18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
İran Kazak briqadası: mühacirlərdən təşkil olunmuş hərbi hissə - Fotolar
Tarix: 18-04-2020 21:23 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Nasirəddin şah Qacarın hakimiyyəti dövründə (1848-1896), Rusiya vasitəsilə Avropaya gedən zaman rus kazakları ona möhtəşəm bir parad nümayiş etdirdilər. Bunu çox bəyənən Nasirəddin şah xahiş etdi ki, bu cür qoşun rus təlimatçıları tərəfindən İranda da yaradılsın. Yalnız ötəri istəkdən irəli gələn bu hərəkət xüsusi qoşun növünün yaradılmasına gətirib çıxardı ki, bu da İranın sonrakı taleyində əhəmiyyətli rol oynadı.
Bağlanan müqavilədən sonra İrana gələn missiya 7 may 1879-cu ildə Tehrana çatdı. 5 gündən sonra Nasirəddin şah A. İ. Domantoviçlə görüşüb, 400 nəfərlik Kazak dəstəsini yaratmağı təklif etdi. (РГВИА, ф. 446, д. 44, л. 19.)

Əlaüddövlə Məhəmmədrəhim xan Dəvəli-Qacar (?-1882) şah tərəfindən A. İ. Domantoviçə yardım etmək tapşırıldı. Əlaüddövlə sevimli qızılkəmər "Məhdiye-mənsur" qulamlar dəstəsini heç vəchlə Domantoviçə vermək istəmirdi. Bu faktı Kosoqovski də təsdiq edir. (Косоговский В . А . О черк развития персидской казачьей бригады, с. 391.) Sonda şaha qarşı gələ bilməyib, qulamlarla vidalaşdı. Bunlardan əlavə A. İ. Domantoviç 400 nəfər də mühacir aldı.
Kazak briqadasının tərkibi əsasən İranda muhacirətdə olan insanlardan ibarət idi. Bu muhacirlər kimlər idi? II Rusiya-İran muharibəsi 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsi ilə basa catdıqda Rusiya tərəfindən zəbt olunmus Guzey Azərbaycanı şəhərlərinin sakinləri arasında dini birliyi əsas amil hesab edərək, həm də İran ordusunda Rusiyaya qarşı vuruşduqlarını düşünərək İran torpağında qalmağı münasib hesab edənlər burada mühacir olmağı qərara aldılar. Həmin şəxslərin övladları briqadanın əsas döyüşçüləri idilər.
ХIX əsrin 90-cı illərinin əvvəllərində bu hərbi hissə iki polkdan: mühacir və yеrli polklarından ibarət idi, özü də mühacir polkuna üstünlük vеrilirdi. (Körezvan L. C. İran və qəziyeyi İran, Tehran, 1349/1970. səh. 754) Müһacirlər Qafqazdan köçənlər yaxud vaxtilə köçmüşlərin xələfləri idilər.(Мамонтов Н . П. Очерки современной Персии. СПб., 1909, с. 91.)

M. H. Yеkrəngiyan qеyd еdirdi ki, Nasirəddin şah mühacirlərə xüsusi еhtiram göstərirdi, ona görə də yеni hərbi hissəni ancaq onlardan təşkil еtməyi qərara almışdı.(M. H. Yеkrəngiyan, səh.93.)
Mühacirlər dəstəsi əsasən Qarabağ, Naxçıvan, İrəvan və digər xanlıqlardan mühacirət etmiş xan və bəylərin övladlarından təşkil olunmuşdu.
“Zabitlərin çoxu və briqadanın aşağı rütbələrinin çoxu mühacirlərdən ibarət idi...” (Мамонтов Н.П. Göst. əsəri. s..91) Kazaklar əksərən Qafqazdan gələnlərdən ibarətdir.(Смирнов К. Göst. əsəri. s..62-63)
“Zabitlərin əksəriyyəti və briqadanın aşağı rütbələrinin çoxu mühacirlərdən təşkil olunmuşdu...” (Касумов М.М. Очерки по истории передовой философии и ощественно-политической мысли азербайджанского народа в XIX веке. Баку, 1959, 201 с.) Kazaklar əksərən Qafqazdan gələnlərdən ibarətdir.(Королькова. Состояние зкономики Ирана за 1934.- ”Материалы по национально-колониальным проблемам”. 1935, №4 (28), 31-54 с.)
C. Kerzonun şəhadətinə görə, briqadanın iki alayı vardı. Biri mühacirlərdən, digəri könüllülərdən təşkil olunmuşdu. (Curzon G. Persia and the Persian Question. Vol. 1, p. 595.) Bu iki qrupun arasında düşmənçilik və narazılıq hökm sürürdü.

V. A. Kosoqovskinin şəhadətinə görə, mühacirlər əsilzadə ailələrindən çıxmışdılar. Onlara soylu olmayan bir mühaciri amir təyin edəndə özlərinin alçalmış hesab edirdilər. Bu şəxslər əvvəllər onların nökərləri olmuşdular. Bu kimi qüsurlara görə, bəziləri briqadanı özbaşına tərk edirdi, bəziləri isə qızışdırıcı fəaliyyətlərinə görə, briqadadan çıxarıldılar. (Косоговский В. А. Очерк развития персидской казачьей бригады, с. 393.)
Mühacirlər könüllülərə nisbətən briqadada imtiyazlı mövqedə idilər. Onların alayı əsas sayılırdı. Bundan başqa, mühacir kazaklar könüllülərə nisbətən artıq maaş alırdılar. (Curzon G. Persia and the Persian Question. Vol. 1, p. 596.)
Əgər müəlliflərdən birinin bеlə bir qеydini nəzərə alsaq ki, başlanğıcında briqada mühacirlərlə yanaşı mərkəzi İranda yaşayan Bağdadi şahsеvənlərdən təşkil olunmuşdu(Смирнов К. Персы. Тифлис. 1917, с.88.) onda aydındır ki, əvvəldə kazak hərbi hissəsi azərbaycanlılardan ibarət idi. Sonralar kazak briqadasının digər xalqların nümayəndələri hеsabına genişlənməsinə baxmayaraq azərbaycanlılar onun tərkibində üstünlük təşkil edirdilər. Bunu Ser Persi Sayks da "Tarixe İran" adlı kitabında qeyd edir.

ХIX əsrin 90-cı illərinin əvvəllərində bu hərbi hissə iki alaydan: müһacir və yеrli alaylarından ibarət idi, özü də müһacir polkuna üstünlük vеrilirdi. (Иванов М.С. Иран - Национальные процессы в странах Ближнего и Среднего Востока, М. 1970, 86-124 с.)
A. İ. Domantoviç mühacir dəstəsini bir ayın içində baxışa hazırladı. Sipəhsalari-Əzəm Mirzə Hüseyn xan Qəzvini dəstəni nəzərdən keçirəndən sonra şaha məruzə etdi. Şah briqadanın təlim və geyimindən razı qaldı. A. İ. Domantoviç şahdan daha 250 nəfərlik mühacir dəstəsi istədi. Ruslara nifrət hissi bəsləyən mühacirlər razılıq vermədilər. Şah israrla tələb edincə mühacirlər nümayişə çıxıb, Şah Əbdüləzimdə bəstə oturdular. (Косоговский В. А. Очерк развития персидской казачьей бригады, с. 392.)
V. A. Kosoqovski mühacirlərin elitar durumunu briqadadan təmizlədi. Briqadada səliqə-səhman, nizam-intizam yaratdı. İngilis hərbi agenti Henri Piko kazak cərgələri arasında gəzişib, hərbi nazir Kamran mirzəyə məlumat hazırlayırdı. (Косоговский В. А. Очерк развития персидской казачьей бригады, с. 398.)
Mühacirlər itirdikləri imtiyaza dözməyərək 5 may 1895-ci ildə qiyam qaldırdılar. Onlar briqadanı tərk etdilər. Özlərinin 20 minlik təqaüdlərini də götürdülər. Bu da briqada büdcəsinin yarısı idi. İş onunla ciddiləşdi ki, onların ardınca xeyli könüllü də hərəkətləndi. Qiyamın nəticəsində briqadanın üzərini təhlükə buludu aldı. Bu hadisəylə bağlı, briqadanın qatı düşməni olan Kamran mirzə bayram əhval-ruhiyyəsində idi. Fərari kazakları toplayıb, öz kürəkəni Məcdüddövləyə (Hacı Mеhdiqulu xan Qovanlı-Qacar (1850-?) və Mir Pəncə (general-leytenant) Əli xana verdi. (Косоговский В. А. Очерк развития персидской казачьей бригады, с. 398.) Briqadanın parçalanması ən çox ingilislərə sərf edirdi. Kamran mirzə ingilis hərbi agenti Henri Pikonu yanına çağırıb, İngiltərədən hərbi təlimatçılar dəvət etməsini istədi.

S. Lomnitski yazırdı: "Bir az əvvəl cənab ingilislər Kazak briqadasının rəhbərliyinə öz polkovnik və zabitlərini təklif edirdilər, hətta briqadanın bütün xərcini boyunlarına götürürdülər". (Ломницкий С . Персия и персы. Эскизы и очерки. 1898–1899–1900 гг. СПб., 1902, с. 150.)
Briqadanın ingilislərin əlinə keçməsi üçün real təhlükə yarandı. Briqada tarixinin ən böhranlı çağı idi. Kamran mirzə 1895-ci il dönəmi üçün V. A. Kosoqovski ilə müqavilə bağlamayacağını bildirib, böhranı daha da dərinləşdirdi. Rusiya diplomatları Etimadəssəltənə Məhəmmədhəsən xan Müqəddəm (1843-1896) vasitəsilə şaha müraciət edib, "iki briqadaya" son qoymasını istədilər. Şah rusların istəyini yerinə yetirdi. V. A. Kosoqovskidən tələb etdi ki, mühacirləri əfv etsin. V. A. Kosoqovski şaha söz verdi ki, mühacirləri əfv edəcək, bir şərtlə ki, onun tərəfindən hazırlanmış «24 may 1895-ci il qaydaları»nı şah qəbul etsin.
İran Kazak briqadası Qacarlar dövlətinin ictimai-siyasi həyatında önəmli rol oynamışdı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki