16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
13:09 / 22-11-2024
Putin nüvə silahından istifadə edə bilər - Xəbərdarlıq
13:02 / 22-11-2024
Keçmiş mərkəz direktoru vəzifəyə təyin olunub
12:53 / 22-11-2024
ABŞ rus ordusunu məğlub edə biləcək silah hazırlayıb
12:47 / 22-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:35 / 22-11-2024
Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir - Foto
12:23 / 22-11-2024
Dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılıb - Siyahı
12:06 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:00 / 22-11-2024
FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb
11:54 / 22-11-2024
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
11:45 / 22-11-2024
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
11:09 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva sərgiləri ziyarət ediblər - Fotolar
11:05 / 22-11-2024
20 təyyarə və 6 döyüş gəmisi Tayvan sahillərinə yaxınlaşıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
Neftin yiyəsini tanımayan baş nazir - Fotolar
Tarix: 23-06-2020 11:22 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Tarixdə xalqına, onun mədəniyyətinə, gələcəyinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli dəyərlərdə təcəssüm tapmasına nadir hallarda təsadüf olunur. Məhəmməd Müsəddiq məhz belə rəhbər və dövlət xadimi idi.
Məhəmməd - Müsəddiq soylu və zəngin bir ailənin uşağı olaraq 1881-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Atası Mirzə Hidayətulla Aştiyani, anası Qacar hökmdarı Fətəli şahın nəticəsi, Abbas mirzənin nəvəsi, Firuz mirzənin qızı Mülktac xanımdır. Uşaqlığında atasını itirincə anası tərəfindən yetişdirildi. On yaşında ikən Nasirəddin şah ona Müsəddiqüssəltənə ünvanı verdi və bundan dolayı Müsəddiq ləqəbiylə anıldı.
Müsəddiqın uşaqlığı və gəncliyi, bir yandan İranın xarici güclərin nüfuz mübarizəsinə səhnə olduğu və bu güclərin böyük imtiyazlar əldə etdiyi, bir yandan da bu durumu qəbul etməyən bəzi aydınların ölkənin qurtuluşu və modernləşməsi üçün böyük çaba-çalışma sərf etdiyi bir dönəmdə keçdi. İnkişaf edən olaylar toplumun çeşidli təbəqələrində etirazlara və müxalifətə yol açırdı. Bu dövrdə Müsəddiq ilk məmuriyəti olaraq Xorasan əyalətində mustovfilik vəzifəsində çalışdı. On doqquz yaşında ikən siyasi məsələlərlə ilgilənməyə başladı və hürriyyətçilərə qatıldı. Ardından, gələcəkdəki Məşrutə hərəkatının öndərlərindən Seyid Əbülqasım ilə dost oldu və onun bacısıyla evləndi. İyirmi beş yaşında ikən üzvləri arasında "Lüğətnamə" müəllifi Mirzə Əliəkbər Dehxudanın da yer aldığı "Cami-e Adəmiyyət" (Məcma-i Adəmiyyət) Əncüməninə daxil oldu. Bir müddət sonra təhsilinə davam etmək üçün Avropaya getdi. Öncə Parisdə "Ecolə des Sciences" adlı təhsil ocağında iki il iqdisadiyyat oxudu (1909-1910); ardından İsveçrəyə keçərək Neuchatel Universitetində hüquq doktorluğu müdafiə etdi, bu arada bir hüquq bürosunda vəkil olaraq çalışdı.
İrana dönüncə (1914) bir müddət Tehran Universiteti Siyasi Elmlər fakültəsində dərs dedi. Bu sırada yaxın dostu Mirzə Əliəkbər Dehxudanın təşviqiylə "Hizb-i Etidaliyə" daxil oldu; ardından məclis tərəfindən qurulan və maliyyə mövzularını həyata keçirən həvalə komissiyasının beş üzvü arasında yer aldı. 1917-ci ildə Maliyə naziri müavinliyinə gətirildi və bir ilə qədər bu vəzifədə qaldı. 1919-cu ildə Vüsuqüddövlə kabinəsinin imzaladığı İngilis-İran andlaşmasına qarşı çıxaraq İsveçirəyə getdi. Müşirüddövlə kabinəsinin dəvətiylə İrana döndüyündə Fars əyaləti valiliyinə təyin edildi (1921). Qısa bir müddət sonra Maliyə naziri, fevral 1922-ci ildə Azərbaycan valisi oldu. İyun, 1923-cü ildə Xarici İşlər Nazirliyinə gətirilsə də, uyumlu çalışamadığı üçün oktyabr ayında istefa verdi; 1924-cü ilin fevral ayında Tehran əhalisinin səsi ilə məclisdə yer qazandı. 1925-ci ilin dekabr ayında rusları ölkədən çıxaran ordu komandanı Rza xan Pəhləvi məclisin də məcburi razılığı ilə səltənəti Əhməd şah Qacardan ona intiqal etdirməyi bacardı. Məhəmməd Müsəddiq məşrutənin bütün olumlu nəticələrini ortadan qaldıracaq olan bu istibdad hərəkətini, məclisin tamamilə basqı və terror ortamında cərəyan edən bir oturumunda bəzi dostlarının dəstəyilə sərt bir şəkildə protest etdi və Rza xana qarşı cəbhə aldı. Bu üzdən bütün vəzifələrindən uzaqlaşdırılınca vaxtını sadəcə məclisdə istedadsız və ləyaqətsiz nazirlərə qarşı müxalifət etməyə, xalqın durumuyla ilgili mövzularda çalışmalar etməyə ayırdı. Müsəddiqın bu tutumu, onun 1930-cu illərdə Əhmədabaddakı şəxsi mülkündə 1936-cı ilə qədər məcburi ev dustağı olmasına və Rza şahın son dönəmlərində bir müddət həbsə atılmasına səbəb oldu. 1941-ci ildə Rza şahın oğlu Məhəmmədrzanın lehinə taxtdan çəkilməsinin ardından ev dustaqlığı cəzası qaldırılan Müsəddiq 1943-cü il seçkilərinə hazırlaşmağa başladı və Tehrandan seçilərək yenidən məclisə daxil oldu.
Məhəmməd Müsəddiq öncə, parlamentin razılığı olmadan yabançı şirkətlərə neft üzərində imtiyaz tanınmaması haqqındakı qanunun çıxmasına şərait yaratdı (1944). 1947-ci il seçimlərinin sərbəst bir ortamda gerçəkləşdirilməsi üçün mübarizəyə başladı; mücadiləsinin nəticəsiz qaldığını görüncə seçimləri boykot etdi. Anayasanın bəzi maddələrinin məclis tərəfindən şahın səlahiyyət və nəzarətini artıracaq şəkildə dəyişdirilməsinə qarşı çıxdı və belə bir məclisin qərarlarının keçərsiz olduğunu söylədi. 1949-cu ilin payızında yeni seçimlər yaxınlaşarkən Məhəmmədrza şah Pəhləvinin diktatorluğuna səs verməyən müxalif quruluşların qatıldığı "Cəbhə-i Milli"ni qurdu. Bu arada seçimləri qazanıb yenə məclisə daxil olmağı bacardı. Uzun bir mücadilənin ardından neftin və neft sənayesinin milliləşdirilməsinə və işlədilməsinə dair qanunun məclisdən keçməsinə şərait yaratdı; eyni il məclis tərəfindən Baş nazirliyə seçildi (1951).
1951-ci ildə Milli Cəbhə təşkilatının rəhbəri Məhəmməd Müsəddiq İranın Baş naziri vəzifəsinə gətirildikdən sonra, İran neftini milliləşdirməklə ölkəsinin tarixində önəmli bir səhifə açdı. Qətiyyətli mövqeyi ilə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə qazandığı nüfuza görə 1952-ci il iyul ayının 6-da İran məclisi 65 deputatdan 52-si lehinə, 10 nəfəri bitərəf, 3 nəfəri əleyhinə olmaqla Müsəddiqi daha iki il müddətinə Baş nazir vəzifəsində saxladı. Hökumət kabinetinin siyahısını şaha təqdim etmək üçün saraya gəldikdə Müsəddiq, o vaxta qədər heç bir hökumət başçısının cəsarət etmədiyi bir məsələni müzakirə etdi. O, şahdan Müdafiə Nazirliyi İdarəsinin hökumətə həvalə olunmasını istədikdə şah onun bu istəyinə qarşı olduqca sərt reaksiya verdi. Belə olan təqdirdə, Müsəddiq bu istəyinin rədd edilməsi halında istefa verəcəyini bildirdi və iyul ayının 17-də öz istefa ərizəsini şaha təqdim etdi. (Sepehr Zabih. The Mossaddegh era: Roots of the Revolution.Chicago: Lake View Press, 1982. 182 p., p. 40).
Məhəmməd Müsəddiq dövlətçiliyinin əsaslarını yaratmağa və möhkəmlətməyə, İranın daxili və xarici siyasət kursunu milli maraqlar və mənafelər üzərində müəyyənləşdirməyə və həyata keçirməyə başladı.
1952-ci il oktyabr ayının 18-də Hendersonun Müsəddiqlə görüşü İran-Britaniya münasibətlərinin qorunub saxlanmasına həsr olundu. Səfirin səyləri Baş nazirin Britaniya ilə diplomatik əlaqələri kəsməsinin qarşısını ala bilmədi. Oktyabr ayının 22-də İranın Xarici işlər naziri Hüseyn Fatemi mətbuat konfransında elan etdi ki, İran hökuməti Britaniya ilə əlaqələri kəsmək qərarına gəlmişdi. İranın Londondakı nümayəndəliyi Tehrana qayıtmaq üçün təlimatlandırılmışdı. İran hökumətinin bu addımı geniş xalq kütlələri tərəfindən dəstəkləndi.
Məhəmməd Müsəddiq bir tərəfdən nefti milliləşdirir, digər tərəfdən də ölkədə baş verən iqtisadi problemləri həll etmək üçün müxtəlif işlər görürdü. Bu məqsədlə böyük torpaq sahiblərinə əllərindəki torpaqların bir hissəsini torpaqsız kəndlilərə paylamaq göstərişini verdi. Yəni, Müsəddiq bu yolla əkin sahələrindən əldə olunan gəlirlə iqtisadiyyata xeyir vermək istəyirdi. Ancaq Müsəddiqinin bu cəhdləri onu böyük torpaq sahibləri ilə qarşı-qarşıya gətirdi. Neftin milliləşdirilməsi prosesində Müsəddiqə dəstək verən bəzi islam alimlərinin də onunla münasibəti pisləşməyə başlamışdı.
Məhəmməd Müsəddiqın Baş nazirlikdəki ilk icraatı neftin milliləşdirilməsiylə ilgili qanunu uyğulamağa qoymaq oldu. İngilislərin təhdidlərinə boyun əymədən İran neftini əlində tutan "Anqlo-İranian Oil Company"ni ləğv edərək ingilis mühəndis və texnoloqlarını ölkədən qovdu və Birləşmiş Millətlər Güvənlik Konseyi ilə Lahey Ədalət Divanında icraatını müdafiə edən çıxışlar etdi; bu bacarıqlarından dolayı "Time" jurnalı tərəfindən “İlin dövlət adamı” seçildi. 17 iyul 1952-ci ildə çıxar-çevrələrinin basqısı sonucu istefa məcburiyyətində qaldı. Millətçilərin və kommunist Tudə partiyasının başlatdığı üsyanlara görə 22 iyul günü təkrar Baş nazirliyə gətirildi və Müdafiyə nazirliyi də onun öhdəsinə verildi. Müsəddiq ordudakı müxalif zabitləri vəzifəsindən uzaqlaşdırdı; şah da 16 avqust 1953-cü ildə Amerika Birləşmiş Ştatları və İngiltərənin gizli planlarına uyğun olaraq onu işdən çıxardığına dair bir qərarnamə yayımladı. Məhəmməd Müsəddiq xalqın dəstəyiylə bu qərarı qüvvədən salıb, şahı Romaya qaçmaq məcburiyyətində buraxdıysa da, küçə nümayişlərinin üçüncü günü Amerika və ingilis gizli xidmət təşkilatları ilə iş birliyi quran general Fəzlullah Zahidinin düzənlədiyi bir hökumət çevrilişiylə iqtidardan düşürülərək həbs edildi (20 avqust 1953).
Böyük Britaniya və ABŞ tamamilə demokratik seçkilərlə hakimiyyətə gəlmiş və xalqın istəyi istiqamətində nefti milliləşdirən, reallaşdırmağa çalışdığı reformlarla ölkədə demokratiyanı qarşısını açmağa çalışan Müsəddiq hökumətinin öz xeyirləri istiqamətində zədələdiyi üçün hərbi çevrilişlə devirməkdən çəkinmədi.
Məhəmmədrza şah Pəhləvi yenidən İrana döndü.
Məhəmməd Müsəddiq məhkəməyə çəkildi və 21 dekabr 1953-cü il tarixində öncə edam cəzası verildi, ardından cəzası üç il həbsə çevrilən Məhəmməd Müsəddiq həbsxanadan çıxdıqdan sonra uzun müddət Əhmədabaddakı evində göz dustağı oldu.
Hələ 1970-ci illərdə MKİ-nin “öz tarixçisi” “İran uğrunda döyüş” kitabında bu hadisəni yazmışdı. Bu kitab yalnız daxili və ya “xidməti” istifadə üçün idi. Kitabda dəqiqliklə göstərilirdi: “Müsəddiqin və onun Milli Cəbhə hökumətinin devrilməsi MKİ-nin birbaşa komandanlığı altında və ABŞ xarici siyasətinin aktı kimi həyata keçirilib və bu əməliyyat hökumətin yuxarı eşelonlarında qəbul edilib və ona xeyir-dua verilib”.
Məhəmməd Müsəddiq 5 mart 1967-ci ildə Tehranda vəfat etdi və Əhmədabaddakı evinin bağçasında toprağa verildi.
Baş nazir olduğu müddətdə maaş almadığı kimi, bütün nazirlik qurumunun məsrəflərini də şəxsən öz cibindən xərcləyən Müsəddiq, XX əsr İran tarixinin ən önəmli dövlət və siyasət adamlarındandır. Özəlliklə şahlıq əleyhdarı tutumu və İran xalqının neftdən daha artıq yararlanması yönündəki çabaları onu İran tarixində özəl bir mövqeyə yerləşdirmişdir. Uzun müddət aktiv siyasət içərisində yer almasına rəğmən bir çox əsər yazan Müsəddiqın başlıca çalışmaları bunlardır:
"La testament en droit musulman (secte chyite) (doktorluq dissertasiyası, Paris 1914), Farsca tərcüməsi: "Vəsıyyət dər Hüquq-i İslam (Tehran, 1377 hş.);
Müxtəsəri əz hüquq-i Barlamani dər İran u Urupa (Tehran, 1302 hş.); Məcmuə-i Usul-i Mühakəmat-ı hüquqi (haz. Əhməd Kəmangər, Tehran, 1333 hş.); Dəstur dər Məhakim-i hüquqi (Tehran, 1293/1332 hş.); Kapitulasiyun u İran (Tehran, 1332 hş.); Uśul ü Qəvaid u Ķavanin-i Maliyyə dər Məmalik-i Xaricə vu İran (haz. İzzətullah Səhabi, Tehran, 1344); Mükatəbat-i Müsaddiq-i Təlaş Bəra-yı Təşkil-i Cəbhə-yi Milli-yi Səvvum (Tehran, 1354 hş.); Takrirat-i Müsaddıq dər Zindan (Tehran 1359 hş.); Doktor Müsaddiq və Nutqha-yi Tarixi-i u (haz. Hüseyin Məkki, Tehran, 1364); Xatirat u Təəllümat-i Doktor Muhamməd Müsaddiq (haz. İrəc Əfşar, Tehran, 1365 hş.; Huma Katuziyan tərəfindən İngilis dilinə çevrilmişdir [Musaddıqs Memoirs, London 1988]; Naməha-yi Doktor Müsaddiq [haz. Məhəmməd Türkman], Tehran, 1374 hş./1995). Bunlarla yanaşı başda siyasi və iqtisadi məsələlər olmaq üzrə müxtəlif mövzularda yazılmış bir çox məqaləsi vardır.
Məhəmməd Müsəddiq ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. İranın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəbəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, İran xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, var-dövlətinə, iqtisadiyyatına qayğı ilə yanaşmışdır. Onun gördüyü işlər gələcəyə hesablanmışdı. Məlumdur ki, cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilmiş tədbirlər sistemi hər bir dövlətin sosial siyasətinin məzmunu və mahiyyətini təşkil edir. Əslində bu siyasət öz mahiyyətinə görə, öz təsnifatına görə gəlirlərin bölgüsündəki qeyri-bərabərliyin ixtisar edilməsinə, gəlirlər və mülkiyyətə görə fərqlərin aşağı düşməsinə iqtisadi fəaliyyətin iştirakçıları arasında iqtisadi ziddiyyətlərin azaldılmasına və cəmiyyətdə sosial ixtilafların ləğv edilməsinə yönəldilmişdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır