21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - (Yenilənib)
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:55 / 11-07-2025
Putin uzunmüddətli müharibəyə hazırlaşır
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

11:01 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

00:11 / 11-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Qulaməli Üveysi: Qaraqoyunlu Qara Yusifin törəməsi - Fotolar
Tarix: 21-05-2020 17:35 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan xalqı ziddiyyətli, çoxəsrlik inkişaf yolu keçmiş və bəşər mədəniyyəti sistemində, insanlıq tarixində mühüm mövqe qazanmışdır. Bu obyektiv tarixi həqiqəti bir sıra qədim mötəbər mənbələr, aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir. Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də qaraqoyunlulardır.
Qulaməli Üveysinin şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Bilgilərə görə təqribən otuz min çadırdan ibarət olan qaraqoyunlular, Cingiz xanın yürüşü zamanında, Törə bəy idarəsində, Türkistandan Mavəraünnəhirə, oradan da İran yoluyla Azərbaycana, Şərqi Anadoluya köç etmişdilər. Törə bəy Qara Yusifun yedinci babası olub, Oğuz xanın törəmələrindəndir.

Faruq Sümer Qaraqoyunluların Oğuzları təşkil edən 24 boydan birinə aid olduqlarını düşünməkdə, amma bunlardan hansına aid olduqlarının bilinmediyini qeyd etməkdədir. Ona görə Qaraqoyunlular İğdır, Büğdüz, Kınık və ya Həmədan bölgəsində yaşayan Yiva boyundan ola bilirlər. (Faruk Sümer, Kara Koyunlular: Başlangıcından Cahan-Şaha Qədər, I. Cilt, TTK Basımevi, 1967).
Qaraqoyunlular dövləti dağıldıqdan sonra tayfa birliyinə daxil olan oymaqların bəziləri Hindistana mühacirət etdi, bəziləri isə sonralar Türkman adı altında Qızılbaşların tərkibinə daxil oldular. Türkmanların bir qismi Savə və Qum ətrafında məskunlaşmışdı.
Qulaməli Qulamrza oğlu Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Hərbi məktəbi leytenent rütbəsi ilə başa vurmuşdu. ABŞ-da, Fort Livenvort hərbi kollecində ixtisasını artırmışdı. Məhəmmədrza şah Pəhləvi ilə qrup yoldaşı idi. Dostluq qurmuş, get-gedə mehribanlaşmışdılar.

Qulaməli Üveysi 1939-cu ildə Fars əyalətinin hərbi birləşmələrinin rəisi idi.
Qulaməli Üveysi 1940-cı ildə Fars əyalətinin general-qubernatoru vəzifəsində xidmət etmişdi. Sonra Tehran şəhərinin hərbi qarnizonunda xidmətini davam etdirmişdi.
Qulaməli Üveysi 1954-cü ildə elitar təbəqənin xidmət etdiyi şah qvardiyasına dəyişilmişdi. Burda olarkən sərhəng (polkovnik) rütbəsi daşıyırdı. 1960-cı ildə general rütbəsi ilə qvardiyaya rəis təyin olundu. O, İranın ən gənc generalı idi.
Qulaməli Üveysi 1965-1972-ci illərdə İran jandarmeriyasının rəisi vəzifəsində xidmət etmişdi. Sərhədçilərə, yol polisinə rəhbərlik, qorxulu cinayətkarların yaxalanması, narkoticarətə nəzarət onun xidmətinə daxil idi.

Qulaməli Üveysi 1972-ci ildə İranın Quru qoşunlarının komandanı təyin edildi.
Qulaməli Üveysi Tehranda antişah nümayişləri başlananda etibarlı şəxs kimi paytaxta komendant təyin edilmişdi. Dəfələrlə nümayişçiləri silahla dağıtmışdı. 8 sentyabr 1978-ci ildə baş verən “Qara cümə” qanlı qırğınından sonra “Tehran qəssabı” ayamasını almışdı. (Daṿid Menashri. "Iran: A Decade of War and Revolution". (1990), p. 142.) O, and içmişdi ki, islamçı gənclərin sərbazlara atəşindən sonra, əsgərlər də atəş açmağa məcbur olmuşdular. (Manouchehr Ganji. Defying the Iranian Revolution: From a Minister to the Shah to a Leader of Resistance / Praeger, 2003.)
Şah general Qulaməli Üveysini hərbiçilərin arzusu ilə İranın Baş naziri vəzifəsinə gətirmək istəyirdi. (Vladimir Kuzichkin. "Inside the KGB: my life in Soviet espionage". Ivy Books, (1992), p. 248.) Şahbanu Fərəh Diba bu təyinata qarşı çıxmışdı. Onun əvəzinə digər hərbçi Qulamhüseyn Əzhəri Baş nazir təyin edildi. Qulaməli Üveysi isə onun kabinəsində 5 dekabr 1978-ci ilə qədər İranın Əmək naziri olmuşdu.

Qulaməli Üveysi 1979-cu ildə Fransaya mühacirət etdi. 6 yanvar 1979-cu ildə “Ettelat” qəzeti xəbər vermişdi ki, Qulaməli Üveysi müalicə üçün Parisə uçmuşdur. Baş nazir postuna irəli sürülən Şapur Bəxtiyar təklif etmişdi ki, əhalinin hirsini yatırmaq üçün general Üveysi İrandan çıxmalıdır. Onun adı bir çox qanlı əməllərdə hallanır. (Резников А.Б. «Иран — падение шахского режима». Изд-во полит. лит-ры, (1983), стр. 32.) Üveysi Baş nazir Qulamhüseyn Əzhəri ilə İrandan çıxdı. (Daṿid Menashri. «Iran: A Decade of War and Revolution». (1990), p. 142.)
Qulaməli Üveysini Tehran komendantlığında general Mehdi Rəhimi, quru qoşunların komandanlığında general Əbdüləli Badreyi əvəz etmişdi. (Резников А.Б. «Иран — падение шахского режима». Изд-во полит. лит-ры, (1983), стр. 32.) Üveysi onları ciddi şəxsiyyət kimi qəbul etmirdi. Baş nazir Şapur Bəxtiyarı isə “Mülki boşboğaz” adlandırırdı.
Qulaməli Üveysi Fransada da öz siyasətini yeridirdi. Cimmi Karterin ətrafını inandırmağa çalışırdı ki, Şapur Bəxtiyarın əvəzinə hərbiçiləri dəstəkləsinlər. Əks təqdirdə kommunistlər hakimiyyətə gələcəklər. (Владимир Виноградов. Наш Ближний Восток — Записки советского посла в Египте и Иране / Алгоритм, 2016.)
1979-cu ildə İranda İslam inqilabı qalib gəldi. Hərbi tribuna və baş prokuror Xalxali general Qulaməli Üveysini qiyabi ölümə məhkum etdi.
Parisdə məskunlaşan Qulaməli Üveysi anti-Xomeyni qüvvələrin lideri idi. Mütəmadi olaraq şahzadə Əşrəf Pəhləvi, general Bəhram Aryana (1906-1985) və şahçı təşkilat olan “Azedaqan”la əlaqə saxlayırdı. Siyasi mühacirləri təşkilatlandırırdı. Hərbi mühacirlərdən ibarət İran Azadlıq ordusu yaratmışdı. Baş nazir olmuş Əli Əmininin yaratdığı İran Azadlıq Cəbhəsinin fəal üzvü idi. Maddi dəstəyi şah ailəsindən alırdı. Yaxın gələcəkdə İranda hərbi çeviriliş hazırlayırdı. Əlinin altında 10 min nəfərlik hərbçi vardı. Himayə etdiyi və İraqdan yayımlanan “İranın Azad səsi” radiosunda bu haqda təbliğat aparırdı. Hətta İran-Türkiyə sərhəddində hərbi təlimlərə başlamışdı. (Cyrus Kadivar. «Dialogue of Murder: A cautionary tale that must not be forgotten», THE IRANIAN, (January 26, 2003). Ayətulla Məhəmmədkazım Şəriətmədari (1905-1986) ona bu işdə xeyir-dua vermişdi. 1980-ci ildə baş verən “Noje qiyamı”nda əli vardı. Qiyamın rəhbəri Məhəmmədbakir Bəni-Əmiri jandarmeriyada onun rəhbərliyində xidmət etmişdi.

Qulaməli Üveysi Misirin prezidenti Ənvər Sadat, İraqın prezidenti Səddam Hüseynlə danışıqlar aparırdı. ABŞ-ın dövlət katibi Aleksandr Heyqlə sövdələşmələrə girişmişdi. Bir çox müəlliflərə görə general Üveysi MKİ ilə də bəzi razılaşmalar əldə etmişdi. (Amir Taheri. "Nest of Spies: America's Journey to Disaster in Iran". Hutchinson, (1988), p. 138.) 1982-ci ildə ABŞ-da olarkən çevrilişin vaxtını və detallarını dəqiqləşdirmişdi. (Mansur Rafizadeh. "Witness: From the Shah to the Secret Arms Deal : an Insider's Account of U.S. Involvement in Iran". W. Morrow, (1987), p. 356.) Artıq İnqilab komitəsi Qulaməli Üveysini real hədə kimi qiymətləndirirdi. Ona kəsilən ölüm hökmünü reallaşdırmaq göstərişi verildi.
Qulaməli Üveysi və qardaşı Qulamhüseyn 7 fevral 1984-cü ildə Parisdə terror məruz qaldı. Hər ikisinin başına yaxından atəş açılmışdı. (The Washington Post (February 9, 1984); "Emirates' Ambassador To France Assassinated".)
Qulaməli Üveysi Şərafət xanım Bəniadəmlə ailə qurmuşdu.
Pəhləvilər dövründə SAVAK-ın rəisi olmuş, Məhəmmədrza şahla hərbi məktəbdə oxuyan, sonra inqilabçıları dəstəkləyən və onlara xidmət edən, milliyətcə Azərbaycan türkü olan, general-leytenant Hüseyn Fərdust (1917-1987) general-mayor Qulaməli Üveysinin xidməti karyerasını belə xarakterizə edir: “O, narkobiznesə qurşanmışdı. Şahın qızğın tərəfdarı idi. Ağ inqilabı dəstəkləyirdi. Antikommunist və antiislamist mövqedə idi. 1963-cü ildə Seyid Ruhulla Xomeyninin tərəfdarlarının başlatldığı nümayişi paraşütçü-qvardiyaçılar məhz Qulaməli Üveysinin əmri ilə gülləbarana tutmuşdular. O, dini dövlətin qəti əleyhidarı idi. Tudənin tərəfdarlarını izləyir, bu təşkilata rəğbəti olan zabitləri ordudan təmizləyirdi”. Khaterat-e Arteshbod-e Baznesheshteh Hossein Fardoust (General Hüseyn Fərdustun xatirələri)
Azərbaycan oxucusunun ixtiyarına verilən bu hərbçi arxivimizdəki tarixi şəxsiyyətlərdən yalnız birdir. Birər-birər tanış olacaqsınız. Tarix öyrədir ki, iz qoymuşları unutmaq olmaz.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır