16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
13:09 / 22-11-2024
Putin nüvə silahından istifadə edə bilər - Xəbərdarlıq
13:02 / 22-11-2024
Keçmiş mərkəz direktoru vəzifəyə təyin olunub
12:53 / 22-11-2024
ABŞ rus ordusunu məğlub edə biləcək silah hazırlayıb
12:47 / 22-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:35 / 22-11-2024
Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir - Foto
12:23 / 22-11-2024
Dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılıb - Siyahı
12:06 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:00 / 22-11-2024
FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb
11:54 / 22-11-2024
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
11:45 / 22-11-2024
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
11:09 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva sərgiləri ziyarət ediblər - Fotolar
11:05 / 22-11-2024
20 təyyarə və 6 döyüş gəmisi Tayvan sahillərinə yaxınlaşıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
Mirzə Hüseyn xan Qəzvini - Fotolar
Tarix: 15-06-2020 14:18 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Millət öz kimliyini o vaxt yüksəldib dünyaya tanıtdıra bilir ki, o, öz keçmişinə biganə qalmır. Keçmişin neqativ cəhətlərini kənara atdığı kimi, müsbət və pozitiv cəhətlərini qabartmağa, onları öyrənməyə və yeni nəslə aşılamağa çalışır. Bu mənada Qacarlar dövlətinin siyasi və dövlət xadimləri cərgəsində layiqli yerlərdən birini tutan Mirzə Hüseyn xan Qəzvini öyrənilməli şəxsiyyətlərimizdəndir.
Hüseyn xan Mirzə Məhəmmədnəbi xan oğlu 1828-ci ildə Qacarlar məmləkətinə bağlı Qəzvin şəhərində anadan olmuşdu. Onun atası Əmir Divan Mirzə Nəbi xan Qəzvini Nasirəddin şah hakimiyyətinin əvvəllərində iki oğlunu Mirzə Hüseyn xanla Yəhya xanı təhsil almaq üçün Avropaya göndərmiş, fövqəladə hafizəyə malik olan Hüseyn xan təhsilini vaxtından əvvəl, daha tez başa vuraraq İrana qayıtmışdı. O, Tehran Darülfünunda qədim elmləri öyrənmiş, fransız dilini yuksək səviyyədə mənimsəmişdi. Hüseyn xan hədsiz enerjiyə malik, cəsur, xeyirxah bir insan olmuşdur. Vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi üçün muxtəlif dövrlərdə İranın dövlət dairələrində məsul vəzifə sahibi kimi tanınmış, o cumlədən Ədliyyə naziri, Hərbi nazir, Xarici islər naziri, nəhayət Baş nazir kimi yüksək vəzifələrdə çalışmışdır. O, şahdan Müşirüddövlə ləqəbini almışdı.
1855-1859-cu illərdə çalışdığı Osmanlı dövlətində də diplomatik fəaliyyətində dəqiq olmus, daima oyrənmiş, mütaliə etmiş, özünu hər bir işə hazırlamışdı. Hacı Mirzə Hüseyn xan Müşirüddövlə Mirzə Tağı xan Əmiri-Kəbirdən sonra Qacarlar dövrünün ən qabil ictimai-siyasi xadimi, Sədri-əzəmi idi. Onları bir-birindən fərqləndirən cəhət Mirzə Tağı xanın ruslara, Mirzə Hüseyn xanın isə ingilislərə olan yaxsı munasibəti idi.
Mirzə Hüseyn xan da olkənin inkisafına səy edir, bunun başlıca yolunu islahatda görürdü. Mirzə Tağı xanın yürütdüyü siyasəti davam etdirən nazirin təkidi və təşviqi ilə Nasirəddin şah 1873-cu ildə görkəmli şəxsiyyətlərdən ibarət bir heyətlə Avropaya səfər etmişdi. 5 aylıq səfər zamanı Avropada olan yeniliklərlə tanışlıq, şahı qayıtdıqdan sonra ölkədə bir sıra işlər görməyə sövq etdi. Lakin onu da Mirzə Tağı xanın aqibəti gözləyirdi. Belə ki, həyata keçirilən islahatlarda öz fəaliyyətləri üçün maneələr görən bəzi məmurlar Hüseyn xana düşmən kəsildilər. Tehran əhalisi bəzi nüfuzlu adamların, dindarların təhriki və işarəsi ilə Hüseyn xanın əleyhinə çıxdılar, onu dinsiz, allahsız adlandırdılar. Bu xüsusda şaha məktub yazdılar. Təhrikçilərdən biri də Nasirəddin şahın əmisi Fərhad mirzə idi. O, vəziyyəti şaha danışdıqda, şah bu xəbərdən qorxuya düşmüş və Müşirüddövləni istefa verməyə vadar etmişdi. Şah özü onu aparıb Rəştdə qoydu, sonra Qəzvindən Hüseyn xan Müşirüddövləyə bir məktub yazdı və bu işdən peşman olduğunu, təəssüfləndiyini bildirdi.
Sah yazırdı: “Mən indi sizin Baş nazir olmağınızı məsləhət bilmirəm. Mən şabanın 20-dək sizi Xarici İslər Nazirliyində vəzifəyə təyin edəcəyəm”. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., I, səh.407.)
Nasirəddin şah sözünə əməl edərək həmin ay onu Xarici İslər Vəzarətinə təyin etmisdi.
Mirzə Hüseyn xan hələ 1850-ci ildə Baş nazir Əmiri-Kəbir Mirzə Tağı xanın diqqətini cəlb etmişdi və onu, əvvəlcə Baş konsulun köməkçisi, sonra Baş konsul vəzifəsinə təyin edib Bombeyə göndərmişdi. Hüseyn xan 1853-cü ilədək Bombeydə Baş konsul kimi çalışmışdı. Orada olarkən məruzələrindən birində İran dövlətinin diqqətini xaşxaşın geniş sahədə əkilərək ixrac edilməsindən böyük mənfəət götürməyin mümkünlüyünə cəlb etdi. Bu təklif qəbul edildi və İran dövləti bundan böyük gəlir əldə etməyə başladı. Beləliklə, ilk dəfə olaraq 1267-ci (1851) ildə Tehranın ətrafında tiryək əkilməsi isinin əsası qoyuldu. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., I, səh.411.)
Hüseyn xan Hindistandan qayıtdıqdan sonra 1854-cü ildə Tiflisdə İranın Baş konsulu təyin olunmus və üç il orada çalışmışdı. Onun ən uzun müddət çalışdığı vəzifə İstanbulda İranın səlahiyyətli elçisi olmasıdır. Həmin vəzifədə 12 il çalışmış və Müsirüddövlə ləqəbini bu zaman almışdır. O, Böyük Darülşuraya üzv seçilmış Vəziri-muxtar vəzifəsindən (səlahiyyətli səfir-red.) səfir rütbəsinə ucalmışdı. Osmanlı dövlətində 12 il, yəni 10 il Xarici islər vəziri, son 2 il isə Böyuk elçi (səfiri-kəbir) vəzifələrində çalısmışdı.
Qeyd etmək lazımdır ki, qəzvinli Hacı Mirzə Hüseyn xan Müşairüddövlə, təbrizli Mirzə Rza xan Ərfəüddövlə Daneş növbə ilə Bombey, İstanbul və Tiflis şəhərlərində bir-birini əvəz etmişlər.
Mirzə Hüseyn xan İstanbulda böyük səfir olarkən İran dövləti üçün cox faydalı işlər görmüş, İran əhalisinin orada rahat yaşayışı üçün çalışmışdır. O, Nasirəddin şaha yazdığı məktublardan birində özünün yenilik tərəfdarı, islahat tələb edən bir şəxsiyyət olduğunu bildirmişdir. O, həmin məktublarda İranın hazırkı ictimai vəziyyətini tənqid edir, o vəziyyətin dunyanın hec bir yerində olmadığını deyir, özünü bir dövlət kimi göstərməsini arzulayırdı. O, xususən, İranla Osmanlı dövləti arasında əlaqələrin möhkəmlənməsi üçün çox çalışırdı. Həmin vaxt Hüseyn xanın səyi nəticəsində bu iki dövlət arasında çox gözəl qarşılıqlı əlaqələr yaranmışdı.
Nasirəddin şah 1870-ci ildə Mirzə Hüseyn xanın Ədliyyə, Vəzaif və Ovqaf nazirliklərinə təyin edilməsi barədə fərman verdi və onu Tehrana gətirdi. Burada onunla məsləhətləşən şah Böyuk Şura Məclisi, yaxud Darülşurayi-dövləti təskil etdi. Hüseyn xan 7 aydan sonra yəni 1871-ci ildə Sipəhsalari-Əzəm titulu alaraq, Hərbi nazir və bir aydan sonra Baş nazir təyin olundu. Onun qarşısında həllini gözləyən bir sıra ciddi problemlər dururdu. Həmin problemlər əvvəlki tarixi dövrlərdə, xüsusən sovet hakimiyyəti illərində yığılıb qalmış, həllinə çox vaxt heç cəhd edilməmişdi. Edilən bəzi cəhdlər nəinki elə bir ciddi nəticələr verməmiş, əksinə, vəziyyəti daha da ağırlaşdırmışdı.
Hacı Mirzə Hüseyn xan 11 ay ərzində cox sürətlə yüksələrək nazir, qoşun böyüyü və nəhayət, Baş nazir kimi vəzifəyə çatmısdı. O, Baş nazir olarkən qarşısında həllini gözləyən bir sıra ciddi problemlər dururdu. Həmin problemlər bütün əvvəlki tarixi dövrlərdə, xüsusən Mirzə Ağa xan Nurinin dönəmində yığılıb qalmış, həllinə çox vaxt heç cəhd edilməmişdi. Edilən bəzi cəhdlər nəinki elə bir ciddi nəticələr verməmiş, əksinə, vəziyyəti daha da ağırlaşdırmışdı.
Mirzə Hüseyn xan şahdan sonra məmləkətdə birinci adam idi, hər cür ixtiyar sahibi olduqda ölkə işlərində əsaslı islahata başladı. O cümlədən zülm və istibdadı, rüsvətxorluğu, dövlət məmurlarının qeyri-normal hərəkətlərini aradan qaldırmaq üçün bütün əyalət və vilayət başçılarına çox ali təlimatlar göndərdi. Onların bu təlimata əməl etmələrini tapşırdı. Şaha yaxın olan bəzi hakimlər isə bu qərara tabe olmaq istəmədilər, həm də onların arasında Hüseyn xana zidd mövqedə olanlar var idi və onlar Baş nazirə qarşı çıxdılar, onun təlimatına məhəl qoymadılar. Nasirəddin şahın əmilərindən ikisi onun əleyhinə idi, onlardan Heratın fatehi Sultan Murad mirzə Hüsamüssəltənə Xorasan valisi, digəri isə Kürdüstan valisi Fərhad mirzə Mötəmədüddövlə idi. Şahın razılığı ilə Sultan Murad mirzə işdən azad edildi və Hacı Hüseyn xan Şahsevən Xorasana vali təyin olundu.
Mirzə Hüseyn xan Müşirüddövlə Baş nazir olduğu ilk illərdə böyuk çətinliklə qarşılaşdı. Ölkədə, xususən, Tehranda aclıq baş verdi. Baş nazir xalqı 1871-ci ildə baş vermiş bu çətinlikdən qurtarmaq üçün əlindən gələni edirdi. O, Tehrana axışıb gedən kasıbları Nüsrətabad qalasına toplayaraq, onlara azuqə paylayır, bununla da bir çox insanı acından ölməkdən xilas edirdi.
Mirzə Hüsеn хаn Müşirüddövlənin hakimiyyət bаşınа gəldiyi vахtаdəк dövlət işləri 16 nаzirin iştirакı ilə təyin еdilmiş məşvərətхаnа аdlаnаn bir hеyətin əlində idi. Hər hansı bir məsələ bu hеyətdə müzakirə еdilib, məsləhət görüldüкdən sоnrа, şаh оnun icrаsını istədiyi nаzirə tаpşırаrdı (M. Fərhаd. Tаriхе dеvrеyе sədаrətе Mirzə Hüseyn хаn Sеpəhsаlаr, səh. 128.) Mirzə Hüseyn хаn məşvərətхаnаnı ləğv еdərəк, оnun yеrində 9 nаzir və bir nəfər Bаş nаzirdən ibаrət Nаzirlər Şurаsı Məclisi аdlаnаn bir hеyət təşкil еtdi. Hеyətin tərкibində оlаn nаzirlər bütün işlərdə müştərəк məsuliyyət dаşıyır, hər nаzir öz işində müstəqil оlub Bаş nаzirin qаrşısındа, Bаş nаzir isə şаhın qаrşısındа məsuliyyət dаşıyırdı (Fridun Аdəmiyyət. Fекrе аzаdi, səh. 79.). Müşirüddövlənin təşкil еtdiyi şurа Аvrоpа ölkələrində nаzirlər hеyəti və ya dövlət hеyəti аdlаnаn hеyətlərə охşаr tərtib еdilmişdi (Yenə orda, 79). Еtimаdüssəltənənin yazdığınа görə, bu hеyət dаşıdığı məsuliyyət və mаliк olduğu mаhiyyət еtibаrilə dаha çох çаr Rusiyаsının dövlət şurаsınа bənzəyirdi (Mirzə Məhəmmədhəsən xan Etimadüssəltənə, Müratülbüldan, III cild, Tehran, 1295, səh. 162).
Mirzə Hüseyn xanın gördüyü bir çox faydalı işlərdən biri də onun 1876-cı ildə fransız və fars dillərində nəşr etdirdiyi “Laparti” adlı qəzet oldu. Lakin ilk nömrələri yayıldıqdan sonra bərabərlik, ədalətpərəstlik mövqeyi tutan və yaltaqlığa zidd ideyalar təbliq edən qəzetin nəşri sarayda olan bəzi qüvvələrin təzyiqi ilə Nasirəddin şah tərəfindən dayandırıldı.
Nasirəddin şah 1878-ci ildə ikinci dəfə Avropa ölkələrinə səfər edərkən Hacı Miirzə Hüseyn xan Sipəhsaları da özü ilə aparmış və bu səfərin çox müsbət nəticələri olmuşdur. Belə ki, Hüseyn xan Avstriyada danışıqlar apararaq oradan qayıdarkən İranda ordunu qaydaya salmaq ucun 10 nəfər avstriyalı hərbçıni 3 illiyə qulluğa götürdü. Bunlardan biri polkovnik (sərhəng), biri mayor (sərqord), üçü kapitan (sərvan) və beşi leytenant (setvan) idi. Bu hərbçilər 1879-cu ilin yanvar ayında Tehrana daxil olaraq öz işlərinə başladılar.
Nasirəddin şahın Avropaya 2-ci səfərinin nəticəsi olaraq İranda yaranmış Kazak briqadasının təskilində Baş nazir Hüseyn xanın əməyi böyükdür. Həmin il ruslarla müqavilə bağlandı və Türkmən əməliyyatında və türkmənlərlə müharibədə ad qazanmış polkovnik Domantoviç Tehrana gəldi və Kazak briqadasının təskilinə basladı.
Mirzə Hüseyn xan Sipəhsaların həyata keçirdiyi islahatlardan biri də dövlət qulluğunda çalışanların uzun libaslarını qısa libasla əvəz etməsi oldu (şalvar-jilet-surtuk, uzun ətəkli kişi pencəyi). Hərçənd bu işə ondan əvvəl Mirzə Məhəmməd xan Sipəhsalar başlamışdı, lakin Hüseyn xan Müşirüddövlə onu təkmilləşdirdi.
Hüseyn xan Müşiruddövlənin Kazak ordusunu yaradıb, İranda hərbi quruluşu dəyisdirməsi, Xəzər sahilində bəzi yerləri (Firuzə, Axal) ruslara verməsi onun həyatı bahasına başa gəldi, onun ruslarla yaxınlığını görən ingilislər ondan intiqam aldılar. O, 1298-ci ilin zilhiccə ayının 11-də (1881, 16 noyabr) Məşhəddə zəhərlənib öldürüldü.
Hüseyn xan artıq 1880-cı ildə sahın əmri ilə vəzifələrindən azad edilərək, Qəzvinə göndərilmişdi. Bir neçə həftədən sonra Qəzvində Nəqşbəndiyyə firqəsinin basçısı Şeyx Ubeydulla Pişvainin xaricilərin təhriki ilə hərəkatı başladı. Nasirəddin şah bu fitnəni yatırmaq üçün fərman verib, Mirzə Hüseyn xanı Azərbaycana göndərdi. Mirzə Hüseyn xan Urmiya və Marağa tərəfdən, Hüseynəli xan Gərrusi isə Avşar və Gərrus tərəfdən Qəzvin istiqamətinə qoşun çəkdilər. Nəticədə Şeyx Ubeydullanın təbəələri arasında nifaq düşdu və Şeyx Osmanlı torpağına qaçmağa məcbur oldu.
Hüseyn xan 1881-ci ildə Tehrana cağırıldıqdan sonra həmin ilin mart ayında Rusiya carı II Aleksandrın qətli ilə əlaqədar olaraq İran sahı tərəfindən fovqəladə səfir kimi Rusiya imperatorunun təziyəsində və eyni zamanda III Aleksandrın tacqoyma mərasimində iştirak etmək üçün Peterburqa ezam olundu. Rus dövləti xidmətlərinə gorə ona cox hörmət etmiş, yaxşı qarşılamışdı. O cümlədən Rusiya imperatoru öz əli ilə boynunda olan ordenlərdən birini Müşiruddövlənin boynundan asmışdı. Hüseyn xan 2 ay Rusiyada qaldıqdan sonra Tehrana qayıtdı və Xorasan əyalətinə hakim gondərildi. O, eyni zamanda Astani-Qudsi-Rəzəvinin mutəvəllisi oldu. 2 aydan sonra, 57 yaşında zəhərlənib öldürüldü. O, siələrin 8-ci imamı olan İmam Rzanın (ə) yanında, özünün hələ Məşhədə gəldiyi ilk vaxtlarda hazırladığı məqbərədə dəfn olunmuşdur. İran tarixcisi, marağalı Etimadüssəltənə Məhəmmədhəsən xan Müqəddəm onun ölümünə sevinən düşmənlərinə ünvanladığı bir beytdə deyir:
“Ey dust, bər cənazeyi-dusmən cu boqzəri
Sadi məkon ki, bər to həm in macəra rəvəd.
Bu şəxs cox aqil və bilikli idi, Avropa siyasətindən və qanunlarından xəbərdar idi”. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., I, səh.423.)
Hüseyn xan Müşirüddövlə İranda cox zəngin olan insanlardan biri idi. O, sağlığında bir mədrəsə və imarət tikdirmis, sonralar “İmarəti-Məclisi-Surayi-Milli” adlandırılmışdır, dövlətinin bir hissəsini məscidə və öz mədrəsəsinə vəqf etmiş, qalan dövləti isə qardaşı Yəhya xan Müşirüddövləyə və Nasirəddin şaha çatmışdır.
İngiltərədə 64 il (1837-1901) səltənət taxtında əyləşmiş kraliça Viktoriya (onun hakimiyyət dövru “Viktoriya əsri” adlandırılmışdır.) özünün “Xatirələr və yaddaşlar” kitabında Nasirəddin şahın Avropaya I səfəri zamanı Müşiruddövlə ilə ilk söhbətini xatırlayaraq yazır:
“Mən Sədri-əzəm vasitəsilə muxtəlif suallar verdim, amma sah fransız dilini yaxsı başa düşürdü və bəzi kiçik cümlələrlə danışa bilirdi. Şah Sədri-Əzəmi mənə fransızca təqdim etdi. Sədri-əzəm mənim çox xoşuma gəldi, o, fransız dilində çox yaxşı danışırdı”. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., I, səh.421.)
Azərbaycanın böyük mütəfəkkiri, dramaturq M. F. Axundov Hüseyn xanla şəxsən tanış idi. O, bir müddət İranın Tiflisdə Baş konsulu olmuş Əli xana (sonralar Azərbaycanda Xarici islər müdiri) göndərdiyi məktubda yazır:
“Şah əlahəzrətləri Tiflisdən keçərkən mən də dövlət başçıları tərəfindən Poti limanına göndərilmişdim ki, orada sahzadələrlə söhbət edib, onları yola salam. Orada cənab Müşirüddövlə mənim yanıma gələrək əhvalımı soruşdu və çox mehribanlıq göstərdi. Dedim: “Sərkar Sədri-əzəm, mən heç güman etməzdim ki, siz mənim barəmdə bu qədər iltifat göstərmiş olasınız. Soruşdu:
- Mirzə Fətəli, nə üçün belə düşünürsünüz?
Dedim: - Mümkündür ki, bəzi səhvlər məndə bu fikri oyatmışdır.
Dedi: - Mirzə Fətəli, siz mütləq səhv etmisiniz!
Xulasə bizim aramızda tam sülh və dostluq əmələ gəldi.
Dedim: − Sərkar Sədri-əzəm, siz sədarətdən ibarət olan arzunuza yetişdiniz. Mən isə əlifbanı dəyişdirməkdən ibarət olan arzuma catmaqdan hələ məhrumam.
Dedi: - Mirzə Fətəli, mən də hələ öz arzuma çatmamışam. Arzuya çatmaq bundan ibarət deyil ki, gəlib Baş nazir kürsüsündə əyləşəsən. Axı bu kürsüdə əyləşərkən bir iş görmək lazımdır. Mən hələ bir iş görməmişəm.
Dedim: - Siz hansı şəxslərin köməyi ilə isə iqdam edəcəksiniz? İranda sizin fikrinizə şərik olan heç kəs yoxdur. Əvvəlcə adam hazırlamalısınız, sonra isə başlamalısınız. Bugün İranda zahirdə nəfəsləri gələn şəxslər, həqiqətdə ölü sayılırlar. Onların qanı soyumuş və hərəkətdən düşmüşdür. Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır. Ondan sonra işləmək asandır. Təzə qan isə yeni əlifbanı qəbul etmək və Avropa elmlərini öyrənməkdən ibarətdir. Güldu və dedi: - Gorək nə etmək lazım gəlir. (Axundov M. F. Əsərləri. 3 cilddə. c. 2. Bakı: Elm, 1988, 387 s. səh.227.)
Mirzə Hüseyn xan Qəzvini öz həyat prinsipləri uğrunda axıradək cəsarətlə mübarizə aparan, mövcud şəraiti bütün tərəfləri ilə soyuqqanlıqla, xırdalığına qədər dərindən təhlil edərək doğru qiymətləndirən, fantaziyaları və xəyalları rədd edərək xalqın mövcud və gələcək istəklərinin yerinə yetirilməsinə yönəlmiş konkret işlər görən, bir an işsiz durmayan, dincəlməyi sevməyən, ikinci dərəcəli söhbətləri etməyən böyük dövlət xadimi idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır