12:57 / 27-06-2025
Prokurorluq Bakıdakı partlayış hadisəsini araşdırır
11:32 / 27-06-2025
Nazirlik və dövlət komitəsi vətəndaşlara müraciət edib
09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
00:25 / 27-06-2025
"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb - (Yenilənib)
00:02 / 27-06-2025
Emil Mehtiyev idarə rəisi təyin olunub
18:04 / 26-06-2025
Narkotik satan ata və oğlu tutulub
16:30 / 26-06-2025
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
16:17 / 26-06-2025
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
13:15 / 26-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 26-06-2025
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
11:02 / 26-06-2025
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
10:29 / 26-06-2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
09:25 / 26-06-2025
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
08:51 / 26-06-2025
Cənubi Qafqazın ən güclüsü...
00:00 / 26-06-2025
Bu gün Silahlı Qüvvələri Günüdür
22:36 / 25-06-2025
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
21:49 / 25-06-2025
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
19:56 / 25-06-2025
Ceyhun Bayramov İranın yeni səfirini qəbul edib
18:04 / 25-06-2025
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
18:00 / 25-06-2025
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
17:49 / 25-06-2025
Ter-Petrosyan II Qareginlə siyasi vəziyyəti müzakirə edib
17:44 / 25-06-2025
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
17:27 / 25-06-2025
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
17:02 / 25-06-2025
Trampla Zelenski Niderlandda görüşüblər
16:56 / 25-06-2025
Qırğızıstanda parno saytlara giriş bloklanıb
16:45 / 25-06-2025
Bakıda əməliyyat: saxlanılanlar var - Video
16:39 / 25-06-2025
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
16:20 / 25-06-2025
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
15:59 / 25-06-2025
Kansler: Rusiya Avropanın sülh və siyasi nizamını təhdid edir
15:40 / 25-06-2025
“Pasportlar haqqında” qanun dəyişib
14:57 / 22-06-2025

19:12 / 23-06-2025

09:25 / 26-06-2025

10:14 / 24-06-2025

14:55 / 25-06-2025

07:09 / 24-06-2025

00:39 / 25-06-2025

08:27 / 25-06-2025

19:40 / 24-06-2025

23:45 / 23-06-2025

Atlı məmləkətin piyada şahzadəsi - Ənvər Çingizoğlu yazır
Tarix: 26-06-2020 12:14 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Biz öyrənmişik ki, tarixi keçmişə tənqidi təfəkkürlə yanaşma, ciddi araşdırmaların aparılması millətin özünü tanımasına, buraxılan səhvləri təkrar etməməsinə və deməli, tərəqqisinə imkan verir. Tarixin bilinməsi sadəcə intellektual deyil, hətta ən sadə, təhsilsiz insanın başında huş, yaddaş və özünütanıma duyğusu da oyadır. Tarixin bilinməsi mənəvi dəyərlərin qorunması və inkişafına kömək edir. Ailədən başlayıb millətə və dövlətə doğru formalaşmış sevgini daha da gücləndirir. Fərdin, bütövlükdə millətin dövləti ilə olan sıx bağlılığını möhkəmləndirir. Bizim fərdin tarixi...
Əbülfət mirzə Qacar elinin Qovanlı oymağındandır. Atası Müzəffərəddin şah (1896-1907), babası Nasirəddin şah (1848-1896), ulu babası Məhəmməd şah (1834-1848), babasının babası Fətəli şah (1797-1834) Qacarlar sülaləsinin şahənşahı olmuşdu. Onun da könlündən şahlıq keçirdi. Di gəl ki, vəliəhd digər qardaşı Məhəmmədəli mirzə idi. O da Məşrutə hərəkatında taxtdan uzaqlaşdırılmışdı. Ona görə də, əli çatan xarici ölkələrdən yardım istəyirdi. Təfsilatı ilə...
Müzəffərəddin şahın üçüncü оğlu Əbülfət mirzə 1881-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Saray təhsili almışdı. Salarüddövlə ləqəbi daşıyırdı. 1897-ci ildə Kirmanşahın valisi təyin еdilmişdi. 1899-cu ildə Zəncana və 1900-cü ildə Ərəbistana (Əhvaz və ərəblərin yaşadığı bölgəyə) vali göndərilmişdi. 1904-cü ildə Tehran şəhərinə qayıtmışdı. 1905-ci ildə Kürdüstanı idarə еtmişdi.

Əbülfət mirzə Salarüddövlə asi təbiətli оlduğundan qardaşlarının, vələhd Məhəmmədəli mirzənin və Məlikmənsur mirzə Şüaüssəltənənin оnunla arası yоx idi. Bu ziddiyyət aşkar оlunandan sоnra, 1907-ci ildə Lоrustanın əhalisindən özünə qоşun tоpladı. 8 iyunda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasında savaş baş vеrdi. Salarüddövlə bu savaşda yеnildi.
Əbülfət mirzə Salarüddövlə 18 iyunda Kirmanşah şəhərində İngiltərənin kоnsulluğuna sığınıb, nicat istədi. Kоnsulun söz vеrməsinə baxmayaraq iyulun 15-də оnu tutub, Tehrana göndərdilər. О, həbs оlundu.
Əbülfət mirzə Salarüddövlə Məşrutə inqılabında məşrutəçilərə qarşı Məhəmmədəli şahın yanında yer almışdı. 1911-ci ildə məşrutəçilərlə savaşmış, Tehran qapılarında məğlub olunca qardaşı ilə bərabər Rusiyaya qaçmaq məcburiyyətində qalmışdı. (N. Əhmət Kənan, Böyük hərbdə İran cəbhəsi, C.I, İstanbul-1928, 5.40)
1914-сi il iyunun 21-də Əhməd şahın rəsmən şahlığa başlaması və Nasirülmülkün “naibüssəltənəlik” dövrünün bitməsi belə, vəziyyətdə əməli dəyişiklik yaratmadı.
Şah hökuməti Birinci Dünya müharibəsi başlanan kimi bütün xarici ölkələrin Tehrandakı diplomatik nümayəndələrinə yazılı müraciətdə İranı bu müharibədə bitərəf və İran hökumətini hər iki imperialist bloka eyni münasibəti bəsləyəciyini elat etdi, lakin hərbçi dövlətlər beynəlxalq qaydaları tapdalayaraq, İranın bitərəfliyinə riayət etmədilər. Rusiya və İngiltərə İrana yeni qoşun dəstələri yeritdilər. İrana yeni qoşun hissələri çıxarmaqdan əlavə, bu hökumətlər beynəlxalq diplomatik qaydaları pozaraq, Almaniyanın İran şəhərlərində olan diplomatik, ticarət və digər nümayəndələrini əsir kimi tutub apardılar, beləliklə, İranın diplomatik etibarını da təhqir etdilər. 1914-cü il noyabrın axırlarında Təbrizdə Almaniya, Türkiyə, Avstriya konsulxanaları, alman xalça fabriki, ticarət müəssisələri çar hərbçiləri tərəfindən işğal olundu. Azərbaycan və Gilan şəhərlərində bu dövlətlərin bütün siyasi nümayəndələri, ticarət işçiləri tutuldular. Təkcə Təbrizdəki alman konsulu Amerika missioner xəstəxanasına sığınaraq həbsdən yaxa qurtara bildi.
İngilislər 1914-cü ilin noyabr ayında Abadan yarımadasını işğal edərək Buşehrə qoşun çıxardılar. Onlar bilavasitə İran körfəzi sahillərində Cask, Çahbahar, Lenke, Bəndər Abbas limanlarını işğal edərək, Almaniyanın ticarət nümayəndələrini və Buşehrdə alman konsulunu tutub Hindistana apardılar. 1915-ci ilin yanvarında ingilislər Karun çayına iki hərbi gəmi vasitəsilə qoşun çıxararaq, Xuzistanın mühüm nöqtələrini, o cümlədən Əhvaz şəhərini tutdular. Almanların ticarət kontorunun Əhvaz şöbəsi müdiri Helmiş, Məhəmmərə (indiki Xürrəmşəhr) şöbəsinin müdiri Helist və Xuzistan şəhərlərində olan digər nümayəndələri tutularaq Hindistana göndərildilər. İran hökuməti İngiltərə və çar hökumətlərinə, ölkənin bitərəfliyini pozduqlarına görə etiraz edərək, işğalçı qoşunların İrandan çıxarılmasını tələb etdi, lakin İranın etirazına etina olunmadı. İngilislər Xuzistana yeritdikləri təcavüzkar qoşunlarının sayını tezliklə 15 minə çatdırdılar, Xuzistanın qərb rayonlarında dinc, silahsız əhaliyə qarşı hücum təşkil olundu və Xəfaciyyə qəsəbəsi əhalisini qırıb sərvətini qarət etdilər.
İmperialistlər İranın şimal, cənub və qərb vilayətlərində öz işğalçı siyasətlərini davam etdirirdilər.
Birinci Dünya savaşının başladığı sıralarda Almaniyada olan Salarüddövləni öz tərəflərinə çəkən almanlar onu Rusiya əleyhinə istifadə etmək amacıyla silahlandıraraq İrana göndərdilər.
“İkdam” qəzeti 3 oktyabr 1914-cü il tarixli sayında yazırdı:
"Almaniyada olan Salarüddövlə bir çox silah və sursat tədarük etdikdən sonra İranın Qəsr-i Şirin mövqeyinə yetişmişdir. Salarüddövlə bu dəfə İran əleyhində yamanlıq etmək fikrində deyildir. Onu dəfələrcə aldadan ruslar əleyhində müşkilat çıxarmaq istədiyi təxmin edilir."
Qəzetlərdə Salarüddövlənin Bəxtiyari rəislərindən Əmir Müfəxxəm ilə anlaşdığı, nəşr etdiyi bəyannamələr ilə qəbail (qəbilələr-Ə.Ç.) və aşairin (əşirətlər, ellər- Ə.Ç.) tamamını ruslardan öc almağa və İranı yabançıların zulmündən qurtarmağa dəvət etdiyi xəbərləri də yer alır. (Tanin. 17 Təşrin-i əvvəl 1330/30 oktyabr 1914, Nömrə: 9022)
Bu arada Qaradəniz hadisələrini təqib edən günlərdə Osmanlı dövləti də Salarüddövlə ilə ilgilənməyə başladı. Daxiliyə Nəzarəti 31 oktyabr 1914-cü il tarixli telqrafında İran şahzadələrindən Salarüddövlənin icra edəcəyi hərəkat və təşəbbüsatdan bir yarar sağlanıb sağlanmayacağı IV Ordu komandanı Cavid paşadan soruşulurdu.

Cavid paşa verdiyi cavabda Salarüddövlənin etimad ediləcək bir şəxs olmayıb rusların İrandakı təmsilçilərindən olduğunu, 1911-ci il olayında məşrutəçilərə qarşı savaşdığını bildirərək, Tehran səfarətindən də haqqında ayrıntılı bilgi istənilməsini yazırdı. Cavid paşaya görə, Salarüddövlədən istifadə etməyə qalxmaq Türkiyə ilə ilişkiyə girən iranlıların itirilməsi mənasına gəlir: “Əgər Salarüddövlə bizdən xidmət tələb etmiş isə mütləq təminat-i lazımə istehsal edilərək vəzifə verilməlidi”. (M.Kənan. c.I, 5.75) Bu sırada gah Salarüddövlənin, gah Zillüssəltanənin oğlu olduğunu söyləyərək açıqlığını gizləyən birisi də Süləymaniyyə mütəsərrifi nəzdində qonaq qalmışdı.
“İranın əleyhimizdə hərəkətə keçməsi durumunda Salarüddövlədən istifadə düşünülürdü”. (ATASE. Arxivi; K:248, D:149/1032, F:1-3) “Salarüddövlə məsələsini qurcalamaqda olduğumuzu anlayan İran məqamları hökumətlərini xəbərdar edərək əndişələrini dilə gətirdilər”. Kirmanşahdan İran Xarici İşləri vəzarətinə göndərilən 252 saylı telqrafda, “beş gündür Yahyaəddin və Yüzbaşı Baha bəylərin Bağdaddan Kirmanşaha gələrək Salarüddövlənin əşirət (el-Ə.Ç.) rəisləriylə bərabər Kirmanşaha gəlməsinə izn verilməsini istədikləri bildirirdi”. (Müvərrixüddövlə Sepəhr, İran dər cəng-i bözörg. Tehran, 1966. 5. 96)
Bu arada İraq və ətrafı Ümum komandanı Süleyman Əsgəri bəy, Başkomandanlıq Vəkalətinə göndərmiş olduğu 6 fevral 1915-ci il tarixli telqrafında İran aşair və hürriyyətpərvərlərini özünə cəzb etdiyini, bu durumda Bağdada göndərilmək istənilən Salarüddövlənin bir fayda təmin etməyəcəyini bildirərək Bağdada çatmadığı yerdən Dizdora dönməsini və orada təlimat gözləməsini istəmişdir. (ATASE Arxivi, K553, D:2150, F:6)
Rauf bəyin Cənubi İranda fəaliyyətdə olduğu sırada almanların Kirmanşah konsulu Schunemann Kirmanşah valisi Əmir Müfəxxəmlə və ümum əhaliyə Salarüddövlənin Rauf bəyin yanında olaraq Kirmanşah üzərinə yürüməkdə olduğu yalanını yaydı, təbii ki, bu şaiyə İranda olumsuz bir hava yaratdı. (ATASE Arxivi, K:7, D:42/37-A, F: 20-3) Bu durum qarşısında Ənvər paşa Rauf bəyə göndərdiyi 9 may 1915-ci il tarixli telqrafda "Salarüddövlə ilə qətiyyən münasibətdə olmadığımızı Əmir Müfəxxəmə təmin və ona məsarif-i səfəriyyə üçün münasib miqdar pul verin", - deyirdi. (ATASE Arxivi. K:200, D:479/839, F:1)
Almanlar bu iddianı o qədər irəliyə götürdülər ki, Rauf bəyin "Əgər Kirmanşaha gəlmiş olsaydım nankorluqlarına layiq bir surətdə şəhəri cəzalandıracaq və indi də başlarına Salarüddövləyi müsahat etmiş olacağam" (ATASE Arxivi. K:195. D:814/824. F:9-2) dediyini dəxi irəli sürdülər.
İranlıların Rauf bəy heyətinə qarşı olumsuz tövrlərindən xoşlanmayan Ənvər paşa Salarüddövləni İrana qarşı bir təhdid ünsüru kimi istifadə edərək Tehran səfirinə göndərdiyi 17 may tarixli telqrafında "Biz Salarüddövləni İran hökumətinə müşkilat çıxarmamaq üçün Konyada buraxdıq. İcab edərsə sərbəst buraxın", - deyirdi. (ATASE Arxivi. K:7. D:42/37-A, F:26-2) O isə “Daha sonradan Rauf bəy də Cənubi İranda məcbur olunca Salarüddövlədən istifadəni düşündü”, - yazırdı. O, Ənvər paşaya yazdığı 29 iyun 1915-ci il tarixli telqrafında heyət-i səfəriyəsi ilə ilgili olaraq İran hökumətinin ifsadatını və Tehran səfirinin də bu hökumət nəzdində heç bir təsir göstərməməsini gərəkçə göstərərək belə deyir: "Tehran hökumətinə qarşı əlimizdə yeganə təhdid Salarüddövlədir. Ümum İran-i cənubinin hüdudumuz civarında və İran daxilindəki sünni və şiə kürd əşirəti Salarüddövlə namına bir mütavaat-i matlfıbə ilə mərbutdur. Buraya vaxtilə qüvvə-qoşun yetişdirmək mümkün görülmədiyi təqdirdə İran hökumətinin bütün tərtibat-i təcavüzkaranəsini zirü zəbər etmək və bu aşairi bütövlükdə əleyhinə sövq-i təhrik eyləmək üzərə Salarüddövlənin bir an əvvəl buraya izarnı lüzum-i katlsi." (ATASE Arxivi, K: 195. D:250/285, F:3)
Ənvər paşa bu istəyi indilik qeydiylə yerində olmasını lazım bilməmiş və rədd etmişdir. Yolda olan Türk nəfərlərinin çatmasına qədər Hanikindəki hüdud taborlarından özünə təqviyə göndəriləcəyini bildirdi. (ATASE Arxivi, K: 195, D: 2501285. F:3-5) Bu arada Salarüddövlə Osmanlı sərhəd-sınırına gələrək Azərbaycanı ayaqlandırmaq məqsədiylə mühüm şəxslərlə təmasa keçməyə çalışmışdır. (ATASE Arxivi, K:281, D:21100ı. F10)

Osmanlı dövlətinin XIII Ordusunun İran içlərində irəlləyərək Həmədana qədər gəldiyi sıralarda Salarüddövlənin adı yenidən duyulmağa başlandı. Rus və ingilis səfirləri şaha, Salarüddövlənin Osmanlı ordusu ilə bərabər olduğunu və Tehrana çatdığında osmanlılara görə İran taxtına keçiriləcəyi yolunda açıqlamalar edərək şahı Mazandarana bərabərlərində götürməyə razı salmaq üçün Salarüddövləni bir təhdid ünsürü olaraq istifadə etməyə çalışdılar. “Təhriri məsləhətgüzarımız (müşavir-Ə.Ç.) Nüzhət bəy, Əhməd şah ilə apardığı görüşmədə Türkiyənin belə bir niyyəti olmadığı mövzusunda ona təminat vermək durumunda qaldı. Ancaq şahın İtilaf müməssilərinin istəyinə uyaraq Tehranı tərk etməsi durumunda bu ehtimalın da göz önündən uzaq tutulmamasını işarə etdi. Şah bu təhdidə görə Mazandarana getməkdən vaz keçdi”. (ATASE Arxivi. K:200, D:252/840, F:107)
Salarüddövlənin oktyabr 1916-cı il sonlarında 200 nəfərlik qüvvə ilə Şiraza girmək istəyən Rusiya tərəfdarı Fərmanfərmaya əngəl olduğu xəbərdar edildi. Asak adlı bir ingilis mayoru ilə birlikdə gələn Fərmanfərma Banəyə dönmək məcburiyyətində qalmışdı. (ATASE Arxivi, K: 195, D:254/842, F:60)
1915-ci ilin dekabrının axırlarında Fərmanfərma Baş nazir olandan sonra, Kirmanşah etidaliyyun təşkilatı onunla əlaqəsini daha da möhkəmləndirdi, öz üzvlərini dövlət idarələrində mühüm vəzifələrə keçirməyə çalışdı. Kirmanşah valisi İqbalüddövlə etidaliyyun təşkilatına arxalanaraq, Antanta bloku ilə əlaqə saxlayır və İDP-nin Kirmanşah təşkilatlarının fəaliyyətinə maneçilik törədirdi. Kirmanşahda Milli müdafiə komitəsinin şöbəsi yarandıqda etidaliyyun təşkilatı öz partiyasının mərkəzi komitəsinin göstərişi əsasında müdafiə komitəsində iştirak etməli, İDP-nin Kirmanşah təşkilatı ilə birgə fəaliyyət göstərməli idi. Çünki Etidaliyyun partiyasının mərkəzi komitəsi Qumda yaranmış Milli müdafiə komitəsinə qoşularaq, bütün ölkədə Antantaya qarşı mübarizədə öz təşkilatlarını İDP təşkilatları ilə birgə hərəkət etməyə göstəriş vermişdi.
1915-ci ilin dekabrında yaranmış Milli müdafiə komitəsinin Kirmanşah şöbəsinə 4 nəfər Etidaliyyun partiyasından, 4 nəfər İDP-nin Kirmanşah təşkilatından daxil idilər. (Mirzə Yəhya Dövlətabadi, Tarixi-müasir, III cild, s.326)
1917-ci ilin fevral ayında çar generalı Baratov Qafqazdan yardımçı qüvvə aldıqdan sonra, 20 min nəfərlik mükəmməl ordu ilə İranın qərb vilayətlərinə doğru yeni və sürətli yürüş təşkil etdi. Martın 2-də Həmədanı, sonra Kirmanşahı, aprelin əvvələrində Qəsri-Şirin və Xanaqeyn Osmanlı qoşunlarından təmizlədilər. Çar qoşunları tezliklə Qızıl-Rabat bölgəsində Bağdadı işğal edən ingilis ordusu ilə birləşdilər. İngilis qoşunlarının mühüm hissəsi bundan sonra İranın qərb vilayətlərinə soxuldular və beləliklə, 1917-ci ilin aprel və may aylarında, bütün İran ərazisi Antantanın hərbi qüvvələri tərəfindən işğal edilmiş oldu. (Мирошников Л. И. Английская экспансия в Иране (1914-1920 г.г.) М.,. 1961, с. 46)
Əbülfət mirzə Salarüddövlə 1961-ci ildə vəfat еdib.
Əbülfət mirzənin törəməsi Qacar-Müzəffəri sоyadını daşıyırlar.
Əbülfət mirzə Fatimə xanım və Məlaikə xanım ilə еvlənmişdi. Sultan Məhəmməd mirzə, Məhəmmədrza mirzə adlı oğlanları, Qəmərüddövlə xanım adlı qızı vardı.
Keçmişin dərk edilməsi indiki gerçəkliyin ayrılmaz hissəsidir. Həqiqətən, cəmiyyətin keçmişi, yalnız o, keçmişə malik olduğunu dərk edən zaman mövcud olur. Başqa sözlə, birliklər və əlbəttə ki, fərdlər bütün həyatları boyu təsirinə məruz qaldıqları, ondan ya hali olmadıqları, ya da onu necə dərk etməyin lazım olduğunu başa düşmədikləri keçmişlərinin daşıyıcılarıdır. Onun onlara həmin təsiri bu halda passivdir. Amma bu təsir başqa cür də ola bilər, onu anlamaq olar, yəni xalqın tarixinin həqiqi ölçülməsinə nail olmaq mümkündür.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır