11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
11:00 / 16-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Yenilənib
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
10:04 / 16-09-2025
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
09:49 / 16-09-2025
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
09:45 / 16-09-2025
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
09:40 / 16-09-2025
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
09:29 / 16-09-2025
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
09:20 / 16-09-2025
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
09:07 / 16-09-2025
Okeanlarda 14 min ton qızıl var
08:18 / 16-09-2025
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
08:12 / 16-09-2025
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
08:06 / 16-09-2025
Dini liderlər Astanada toplaşıb
08:02 / 16-09-2025
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
07:55 / 16-09-2025
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

14:21 / 11-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Mirzə Əliqulu xan Ənsari və ilk Azərbaycan Respublikası - Fotolar
Tarix: 14-05-2020 16:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu 1875-ci ildə Sərab vilayətinin Gərmərud mahalının İşlıq kəndində anadan olmuşdu. Kökcə ənsarilər soyuna bağlıdır. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməməlik ləqəbini daşıyırdı.
Mirzə Əliqulu xan Ənsari İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı. Nasirəddin şah Qacarın ölüm xəbərini imperatora çatdırmışdı. Məşrutə inqilabından sonra İstanbula göndərilmişdi. Bir müddətdən sonra Tehrana dönmüş, Xarici işlər vəzarətinin şöbə müdiri olmuşdu. 1913-cü ildə Əhməd şah Qacarın əmri ilə Xarici İşlər Nazirliyində yenidənqurma işləri aparmışdı.

Mirzə Əliqulu xan Ənsari 1915-ci ildə İranın Xarici işlər naziri olmuşdu. Sonra Qacarlar məmləkətinin Osmanlı dövlətində səlahiyyətli səfiri vəzifəsini icra etmişdi.
Mirzə Əliqulu xan Ənsari 1918-ci ildən 1919-cu ilədək ikinci dəfə İranın Xarici işlər naziri olmuşdu. O, 1919-cu ildən 1924-cü ilədək İranın SSRİ-də səlahiyyətli səfiri vəzifəsində çalışmışdı. Onun gördüyü böyük işlərdən biri də 1921-ci ildə İranla SSRİ arasında bağladığı müqavilədir.
Mirzə Əliqulu xan Ənsari 1924-cü ildən 1926-cı ilədək üçüncü dəfə İranın Xarici işlər naziri olmuşdu. 1926-cı ildən 1928-ci ilədək yenidən İranın SSRİ-də səfiri vəzifəsində çalışmışdı. 1928-ci ildən 1930-cu ilədək İranın İngiltərədə səfiri vəzifəsində işləmişdi. 1931-ci ildə Tehrana dönərək təqaüdə çıxmışdı.
Mirzə Əliqulu xan Ənsari 1938-ci ildə vəfat etdi.
***

Ölkəmizin “Azərbaycan Respublikası” adlanmasına qarşı kim birinci etiraz etmişdi? Bu etiraz birinci olaraq İrandan gəldi. İranda Azərbaycan əyalətinin olduğunu əsas gətirərək, bu ölkənin Xarici İşlər Nazirliyi və rəsmi dairələri ehtiyat edirdilər ki, Osmanlı imperiyasının müdafiə etdiyi Azərbaycan hökuməti “pantürkist ideyaların təsiri altında” hər iki Azərbaycanı “Azərbaycan Respublikası” adı altında birləşdirsin. Ona görə də İran tərəfi belə bir açıqlama verdi ki, “biz Azərbaycan Cümhuriyyəti adında dövlət tanımırıq” və onlar təkid edirdilər ki, yeni yaranan Azərbaycan dövləti ya, özünü Şimali Azərbaycan, ya da, Qafqaz Azərbaycanı adlandırsın. Paris konfransında yeni yaranmış dövlətlərin məsələsinin müzakirə ediləcəyini düşünən İranın Xarici işlər naziri Mirzə Əliqulu xan Ənsari (Müşavir əl-Məmalek), hətta, 1918-ci ilin axırlarında Fransaya yola düşərkən bu məsələni aydınlaşdırmaq üçün yolunu Bakıdan saldı və Azərbaycan rəsmiləri ilə bu mövzuda müzakirələr apardı. Sonra bu müzakirələr Əli Mərdan bəy ilə Əliqulu xan arasında İstanbulda davam etdirildi. Həm Bakı, həm də, İstanbul danışıqlarında Azərbaycan tərəfi “Azərbaycan Cümhuriyyəti” adı altında müstəqil dövlətin yaradılmasının doğru olduğunu tarixə söykənərək əsaslandırdılar. Lakin İran tərəfi öz iddialarında davam etdi və 1920-ci ilin mart ayında Azərbaycan dövlətinin de-yure tanınması haqqında, habelə, siyasi, iqtisadi, diplomatik münasibətləri özündə əks etdirən daha 7 müqavilə imzalanarkən İran tərəfi təkid etdi ki, müqavilənin altında “Azərbaycan Respublikası” deyil, “Qafqaz Azərbaycanı Respublikası” yazılsın. (Cəmil Həsənli, “Azərbaycan Respublikası”na kim etiraz etmişdi? https://www.azadliq.info/13255.html)
1919-cu ilin yanvar ayında Əlimərdan bəy Topçubaşovun İranın Xarici işlər naziri ilə keçirdiyi görüşün mühüm əhəmiyyəti oldu. 1919-cu ilin yanvar ayının 9-da o, İranın Xarici işlər naziri Müşavirülməmalik Əliqulu xan Ənsari ilə danışıqlar apardı.
Əvvəllər qeyd olunduğu kimi, İranın Azərbaycan Respublikasının yaranmasına münasibəti о qədər də müsbət deyildi. İstanbuldakı yanvar danışıqları zamanı İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu.

İranın Xarici işlər naziri ilə görüş barəsində Ə. M. Topçubaşov Azərbaycan Nazirlər Şurasının sədrinə yazırdı: "İranın nümayəndə heyəti, о cümlədən Xarici işlər naziri Müşavirülməmaliklə görüş məsələsinin müsbət həlli xəbərini alanda bir qədər tərəddüd etdim. Salonda /diplomatik nümayəndələrin toplandığı Pera Palas mehmanxanasının salonu nəzərdə tutulur - Ə.Ç./ özlərini hamıdan təcrid etmələri, mənim göndərdiyim M. Mirzəyevə verilən cavab /nazirin hüquqşünaslıq məktəbində təhsil alan oğlunun Mirzəyevə dediyi "biz türkcə danışmırıq" sözləri/, İran hökumətindən ümumi narazılıq, eləcə də İranın diplomatik nümayəndəsi ilə olan söhbətim, bütün bunlar mənə bir qədər xoşagəlməz anlaşılmazlıq xofu aşılayaraq yolumu kəsirdi... Təsadüfən üçüncü gün İran nazirinin yanına getməyə hazırlaşan təbrizli Seyid Həsən söz verdi ki, elə həmin gün mənə bir cavab deyəcək, amma vədinə xilaf çıxdı. Bununla belə, mən bu münasibəti qeyri-normal hesab etdiyimdən bu gün başına qabaqcadan Qafqazlı papağı geydirdiyim katibim Rəhim bəylə öz tanınma kartımı İranın Xarici işlər nazirinə göndərdim. Rəhim bəy çox tezliklə qayıdıb gəldi və bildirdi ki, Müşavirülməmalik yanına gəlməyimi xahiş edir. Dərhal durub getdim və əslən, deyəsən, İran Azərbaycanından olan şair Hüseyn Daneş bəyi də onun yanında gördüm. Nazir məni çox mehriban qarşıladı... Özümü təqdim eləyib qurtarmağa macal tapmamış o, bütün çöhrəsi ilə gülümsünərək dedi: axı biz, sizinlə köhnə tanışlarıq, keçmiş diplomatik nümayəndə Müşavirülməməliklə birlikdə Bakıda, sizin evinizdə qonağınız olmuşuq. О zaman sizin evinizə yığışan müsəlman ziyalılarının ürəkaçan mühiti indi də mənim yadımdadır". (Azərbaycan Respublikasının Sülh nümayəndəliyinin başçısı Ə. M. Topçubaşovun İranın Xarici işlər naziri Əliqulu xan Ənsari ilə söhbəti. 09.01.1919.// ARDA, f.894, s.10. i.151, v.50-51)
İranın Azərbaycana iddiasının əsassızlığı ilə bağlı hələ İstanbula gələrkən Bakıda iki gün qalmış İran Xarici işlər naziri ilə Nəsib bəy Usubbəyov, Əhməd bəy Ağayev arasında ciddi mübahisələr olmuşdu. Əliqulu xan belə hesab edirdi ki, guya Azərbaycan İran şahlarının hakimiyyətinə tabe olmuşdur. Əhməd bəy Ağayev isə tarixi dəlillərlə Azərbaycan xanlıqlarının yüz illərlə müstəqil yaşadığını sübut etmişdi. Azərbaycan hökumətinə belə bir məlumat daxil olmuşdu ki, İran hökuməti Sülh konqresi üçün hazırladığı proqramın 8-ci bəndində Gülüstan müqaviləsinə qədərki sərhədlərin bərpa edilməsi tələbini irəli sürmüşdür. Bunu dəqiqləşdirmək məqsədi ilə Xarici işlər naziri Xoyski İranın Bakıdakı konsuluna məktubla müraciət edib belə bir tələb olub-olmadığını soruşmuşdu. Bununla bağlı Fətəli xan yazmışdı ki, əgər belə bir tələb yoxsa, onda konsul bunu qəzet vasitəsi ilə təkzib etsin. Azərbaycan Xarici İşlər Nazirliyinin məktubu haqqında konsul yolüstü Bakıda olan Əliqulu xan Ənsariyə хəbər verdikdə İran Xarici işlər naziri belə bir tələbin olmadığını bildirmiş və konsula göstəriş vermişdi ki, bunu təkzib etsin. (Yenə orada, v.59.) Lakin sonralar aydın oldu ki, belə bir tələb İranın Paris Sülh konfransına təqdim etdiyi memorandumda vardır. Danışıqlar zamanı Ə. M. Topçubaşov İran hökumətinin Azərbaycana münasibətinin yaxşı olmamasının əsassız olduğunu bildirdi. О qeyd edirdi ki, "bizim istiqlaliyyətimiz, təkcə özümüz üçün deyil, İrana da fayda gətirəcək, xüsusən də məhz indiki vaxtda. Buna görə də güman edirəm ki, Sülh konqresində sizin nümayəndə heyətiniz, xüsusilə də siz özünüz bizim istiqlaliyyətimizə tərəfdar çıxacaqsınız". İranın Xarici işlər naziri Azərbaycanın istiqlaliyyətinə tərəfdar olduğunu və bu işdə ona yardım edəcəyinə vəd verdi. Hətta o, Əli Mərdan bəyə bildirdi ki, "siz, təkcə Qafqazda deyil, bizdə də məşhur adamsınız. Yadınızdadırmı, İran hökuməti məhkəmənin işinin təşkili üçün sizi Tehrana dəvət etmişdi. Siz həmişə müsəlmanların mənafeyini müdafiə edirdiniz və mən də müsəlmanların mənafeyi naminə sizi əmin etmək istəyirəm ki, biz iranlılar sizin Azərbaycana ürəkdən səadət arzulayırıq və onun istiqlaliyyətinə sizinlə birlikdə şad olacağıq." (Yenə orada, v.51.) Yanvar ayının 11-də və 15-də Əli Mərdan bəy İranın Xarici işlər naziri ilə daha iki görüş keçirdi. Əliqulu xan bir daha Qafqaz respublikalarının, ilk növbədə isə Azərbaycanın İran tərəfindən tanındığını və bu respublikaların İran üçün gələcək Rusiya əleyhinə müəyyən təminatlar verə biləcəyini söylədi. Azərbaycanın dövlət başçısı bu sözlərdən məmnun olduğunu bildirərək əlavə etdi ki, bir qədər əvvəl İran nümayəndəsi Azərbaycan dövlətinin İran Azərbaycanını İrandan qoparmaq istəyən türklərin diktəsi ilə yarandığını bildirmişdi. Əliqulu xan bu anlaşılmazlığın "Azərbaycan" adı ilə bağlı olduğunu bildirərək dedi: "Mənim fikrimcə, bu məsələdə sizin tərəfinizdən səhvə yol verilib. Axı indiyə qədər mərkəzi Təbriz olmaqla bizim ərazilər Azərbaycan adlanıb. Ancaq məsələ bunda deyil. Bəs siz öz müstəqilliyinizi necə saxlayacaqsınız? Axı sizin qonşularınız olan ermənilər və gürcülər sizə düşmən kimi baxır. Antantaçılar da çətin ki, Türkiyəyə görə sizə rəğbət bəsləsinlər." Əliqulu xan gürcü və xüsusilə ermənilərlə birgə konfederasiya yaradılmasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirdi və dedi ki, ümumiyyətlə, ermənilərlə yola getmək sizin üçün çətin olacaq. İndi onların güclü müdafiəsi var və sizinlə federasiya yaratmağa razı olmayacaqlar, indi onlar öz çarlıqlarını bərpa etməyə can atırlar. Əli Mərdan bəу bildirdi ki, onlar can ata bilərlər, lakin çətin ki, bu onlara nəsib olsun. Söhbət zamanı İran Xarici işlər naziri "tarixi hüquqlara" istinadən ölkəsinin də Azərbaycana iddialı olduğuna eyham vurdu. Ə. M. Topçubaşov bu halda İranın "tarixi hüquqlarına" qarşı daha əsaslı xarakter daşıyan digər tarixi hüquqların ortaya qoyulacağını bildirdi. Danışıqların sonunda İran naziri bəzi həqiqətləri dilə gətirməli oldu. О dedi: "İndi gərək siz və biz zamanın ağırlığını unutmayaq, xüsusilə biz müsəlmanlar gərək bir yerdə olaq. Doğrudanmı, hələ indi də biz anlamayacağıq ki, bütün zərbələr bizə dəyəcək”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır