11:11 / 19-09-2025
"Formula 2": sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib
11:03 / 19-09-2025
İrandan ölkəmizə narkotik keçirən şəxs tutulub
10:47 / 19-09-2025
STM dövlət suverenliyi barədə sorğu keçirib
10:40 / 19-09-2025
Rusiya Kiyevə yenidən hücum edib
10:27 / 19-09-2025
Donald Tramp Çinlə razılaşmağın yolunu tapıb
10:23 / 19-09-2025
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir
10:14 / 19-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığında PUA meydançası qurub - Foto
10:14 / 19-09-2025
Təhsil Nazirliyi kompüter və noutbuklar alır - 40 milyonluq
10:08 / 19-09-2025
Səs yazısı yayılan məktəb direktoru haqqında araşdırma başlayıb
09:57 / 19-09-2025
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır
09:48 / 19-09-2025
804 magistr ödənişsiz təhsil almaq hüququ qazanıb
09:38 / 19-09-2025
Yeni filmin çəkilişinə razılıq verilib
09:28 / 19-09-2025
"SpaceX" 17 milyard dollara qlobal rabitə tezlikləri alıb
09:21 / 19-09-2025
KXDR lideri PUA sınaqlarını müşahidə edib
09:16 / 19-09-2025
Avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
09:11 / 19-09-2025
Rusiyada 7,2 bal gücündə zəlzələ baş verib
09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
09:01 / 19-09-2025
Son sutkada Qəzzada 79 nəfəri öldürüblər
08:57 / 19-09-2025
Keçmiş prezident rüşvətxorluqda ittiham olunur
08:51 / 19-09-2025
Moldova Sosialist Partiyası etiraza hazırdır
08:45 / 19-09-2025
Tramp: Ukrayna münaqişəsi dünya müharibəsinə çevrilməyəcək
23:44 / 18-09-2025
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub
21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Yusif xan Şücaəddövlə: şərəfli və şücaətli sərkərdə - Fotolar
Tarix: 02-05-2020 01:56 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarix elmi konkret, spesifik hadisələrin öyrənilməsi, onların dərk və izah edilməsi ilə məşğuldur. Biz bu bilgini rəhbər tutduq.
Yusif xan Avşar elinin İmanlı oymağının Qasımlı tayfasındandır. Onun mənsub ilduğu soy I Şah Abbasın dönəmindən Azərbaycan (Təbriz) bəylərbəyliyinin Urmiya vilayətində hakim olmuşdu.
Ulu babası Rzaqulu xan Məhəmmədmusa xan oğlu 1768-ci ildə Kərim xan Zəndin fərmanı ilə Urmiyaya başçılıq etmişdi.
Babası İmamqulu xan Rzaqulu xan oğlu (1758-1783) on bir il Urmiyanın müstəqil hakimi olmuşdu.
Atası Lütfəli xan İmamqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Uzurpator əmisinə qarşı mübarizə aparmışdı.

Lütfəli xan qardaşı Hüseynqulu xanı öyrədirdi ki, əmisi Məhəmmədqulu xanı yıxıb, yerinə keçsin. Onlar xanlığı öz haqları bilirdilər. Hüseynqulu xan üsyana başlayır. Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar. Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşıoğullarının ardınca bir neçə atlı göndərir. Atlılar onları tutub, Urmiyaya qaytarırlar.
Lütfəli xan Qacar ordusunun 7-ci və 8-ci hissələrinin komandanı olmuşdu. Sərtip rütbəsi almışdı.
Lütfəli xan Hacı Saniyyə xanım Məhəmmədqulu xan qızı Qasımlı-Avşarla ailə qurmuşdu. Əsgər xan, Yusif xan, İmamqulu xan adlı oğulları vardı.
Yusif xan Lütfəli xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Uluları kimi hərb sənətini seçmişdi. Qacarlar ordusunda xidmət etmişdi.
1848-ci ildə Nasirəddin mirzə tacgüzarlıq üçün Təbrizdən Tehrana gedərkən Yusif xanı da özü ilə götürdü. Yolda baş verən məğşuşluqdan ehtiyat edirdi. Avşar oğlu onu nagahani basqınlardan qurtara bilərdi. Yolda göstərdiyi fədakarlıqlara görə, sərhəng (polkovnik) rütbəsinə layiq görüldü.
Yusif xan Avşar 1856-cı ildə Herat müharibəsində iştirak etmişdi.
Yusif xan Avşar 1859-cu ildə Mərvə basqınçı türkmənlərə qarşı əməliyyatda iştirak etmişdi. Qalibiyyətə görə, 18 min tümən mükafat almışdı. Şah ona sərtib (briqadir) rütbəsi vermişdi. (Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», s. 496-497). Sonra şah tərəfindən Urmiyaya, qarətkar Şəkkak əşirətini sakitləşdirməyə göndərilmişdi. Sonrakı il Astrabada, basqınçı türkmənlərin səbbinin alınmasına ezam edilmişdi.
Yusif xan Avşar 1863-cü ildə mirpənc Ağa xan Avşardan sonra Marağa qoşununa komandan təyin edilmişdi. Nasirəddin şah ona Şücaüddövlə ləqəbini əta etmişdi.

Yusif xan Şücaəddövlə 1867-ci ildə asi Balbas əşirətini yatızdırmış, yurdlarından pərən salmışdı. Onları Laican çölünə sürmüşdü. Şah tərəfindən “Şire-Xurşid” ordeni və xələt ilə təltif edilmişdi. Həmin ildə Azərbaycanın (Təbrizin) valisi Müzəffərəddin mirzənin pişkarı Mirzə Sadıq xan Qaemməqamın xahişi ilə 7-ci Avşar ordusunun başında Təbrizə yollanmışdı. Nasirəddin şah onun rütbəsini artırmışdı.
Yusif xan Şücaəddövlə 1869-cu ildə vəliəhd Müzəffərəddin mirzənin göstərişi ilə Rusiyaya yollanmışdı. Çarın lütfünə səbəb olan Şücaəddövlə orden və xələtlər almışdı. Vətənə dönəndən sonra Urmiyanın, Xoyun və Salmasın general-qubernatoru təyin edilmişdi. Təyinat yerinə yollanarkən saraydan yeni fərman gəlmişdi ki, Urmiya şahzadə Əhməd mirzə moinəddövlənin sərəncamına verilir.
Yusif xan Şücaəddövlə 1876-cı ildə Xoy əhalisinin şikayəti ilə mərkəzə, Tehran şəhərinə çağrılır. Zəncan şəhərində xəstələnərək vəfat edir.
Yusif xanın Ərdəşir xan adlı oğlu vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır