00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Qırx günlük baş nazir - Ənvər Çingizoğlu yazır
Tarix: 18-08-2020 16:02 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan tarixinin ən az işlənən problemlərindən biri də Qacarlar dövlətinin tarixidir. Gözdən iraq salınmasının səbəblərindən biri hazırkı İranın tərkibində olmasıdır. Sovet dönəmindən bəri “İran tarixi” qorxulu mövzu sayılıb. Biz Qacarlar dövlətinin Məşrutə hərəkatı dönəmində Baş və Daxili işlər naziri olmuş bir şəxsin həyatını oxuculara təqdim etmək istədik. Və qərarlıyıq ki, Qacarlar tarixi əsasən bizim tariximizdir.
Sultanəli xan yəzdilər soyuna mənsubdur. Bu soy öz kökünü Məhəmmədtağı xan Yəzdidən götürür. Məhəmmədtağı xan Mirzə Məhəmmədbağır oğlu Yəzd əyalətinin Bafq mahalında anadan olub. İbtidai təhsilini atasından, ali təhsilini mədrəsədə alıb. Məscidə getməyib, siyasi həyata atılıb. Məhəmmədtağı xan xalqın dəstəyini alıb, Avşarlar dövründə Yəzd hakimi olan Aləm xan Türkə qarşı mübarizəyə başlayır. Aləm xan mübarizəyə tablamayıb, qaçır. Şəhər əyan-əşrafı Məhəmmədtağı xana məsləhət görürlər ki, ərizə ilə Adil şah Avşara müraciət edib, hakimlik vəzifəsini əlinə alsın. Məhəmmədtağı xan məsləhəti yerinə yetirib, Adil şahdan fərman alır. (Əbdülhüseyn Ayəti, Tarixi-Yəzd, Yəzd, 1317/1938, səh.308-309.

Məhəmmədtağı xanın Əlinağı xan, Əbdürrza xan adlı oğlanları vardı.
Məhəmmədtağı xanın ikinci oğlu Əbdürrza xan Yəzd əyalətinin Bafq mahalında doğulub. Mükəmməl mədrəsə təhsili alıb. Əvvəlcə zəndlərə, sonra qacarlara xidmət edib.
Əbdürrza xanın Məhəmməd xan adlı oğlu vardı.
Məhəmməd xan Əbdürrza xan oğlu Yəzd şəhərində anadan olub. Mükəmməl mədrəsə təhsili alıb. Qacarlara xidmət edib. Salarülmülk ləqəbini daşıyıb.
Məhəmməd xan Salarülmülk Mirzə İbrahim xan Zəhirəddövlə Qacarın qızı ilə ailə qurub. Sultanəli xan adlı oğlu vardı.
Sultanəli xan Məhəmməd xan oğlu 1882-ci ildə anadan olub. Nasirəddin şah Qacarın sarayında “Qulambeççə” olduğundan şahanə təlim-tərbiyə görüb. Böyüyəndə şaha pişxidmət təyin olunub, acudanbaşı müavini vəzifəsində çalışıb.
Sultanəli xan sonra Azərbaycanın maliyyə idarəsində mistovfi olub. Sərtib (briqadir) rütbəsi alıb. Daha sonra Xalxalın hakim təyin edilib. Şatıranlı və Şahsevən ellərinin fitnə- fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər görüb. Nasirəddin şah Qacarın ölümündən sonra, 1896-cı ildə hesablamalar (bəqaye və mühasibat) vəziri olub və bir il sonra Yəzdə başçılıq etməyə başlayıb.
Sultanəli xan 1901-ci ildə Müzəffərəddin şahdan “Vəziri-Əfxəm” ləqəbini alıb.
Sultanəli xan Əbdülməcid mirzə Eynüddövlənin və Mirzə Nəsrulla xan Müşirüddövlənin kabinələrində Daxili işlər naziri idi. Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra Baş nazir olub. (Mehdi Bamdad, II cild, s.102) O tarixdən bəri Qacarlar dövlətində işlədilən "Sədr əzəm" ünvanının yerinə, Baş nazirə "Rəyasate vüzəra" (Nazirlərin rəisi) deyilməyə başlayıb. Mirzə Sultanəli xan Vəziri-Əfxəm nazirlərin rəisi olmaqla yanaşı həm də Daxili işlər naziri vəzifəsində çalışıb. (Əhməd Kəsrəvi, Məşrutəyi İran, Tehran, 1378, s. 243-244) 1907-ci ildə, İran Milli Məclisinin nümayəndələri yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verib və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlanıb. (Mehdiqulu xan Hidayət, Xatirat və xətərat, Tehran, 1344, s. 155) Vəziri-Əfxəm işdən kənarlaşdırıladan sonra, Məhəmmədəli şah Qacarın əmri ilə dərbar (saray) naziri təyin olunub.
Sultanəli xan Vəziri-Əfxəm “Şire-Xurşid” ordeni ilə təltif edilib.
Sultanəli xan Vəziri-Əfxəm böyük əmlak sahiblərindən olub. Onun Zəncan və Kirmanda xeyli mülkü vardı.
Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat edib.

Sultanəli xan Vəziri-Əfxəmin törəmələrinin bəzisi "Əfxəmi" və bəziləri isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar. (Əbdülhüseyn Nəvai, Dövləthaye İran əz ağaz məşrutiyyət ta ultimatium, Tehran, “Babək”, 1355, s.12)
Sultanəli xan Vəziri-Əfxəm 5 qadınla dünya evinə girib. Məhəmmədhəsən xan, İmamqulu xan adlı oğlanları, Müsrətüssəltənə xanım, Şəmsəssəltənə xanım, Səkinə Münəvvərəddövlə xanım, Bədirəddövlə xanım adlı qızları vardı.
Sultanəli xan Vəziri-Əfxəm qızları vasitəsilə Azərbaycanın bir çox ünlü ailələri ilə qohum olub. Zəncanın ən tanınmış soyları olan zülfiqarilərə iki qız verib. Qacarlar dövlətinin Hərbi naziri, əslən Qarabağlı Hüseynpaşa xan Əmir Bahadur Cəng onun kürəkəni idi..
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır