20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Əmiraslan xan Qasımlı Avşar - Təşkilatdan təşrifata qədər - Foto
Tarix: 13-04-2020 20:41 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Əmiraslan xan Avşar 21 noyabr 1922-ci ildə Marağa şəhərində anadan olmuşdu. (Aqili B. Şərhi-hali-ricali-siyasiyivə nizamiyi-müasiri-İran, Tehran, "Göftar", 1380, cilide 1, s.150). Atası Canməhəmməd xan Əmir Məsud Məhəmmədhəsən xan oğlu, anası isə Əmirbanu xanım Tələtülmülk idi. Canməhəmməd xan Rza şah Pəhləvinin hökmüranlığı illərində orduda sərhəng (polkovnik) rütbəsində xidmət etmişdi. Adı Mahmud xan Poladenin törətdiyi qəsd işinə qarışmış, tutulub, zindana salınmışdır. Sonra günahsızlığı bilinmişdi.
Bir çox qaynaqda Əmiraslan xanın Avşar elinin İmanlı oymağının Qasımlı tayfasına mənsub olduğu qeyd edilir. Hətta Fars vikipediyasında Qasımlı-Avşarlar kateqoriyası da əlavə edilib.
Əmiraslan xan Avşar ibtidai təhsilini Tehran şəhərində, Əlaüssultan mədrəsəsində, sonra Zərdüştlülər mədrəsəsində orta təhsil almışdır. Sonra təhsilini davam etdirmək üçün xaricə getmişdi. Əvvəlcə Almaniyada, Berlin şəhərində oxumuşdur. Daha sonra Avstriyada ali təhsil alandan sonra, doktorluğunu Vyanada müdafiə etmişdi. 1947-ci ildə İrana qayıtdı və bir müddət Xarici İşlər nazirliyində çalışdı. Sonra Haaqada İran səfirliyinin üçüncü katibi kimi xidmət etdi.
Əmiraslan xan Avşar sonra İrana döndü və 1949-cu ildə İranın Xarici işlər vəziri və Baş naziri olmuş Məhəmməd Saidin qızı Kamilla ilə evləndi. Məhəmməd Said də Marağalı idi. Bu evlilik ilə bir çox önəmli işlərə nail oldu. 1956-cı ildə, XIX Milli Məclisə seçkilər zamanı, Marağa şəhərindən nümayəndə oldu. Milli Məclisin XX dövründə, yenə də Marağanın nümayəndəsi idi. (Əsami nümayəndəqani Məclisi Şurəviyi Milli əz ağazi məşrutiyyət ta dövreyi 24, Külliyyət, s.427)
Əmiraslan xan Avşar 1957-ci ildə Məhəmmədrza şah Pəhləvinin adyutantı olmuşdur.
Əmiraslan xan Avşar 1957-ci ildən 1961-ci ilə qədər Cənubi Azərbaycan valiliyində çalışmışdır.
Əmiraslan xan Avşar 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu. (Vəzarəti Umuri Xariciyyə, siyasətqozaran və ricali siyasiyi dər rəvabiti xariciyyi İran, nəşr yeri yoxdur, 1365, s.27) 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın ABŞ-dakı səfəratxanəsinə başçılıq etdi. (Yenə orda) 1974-cü ildən başlayaraq 1978-ci ilədək İranın Almaniyadakı səfiri idi. (Yenə orda)

Əmiraslan xan Avşar 1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim-təşrifat başçısı (protokol rəisi) idi. (Təbatəbai Məhəmmədhəsən, Xatirati parakəndə ricali Pəhləvi, Tehran, "Abi", 1381, s.147)
Fərəh Pəhləvi yazır: "Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı". (Fərəh Pəhləvi, Xatirələr (memuar) Yıxılan rejimin və bitməyən eşqin hekayəti, Bakı, "Qanun", 2016, s.16)
Bir neçə gün düşünəndən sonra Rzaya mənim üçün qardaş, uşaqlarım üçün də əmi olan Prezident Sadatdan məsləhət almağı təklif elədim. Prezident İsgəndəriyyədəydi, birlikdə ora getdik. Bizi böyük diqqətlə dinlədi - dünyadakı dövlət başçılarında bu xüsusiyyət nadir tapılır - sonra dərhal çıxış yolu tapdı: “Hökmdardan soruşun, – öyüd verdi prezident Sadat, – bu gün yanında kimləri görmək istərdi. Atasının adlarını söyləyəcəyi bu adamlar Rza üçün onun vəsiyyəti kimi olacaq: gün gələndə, onları yanına çağıra biləcək, səhhəti əl versəydi, atasının ona göstərəcəyi yolu həmin adamlar göstərəcəklər”.
Oğlum atasından bunu soruşanda, üç adamın adını deyib: protokol müdirliyindən əvvəl bir çox ölkələrdə İranın səfiri olan və sürgündə də bizi müşaiyət eləyən Əmir Aslan Avşar, şəxsi mətbuat katibi Nəsrullah Moinian, axırıncı da o vaxt Parisdə sürgündə olan general Əzimi. Bu şəxslərdən yalnız ikisi – ağayi Avşar və general Əzimi onlara bəslədiyi inama layiq olduqlarını göstərdilər". (Fərəh Pəhləvi, Xatirələr (memuar) Yıxılan rejimin və bitməyən eşqin hekayəti, Bakı, "Qanun", 2016, s.522)
Əmiraslan xan Avşar 1969-cu ildə "Avstriya Respublikasına xidmətə görə" şərəf nişanı ilə təltif olunmuşdur.
Əmiraslan xan Qasımlı-Avşar 6 noyabr 2019-cu ildə ABŞ-da, Los-Anceles şəhərində vəfat edib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır