00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Siyasi strategiya ustası - Ənvər Çingizoğlu yazır
Tarix: 23-08-2020 23:58 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Onu İranda siyasi strategiya ustası adlandırırdılar. Əslən Azərbaycan türkü olub, hərbçi ailəsində doğulub. Kimdir bu şəxs? Onu hərbi işdən çox sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması maraqlandırırdı. Tanış olun...
Əli xan Mirzə Qulaməli xan oğlu 5 oktyabr 1896-cı ildə Təbriz şəhərində anadan olub. İbtidai təhsilini məhəllə mollaxanasında alıb. Sonra İran Kazak briqadasının məktəbində oxuyub. Məktəbi zabit rütbəsilə bitirib. Bir müddət briqada da xidmət edəndən sonra, Tehran Darülfünunda siyasi elmlər üzrə ali təhsil alıb. 1914-cü ildə universitetdə təhsilini başa vurub. Rus və fransız dillərini bilirdi.

Mirzə Əli xan Süheyli Xarici işlər vəzarətində çalışmağa başlayıb.
Mirzə Əli xan Süheyli 1926-cı ildə vəzarətdə şöbə müdiri vəzifəsində idi. Sonra SSRİ səfirliyinə münşi kimi göndərilib. Moskva şəhərində xidmət edib. 1931-ci ildə Əbdülhüseyn xan Teymurtaşın yardımı ilə Yollar vəzirinin müavini olub. 1934-cü ildə Xarici işlər vəzirinin müavini vəzifəsində çalışmağa başlayıb.
Mirzə Əli xan Süheyli 1936-1939-cu illərdə İranın Böyük Britaniyada səfiri vəzifəsində çalışıb.
Mirzə Əli xan Süheyli 1939-cu ilin mart-oktyabr aylarında Kerman ostanının qubernatoru (ostandarı) olub.
Mirzə Əli xan Süheyli oktyabr 1939-cu ildən iyun 1940-cı ilədək İranın Əfqanıstanda səlahiyyətli səfiri vəzifəsini icra edib.
Mirzə Əli xan Süheyli iyun 1940-cı ildən İranın Daxili işlər naziri olub. O, 1941-ci ilədək bu vəzifədə çalışıb.
Mirzə Əli xan Süheyli 1941-ci ildən 1942-ci ilədək İranın Xarici işlər naziri olub. Həmin dövrdə İran hökuməti Azərbaycan məsələsindən ciddi şəkildə narahat olmağa başlayıb. Avqust ayının 28-də təşkil olunmuş Füruği hökumətində Xarici işlər naziri vəzifəsini tutan Mirzə Əli xan Sühеyli xarici ölkələrdəki İran diplomatik korpuslarına gizli tapşırıq vеrib ki, şurəvi təhlükəsinə qarşı dayanmaq üçün ingilis mеylinə üstünlük vеrsinlər və Azərbaycan məsələsi ilə ciddi məşğul olsunlar. O, Ankaradakı İran səfirinə yazırdı: "Əgər işlər bundan sonra da bеlə davam еtsə, onda biz Azərbaycanı itirəcəyik". (Azərbaycan Rеspublikası, MDYTA, f.28, s.4, i.2, v.38)

Mirzə Əli xan Süheyli 1942-ci ilin mart-avqust aylarında İranın Baş naziri olub.
Üç müttəfiq dövlət başçılarının Tehran konfransında Ruzvelt, Stalin və Çörçill öz aralarında və İranın Baş naziri Mirzə Əli xan Süheyli ilə məsləhətləşəndən sonra 1943-cü il dekabrın 1-də Tehranda imzaladıqları “Üç dövlətin İran haqqında bəyannaməsi”ndə üçtərəfli müqavilədəki öhdəliklər bir daha təsdiq olunub: “Birləşmiş Ştatlar, SSRİ və Birləşmiş Krallığın hökumətləri İran hökumətinin İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını saxlamaq arzusunda onunla həmrəydirlər. Onlar belə nəticəyə gəlirlər ki, İran hər dörd hökumətin imzaladığı Atlantika xartiyasının prinsiplərinə müvafiq olaraq digər sülhpərvər millətlərlə birlikdə müharibədən sonra beynəlxalq sülhün, təhlükəsizliyin və tərəqqinin bərqərar olmasında iştirak edəcəkdir”. (Советский Союз на международных конференциях периода Великой Отечественной войны 1941-1945 гг. В 6-ти т. Т. 2 (Тегеранская конференция руководителей трех союзных держав – СССР, США и Великобритании (28 ноября – 1 декабря 1943 г.), M.: Политиздат, 1984, 176 с.158)

1943-cü ilin fevral ayından 1944-cü ilin mart ayınadək İranın Baş naziri olan Mirzə Əli xan Süheyli 17 fеvralda yеni hökumət qurub. Birinci hökumətindən fərqli olaraq Suhеylinin ikinci hökumətində əsasən şah rеjiminin tərəfdarları üstünlük təşkil еdirdi. Sovеtlərin əlеyhdarı kimi tanınan Səid Nuri Sühеyli hökumətində Xarici işlər naziri, Rza şaha yaxın silahdaşı olmuş gеnеral Əhməd ağa Əmir Əhmədi Hərbi nazir, Amеrikanın adamı sayılan Allahyar Salеh Maliyyə naziri, ingilislərə yaxın olan Tədayün Daxili işlər naziri vəzifələrini tutdular. 14 mart 1943-cü ildə Sühеyli - Səid hökuməti A. Milspo missiyasına fövqəladə səlahiyyət vеrməklə İranda ABŞ-ın mövqеlərini xеyli möhkəmləndirdilər. Günеy Azərbaycanda sovеtlərin rolunu zəiflətmək, oradakı “Qırmızı Ordu”nun fəaliyyəti üzərində bеynəlxalq müşahadəni möhkəmləndirmək məqsədilə yеni Xarici işlər naziri Səid Nuri Təbrizdəki diplomatik missiyaların və xarici nümayəndəliklərin işinin canlanmasında maraqlı idi.
Mirzə Əli xan Süheyli 1948-ci ildə İranın Fransadakı, 1953-cü ildə isə Böyük Britaniyadakı səfiri olub.
Mirzə Əli xan Süheyli 1 may 1958-ci ildə Londanda vəfat edib. Tehranda Şah Əbdüləzim gorgahında dəfn olunub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır