00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Mahir siyasətçinin dəli sevdası - Ənvər Çingizoğlu yazır
Tarix: 16-08-2020 16:27 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Həsən xan Aştiyani ailəsinə mənsubdur. Bu ailənin kökü səfəvilərə bağlanır. Qacarlar dövlətinin maliyyə vəzirləri əsasən bu ailənin nümayəndələri olub. Soyun babalarından biri Mirzə Möhsün Aştiyani XVIII əsrdə yaşayıb. Onun Kazım, Haşım və Ağası adlı oğlanları olub. Bu üç övladdan törəyənlər İranın maliyə işini əllərində saxlayıblar.
Həsən xan Mirzə Yusif oğlu 5 oktyabr 1874-cü ildə Tehran şəhərində doğulub. İbtidai təhsilini Məlikəşşüara Mirzə Mahmud xandan alıb. Sonra təhsilini Tehran mədrəsəsində davam etdirib. Daha sonra Tehran universitetini (indiki Əlzəhra universitetini) bitirib. Fars, ərəb və fransız dillərini bilib.

Həsən xan 1887-ci ildə - atasının vəfatından sonra Nasirəddin şah Qacarın fərmanı ilə mustovfiəlməmalik vəzifəsinə təyin olunub. Bu vəzifə Qacarlar məmləkətində Maliyyə naziri vəzifəsinə bərabər idi. Şahənşah Mirzə Yusif Aştiyaninin xətrinə ona “Ağa” deyə müraciət edib.
Qohumu, Məhəmməd Müsəddiqin atası Mirzə Hidayətulla xan Mətin Dəftəri ona işlərində yardım edib.
1896-cı ildə taxta əyləşən Müzəffərəddin şah öyrətmə nəticəsində Mirzə Həsən xanı gözdən salıb. O, 1901-ci ildə Avropaya yollanıb. Fransada - Paris şəhərində qərar tutub. O, tez-tez Avropa ölkələrini gəzib, onların üsul-idarələrini öyrənib.
Müzəffərəddin şah Avropa səfərində Mirzə Həsən xanın yanına adam göndərib və İrana qayıtmasını istəyib. Şirnikdirici vədlər verilsə də, Mirzə Həsən xan bütün təkliflərdən boyun qaçıraraq Avropada qalıb.

O, 1907-ci ildə Müzəffərəddin şahın vəfatından sonra və Məşrutə hərəkatının başlaması ilə İrana dönüb. Baş nazir Mirzə Ələsgər xan Əminüssultan onu öz kabinəsinə dəvət edib.
Mirzə Həsən xan Mustovfiəlməmalik 15 dəfə nazir, 6 dəfə Baş nazir, 1 dəfə İran Milli Məclis Şurasının sədri olub.
Mirzə Həsən xan Mustovfiəlməmalik 1909-cu ildə Qacarlar dövlətinin Hərbi naziri vəzifəsində çalışıb.
Mirzə Həsən xan Mustovfiəlməmalik 1910-1911-ci illərdə, 1914-1915-ci illərdə, 1917-ci ildə, 1923-cü ildə Qacarlar dövlətinin, 1926-1927-ci illərdə isə Pəhləvilər dövlətinin Baş naziri olub.
Mirzə Həsən xan Mustovfiəlməmalik 6-cı çağırış Milli Məclisə nümayəndə seçilib.
Mirzə Həsən xan Mustovfiəlməmalik XX əsrin böyük siyasətçilərindən sayılır. Həssas dönəmlərdə İran hökumətinə başçılıq etsə də, özünü itirməyib, xalqa zülm etməyib. Salar Bəxtiyarın yazdığına görə, xeyirxah, təmiz, dürüst, ciddi və comərd adam olub. (Bakhtiar, Salar (24 November 2004). "The lifh of Mirza Hasan khan, Mostofi al Mamalek" (PDF))

Mirzə Həsən xan Mustovfiəlməmalik 27 avqust 1932-ci ildə ürək tutmasından Tehran şəhərində vəfat edib. Vənək kəndində ailə qəbrstanlığında dəfn edilib. Əhali onu qəbirstanlığadək çiynində aparıb, yüzədək maşın müşaiyət edib.
Mirzə Həsən xan Nasirəddin şahın nəvəsi İsmətülmülk xanımla ailə qurub. Onların sevgisi dillər əzbəri olub. Adətən bu tipli insanların taleyi daha çox siyasətlə bağlı olduğundan həmin istiqamət qabardılır. Amma hündür boylu, yaraşıqlı, kişi kimi gözəl olan Mirzə Həsən xan fransız gözəllərinə sulanmayıb. Onların “Bu qalın qaşlı Qacar qızında nə görmüsən”,- sualına “sevgi” deyə cavab verib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır