14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Hacı Qurban Süleymani: Azərbaycanın Xorasandakı dili - Foto
Tarix: 14-04-2020 14:38 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İran İslam Respublikasında yaşayan dürlü Türk millətinin bir parçası da Xorasan türkləridir. Xorasan türkləri sıx halda Rəzəvi Xorasan, Quzey Xorasan və Gülüstan ostanında yaşayırlar. Xorasan türklərinin danışdığı dil türk dilidir və Oğuz yarımqrupuna daxildir. Türkmən və Azərbaycan dilləri arasında bir ləhcəyə sahib olan Xorasan türkcəsi Azərbaycan türkcəsinə daha yaxındır və Azərbaycan türkcəsini müşkülsüz anlayırlar.
Xorasan türkləri haqqında müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatçıların fikrincə, Xorasan türkləri İran əhalisinin 1 faizdən çoxunu təşkil edir. Cavad Heyyətin kitabında sayları 1, 500, 000 nəfər yazılıb, çox güman indi 2, 500, 000 nəfərdir. İranda son hesablamalarda 2, 000 000 nəfər kimi göstərilir.
Xorasan türklərinin dini İslam dinidir, şiədirlər. Xorasan türkləri Azadşəhr, Əliabad, Kətul, Şirvan, Kəlat, Nimdəşt, Bocnurd, İsfərayen, Nişapur, Cuveyn, Çağatay, Qocan, Dərgəz, Ramiyan şəhərlərində yaşayırlar.
Professor Gerhard Dörfer Xorasan türklərinin köklərinin Səlcuqlu türklərindən olduğunu və Toğrul bəylə İrana gəldiyini qeyd edir.
Nişapur Xorasan türklərinin min illik yurdudur. Saz ustası Rza Nəcəfi deyir ki, Şimali Rəzəvi Xorasanda və Nişapurda yaşayanların əksəriyyəti türkdür. Mövlana Cəlaləddin Ruminin və Xorasanda doğulmuş İzzəddin Həsənoğlunun dili Xorasan türkcəsidir.
Rza Nəcəfi daha sonra deyir ki, Azərbaycan sazı ilə bizim sazın fərqi yox. Mahnılarımız, qoşqularımız eyni. Biz Azərbaycan türkü ilə azərbaycani danışırıq.
Xorasan türklərindən biri dütar ustası Hacı Qurban Süleymanidir.
Hacı Qurban Süleymani 1 yanvar 1920-ci ildə Qacarlar məmləkətində, Xorasan əyalətinin Nişapur vilayətinin, Qoçan mahalının Borsalan kəndində anadan olmuşdu. Bərbər olan atası Kərbəlayı Ramazan ona kiçik yaşda bir dütar hədiyə etmişdi. O da yavaş-yavaş dınqıldadıb, öyrənməyə başladı. Atasının vəfatının ardından da Avaz Bəxşi, Qulamhüseyn Bəxşi Cəfərəbadi və Məhəmməd Keytakidən musiqi dərsləri aldı.
Sənətkar ailəsində doğulan və sənətkarlardan ustad dərsləri alan Qurban çox keçmədən el yığıncaqlarında tanınmağa başladı.
Borsalandan Əliabad kəndinə köçən Qurban Süleymani iyirmi yaşında dütar çalmağı tamam-kamal öyrəndi. 21 yaşında, Xorasanda xalq musiqiçilərinə verilən bəxşi (aşıq) ünvanına layiq görüldü.

Hacı Qurban Süleymani bir söhbətində, bəxşilik, musiqi mövzusunda mükəmməl bacarığı, istedadı, yetənəyi olanlara verilir, bu ünvanı qazananların musiqi bəstələməsi, bir alətdə çalması, musiqi aləti düzəldə bilməsi və deyişmələri, bütün dastanları bilməsi gərəkir, günümüzdə bəxşiliyə haqq qazanan çox şəxs yoxdur",- demişdir.
Hacı Qurban Süleymani Xorasanda işlənən hər üç dildə - Azərbaycan türkcəsi, fars və kürd dillərində məharətlə oxuyub, beləliklə, İranın özündə belə az oxunan havaları sərhədlərdən uzaqda tanıtdıra bilib. Onun ifasında yazılmış disklər tez bir zamanda dünyanı dolaşıb. ABŞ, Cənubi Amerika (Peru, Ekvador, Panama və s.) ölkələrində mükafat qazansa da, onu Fransada daha çox tanıyıb və seviblər. İranda isə şöhrət onun ünvanına ən sonda yetişib. Amma gec də olsa, o, ölkədə ənənəvi musiqinin ən yaxşı ifaçısı kimi təsdiq olunub və təltif edilib.
Mütəxəssislər onun ifasında həm də müasirlik elementlərini çox dəyərləndirirlər.
Fransanın Lion musiqi festivalında birinci yeri qazanıb. Almaniyada keçirilən festivalda isə ikinciliyə sahib olub.
Hacı Qurban Süleymani tez-tez Qoçan və İranın digər şəhərlərində keçirilən kütləvi konsertlərdə və şeir gecələrində çıxış edir; o, müxtəlif milli TV və radio proqramlarının tez-tez dəvət olunan qonağı və iştirakçı olurdu. O, dəfələrlə İran və dünyanın bir çox ölkələrində konsertlər vermişdi.
Hacı Qurban Süleymani müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Qurban Süleymani doğulduğu kənddə 20 yanvar 2008-ci ildə, 87 yaşında ağciyər iltihabından vəfat edib. Bəzi qaynaqlara görə, vəfat edərkən 85 yaşı olub. Ölümünün ertəsi günündə cənazaəsi kənd qəbrstanlığında dəfn edilib.
Hacı Qurban Süleymaninin 14 uşağından bir oğlu və iki qızı ata sənəti, musiqiçilyi davam etdirlər. Vəfatından bir il əvvəl isə dütarını oğlu Əlirzaya bağışlayıb, yəni “buyur, indi də sənəti yaymaq növbəsi sənindir”.
Hacı Qurban Süleymani qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Xorasan ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyanın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun xeyli şəyirdi vardı.
Hacı Qurban Süleymanin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Xorasan ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları Azərbaycanımızacan gəlib çatıb.
Hacı Qurban Süleymaninin dünyanın bir çox ölkələrində diski buraxılıb. Onun ifasında "Gəraylı", "Cabbar", "Qaraçı Bayır", "Təcnis", "Zarıncı Hüseyn yar", "Allah Məzar", "Zülfiqari", "Şahxətayi", "Cəfərqulu", "Baş Nadir yolu", "Döşürmə Nadir yolu", "Baş Hüseyn yar", "Durna", Naləş", “Hacıdolaq" və digər havacatlar lentə alınıb.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır