18:09 / 28-10-2025
İlham Əliyev Ərdoğana məktub göndərib
17:59 / 28-10-2025
Bakıda taxtalar yığılan ərazi yanır
17:48 / 28-10-2025
Ruben Vardanyana yeni vəkil təyin olunub
17:36 / 28-10-2025
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
17:30 / 28-10-2025
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
17:25 / 28-10-2025
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
17:11 / 28-10-2025
Daha bir ölkə Çindən üz döndərib
17:09 / 28-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
16:57 / 28-10-2025
Prezident iki stansiyanın təməlini qoyub - Fotolar
16:29 / 28-10-2025
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
16:19 / 28-10-2025
Ruslar iki yaşayış məntəqəsində məğlub olub
16:08 / 28-10-2025
Hindistan şirkətləri Rusiya neftindən imtina edir
15:54 / 28-10-2025
Neftin qiymətində enmələr başlayıb
15:48 / 28-10-2025
Prezident avtomobil yolunun açılışında iştirak edib
15:42 / 28-10-2025
Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - Fotolar
15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:12 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib) - Fotolar
15:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
14:24 / 28-10-2025
2200 rus hərbçisini əsir götürüblər
14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
13:42 / 28-10-2025
Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqləyib
13:01 / 28-10-2025
Həyatla bağlı yeni elmi model təqdim olunub
12:51 / 28-10-2025
Bir milyon manatdan artıq mənimsəmə: iki nəfərə hökm oxunub
12:45 / 28-10-2025
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
12:44 / 28-10-2025
Prezident İmişlidə yeni müəssisənin açılışında iştirak edib - Fotolar
12:40 / 28-10-2025
Sabahın hava proqnozu açıqanıb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Mirzə İbrahim xan Həkimi - Fotolar
Tarix: 15-05-2020 13:28 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Güney Azərbaycanda milli ideyadan yoxsul aydınlar haqqında yazmaq fikrinə düşdüm. Əvvəlcə öyrənək ki, milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir. Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız “Mən”inin qorunub saxlanmasına imkan yaradır. Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz. Fikirləşdim ki, hədəfimin ünvanı Mirzə İbrahim Həkimi ola bilər.

İbrahim Mirzə Əbülhəsən oğlu 1871-ci ildə Qacarlar dövlətinin vəliəhdnişin şenliyi olan Təbriz şəhərində doğulmuşdu. 1889-cu ildən 1892-ci ilədək Tehran Darülfünunda oxumuşdu. Fransız dilini öyrənmişdi. Tibbə həvəsi olduğundan ata-baba ixtisasını seçmişdi. Əldə etdiyi bilik onu qane etmirdi. O, xarici ölkələrin birində oxumaq həvəsinə düşmüşdü. Qardaşı Nüsrətülhükəma onun təşəbbüsünü dəstəkləmişdi.
1892-ci ildə ali silkin nümayəndələri və ziyalı təbəqələr Nasirəddin şah Qovanlı-Qacarı təşviq edirdilər ki, xaricə oxumaq üçün tələbə göndərsinlər. Şah əvvəlcə həvəslə razılıq verdi. Sonra irtica yandaşları bu işə pəl vurdular. İbrahimin xaricdə oxumaq istəyi hələlik baş tutmadı.
1893-cü ildə İranda taun epidemiyası başlandı. İbrahim Təbrizə gəlib əmisi Mirzə Mahmud xan Həkimülmülkdən xahiş etdi ki, öz təsirindən istifadə edib vəliəhd Müzəffərəddin mirzədən onun üçün xaricə getməyə icazə alsın. Əmisi onun xahişini yerinə yetirdi.
İbrahim 1894-cü ildə Qafqaz və Rusiyadan keçərək Parisə yollandı. O, burada Tibbi kollec bitirərək həkim diplomu və bir fransız qızı aldı.
Həmin ərəfədə Müzəffərəddin şah Avropa səfərində idi və Parisdə dayandı. Burda İbrahim Həkimi ilə tanış oldu. Bu ziyalı, sakit, ədəbli gənc şahın xoşuna gəldi. Onu müvəqqəti olaraq məiyyətinə qatdı. Gənc İbrahimin göstərdiyi qulluq, mədəni xidmət, informasiya təqdimatı şahı valeh etdi. Zəki gənc zəkası ilə şahın bütün müşavirlərini üstələdi.
Parisdə baş vermiş bir hadisə Həkimin ailəsini daha məşhur etdi. Şah Fransanın Xarici işlər naziri ilə görüşümək istəyində olub saraya yollanır. Versal sarayı ətrafında bir nəfər anarxist Müzəffərəddin şaha qəsd etmək təşəbbüsündə olur. İbrahimin əmisi Mirzə Mahmud xan özünü irəli atıb anarxistin silahını alır. Şah ölümdən Həkimi ailəsinin sayıqlığı nəticəsində qurtulur.
İbrahim, şahdan xeyir-dua, vəsait və xan ünvanı alıb daha 10 il Fransada qaldı. O, burda öz savadını, biliyini, təcrübəsini daha da artırdı. Demokratik düşüncəyə sahib oldu.
Mirzə İbrahim xan Həkimi Fransada Framason təşkilatının üzvinə çevrildi və vəzifə pilləsinə xeyir-dua aldı.
Mirzə İbrahim xan İrana qayıdandan sonra Təbrizdən I Məclisə vəkil seçildi. O, İranda konstutitsiyalı bir qurumun olmasını arzulayırdı.
İbrahim Həkiminin yaxın dostlarından biri Seyid Həsən Tağızadə idi. O da İranın ilk qanunverici orqanında təmsil olunurdu. Həm də ən ardıcıl Konstitutsiya tərəfdarlarından biri kimi tanınmışdı. Ölkədə parlamentarizm ənənələrinin yaradılmasına qarşı çıxan Məhəmmədəli şah 1908-ci ildə bir qrup Məclis üzvü ilə görüşərkən Seyid Həsən Tağızadə nümayişkaranə şəkildə şahın əlini sıxmaqdan imtina etmişdi. Sabirin bir beytində də Şərq istibdadı üçün görünməmiş hadisə sayılan həmin olaya işarə vurulmuş, üsyankar deputatın başını bədənindən üzməyə imkanı olmayan hökmdarın naçarlığı, təəssüf və qəzəbi dilə gətirilmişdi.

Monarxa qarşı hörmətsizlik edən Seyid Həsən Tağızadə canını nisbətən yaxşı qurtarmışdı: Məhəmmədəli şah onu sadəcə, ölkədən qovmuşdu. Əqidə yoldaşlarından Mirzə Cahangir xan (Həsən Tağızadənin də fəal müəlliflərindən olduğu “Suri-İsrafil” qəzetinin naşiri) və Məlikül-Mütəkəllimün (“Natiqlərin sultanı”) ləqəbi ilə tanınan məşhur ziyalı və din xadimi Mirzə Nəsrulla Behişti “Şahi-bağ”da, Qacar hökmdarının gözləri qarşısında edam edilmişdilər.
Məhəmmədəli şah Məclisi topa tutdu. Seyid Məhəmməd Təbatəbai, Seyid Əsədullah Bəhbəhani, Mümtazəddövlə və Həkimülmülk Əminəddövlə ziyarətgahına girib bəstə əyləşdilər. Kazaklara əmr edildi ki, bəstə əyləşənlər tutulsunlar. Həkimülmülk və Mümtazəddövlə bağların arası ilə qaçıb gizləndilər. Mümtazəddövlənin nökəri onları tapıb qorxusuz bir yerdə müvəqqəti gizlətdi. Onlar daha əmin bir bəst axtarmağa başladılar. Həkimülmülk Fransa səfirliyini nişan verdi. Razılaşıb ora sığındılar. Bir neçə gündən sonra ordan çıxıb qürbətə üz tutdular.

16 iyul 1909-cu ildə xalqın tələbi ilə Məhəmmədəli şah taxt-tacı oğlu Əhməd mirzəyə təhvil verib yaxın ətrafı ilə xaricə getdi.
Ölkə daxilinə səpələnmiş, xarici ölkələrə qaçmış ziyalılar Tehrana toplandılar. Baharistan adlı yerə yığılıb, məclisi dirçəltməyi qərara aldılar. 300 nəfərlik ziyalının içində söz yiyəsi olan İbrahim Həkimülmülk də vardı.
Mirzə Həsən xan Müstəşarülməmalik Baş nazir olur. Mirzə İbrahim xan Həkimülmülk onun kabinəsində nazir portfelinə sahiblik edir.
İbrahim Həkimülmülk Vəli xan Sepahsalari-Əzəmin qurduğu kabinədə Təhsil naziri olur. O, Təhsil naziri işlədiyi dönəmdə məktəblər tikir, tələbələri ali təhsil almaq üçün xaricə göndərirdi. O, hökumətdə iki dəfə Təhsil naziri vəzifəsini icra etmişdi. Bu dəfə İncəsənət məktəbi də yaratdı. İrticanın bağladığı məktəb və kolleci yenidən açdı. Maarifə təkan verdi.
Mirzə İbrahim xan Həkimi Samsamüssəltənə Baxtiyarinin qurduğu dördüncü kabinədə Maliyyə naziri vəzifəsi daşıyır.
Mirzə İbrahim xan Həkimi 15 mart 1915-ci ildə Müşirüddövlənin qurduğu kabinədə iştirak etmir.
Eynəddövlə Əbdülməcid mirzə Qovanlı-Qacarın qurduğu hökumətdə də heç bir vəzifə daşımır. Bunu irticanı sevmədiyi ilə bağlayırdı.
Mirzə İbrahim xan Həkimi 18 iyun 1918-ci ildə Samsamüssəltənə Baxtiyarinin qurduğu yeni kabinədə Maliyyə naziri vəzifəsi daşıyır.
Mirzə İbrahim xan Həkimi 25 yanvar 1922-ci ildə Müşirüddövlənin qurduğu yeni kabinədə Maliyyə naziri vəzifəsini icra edir.
Rza şah Pəhləvi hakimiyyətə gələndən sonra Mirzə İbrahim xan Həkimi özünü elmə həsr edir. Elmi əsərlər və ensiklopediyalar, məlumat kitabçaları yazır.
1934-cü ildə Rza şahın yaxın adamı Məhəmmədəli Füruği Firdovsinin yaradıcılığını tədqiq və çap etmək işini ona tapşırır. Komitənin sədri olur. İşini vicdanla yerinə yetirdiyindən Mədəni irsin toplanma və tədqiqini bir yerə cəmləyib institut yaradırlar və onu bu müəssəsəyə müdir təyin edirlər.

Mirzə İbrahim xan Həkimi İranın ilk Konstitutsiya Məhkəməsinin sədri olur. Qərəz, o, ömrünün sonunadək 8 dəfə Təhsil naziri, 5 dəfə Maliyyə naziri işləyib. 1944-cü ildən 1947-ci ilədək İranın Baş naziri vəzifəsində çalışıb. Cənubi Azərbaycanın müstəqilliyi onun vaxtına düşüb.
Azərbaycanda Milli Məclisin açıldıği və Milli Hökumətin qurulduğu gün Baş nazir Mirzə İbrahim xan Həkimi İran Məclisində çixış etdi. O, bəyan etdi ki, yaranmış çətinlikləri aradan qaldırmaq maqsədilə Xarici işlər naziri ilə birlikdə Moskvaya getmək arzusundadır. Ölkə böyük həyəcan icərisində idi. Elə bir gün yox idi ki, İran Məclisi Azərbaycan məsələsini müzakirə etməsin. Azərbaycan demokratlarının əleyhinə hər cür böhtanlar deyilirdi. Məclis tribunası “vətənpərvərlik” səngərinə çevrilmişdi. Natiqlər hökumətdən qəti addımlar tələb edirdilər. Baş vermiş hadisələr “xaricin təsiri” kimi yozulurdu. Bəzi deputatlar Sovetləri İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırırdı. Məclisin sədri Seyid Məhəmməd Sadiq Fərrox, Nasir Ərdəlan, Hüseyn Fərhudi və digərləri şimal qonşudan İrana öz ərazisində hərəkət azadlığı verilməsini tələb edirdilər. Bir sıra Məclis üzvləri baş verən hadisələri ölkədəki anarxiyanın məntiqi davamı kimi qiymətləndirirdilər. Azərbaycan məsələsini öyrənmək üçün Məclis fraksiyaları nümayandələrindən ibarət xüsusi komissiya yaradılmışdı. Lakin nə “vətənpərvər” çıxışların, nə də Məclis komissiyasının elə bir əhəmiyyəti oldu. Şimala qoşun göndərməyi və hətta lazım gələrsə, “ruslarla” – təklif edənlər də var idi. Doktor Məhəmməd Müsəddiq vəziyyətdən çıxış yolunu ölkədə təcili reformaların keçirilməsində görürdü.
Tehranda çıxan “Ettelaat”ın məlumatına görə, təslim olmuş Təbriz diviziyasının 125 zabiti və 40 serjantı dekabrın ortalarında Tehrana gəlmişdi. Daha çox baş nazir Həkiminin siyasətini müdafiə edən qəzet Azərbaycandakı hadisələri “qiyam”, onun istirakcılarını isə xəyanətkarlar adlandırırdı.
Moskva müşavirəsi ABŞ və Britaniyanın təzyiqi ilə Sovetlərin öz qoşunlarını İrandan çıxaracağına ümid bəsləyən Baş nazir Həkimülmülk siyasətinin iflasi demək idi. Mətbuatın Həkimi üzərinə hücüma keçdiyi bir vaxtda Əhməd Qəvamın hakimiyyətə gəlmək şansının çoxaldığını görən Seyid Ziya tərəfdarları sonuncuya qarşı təbliğat kampaniyasına başlamışdılar. Böhranlı dekabr sonluğunda qəzetlər belə hesab edirdilər ki, ölkədə yaranmış çətinlikləri həll etməyə, əsl islahatlar keçirməyə və Sovetlər Birliyi ilə qarşılıqlı münasibətləri köklü şəkildə yaxşılaşdırmağa qadir olan yalnız bir dövlət xadimi vardır, o da Qəvam əs- Səltənədir.

“Rəde Emruz” qəzeti 23 dekabr sayında Əhməd Qəvamın “Deyli Teleqraf” ingilis qəzetinin müxbiri ilə müsahibəsinin tam mətnini dərc etmişdi. Qəvam İranda yaranmış böhranı keçmiş hökumətlərin səhv siyasəti ilə əlaqələndirib göstərdi ki, əgər böhran sabah daha da dərinləşsə, bunun səbəbini indiki hökumətin səhv siyasətində axtarmaq lazımdır.
Mirzə İbrahim xan Həkimi 28 oktyabr 1959-cu ildə vəfat edib.
Mirzə İbrahim xan Hakimi birinci dəfə fransız, sonra əmisi Mirzə Mahmud xanın qızı ilə ailə qurmuşdu. Birinci nikahdan Yusif adlı oğlu, ikinci nukahdan Haşim, Əbülhəsən adlı oğlanları vardı.
Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki