00:06 / 11-04-2025
Avropa İttifaqı və Çin ABŞ-yə qarşı birləşir
00:05 / 11-04-2025
UNEC-də 54 mühafizəçinin hər birinə günlük 100 manat veriləcək
23:36 / 10-04-2025
Mask Marsı işğal etməyə tələsir - Foto
20:14 / 10-04-2025
Rusiya-ABŞ danışıqlarının nəticələri açıqlanıb
20:08 / 10-04-2025
Bloger İmaməddin Əhlimanov istintaqa çağırılıb
19:51 / 10-04-2025
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
19:51 / 10-04-2025
Yeni rektor kollektivə təqdim edilib
19:47 / 10-04-2025
Çin mallarına rüsumlar 145 faizədək qaldırılıb
18:21 / 10-04-2025
Rusiya-Çin ittifaqı ABŞ üçün keçilməzdir
18:03 / 10-04-2025
Xızıda iritonnajlı yük maşınları toqquşub
17:59 / 10-04-2025
Əli Əsədov Moldova baş nazirinin müavini ilə müzakirə aparıb
17:34 / 10-04-2025
Gəncədə şagirdlər müəllimi döyüblər - Yenilənib
17:33 / 10-04-2025
Donald Tramp İlham Əliyevi təbrik edib
17:27 / 10-04-2025
Bakıda Heydər Əliyev prospektində ağır qəza baş verib
17:00 / 10-04-2025
İsrail Türkiyə ilə görüşün təşkilinə görə Azərbaycana təşəkkür edib
16:49 / 10-04-2025
Nazirlər Kabineti aviasiya ilə bağlı qərarlar verib
16:26 / 10-04-2025
Nardaranda bağ evlərindən oğurluq edənlər tutulub
16:04 / 10-04-2025
ABŞ-a qarşı tariflər 90 gün müddətinə dondurulur
16:03 / 10-04-2025
Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
15:11 / 10-04-2025
Penitensiar Xidmətdə ixtisar olacaq
14:55 / 10-04-2025
Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb - Yenilənib
14:32 / 10-04-2025
Daha bir erməni Bakıda hakim qarşısına çıxarılıb
14:05 / 10-04-2025
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - Fotolar
13:29 / 10-04-2025
Tokayev: Dünya ən ağır böhranlardan birinin astanasındadır
13:15 / 10-04-2025
Spiker: "Gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək..."
12:59 / 10-04-2025
Mərkəzi Bnak kiberdələduzluqla bağlı banklara göstəriş verib
12:50 / 10-04-2025
Hüquqşünas: “Konstitusiya Məhkəməsi “pensionerlər klubu”na çevrilir”
13:00 / 06-04-2025

16:02 / 07-04-2025

15:39 / 06-04-2025

19:08 / 06-04-2025

10:36 / 07-04-2025

15:10 / 07-04-2025

20:54 / 07-04-2025

15:45 / 08-04-2025

15:20 / 08-04-2025

09:21 / 07-04-2025

19:18 / 08-04-2025

Mirzə Məhəmməd Saidülvüzarə: mart qırğınlarının şahidi - Fotolar
Tarix: 22-04-2020 00:00 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Məhəmməd Said, (Saidülvüzarə) 28 aprel 1881-ci ildə Marağada, bəzi qaynaqlara görə isə Tiflisdə (Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1371/1994, s.8) anadan olmuşdu. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazı idi.(Mustafa Əlmövti, Baziqarani siyasi əz məşrutiyyət ta 1357, London, 1375 h.ş. 2c, s.21) Bəzi müəlliflərə görə ulu babaları Marağaya Heratdan gəlib. (Ervand Abrahamian. A History of Modern Iran. — Cambridge University Press, 2008. — P. 101) Atası və babası Azərbaycanın yüksək səviyyəli qazı və hakimlərindən idi.
Mirzə Məhəmməd Said 5 yaşından Tiflisdə Zaqafqaziya şeyxülislamlığının məktəbində oxumağa başlamışdı. (Abdullapur Əhməd, Nəxostvəzirani-İran, Tehran, "Elmi", 1390, s.197) Sonra gimnaziyada təhsilini davam etdirmişdi. İsveçrənin Lozann Universitetində ali təhsil almışdı.
Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdı. Mirzə Rza Hacı Mirzə Şeyx Həsən oğlu Ərfəüddövlənin (1853-1937) yardımı ilə Xarici İşlər vəzarətində işə düzəlmiş, Tiflis general konsulluğunda naibi-əvvəl vəzifəsində çalışmışdı. Sonra Ərdəbil şəhərində kargüzar kimi xidmət etmişdi. Sonra Bakıda konsul olmuşdu.

Mirzə Məhəmməd Said 1918-ci ildə erməni-müsəlman davasında fəal və çevik siyasət yürütmüşdü. Müsəlman əhalisini qəddar erməni qırğınlarından xilas etmişdi. (Mehdi Müctəhidi, Recalə Azərbaycan dər əsre məşruteyyət, Tehran, "Zərrin", 1379, s. 151)
Mirzə Məhəmməd Said Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdi. 1994-cü ildə Tehranda nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdi. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdı. M. S. Marağayi böyük çətinliklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə almışdı. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunması sonrakı aylarda da, Türk-Azərbaycan qoşunları şəhəri azad edənədək davam etmişdi.
1918-ci ilin əvvəlində yalnız Bakı və onun ətraf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iqtisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici diplomatlardan biri hesab olunurdu. O, rus, fransız, alman, ərəb və türk dillərini mükəmməl bilirdi. Yerli adamlarla öz dillərində danışır və çıxışlar edirdi.
Bakıda yaşayan İran vətəndaşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı sahələrinə nəzarət edən və şəhərdə öz kontorları, daşınmaz əmlakı, mağazaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayırdılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi həyatı keçirən “iranlılar” var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart hadisələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran konsulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni quldurlarından gizlənən yüzdən artıq İran vətəndaşının sığınacaq tapdığı İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçirilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə girov götürülmüşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə müraciətindən sonra girov iranlı vətəndaşları azad etmək mümkün olmuşdu və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun binasını tərk etməmək əmri verilmişdi. (Bayat Kave. Qafqaz üzərində fırtına. İranın müstəqilliyin ilk dövründə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə regional münasibətləri. 1917-1921, Tehran, 2001, s..39 (fars dilində)). Lakin bolşeviklərin xəbərdarlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Bakının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün həqiqətən çox səy göstərmişdi.(AR Pİİ SSA, f.277, siyahı 2, iş14, v.1-4.) Lakin, Said-əl Vəzarənin bolşeviklərlə danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşiliklərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə iranlı vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars dilində).)

Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəlmanların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətəndaşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, “müharibənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfərdən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (“Bahar” qəzeti, Хорасан, 1918, 21 aprel (fars dilində).) Lakin konsul Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya küçə və həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyri-iranlıların meyitlərini toplayaraq dəfn edilmişdi.” (Marağayi Said Məhəmməd. Siyasi xatirələr, s. 49.)
İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vüzarə Marağayi də, həmin günlərdə aralarında minlərlə İran vətəndaşlarının olduğu müsəlmanlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. (Marağayi Said Məhəmməd. Siyasi xatirələr....s.48.)
Mirzə Məhəmməd Said 1924-cü ildə Məmləkəti-Məhrusəyi-Qacariyyənin Osmanlı dövlətindəki səfarətinə müstəşar təyin olunmuşdu. Səfir Seyid Məhəmmədsadiq Təbatəbai səfarəti içini bütövlükdə onun öhdəsinə buraxmışdı.
Mirzə Məhəmməd Said 1932-1934-cü illərdə Qərbi Azərbaycan əyalətinin valisi olmuşdu. İran milli və senat parlementlərində Urmiyadan nümayəndə seçilmişdi. Mirzə Məhəmməd Said 1938-ci ildən İranın Rusiyadaki səfiri idi.
Mirzə Məhəmməd Said Əli Süheylinin baş nazirliyi dönəmində (9 mart 1942, 15 fevral 1943) İranın xarici işlər vəziri idi.

Məhəmməd Said Əli Süheylinin 1943-cü ildə kabinetinin süqutundan sonra baş nazir oldu. Said, Sovetin İranın şimalında neft konsessiya tələbin qəbul etməkdən imtinasından sonra, İran-Rusiya münasibətləri, Saidin hökuməti ərzində aşağı düşmüşdür. (Rubin, Barry (1980). Paved With Good Intentions. Oxford University Press, 25.) 1944-cü ildə baş nazir gözlənilmədən danışıqlarda sovet diplomatlarına qarşı sərt mövqe tutdu (Вышинский А. Я., Лозовский С. А. Советско-иранские договоры и соглашения // Дипломатический словарь. — М.: Государственное издательство политической литературы, 1948.). Bundan sonra Sergey Kavtaradze açıqca baş nazirə hücum etdi və onun istefasını tələb etdi. Sovet və Tudə mətbuatı Kavtaradzenin sözlərini əks etdilər. Sovetlər Tudə yoldaşlarını ruhlandırdılar ki, Saidin istefa verməyi üçün nümayiş etsinlər. Said 1944-cü ilin noyabrında istefa verdi. (Gholam Reza Afkhami. The Life and Times of the Shah. — University of California Press, 2008. - P. 88-89.)
Məhəmməd Said 1948-ci ilin noyabr ayında yenidən İranın baş naziri seçildi.
O, baş nazirliyi zamanı İranda Tudə Partiyasını qadağan etmişdi və Artur Millspo (Artur Millspaugh) onun rəhbərliyi altında yenidən Maliyyə naziri təyin edildi.
Bildirilir ki, o, hətta senatorluq zamanı da, ictimai nəqliyyatdan istifadə edirdi.
Məhəmməd Said 1973-cü ildə Tehranda vəfat edib (Peter Truhart. — Mörlenbach: Strauss Offserdruck, 2003. - Vol. 3. — P. 854-855.) və Behişti-Zəhra gorgahında dəfn edilib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır