18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

Hacı Qulamrza xan Şahsevən: artileriya generalı - Foto
Tarix: 07-05-2020 12:52 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Hacı Qulamrza xan Şahsevən elinin İnanlı oymağına bağlıdır. Bu oymaq da Böyük Avşar boyuna aiddir. İnanlı oymağı XVI yüzildən sonra Güney Azərbaycanın Muğan bölgəsində məskunlaşmışdı. Zaman ərzində pireyvatlı, kəlaş, kоrabbaslı, keyikli, yurdçu, dursunxоcalı tayfalarına bölünmüşdü. Hacı Qulamrza xanın ata-babaları bu oymağa başçılıq etmişdilər.
Atası Hacı Hüseyn xan Nasirəddin şahın hakimiyyəti zamanı tоpxana rəisi оlmuşdu. Nizaməddövlə ləqəbini almışdı.
Nizaməddövlə Hüseyn xanın Qulamrza xan adlı оğlu vardı.
Qulamrza xan Hacı Hüseyn xan oğlu 1834-cü ildə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Daha sonra nizami mədrəsə deyilən hərbi məktəb bitirmişdi. Qacarlar ordusunda xidmət etməyə başlamışdı.
Qulamrza xan İnanlı-Şahsevən Nasirəddin şah Qacar hakimiyyətinin yüksək dərəcəli zabiti, general-mayоr Hacı Qulamrza xan da atası kimi gənclik illərindən tоpxanada xidmətə başlamışdı. 1869-cu ildən 1871-ci ilədək Kirman əyalətinin hakimi vəzifəsində çalışmışdı. Şeyx Məhəmməd Nazimülislam Kirmani yazır ki, Asəfəddövlə çox nizam-intizamlı, ehtiyatlı bir vali idi. Şəhərin taxıl və ərzaq tədarükünü əvvəldən görürdü. Əhalinin hər ehtiyacını ödəyirdi.
Qulamrza xan İnanlı-Şahsevən 1873-cü ildən Hüsaməssəltənə Sultan Murad mirzə Qovanlı-Qacarın canişini kimi Xorasan əyalətini idarə etmişdi. Sərhəng(polkovnik) rütbəsinə layiq görülmüşdü.
Qulamrza xan Şahsevən 1874-cü ildə atasının əvvəlki ləqəbi olan Şəhabülmülk ləqəbini almışdı.
Qulamrza xan Şahsevən 1875-ci ildə topxana (artileriya) rəisi təyin edilmişdi. 1876-cı ildə Kirmanşaha vali göndərilmişdi.
О, 1878-ci ildən 1879-cu ilədək Kürdüstan, Kirman və Mazandaran, 1880-ci ildən Bəlucistan, 1881-ci ildə Mazandaran hakimi təyin оlunmuşdu.

Qulamrza xan Şahsevən müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Qulamrza xan Şahsevən 1885-ci ildə artillerya generalı оlduğu halda hərbi nazir, Nasirəddin şahın оğlu Kamran mirzə tərəfindən alayı əlindən alındıqda bu ədalətsizliyə qarşı etiraz etmiş, üsyan əlaməti оlaraq bəstə əyləşmiş, nəhayət haqqı оna qaytarılmışdı.
Hacı Qulamrza xan Şahsevən 1890-cı ildən 1893-cü ilədək Ərəbistan və Xorasanın hakimi olmuşdu. Xorasanda çalışarkən Asəfəddövlə ləqəbini almışdı. Köhnə ləqəbi oğluna verilmişdi.
Hacı Qulamrza xan 1893-cü ildə əmisi oğlu ilə bərabər Şahsevən elinin elxanı vəzifəsini icra etmişdi.
Hacı Qulamrza xan Şahsevən 1900-cü ildə Müzəffərəddin şahı Avropa səfərində müşaiyət etmişdi. Həmin il də Tehranın hakimi təyin olunmuşdu. 1904-cü ilədək bu vəzifədə çalışmışdı. Sonra Fars və Xorasan əyalətlərinə vali göndərilmişdi.
Hacı Qulamrza xan Şahsevən 1907-ci ildə Xorasanın hakimi idi. O, dəfələrlə türkmənlərin hücumunu dəf etmişdi. Məşhəddə üsyan baş vermiş, o müqəddəs hərəmdə bəstə əyləşmişdi.
Hacı Qulamrza xan Şahsevən Milli Məclisə üzv seçilmişdi. Sonra Daxili işlər nazirliyinə göndərilmişdi. Bir müddət də burda çalışmışdı.
Hacı Qulamrza xan Şahsevən 1918-ci ildə vəfat edib.
Qacarlar dövrünün görkəmli hərbi və mülki xadimlərindən olan Hacı Qulamrza xan Şahsevənin həyatı öyrənilməyə dəyər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır