10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Mirzə Yusif xan Aştiyani: dərvişmisal vəzir
Tarix: 04-05-2021 00:10 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Cəmiyyətdə nüfuz sahibi olmaq üçün zaman, səbr, öz işinə bağlılıq, ən əsası isə, hərtərəfli bilik tələb olunur. Bizim qəhrəmanımızın gücü təkcə iradəsində, müdrikliyində, zəkasında deyildi, həm də sadəliyində idi. Bu şəxsiyyəti yaxından tanıyaq. Mirzə Yusif xan Aştiyani.
Mirzə Yusif xan Hacı Mirzə Hüseyn xan oğlu 1813-cü ildə Tehran şəhərində anadan olub. Mirzə Möhsünün nəvəsidir. Anası Təbrizin zadəgan soyundan sayılırdı. Hacı Sadıq xan Kələntər Bağmeşəyinin qızı idi. Mükəmməl mədrəsə təhsili alıb, atasının yanında hesab-kitabı öyrənib.
Mirzə Yusif xan atasının vəfatından sonra Mustovfi əl-Məmalik ləqəbini daşıyıb. Bu ləqəblə də dövlətin mustofvilərinə başçılıq edib. Mirzə Tağı xan Əmir Kəbirin etimadını qazanıb, hökumət işlərində irəliləyib.

Mirzə Yusif xan Aştiyani 1845-1867-ci illərdə mustovfi əl-məmalik vəzifəsində xidmət edib.
Mirzə Yusif xan Aştiyani Mirzə Ağa xan Nuri onu özünə rəqib görüb, ləkələməyə çalışıb. Onu Aştiyana yollayıb, yerinə öz oğlu Kazım xanı təyin edib.
Mirzə Yusif xan Aştiyani 1858-ci ildən sonra, Mirzə Ağa xan Nurinin işdən çıxarılmasından sonra Tehrana dönüb. Şahzadə Kamran mirzə Naibüssəltənənin himayəsində hökumət qulluğunda xidmət etməyə başlayıb. Bu minvalla mənsəb-məqam nərdivanında yüksəlməyə başlayıb. Nasirəddin şahın Ətabat səfərinə qatılıb. Bu səfərdə Mirzə Hüseyn xan Sipəhsəlar onu şaha mürtece şəxs kimi təqdim edib. Şah onu vəzifəsindən çıxarıb, Aştiyana yollayıb. O, iki il mərkəzdən uzaqda yaşayıb. Müşirüddövlə Mirzə Hüseyn xan Qəzvinin islahatları iflasa uğrayandan sonra Gilana sürgün edilib. Mirzə Yusif xan bu olaydan sonra Tehrana dönüb. (Firudin Adəmiyyət, Müşirüddövlə dönəminin qanun və islahat ideyaları, s.265-268)
Mirzə Yusif xan Aştiyani 1871-ci ildən 1873-cü ilədək Aştiyanın mustovfisi olub.
Mirzə Yusif xan Aştiyani 1873-1880-ci illərdə Qacarlar dövlətinin sədr-əzəmi (baş naziri) vəzifəsini icra edib. O, dövləti bir çox təhlükələrdən qurtarıb. Şahzadə Zillisultan Məsud mirzə ilə danışıqlara girişən Hüseynqulu xan Bəxtiyar qiyam fikrinə düşüb. Mirzə Yusif xan onu al dillə həbs edirib, “Qacar aşı”na qonaq edib. “Qacar aşı” zəhərli yemək idi. Şübhəli şəxslər saraya dəvət edilir, ziyafət zamanı ona yemək və yaxud qəhvə ikram edilirdi. Sonrakı yolu qəbristanlığa idi. (Maser Yusifi, Mirzə Yusif xan Mustovfi əl-məmalikin tərcümeyi-halı, s. 34)
Mirzə Yusif xan Aştiyani ikinci dəfə 1885-1886-cı illərdə Qacarlar dövlətinin sədr-əzəmi (Baş naziri) olub.

Mirzə Yusif xan Aştiyani mühafizəkar siyasətçilərdən sayılıb. O, hökuməti Səfəviyyə dövrünün qanunları ilə idarə edib. Şaha daha yaxın olmaq üçün Tehran ətrafında bir çox mülkləri satınalma yolu ilə ələ keçirib. Nasirəddin şaha aldığı mülklər içində Həsənabad, Yusifabad, Behcətabad, Abbasabad, Əmirabad və Vənək adlı verimli torpaq sahələri olub.
Mirzə Yusif xan Aştiyani hökuməti müstəqil idarə etmək üçün şahın hərəmxanasını “zənginləşdirib”. O, bu kimi fəndlərdən istifadə edib, sarayın ən təsirli şəxsinə çevrilib. Şah ona “Cənab ağa” deyə müraciət edib. (Abbas Amanat, Qible-ye aləm, s. 562)
Mirzə Yusif xan Aştiyani sarayda öz ədəb-ərkanı, əxlaqı, davranışı ilə seçilən siyasətçilərdən olub. Dərvişlərlə dostluq edib və dərvişyanə həyat keçirib. Əlkimya onun sevimli əyləncələrindən sayılıb. Hansısa bir iksiri tapmaq istəyib. Boş vaxtlarında şəxsi təsərrüfatında bağçılıqla və toyuq saxlamaqla məşğul olub.
Mirzə Yusif xan Aştiyani 1869-cu ildə “Təmsili-Hümayun”, 1874-cü ildə “Şire-Xurşid”, 1880-ci ildə “Nişane-Əqdəs”, 1880-ci ildə “Təmsile-Əmirəlmömünün” ordenləri ilə təltif edilib. (Dostəli Müəyiri, Nasirəddin şah dövrünün nişanları, s. 47)

Mirzə Yusif xan Aştiyani 1886-cı ildə vəfat edib.
Mirzə Yusif xan Zəhra xanım, Tacmah xanım, Şəkər xanımla ailə qurub. Həsən xan adlı oğlu, Həmdəmüssəltənə xanım adlı qızı olub.
Biz Qacarlar dövlətinin Baş nazirlərindən yazırıq. Bunların hamısı böyük şəxsiyyət olmayıb. Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik siyasətçi, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq olmalıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır