17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
18:07 / 12-10-2025

12:11 / 17-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Löhhak xan Bavəndi: dövranın əydiyi polad... - Foto
Tarix: 04-07-2020 19:48 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Uşaqlıqda bir film görmüşdüm: “Mazandaran pələngi”. Bu filmin təsiriylə Mazandaranı görmək istəyirdim. Bu yörə İranda, Azərbaycanın sərhəddindən kənarda olsa da, folklorumuzda öz izini qoyub. “Mazandaranda çaqqal az idi, biri də gəmiylə gəldi”, “Ölmək istəyirsən Mazandarana get” və sairə.
Qismət oldu, yolum düşdü Mazandarana. Öyrəndim ki, bu yurd antik dövrdə Parfiyanın, orta çağda Təbəristanın ərazisi olub. Özlərinin xüsusi dili - Mazandaran dili və əhalisi - mazandaranlılar var. Burda türk tayfalarından - qacarlar, xocavəndlilər, əbdülməlikilər, əhmədlilər, maqsudlular yaşayırlar. Bunlar bir yana, araşdırmamın mövzusu Löhhak xan Bavəndi idi. Kimdir bu şəxs? Siz də tanış olun.
Löhhak xan 1896-cı ildə anadan olmuşdu. Mazandaranın qədim əyan-əşraf nəslindən olan Əmir Lütfulla xan Şüalmülkün oğlu, Mirzə İsmayıl xan Əmir Müəyyid Savadkuhinin qardaşı oğludur. Bir tarixi ekskursiya etsək, bavəndilər VII əsrdə İranın Təbəristan əyalətində iqtidarda olmuş xanədandır. Bu xanədan öz başlanğıcını Sasanilər şahı I Qubadın nəvəsi, Kavusun oğlu Bavdan götürür. Məzdəkilər hərəkatının başlanması -kəndlilərin istismarı, onların əmlakının müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin kəskin xarakter almasına səbəb olmuşdu. İri feodallardan ehtiyat edən I Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdək Bəmdad oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə, Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir.

Sonra I Qubad Məzdəkə qarşı çıxır. Amma oğlu və vəliəhdi Kavus üsyan başçısına rəğbət bəslədiyindən taxt-tacdan məhrum edilir. Əvəzinə digər qardaşı Qubadın oğlu I Xosrov Ənuşirəvanın (528-575) şah olur. Kavus isə şimal satraplığa satrap təyin edilir. Çox keçmədən qardaşı tərəfindən öldürülür. Kavusun oğlu Bav Təbəristanda öz sülaləsini yaradır. Beləcə Löhhak xan da soy-sülalə etibarıyla bavəndilər nəslinə bağlıdır.
Löhhak xan ibtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra İran Kazak briqadasının məktəbində oxumuşdu. Daha sonra Rusiyaya yollanmış, hərbi akademiyada ali hərbi təhsil almışdı. Bu təhsil ocağını tamamlayandan sonra İrana dönmüşdü. Sultan (kapitan) rütbəsiylə İran Kazak briqadasında xidmətə başlamışdı.
1921-ci ildə Löhhak xanın əmisi, Əmir Müəyyəd Savadkuhi Mazandaranda üsyan qaldırır. Dövlət qoşunları ilə döyüşdə məğlub olur. Bu hadisədən sonra Löhhak xanı Tehrana ezam edirlər. İşrətabadda onu sərhəng (polkovnik) Canməhəmməd xan Dəvəli-Qacarın (Pəhləvlər dövründə Əmir Əlai soyadını qəbul etdi) təhti-nəzərinə verirlər.
1925-ci ildə sərtib rütbəsi almış Canməhəmməd xan Şərq ordusunun komandanı təyin edilir. Təyinat yerinə, Xorasan ostanına, Məşhəd şəhərinə yollanır. Sultan Löhhak xan da onunla bərabər ora gedir. Amma orda komandanın ona qarşı tünd və sərt rəftarından bezikir. Astrabadda onun iki əmisi oğlunu - Abbas xan Səhamülmülk və Əsədulla xan Həjbərüssultanı güllələyirlər. Ona göstərilən münasibətdən, qohum-qəbiləsinin öldürülməsindən təsirlənən Löhhak xan ətrafına narazı zabitləri toplayır. Məvaciblərini vaxtında ala bilmədiklərini bəhanə edib, üsyan qaldırır. Üsyançılar qırmızı bayraqdan istifadə edirlər. Bu həm yardım üçün Sovet İttifaqına, həm də qədim məzdəkilərin və xürrəmilərin bayrağına işarə idi. Üsyançı zabitlərin hərəkatı “Padaş” adlanırdı.
Çox keçmədən Xorasanın hər tərəfindən onun ətrafına dövlətdən narazı qüvvələr toplanır. Bocnurd əhalisi də ona yardım edir. Mərkəz onu aradan götürməyi Canməhəmməd xana və digər generallara tapşırır. Elə ilk döyüşdə Löhhak xanın dəstəsi məğlub olur. Sovet İttifaqı məsələyə qarışır. Sovet nümayəndəliyi ilə Rza şahın adamları Əfqanıstan sərhəddində görüşürlər. Razılaşırlar ki, Löhhak xan ya Əfqanıstana, ya da SSRİ-yə getsin. Löhhak xan SSRİ-ni seçir.
Löhhak xan İ. Stalinin dövründə tutulmuşdu. Uzun illər həbsxanada yatmışdı. N. Xuruşşovun dövründə əfv edilmişdi.
Löhhak xan Bavənd 1961-ci ildə İranın SSRİ-dəki səfiri Adəmiyyətlə görüşmüş, vətənə dönməsinə yardım etməsini xahiş etmişdi. O, icazə aldıqdan sonra İrana dönmüş, İsfaha Poladəritmə zavodunda çalışmışdı.
Löhhak xan Bavənd bir müddət xəstə yatmış, ürək tutmasından vəfat etmişdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır