, F: 9.)
Avşarlar ruslara qarşı vuruşmadılar. Bu vuruşmalarda 2-3 min Avşar atlısının Hacı Arif bəyi yalnız buraxmaları Kolordu komandanını çox qəzəbləndirdi. O, Nizamüssəltənəyə (Rzaqulu xan Mafiyə-Ə.Ç.) göndərdiyi bir şikayət yazısında Cahanşah xan Avşar üçün "iki üzlü və sözünə etimad edilən bir adam olmadığını ərz eyləyəlim", - deyirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-19, 14-20.) Digər məsullar da Avşar əmirinə güvənmirlər və ilk fürsətdə ruslarla "təşriq-i məsai" içərisinə girəcəyi qənaətini daşıyırdılar. (ATASE, K: 4279, D: 497/61, F: 23.) Əmirin kürəkəni Kərinüssəltənənin rus tərəfdarı olduğu da bilinirdi. Bu şəxs rus irəli hərəkatı sırasında Baratovla bərabər Qəsr-i Şirinə qədər gəlmişdi. (ATASE, K: 4279, D: 63, F: 2-24, 9-24.)
Bu arada Kirmanşah müvəqqəti hökumətinin rəisi Nizamüssəltənə də Əli İhsan bəy ilə Cahanşah xanı uzlaşdırmağa çalışdı. Bu çaba-çalışmalar nəticəsində Avşar əmirinin kürəkəni Kərinüssəltənə Kolordudan təlimat almaq üzrə Həmədana gəldi. Əli İhsan bəy Kərinüssəltənəni 2-3 gün müddət ilə Həmədanda tutaraq ona bir təlimat vermiş və avşarlardan gözlədiklərini dilə gətirmişdir. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-25; K: 4283, D: 76/X-A, F: 1-10, 1-11, 1-19; K: 4279, D: 63, F: 9-24, 9-8, 5-10.)
Zəncan hakimi Cahanşah xan Əmir Avşar bütün bu bazarlıqlar nəticəsində oğlunun komandasında böyük bir qüvvənin Xəmsə məntəqəsində durmasına razı olmuşdu. Onun gerçək məqsədinin sadəcə Avşar ərazisini və mülkünü qoruya bilmək olduğu ortada idi. Avşar əmiri bu amacını Xəmsə məntəqəsinin Bicar, Saqqız və Sinənin müdafiəsi baxımından strateji önəmə sahib olduğu qənaəti ilə də dəstəkləyə bilirdi. Ancaq Əli İhsan bəyin basqıları davam etdiyindən Cahanşah xan Nizamüssəltənə Mafi ilə anlaşaraq Kolorduya daha bir təklif təqdim etdi. Buna görə oğlu Sərdar Fatehi Həmədana göndərəcəkdir. Fəqət, o, gərəkdiyində önəmli məsələlərdə Bağdaddan Cahanşah xandan razılıq alacaqdır. Əli İhsan bəy isə Əmirin oğlunun tam olaraq səlahiyyətləndirilməsi halında bu təklifi qəbul edə biləcəyini bildirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 14-25; K: 4283, D: 76/X-A, F: 1-19; K: 4279, D: 63, F: 924, 9-8.)
Kolordu komandanı el əsgərlərinin məsrəfləri bu komissiyalar tərəfindən də qarşılanmazsa yükü Nizamüssəltənətə hökumətinə yıxmağa səy edirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 10-12.) Bunu edə bilməyəcəksə, elin göndərildiyi yerdəki komandanlıq tərəfindən minikləri də daxil əsgər kimi iaşə edilmələrinin təmininə çalışırdı. (ATASE, K: 4278, D: 58/581-A, F: 10-12; K: 4283, D: 76/X-A, F: 4-3, 5-4, 5-10.)
Nizamüssəltənə eli toplaya bilmək üçün ayda 11 tümən maaş verməyi qəbul etmişdi. Buna rəğmən el Kirmanşah hökuməti müvəqqətisindən aldığı maaş xaricində Kolordu komandanlığından da bir şeylər qoparmağa çalışırdılarsa da, Əli İhsan bəy onlara üz vermirdi. (ATASE, K: 4278, D: 58/581-A, F: 54.) Ancaq zaman-zaman Kolordu komandanlığı ilə Nizamüssəltənə hökuməti arasındakı təşkilatçılıq əksikliyindən dolayı olsa gərək elin iaşə, maaş və şəxsi ehtiyaclarının qarşılanması xüsusunda problemlər çıxmayaydı. Bu durumlarda da Əli İhsan bəy ehtiyacların Nizamüssəltənə tərəfından təminində israr edərək bu cür problemləri Kirmanşah hökumətinə həvalə edirdi. O, İrana girəli uzun zaman olmasına rəğmən Nizamüssəltənənin bu işləri hələ nizama qoymamsından şikayətçi idi. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-59, 1-63-70, 1-77.) Bununla birlikdə el də özlərinə qaçma fürsəti hazırlaya bilmək üçün zaman-zaman iaşə edilmədikləri yalanını bəhanə olaraq işlədirdilər. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-77.)
Digər tərəfdən, Kolordu komandanı elin rus basqınları nəticəsində uğradığı zərərləri gündəmə gətirməsindən də rahatsızdı. O, ellərə Türk qüvvələrinin də yardımıyla zəfərlər qazanmalarını və bu sayədə əldə edəcəkləri qənimətlər ilə zərərlərini qarşılamalarını tövsiyə etməkdə idi. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-77; K: 4283, D: 76/X-A, F: 1-66.) El qüvvələri arasında qış gəldikdən sonra cəbhəni tərk etmə faizi artdı. Onlar daha rahat yerlərə çəkilmək istəyirdilər. Əli İhsan bəy vətənlərinə yetərincə sahib çıxmamaqda suçladığı iranlılara sıx-sıx Osmanlı ordusunun buraya İranın salamat və əminliyi üçün gəldiyi ismarışını verməyə səy edir və ordudan qaçmaları önləməyə çalışırdı. (ATASE, K: 4283, D: 76/X-A, F: 1-66; K: 4283, D: 76/X-A, F: 1-59.) Ancaq İraq cəbhəsində fəlakətlər bir-birini təqib edirdi. 25 fevralda Şamran dərəsi qərbində Beyt-i Naqil mövqeyində dayanmaq istəyən VI Ordu böyük bir məğlubiyyətə uğrayaraq Əziziyəyə doğru çəkilməyə başladı. 25 fevralda Kuttülamarə də ingilislərin əlinə keçdi. Bu məğlubiyyət İran səfərinin də sonu oldu. (Əli İhsan Sabis, Harp Hatıralarım Birinci Dünya Harbi, C. IV, İstanbul-1991, s. 22; Sabis, III, s. 346; Mehmet Kənan İran Cəphəsi, II, s. 349.)
Türkiyə qaynağında yazılır: "Əli İhsan bəyin basqıları davam etdiyindən Cahanşah xan Nizamüssəltənə Mafi ilə anlaşaraq Kolorduya daha bir təklif təqdim etdi. Buna görə oğlu Sərdar Fatehi Həmədana göndərəcəkdir. Fəqət, o, gərəkdiyində önəmli məsələlərdə Bağdaddan Cahanşah xandan razılıq alacaqdır. Əli İhsan bəy isə Əmirin oğlunun tam olaraq səlahiyyətləndirilməsi halında bu təklifi qəbul edə biləcəyini bildirdi". (ATASE, K: 4278, D: 58/581-A, F: 14-25; K: 4283, D: 76/X-A, F: 1-19;; K: 4279, D: 63, F: 924, 9-8.)
Kolordu tərəfindən Hacı Arif bəyin əmrinə verilən Sərdar Fatehin Gərusa gedərək Avşar ərazisindən atlı toplaması və Biyanlını mərkəz edərək Hacı Arif bəyin komandasında ruslarla mübarizə etməsi gözlənirdi. (ATASE, K: 4280, D: 67/536-A, F: 19-2; K: 4279, D: 63, F: 9-8.) Ancaq noyabrın 19-u olmasına rəğmən hələ Sərdar Fateh yola çıxmamışdı. Bu durum Əli İhsan bəyi çox qəzəbləndirdi. O, Nizamüssəltənəyə göndərdiyi telqrafında dörd aydan bəri başaldatma siyasətinə tabe tutulduğunu bildirərək bunları yazırdı:
"Bicara gedib iş görəcəklərsə görsünlər. Görməyəcəklərsə, atasının yanına gedib otursun və ruslara verdikləri bitərəflik vədini kəmal-i müvəffəqiyətlə ifa etsinlər. Yalan və hiylə məni çox qəzəbləndirən şeylərdir və mənim ordum onun top atəşi qarşısında qaçaçaq 200 atlısına möhtac deyildir. Cihad-i əkbərə adəm-i iştirakla iftixar eyləsinlər və ta İstanbuldan İranı qurtarmaq üçün gəlib qan tökən Türk dindaşlarının bu fədakarlığı qarşısında şəxsən İranın içində yaşayanlar vicdanlarını önlərinə alıb düşünsünlər". (ATASE, K: 4279, D: 63, F: 9-24.)
Rzaqulu xan Mafi 1924-cü ildə vəfat edib.
Rzaqulu xan Mafi Xədicə Sultan ilə ailə qurmuşdu.
Rzaqulu xan Mafi kimi sərkərdə və dövlət xadimləri keçmişin qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu uğurla davam etdirilib. Bir dönəmini biz əks etdirdik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır