14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

İmamqulu mirzə İmadəddövlə - dövlətin dayağı - Fotolar
Tarix: 06-05-2020 10:47 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Bizim tariximizin bir və böyük hissəsi Güney Azərbaycanla bağlıdır. Həmin tarixin ibrətamiz səhifələri sırasında Qacarlar heç şübhəsiz xüsusi yer tutur ki, bunun da bir sıra səbəbləri var. İlk olaraq onu qeyd etmək lazımdır ki, parakəndə xanlıqları bir bayraq altında məhz, Qacarlar birləşdirdilər.
Qacarlar sülaləsi, Qacar eli tarixə bir çox möhtərəm və mötəbər şəxs bəxş edib. Belə böyük tarixi simaların öyrənilməsinə müxtəlif cür - onun şəxsiyyət kimi və dövlət xadimi kimi öyrənilməsi baxımından, yaxud da siyasi lider kimi formalaşdığı və təşəkkül tapdığı mühitin son dərəcə dəqiq və hərtərəfli təhlili baxımından yanaşdıq. Belə simalardan biri…

İmamqulu mirzə İranda tanınmış Dövlətşahi ailəsinə bağlıdır. Bu ailə Qacar elinin Qovanlı oymağından çıxıb. Atası Məhəmmədəli mirzə (1788-1921) Qacarlar dövlətinin hökmüranı Fətəli şahın böyük oğlu idi. Qacarların ailə ənənəsinə görə taxt-taca böyük oğul deyil, anası kökcə Qacar elindən olan şahzadə yiyə dura bilərdi. Bu ənənəni Ağaməhəmməd şah qoymuşdu. Məhəmmədəli mirzənin anası Zibaçöhrə xanım gürcü qızı idi.
Məhəmmədəli mirzənin dördüncü оğlu İmamqulu mirzə 1814-cü ildə Kirmanşah şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl saray təhsili almışdı. İmadəddövlə ləqəbini daşıyırdı. Kirmanşahın valisi оlmuşdu.
İmamqulu mirzə Dövlətşahi Kirmanşahda məscid tikdirmişdi. Bu məscid sonralar “İmadəddövlə məscidi” adlanmışdı.
İmamqulu mirzə Dövlətşahi əmisi Hüseynəli mirzə Fərmanfərmanın tutulmasından sonra Kirmana hakim təyin edilmişdi. Anası Mehrəfruz xanım isə sarayda girov tutulmuşdu. Məhəmməd şahın 1848-ci ildə vəfatından sonra Mehrəfruz xanım saraydan qaçmış, özünü İmamqulu mirzənin mənzilinə yetirmişdi. İmamqulu mirzə Dövlətşahi Nasirəddin şaha məktub yazmış, əhvalatı ona bildirmişdi. Şah onu Tehrana dəvət etmişdi. Şahzadə Tehrana gəlmiş, Gülüstan sarayında şahənşahla görüşmüşdü. Nasirəddin şah ona İmadəddövlə ləqəbi vermiş və 1852-ci ildən Kirmanşaha vali təyin etmişdi.

İmamqulu mirzə İmadəddövlə 1858-ci ildə Xanlar mirzə Loristan valisi olarkən ingilislərə məğlub olduğundan şah onu Laristan və İsfəhana vali göndərmişdi. Nəhavəndin hakimliyini də ona tapşırmışdı.
Dehxuda öz “Lüğətnamə” kitabında yazır: “İmamqulu mirzə İmadəddövlə Qacarlar dövrünün tanınmış və fazil şəxsiyyətlərindəndir”.
Mirzə Məhəmmədhəsən xan Müqəddəmin “Əl-müasir və asar” əsərinin 187 səhifəsində yazılır ki, İmamqulu mirzə şərəfli alim, zəhmətkeş vali, ərdəmli, ərcümənd bir şahzadə idi.
İmamqulu mirzə İmadəddövlə 1874-cü ildə Nasirəddin şahı Avropa səfərində müşaiyət etmişdi.
İmamqulu mirzə İmadəddövlə 1874-cü ildə Qacarlar dövlətinin ədliyyə vəziri olmuşdu.
Oğlu Məhəmmədhüsеyn mirzə Bədiülmülk onun əyalətlərdəki mülkünü idarə və vəzifələrini icra edirdi.

İmamqulu mirzə İmadəddövlə xoşxətt xəttat idi və şeir yazırdı. Əbdülvahab Nişat İsfəhanidən şikəstə xəttini yazmağı öyrənmişdi. Şeirlərini fars və ərəb dillərində yazırdı. Bədii yaradıcılığını Beyza təxəllüsü ilə qələmə alırdı.
İmamqulu mirzə İmadəddövlə 1875-ci ildə vəfat еdib.
İmamqulu mirzənin Əliqulu mirzə, Məhəmmədhüsеyn mirzə, Ağacan Mürtəzaqulu mirzə, Cəlaləddin mirzə, Əmir Məcdəddin mirzə, Sultan İsmayıl mirzə, Sultan İbrahim mirzə, Məlik Qasım mirzə, Məlik İrəc mirzə, İshaq mirzə, Məhəmməd mirzə adlı оğulları, Sərvərüssəltənə xanım, İzzətülmələk xanım Əşrəfüssəltənə adlı qızları vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır