20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Məhəmməd xan Dərgahi: qurama və qəsd ustası - Fotolar
Tarix: 06-06-2020 17:43 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İran tarixində yeni polis təşkilatının yaranmasında, bu sahədə maraqlı səhifə açılmasında Məhəmməd xan Dərgahinin rolu böyükdür. Onun çiyninə aldığı tarixi missiyanın heyrət doguracaq dərəcədə mürəkkəb və möhtəşəmliyini qeyd etməmək mümkün deyil. Qacarlar dövlətində hüquq-mühafizə orqanlarının yaranması sahəsində onun fəaliyyətini işıqlandırmaq məqsədi ilə gerçək tarixə müraciət etməyi daha məqsədəuyğun sayaraq İran İslam Respublikasına yollandım. Ərdəbil, Təbriz, Urmiya və Zəncanda oldum. Sonra Tehran şəhərinə baş çəkdim. Qaneedici material toplayandan sonra yazımı qələmə aldım.
Məhəmməd xan Dərgahi 1899-cu ildə Zəncan şəhərində anadan olmuşdu. Tehran Elmiyyə mədrəsəsində orta təhsil almışdı. (M. Hedayət, Xaṭerət və ḵaṭarət, 2 –ci çap, Tehran, 1344 ş./1965, s. 386; A. Müdərrisi, Ketab-e Modarres, I, Tehran, 1366 ş./1987, s. 109) Jandarmeriya məktəbini bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi ilə Qum şəhər polisinin rəisi təyin edilmişdi. 1921-ci ildə hökumət çevirilişindən sonra Baş nazir Seyid Ziyaəddin Təbatəbai tərəfindən Qum vilayətinə hakim vəzifəsinə gətirildi. (Pərviz Əfsər, Tarix-e jandarmeri-e İran, Tehran, 1332 ş./1953, s. 273) Jandarmeriya Kazak diviziyası ilə birləşdirildikdən sonra sərhəng (polkovnik) rütbəsi aldı və hərbi polisdə xidmət etməyə başladı. Bu rütbəni daşıyarkən Qalabəyi zindanı komendantının müavini olmuşdu. O, ciddi olmaqla yanaşı vəzipərəst, məqamsevər bir şəxsiyyət idi. Rza xan onun bu kimi xasiyyətlərindən istifadə etmişdi.

Məhəmməd xan Dərgahi 1922-ci ildə sərhəng (polkovnik) rütbəsi ilə Qalabəyi zindanı komendantı, rəisi olmuşdu.
Məhəmməd xan Dərgahi sonra polis idarəsinə başçılıq etmişdi. 1923-cü ildə isveçli general Johan Karl Qustav Vestdahlın yerinə təyin edilmişdi. O, isveçliləri birər-birər polis idarəsindən təmizlədi. Onları işdən kənarlaşdırmaq üçün hər bəhanəyə əl atırdı. (M.-T. Bahar, Tarix-e müxtəṣər-e əḥzab-e siyasi I, Tehran, 1323 ş./1944, s. 286)
Məhəmməd xan Dərgahi rəisliyi dönəmdə nəinki Tehranda, bütün Qacarlar məmləkətində polis təşkilatının aparıcı şəxsləri Rza xanın adamları oldu. O, Sərdari Sipəhin göstərişləri ilə hərəkət edir, onun müxaliflərini sıradan çıxarır, hər yolla ələ keçirirdi. Bu istiqamətdə hər şiddət, təzyiq, amansız rəftardan istifadə edirdi. Artıq Rza xanın taxt-taca yolu hazır idi.
Məhəmməd xan Dərgahi 1928-ci ildə sərtib (briqadir) rütbəsinə layiq görüldü. Qacarların qəsrini zindana çevirdi. Zindanın yenidənqurulmasını mühəndis Markova tapşırmışdı. Bu zindan tarixdə “Qəsri-Qacar” kimi tanınır.
Məhəmməd Dərgahi bir çox qəsd və quramaların müəllifidi. ABŞ-ın İrandakı vitse-konsulu Robert İmbrienin (1924), şair Mirzadə Eşqinin (1924), jurnalist Vaiz Qəzvinin (1924), müctəhid Seyid Həsən Müdərrisin (1926) ölümlərində birbaşa onun əli var.
Məhəmməd xan Dərgahinin məşhur quramalarından biri “Terrorçu Yusif Aşurovun işi”dir. Milliyətcə erməni olan Yusif Aşurov guya Rza şaha sui-qəsd hazırlayırmış. Seyid Cəfər Pişəvəri yazır:
“Generаl-mаyor Dərgаhinin bu məsələ hаqqındа qаlın məhkəmə işi düzəltməsi və onа bir çox bəzək-düzək verməsinə bаxmаyаrаq, Yusifin dediyindən görünürdü ki, bu iş lаp bаşlаnğıcdаn etibаrən oyunbаzlıq olmuşdur. Şаhın özü həmin məsələnin bütun cüziyyаtındаn xəbərdаr imiş. Kim bilir, bəlkə də qаtillər komitəsinin bаşındа şəxsən şаh özü dururmuş. Yusif deyirdi: «Şаhın məclisə gələcəyi gün bizim üçün son və ən qəti əməl mərhələsi günü hesаb edilirdi. Şаhın gələcəyi vаxtdаn əvvəl biz əlverişli bir yerə toplаnıb fürsət gözləyirdik. Qаçmаq, gizlənmək və özümüzu nə vаsitə ilə xilаs etmək yollаrını dа hаzırlаmışdıq... Yenə də deyirdilər ki, o, məclisə tək gələcəkdir. Təsаdüfən düz müəyyən olunmuş vаxtdа gəlib çıxdı. Belə işlərdə çoxlu təcrübə və cəsаrətə mаlik olduğumа bаxmаyаrаq neçə sаniyə tərəddüd etdim. Bütün əzələlərim şiddətlə titrəməyə bаşlаdı. İşin əhəmiyyətini nəzərə аlаrаq dərhаl özümü ələ аlıb tаpаnçаnın dəstəsini əlimdə möhkəm tutdum. Böyük əzmlə bir neçə аddım irəli getdim. Firuz isə əslа tərəddüd etmirdi. Bu növ işlər onun üçün bir oyuncаq kimi idi. O, həmişə özü ilə “Mаvzer” mаrkаlı tаpаnçа gəzdirərdi. İşi bаşа çаtdırsаydıq o, həmin silаhın köməyi ilə, minlərlə silаhlı əskərin mühаsirəsindən çıxıb öz cаnını xilas edə bilərdi. Bu zаmаn Əkbərov və Əli Burucerdi də yаrdım üçün bаşqа bir yerdə fürsət gözləyirdilər...». (Seyid Cəfər Pişəvəri, Seçilmiş əsərləri, B., 1984, 430 səh. S. 186) Yusif Yefrem xanın mücahidlərindən biri idi və türklərin başına çox iş açmışdı.

1828-ci ildə Məhəmməd xan Dərgahi Mahmud xan Poladenin və dəstəsinin güllələnməsinə başçılıq etmişdi. Seyid Cəfər Pişəvəri yazır:
“Bəziləri rəhmətlik Fulаdini qorxаqlıqdа ittihаm edib deyirdilər ki, o, şаhlа üz-üzə gəldiyi vаxt onu öldürsəydi ölkəni xilas edə bilərdi. Şübhəsiz ki, bu müddəа əsаssız ittihаm və boş bir fikirdən bаşqа bir şey deyil. O dəqiqədə Fulаdi heç bir iş görə bilməzdi. Əmir Münzəmin və sаirlərinin qаbаqcаdаn gördükləri tədbirlər nəticəsində generаl-mаyor Dərgаhinin hər şeydən xəbəri vаr idi. Şаhlа görüş vаxtındаn qаbаq o, zəminəni elə hаzırlаmışdı ki, Fulаdi yerindən belə tərpənə bilməzdi. Bundаn əlаvə, şаh Fulаdini qаbаqlаyаrаq silаhını onun sinəsinə tuşlаmışdı. Fulаdi bilirdi ki, sаrаydа yаlnız bir nəfər dost və həmkаrı vаrdır. Onun dа vəzifə bаşındа olub-olmаdığı məlum deyildi. Bütün bunlаrdаn əlаvə, şаhın gəlməsi onun üçün gözlənilməz bir hаdisə idi. Belə bir аndа аdаm nə qədər rəşаdətli olsа dа, fikrini dərhal cəmləşdirə bilməz. Deyildiyinə görə, аli rütbəli ordu zаbitlərinin bir çoxu Fulаdinin edаm olunmаsı və onun dostlаrının məhkum edilməsinə müxаlif idilər. Bunа görə də məhkəmə dəfələrlə təkrаr olunmuşdu. Deyildiyinə görə, birinci məhkəmədə Fulаdi və dostlаrınа bərаət qаzаndırmışdılаr”. (Seyid Cəfər Pişəvəri, Seçilmiş əsərləri, B., 1984, 430 səh. S.170)
1929-cu ildə Məhəmməd Dərgahi və bir neçə həmkarı həbs edilib zindana atıldı. Onun yerinə Məhəmmədhüseyn xan Ayrım təyin edildi. Bir neçə ay həbsdə yatdıqdan sonra azadlığa çıxdı. (Eṭṭelaat dər rüb-e qərn, Tehran, 1329 ş./1950, s. 57)
Məhəmməd xan Dərgahi 4 may 1930-cu ildə hərbi çağırış idarəsinə başçılıq etmişdi.
Məhəmməd xan Dərgahi 1934-cü ildə Vətəndaş qeydiyyatı idarəsinin rəisi təyin edildi.
Onun əsas işi Rza şaha mal-mülk toplamaq idi.
Qeyd etmək lazımdır ki, Rza şah dövlət vəsaiti hesabına inşa edilmiş bir neçə böyük zavodu mənimsəyərək İranın ən iri kapitalistinə çevrilmişdi. Həmçinin daxili sənayeyə dəstək haqqında qanunların təsdiq edilməsi, milli sənayenin inkişafı istiqamətində kapital qoyuluşunun artımına kömək edirdi. İran Milli Bankının statistik məlumatlarına görə, 1921-сi ildən 1941-сi ilə qədər qeydə alınmış kompaniyaların sayı 93-dən 1735 qədər, onların kapitalı isə 143 milyondan 1.863 milyon riala qədər artmışdı (İqtisadi xəbərlər, 1323, s.25).
Məhəmməd xan Dərgahi təqaüdə çıxandan sonra Vəramində fermer kimi fəaliyyət göstərmişdi.
Məhəmməd xan Dərgahi 1953-cü ildə vəfat edib.
Yeni İran polisinin qurulmasında onun, Məhəmmədhüseyn xan Ayrımın və Rüknəddin xan Muxtarinin adı hallanır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır